Məhkəmə qərarları › İş №2(104)-2396/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2396/2024

27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2396/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “uşaqların faktiki olaraq onun himayəsində qaldığı dövr üçün aliment öhdəliyindən azad edilməsi tələbi”nə dair ərizəsinin geri qaytarılması barədə Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(023)-1623/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək “uşaqların faktiki olaraq onun himayəsində qaldığı dövr üçün aliment öhdəliyindən azad edilməsi”nə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(023)-1623/2024 nömrəli qərardadı ilə (hakim E.Mansırov) İddiaçı Cavabdeh qarşı “uşaqların faktiki olaraq onun himayəsində qaldığı dövr üçün aliment öhdəliyindən azad edilməsi tələbi”nə dair İddiaçı ərizəsinin qəbul edilməsindən imtina edilməsi, məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun (tarix:xx.xx.2024; əməliyyat İD:636718827; qəbzin nömrəsi:1309; terminal nömrəsi: K0136012; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. Həmin qərardadla razılaşmayan İddiaçı məhkəməyə şikayət ünvanlayaraq Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(023)-1623/2024 nömrəli qərardadının ləğv edilməsini və iddianın icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Namazova (Ayvazova) Nuranə Musa qızı ilə 2008-ci ildə el adəti üzrə evlənərək, xx.xx.2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı övladları doğulub. xx.xx.2021-ci il tarixli Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş uşaqları anasının himayəsində saxlanmış, uşaqların saxlanması üçün hər uşağa 110 manat olmaqla, cəmi 330 manat miqdarında aliment tutularaq anaya verilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə uşaqlar cavabdehin və cavabdehin anasının onlarla pis rəftarından sonra onun yanında qaldılar və bir daha cavabdehin yanına qayıtmadılar. Bu barədə akt tərtib olundu. Uşaqların himayəsinə verilməsinə dair Qazax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Qazax RİHB-nın Aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli rəyində komissiya uşaqların atanın himayəsində saxlanmasını məqsədəmüvafiq hesab etmişdir. Lakin buna baxmayaraq Qazax Rayon Məhkəməsinin 2(023)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri də təmin edilmədi. Ali Məhkəmə 2(102)-786/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında “uşaqların faktiki himayəsində qaldığı dövr üçün aliment öhdəliyindən azad edilmək tələbi ilə məhkəməyə müraciət etmək hüququnun” olduğunu vurğuladı. Bundan sonra Qazax Rayon Məhkəməsinə “Uşaqların faktiki olaraq himayəsində qaldığı dövr üçün aliment öhdəliyindən azad edilməyi barədə” iddia ərizəsi ilə müraciət edib. Məhkəmə xx.xx.2024cü il tarixli, 2(023)-1623/2024 saylı qanunsuz və əsassız qərardad qəbul edərək iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Sonda Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(023)-1623/2024 nömrəli qərardadının ləğv olunması xahiş edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1623/2024 saylı qərardadı ilə Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(023)-1623/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayətin təmin edilməməsi, İddiaçı şikayəti, mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(023)-1623/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 2(023)- 1623/2024 saylı 01 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı uşaqların onun yanında olmasını bildirir, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Uşaqlar onun yanında olduğu dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 87.1-ci maddəinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. İş materialı ilə müəyyən olunur ki, tərəflərin birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları xx.xx.2021-ci il tarixdən iddiaçının yanında qalmasına baxmayaraq ona aliment borcu hesablanmışdır. İcra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan iddiaçı icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verməli olduğu halda bu barədə ümumi məhkəmədə iddia qaldırdığından birinci istansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(023)-1623/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar