Məhkəmə qərarları › İş №2(104)-2394/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2394/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2394/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı X1 (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “qızılzinət və əmlak tələbinə” dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1102/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ilə cavabdeh 23 avqust 2022-ci il tarixdə faktiki nikaha girmiş, bundan sonra iddiaçı cavabdehin yaşadığı Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Köçdüyü zaman iddiaçı cehiz əşyalarını Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinə gətirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehlə ailə quraraq nikahlarını rəsmləşdirmişlər. Bu nikahdan uşaqları olmamışdır. Cavabdeh yaşadığı evin qapısını bağlayaraq onu evə buraxmamış və bütün əşyaları həmin evdə qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə 2022-ci ildə ailə qurmuşlar, lakin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. qiyməti 5200 manat olan, Türkiyə istehsallı, qoşa çarpayı, şifoner, 2 tumba, 1 termo daxil olmaqla, ağ rəngli 1 ədəd yataq otağı üçün mebel dəsti, qiyməti 180 manat olan, Azərbaycan istehsallı, yun materialdan hazırlanmış 1 ədəd qoşa çarpayı üçün döşək, qiyməti 220 manat olan, Azərbaycan istehsallı, yun materialdan hazırlanmış 2 ədəd tək çarpayı üçün döşək, qiyməti 220 manat olan, Azərbaycan istehsallı, yun materialdan hazırlanmış 1 ədəd qoşa çarpayı üçün yorğan, qiyməti 240 manat olan, Azərbaycan istehsallı, yun materialdan hazırlanmış 1 ədəd tək çarpayı üçün yorğan, qiyməti 120 manat olan, Türkiyə istehsallı, yastıq və yorğan dəsti, sintifon materialdan hazırlanmış 1 ədəd yataq dəsti, qiyməti 30 manat olan, Türkiyə istehsallı, tək yorğan üçün sintifon 1 ədəd yorğan, qiyməti 20 manat olan, Türkiyə istehsallı, sintifon materialdan olan, yay üçün 1 ədəd tək çarpayı üçün yorğan, qiyməti 80 manat olan, Türkiyə istehsallı, kitab formasında, qoşa çarpayı üçün 1 ədəd pastel dəsti, qiyməti 1100 manat olan, Türkiyə istehsallı, iki kameralı 1 ədəd soyuducu, qiyməti 700 manat olan, Türkiyə istehsallı, “Regular” markalı 1 ədəd paltaryuyan maşın, qiyməti 135 manat olan, Türkiyə istehsallı, qırmızı rəngli, su ilə işləyən 1 ədəd tozsoran, qiyməti 140 manat olan, Türkiyə istehsallı, 1 ədəd ətçəkən maşın, qiyməti 360 manat, Türkiyə istehsallı, hədiyyəli olan 1 ədəd qazan dəsti, qiyməti 40 manat olan, Türkiyə istehsallı, “Bogema” modelli 2 ədəd meyvə qabı, qiyməti 25 manat olan, Türkiyə istehsallı, 1 ədəd şirəli ləyən, qiyməti 20 manat olan, Türkiyə istehsallı, 1 ədəd sadə ləyən, qiyməti 25 manat olan, Türkiyə istehsallı, daxilində 3 ədəd olan 1 dəst padnos dəsti, qiyməti 50 manat olan, Türkiyə istehsallı, daxilində 12 ədəd olan 1 dəst boşqab dəsti, qiyməti 18 manat olan, Türkiyə istehsallı, daxilində 12 ədəd olan 1 dəst yemək qaşığı dəsti, qiyməti 6 manat olan, Türkiyə istehsallı, şirəli materialdan hazırlanmış 1 ədəd çaynik, qiyməti 22 manat olan, Türkiyə istehsallı, 20 litrlik 1 ədəd tək vedrə, qiyməti 12 manat olan, Türkiyə istehsallı, 3 ədəd paltar üçün asılqan, qiyməti 6 manat olan, Türkiyə istehsallı, 1 ədəd paltar setkası, qiyməti 50 manat olan, Türkiyə istehsallı, böyük masa üçün 1 ədəd süfrə, qiyməti 25 manat olan, Türkiyə istehsallı, 1 ədəd sadə süfrə, qiyməti 5 manat olan, Türkiyə istehsallı, 1 ədəd kiçik qrafinka, qiyməti 200 manat olan, Türkiyə istehsallı, 4x3 ölçüdə 1 ədəd xalça , qiyməti 15 manat olan, Türkiyə istehsallı, xrustal materialdan hazırlanmış, daxilində 12 ədəd olan 1 dəst duz qabı dəsti, qiyməti 10 manat olan, Türkiyə istehsallı, 1 ədəd hamam dəsmalı, qiyməti 24 manat olan, Türkiyə istehsallı, 12 ədəd çay dəsmalı; qiyməti 36 manat olan, Türkiyə istehsallı, 18 ədəd stol dəsmalı, qiyməti 8 manat olan, Türkiyə istehsallı, 1 dəst süpürgə dəsti, qiyməti 308 manat olan, Türkiyə istehsallı, 1 dəst pərdə dəsti , qiyməti 150 manat olan, Türkiyə istehsallı, 1 ədəd çilçıraq, qiyməti 12 manat olan, Türkiyə istehsallı, 6 metrlik 1 ədəd karniz, qiyməti 20 manat olan, Türkiyə istehsallı, 2 ədəd kapron vanna, qiyməti 35 manat olan, Türkiyə istehsallı, 1 ədəd ventilyator, qiyməti 3 manat olan, Türkiyə istehsallı, 1 ədəd ayaq geyinilən ondadır və onları qaytarmağa hazırdır. Qalan sadalanan əşyalardan məlumatı yoxdur. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(045)-1102/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh etiraf olunan cehiz əşyalarının alınıb iddiaçıya verilməsi, iddianın “qiyməti 910 manat olan, Rusiya istehsallı, çəkisi 14 qram olan “Kordinal” modelli 1 ədəd qızıl qolbağın və yaxud onun dəyərinin tutulması” hissəsində rədd edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 23 avqust 2022-ci il tarixdə faktiki nikaha girmiş, bundan sonra iddiaçı Cavabdeh yaşadığı Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman iddiaçı cehiz əşyalarını Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinə gətirmişdir. Cavabdeh bir sıra əşyaların onda olduğunu etiraf etmiş, digər əşyalardan məlumatının olmadığını bildirmişdir. İddiaçı iddia tələbində qeyd etdiyi əşyaların cavabdehdə olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1102/2024 saylı qətnaməsinin iddianın təmin edilməmiş “qiyməti 910 manat olan, Rusiya istehsallı, çəkisi 14 qram olan “Kordinal” modelli 1 ədəd qızıl qolbağın və yaxud onun dəyərinin tutulması” hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, tələb zinət əşyasına münasibətdə əsassız olaraq təmin edilməmişdir. Onlar bütün prosesdə iştirak etmişlər. Məhkəmə araşdırma aparmadan tərəfləri hərtərəfli dindirmədən, sübutları xüsusən şahid ifadələrinə önəm vermədən onların iştirakı olmadan iddianın zinət əşyası hissəsini əsassız olaraq təmin etməmişdir. Qiyməti 910 manat olan, Rusiya istehsallı, çəkisi 14 qram olan “Kordinal” modelli 1 ədəd qızıl qolbağı cavaabdehdədir. Belə ki, məhkəmə onların prosesi təxirə salmaq üçün göndərdikləri ərizəyə məhəl qoymamış, nəticə etibarı ilə onların iştirakını təmin etmədən tələbi qızıla münasibətdə rədd etmişdir. Həmin zinət əşyasının cavabdehdə olmasını cavabdeh özü Yevlax Rayon Məhkəməsində nigahın pozulması tələbi ilə bağlı iddiasında şəxsən etiraf etmişdir. Cavabdeh qəsdən, bilərəkdən onu vermir. Məhkəmə iştiraklarını təmin etsəydi, bütün bunları ona sübut edəcəkdilər. Məhkəmə nə ərizəyə baxmış, nə prosesi təxirə salmış, nədə iddianı təmin etmişdir. Məhkəmə işin fatiki hallarını araşdırmamışdır. Belə ki, onların iştirakını təmin etməməklə bərabərlik prinsipini pozmuşdur. Nəticədə işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Halbuki həmin əşyanın cavabdehdə olmasını müəyyən edəcək kifayət qədər istinad ediləcək sübutları vardır. Cavabdeh qeyd olunan əşyanı əlindən almışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı ilə 2022-ci ildə ailə qurmuş, lakin xasiyyəti uyğun gəlmədiyindən ayrılmışlar. İddiaçı ilə evləndikdən sonra onun qolunda qızıl qolbağı olmamış, nədə ki, o, ona qızıl qolbağı almamışdır. O, heç vaxt iddiaçının qolunda qızıl qolbağı görməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni qismən – “qiyməti 910 manat olan, Rusiya istehsallı, çəkisi 14 qram olan “Kordinal” modelli 1 ədəd qızıl qolbağın və yaxud onun dəyərinin tutulmaması” hissəsində mübahisələndirir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1102/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan “qiyməti 910 manat olan, Rusiya istehsallı, çəkisi 14 qram olan “Kordinal” modelli 1 ədəd qızıl qolbağın və yaxud onun dəyərinin tutulmaması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbinə tətbiq olunan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu zəruridir: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə araşdırması zamanı qaytarılması tələb olunan qiyməti 910 manat olan, Rusiya istehsallı, çəkisi 14 qram olan “Kordinal” modelli 1 ədəd qızıl qolbağın mövcudluğu sübuit olunmur, iş materiallarında bu halı təsdiq edəcək sübut mövcud deyildir və cavabdeh bu halı etiraf etməmişdir. Göründüyü kimi, iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı tələb olunan əşyanın mövcud olmasını və həmin əşyanın cavabdehin qeyri-qanuni sahibliyində olmasını təsdiq edə bilməmişdir ki, birinci instansiyası məhkəməsi iddianı qiymət verilən hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin digər, yəni məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlərinə birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilmədiyi və onların məhkəmə iclasında iştiraklarının təmin edilməyərək onların sübut təqdim etməkdən məhrum edildiyinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətin bu dəlilləri iddia tərəfinin formal dəlillərindən ibarətdir. Belə ki, iş materialalrından müəyyən edildiyi kimi birinci instansiya məhkəməsinin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştirak etməmiş və iddiaçının iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə baxılmaq üzərə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və və onun vəkili iştirak etməmiş və məhkəməyə iddiaçı tərəfdən hər hansı müraciət daxil olmamışdır. Məhkəmə iclası cavabdehin iştirakı ilə keçirilmiş və mübahisəyə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, həmin tarixdə tərəflər məhkəmə iclasında iştirak etməmiş və cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə baxılmaq üzərə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı və cavabdeh tərəf məhkəmə iclasında iştirak etmiş və iddiaçının vəsatətinə əsasən məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasının xəstə olması ilə əlaqədar təxirə salınması barədə iddiaçının vəkili vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatət məhkəmə iclasında müzakirə edilmiş və iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi qərara alınmışdır. İddiaçının vəkili vəsatətlə məhkəməyə müraciət etsə də məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş və məhkəməyə hər hansı mövzuda müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Maddə 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Göründüyü kimi, birinci instansiyası məhkəməsi iddiaçının vəkilinin mürtaciətini məhkəmə iclasında müzakirə etmiş və nəticədə məhkəmə iclasının keçirilməsində olan hərəkətləri qanuni, iddia tərəfinin bununla bağlı şikayət dəlilləri isə əsassızdır. Sübutların təqdim edilməsinə imkan yaradılmaması ilə bağlı şikayət dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında sübutların təqdm edilməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasına dair müraciət mövcud deyildir. Eyni zamanda iddiaçı tərəf məhkəmənin hazırlıq iclaslarında iştirak etməmiş və iştirak etdiyi məhkəmə iclasında sübutlarla bağlı vəsatət qaldırmamışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2239/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan “qiyməti 910 manat olan, Rusiya istehsallı, çəkisi 14 qram olan “Kordinal” modelli 1 ədəd qızıl qolbağın və yaxud onun dəyərinin tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar