Məhkəmə qərarları › İş №2(104)-2367/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2367/2023

06.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2367/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 nömrəli qərardadından iddiaçı (cavabdeh) İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və digərləri cavabdeh İddiaçı3 və üçüncü şəxslər X1 və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqısatqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********13-10301 olan ünvan 1 ünvanında dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmçinin İddiaçı3 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlərin ona və xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evinə olan qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı3 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair 2(062)-1558 saylı mülki işin məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və digərinin cavabdeh İddiaçı3 və üçüncü şəxslər X1 və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair 2(062)- 1198 saylı mülki işə birləşdirilməsi və 2(062)- 1198/2023 nömrə ilə qeydə alınması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 nömrəli (sədrlik edən hakim F.Əliyev) qərardadı ilə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh İddiaçı3 və üçüncü şəxslər X1 və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə və İddiaçı3 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair iddia ərizələrinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı (cavabdeh) İddiaçı2 həmin qərardaddan şikayət verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi əsaslar olmadan ərizənin baxılmamış saxlanılması, ərizə baxılmamış saxlanıldıqda qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməməsi, qəbul edilən qərardadın hüquqi cəhətdən əsaslandırılmaması onu deməyə əsas verir ki, məhkəmə qanunsuz qərardad qəbul etmişdir.Əirzənin icraata qəbul edilməsi və işin məhkəmə baxışına hazırlanması mərhələlərində ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 nömrəli qərardadı ilə iddiaçı (cavabdeh) İddiaçı2 Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 1198/2023 nömrəli qərardadı tam, onunla bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 nömrəli qərardadı qismən, yəni iddiaçı (cavabdeh) İddiaçı2 verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia ərizələri üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə istinad etməklə, iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, ərizəyə sübutların təsdiq edilmiş surətləri, habelə əslləri əlavə edilməmişdir. Eyni zamanda işdə iştirak edən şəxslərin sayına uyğun da əlavə edilməmişdir. Hansı ki, məhkəmənin əvvəlki hazırlıq iclasında tərəfin diqqətinə bu hal çatdırılmışdır. Lakin nəticəsiz qalmışdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının MPM- 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilməklə və həmin Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış və əsassız olaraq, MPM-nin 259.0.12-ci maddəsini tətbiq etməklə, hazırkı ərizəni baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki hazırkı iş üzrə MPM-nin 259.0.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla ərizənin baxılmamış saxlanılması halı mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 nömrəli qərardadı tam, onunla bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 nömrəli qərardadı qismən, yəni iddiaçı (cavabdeh) İddiaçı2 verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia ərizələri üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 398, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı (cavabdeh) İddiaçı2 şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1198/2023 nömrəli qərardadı tam, onunla bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 1198/2023 nömrəli qərardadı qismən, yəni iddiaçı (cavabdeh) İddiaçı2 verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddia ərizələri üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar