Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2464/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6282/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 300 manat, cəmi 600 manat alimentin, mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2024-cü il tarixdən başlayaraq, X4 Bakı şəhərində təhsil alması ilə əlaqədar cavabdehin hər ay 250 manat əlavə xərcə cəlb edilməsi, X2 ödənişli əsaslarla təhsil alması səbəbindən ödənilmiş 500 manat təhsil haqqının yarısının – 250 manat pulun, ödənilmiş 55 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6282/2024 nömrəli qərardadı ilə (sədrlik edən C.Quliyev) İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin ödənilməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(125)-6282/2024 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-6282/2024 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası təmin edilmədiyinə və qeyd olunan qətnamə ilə hüquqi qiymət verildiyinə iddianın icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi qəbul edilərkən birgə nikahdan doğulmuş uşaqlardan biri onun, digər isə cavabdehin yanında olduğuna görə iddia təmin edilməmişdir. Hazırki halda isə hər iki uşaq onun yanında yaşamağa başlamış və iddianın əsası dəyişmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 6282/2024 nömrəli qərardadı ilə həmin hal nəzərə alınmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6282/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(125)-6282/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 153.2.4 və 153.5-ci maddələrinə istinad etməklə, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edərək, göstərmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 4910/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş və bununla da həmin mübahisəyə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 4910/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş və bununla da həmin mübahisəyə hüquqi qiymət verilmişdir ki, həmin hal iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi üçün əsasdır. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6282/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı şikayətinin dəlillərində göstərir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi qəbul edilərkən birgə nikahdan doğulmuş uşaqlardan biri onun, digər isə cavabdehin yanında olduğuna görə iddia təmin edilməmişdir. Hazırki halda isə hər iki uşaq onun yanında yaşamağa başlamış və iddianın əsası dəyişmişdir. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, hə iki iş üzrə iddia tələbi Cavabdeh qarşı xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 300 manat, cəmi 600 manat alimentin, mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2024-cü il tarixdən başlayaraq, X4 Bakı şəhərində təhsil alması ilə əlaqədar cavabdehin hər ay 250 manat əlavə xərcə cəlb edilməsi, X2 ödənişli əsaslarla təhsil alması səbəbindən ödənilmiş 500 manat təhsil haqqının yarısının – 250 manat pulun, ödənilmiş 55 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi ilə bağlı olmuş və qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 atasının, X6 isə anasının yanında saxlanılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6282/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2464/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2464/2024
12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver