Məhkəmə qərarları › İş №2(104)-235/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-235/2025

12.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-235/2025 12.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiаçı İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-816/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-816/2024 nömrəli qətnaməsi ilə iddiаnın qismən təmin edilməsi, Əmralıyeva (Əhmədova) Səkinə Suliddin qızı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı (babası) İddiaçı xeyrinə verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh 63,20 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-816/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallari: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə mürаciət edərək, Cavabdeh nəvələri xx.xx.2011-ci il təvəllüdlü Xədicə, xx.xx.2014-cü il təvəllüdlü Hüseynin saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə verilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmralıyeva (Əhmədova) X5 Novruz Teymur oğlu ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2010-cu il ildə rəsmən qeydiyyata alınmış, birgə yaşayış dövründə xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı 2(iki) övladları doğulmuşdur. X13 xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində "xxxx" MMC-yə məxsus etibarnamə əsasında idarə etdiyi “X17” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Sabunçu rayonunda “Araz” marketin qarşısında övladı Əmralıyeva (Əhmədova) Səkinə Suliddin qızı yolu keçərkən idarə etdiyi maşınla vurmuş, həmin qəzada qızı Səkinə aldığı xəsarətdən ölmüşdür. Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimivyətinin Başçısının 228 nömrəli, xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən nəvələri xx.xx.2011- ci il təvəllüdlü Xədicə, xx.xx.2014-ca il təvəllüdlü Hüseyn onun və həyat yoldaşı (nənələri) X7 qəyyumluğuna verilməsi, yəni Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Qərarı təsdiq edilmişdir. Qızları öləndən onun uşaqları - nəvələri onların yanında yaşayırlar. Bu günə qədər Cavabdeh uşaqları ilə maraqlanmamış, onlara heç bir maddi və mənəvi yardım göstərməmişdir. Artıq nəvələri böyümüş, onların yeməyinə, geyməyinə, dərs ləvazimatına və s. tələblərinə xeyli vəsait tələb olunur ki, buna da onun imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun bir valideyn kimi uşaqlarını saxlamaq, onların qayğısına qalmaq, onların tərbiyəsi ilə məşğul olmaq borcudur. Uşaqlar həyat yoldaşı vəfat edənə kimi onunla və anaları ilə birlikdə yaşayıblar və ailələri də çox yaxşı dolanıb, özü “Azəreneji”də işləyir aylıq qazancı da yaxşıdır. Buna baxmayaraq, iddiaçı və arvadı qanunsuz və əsassız olaraq uşaqlarını ona göstərmirlər. Ona görə ki, uşaqların adına olan, hər bir uşaq üçün aylıq 180 manat, cəmi 360 manat, həmçinin aliment üçün 360 manat və 120 manat yemək xərci pulunu hər ay alıb xərcləyirlər. Hazırki mübahisədən görünür ki, iddiaçı uşağın yox öz mənafeyi üçün iddia qaldırmış, məhkəmə də iddianı təmin etmişdir. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, iddiaçı həm uşağı ondan uzaqlaşdırır, həm də yetkinlik yaşına çatmayan uşaqların pulunu alaraq mənimsəyir. Məhkəmənin qətnaməsi Ailə Məcəlləsinin bu tələbini də pozur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-307/2025 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 cavabdehlər İddiaçı və X3 alınaraq, ataları Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-816/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı 17061276 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuşdur. Kəlbəcər rayonu, Dalqılınclı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon İHB-nın Otuzikilər kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 703 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən, Bərdə rayonu, Otuzikilər kəndində yaşayır və qeydiyyatdadır. Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 320872 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda travmatik subaraxnoidal qansızma səbəbindən vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarix, 539 nömrə ilə qeydə alınmışdır. Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 241205 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. 1 saylı Gəncə Asan Xidmət mərkəzi QŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T 241206 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 4340 nömrə ilə qeyd edilmişdir. Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/7- 69-Ə-12-2/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə X9 arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əmralıyev, arvada isə Əmralıyeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 184 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyətinin Baçısının xx.xx.2023-cü il tarixli, 228 nömrəli sərəncamın surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 babaları İddiaçı və nənələri X7 qəyyumluğuna verilmələri barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir. İddiaçı və Gülnarə Əhmədovaya qəyyumluğa götürülən Xədicə Əmralıyeva və Hüseyn Əmralıyevin qanunla müəyyən edilmiş hüquqlarının təmin edilməsini tapşırmışdır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(021)-816/2024 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Bərdə rayon İHB-nın xx.xx.2023-cü il tarixli, 228 nömrəli sərəncamın surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Əmralıyeva ədicə Novruz qızı və xx.xx.2014-cü il təvəllüdlü X2 babaları İddiaçı və nənələri X7 qəyyumluğa verilmələri barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqına şəhadətnamədən görünür ki, İddiaçı, X11, X8 və X10 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4nın vərəsələridir. Məhkəmə kollegiyasına təqdim edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-307/2025 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 cavabdehlər İddiaçı və X3 alınaraq, ataları Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-307/2025 saylı məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-307/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiаçı Əhmədov X6 (Əhmədova) Səkinə Suliddin qızının atası, Cavabdeh əri olmuşdur. Əmralıyeva (Əhmədova) Səkinə Suliddin qızı xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Əmralıyeva (Əhmədova) Səkinə Suliddin qızının Cavabdeh ilə nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 adında uşaqları vardır və həmin uşaqlar analarının ölümündən sonra ana babalarının və nənələrinin yanında qalmış, cavabdeh tərəfindən edilmiş cəhdlərə baxmayaraq iddiaçı uşaqları atalarına, yəni cavabdehə verməkdən imtina etmişdir. İddiaçı ərizə ilə Bərdə rayon İcra hakimiyyətinə müraciət edərək azyaşlı nəvələrinə qəyyum təyin olunmuş, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək azyaşlıların atasından, yəni cavabdehdən xeyrinə aliment tutulmasını xahiş etmiş və birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. İş cavabdehin şikayəti üzrə apellyasiya məhkəməsinin icraatında olduğu müddətdə hazırkı iş üzrə cavabdeh Bərdə rayon İcra hakimiyyətinə müraciət edərək uşaqlarının babalarının, yəni iş üzrə iddiaçının qəyyumluğuna verilməsinə dair sərəncamın ləğv edilməsini xahiş etmiş və həmin sərəncam ləğv edilmişdir. Eyni zamanda hazırkı iş üzrə cavabdeh uşaqlarının iddiaçıdan, yəni babalarından alınaraq ona verilməsini xahiş etmiş, onun iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-307/2025 saylı məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)- 307/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 babaları İddiaçı və nənələri X7 qəyyumluğa verilmələri barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının Azərbaycan Respublikası Bərdə rayon İHB-nın xx.xx.2023-cü il tarixli, 228 nömrəli sərəncamı ilə təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılanda xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 babaları İddiaçı və nənələri X7 qəyyumluğunda olmuş olsalar da, hazırda onların baba və nənələrinin qəyyumluğuna verilməsinə əsas olmuş Bərdə rayon icra hakimiyyəti başçısının sərəncamı ləğv olunmuş və həmin uşaqların baba və nənədən alınaraq atalarına, yəni bu iş üzrə cavabdehə verilməsinə dair məhkmənin qanuni qüvvəsini almış qətnaməsi vardır. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, əlavə təqdim olunmuş yeni sübutlardan görünür ki, azyaşlılar xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 cavabdehlər İddiaçı və X3 alınaraq, ataları Cavabdeh himayəsinə verildiyindən hazırki iddia tələbinin təmin edilməsi üçün əsas aradan qalxmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-816/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar