Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2498/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qarayeva (Zeynalova) Səfayə Namət qızına qarşı “uşağın onun yanında qalmasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(061)-1189/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qarayeva (Zeynalova) Səfayə Namət qızına qarşı “uşağın onun yanında qalmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(021)-3129/2019 saylı qətnaməsi ilə cavabdehin yanında saxlanılmış 29 sentyabr 2010-cu il təvəllüdlü X1 cavabdehin himayəsindən alınaraq onun yanında saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(061)-1189/2023 saylı qərardadı ilə iş üzrə 29 sentyabr 2019-cü il tarixdə doğulmuş X1 tərəflərdən hansının yanında qalması ilə bağlı müvafiq rəyin verilməsi Tərtər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanına tapşırılmış və rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(061)-1189/2023 saylı qəradadından narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və mülki işin yenidən məhkəmənin icraatına qaytarılıb baxışa təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın ləğvini qanuni və əsaslı hesab edir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(021)-3129 saylı qətnaməsi ilə bağlı bağlanmış icra işinin mümkünsüz icra işi kimi icra sənədinin qaytarılmasına dair Bərdə rayon icra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarında bir başa göstərilmişdir ki, xx.xx.2010-cu təvəllüdlü X2 Zeynalova (Qarayeva) Səfayə Namət qızına getməkdəm imtina etmiş və buna dair dövlət qurumlarının əməkdaşlarından müvafiq rəylər alınmışdır. Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Regionu üzrə təhsil sektorunun metodisti tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli rəydə, Bərdə rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik komissiyasının Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3754 saylı icra sənədinin icrası ilə bağlı verilmiş xx.xx.2023cü il tarixli rəydə xx.xx.2010-cu təvəllüdlü X2 10 yaşını çoxdan tamamladığı və bu səbəbdən onun atası ilə qalmasına dair müstəqil fikir söyləmək hüququna malik olduğu, eyni zamanda uşağın fikri dinlənilərkən atası ilə qalmasını açıq söyləməsi, uşağın atada qalması üçün zəruri normal şəraitin də mövcud olmasının iş üzrə atanın xeyrinə qərar qəbul olunmasına əsas olması ilə bağlı rəsmi mövqe ifadə etmişdir. Bundan başqa iddia Tərtər Rayon Məhkəməsinə verilməzdən əvvəl, mübahisə Gəncə Apellyasiya Məhkəməsinin icraatında olduğu zaman, 2(104)-1782/2022 mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertizası tərəfindən verilmiş 11/308 saylı, xx.xx.2022-ci il tarixli insan psixologiyasının tədqiqat metodikası ilə əlaqədar məhkəməpsixoloji ekspertizası rəyində də ekspertiza uşağı dindirməklə müəyyən etmişdir ki, xx.xx.2010-cu təvəllüdlü X2 anası Qarayeva (Zeynalova) Səfayə Namət qızına bağlılığı müəyyən olunmur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3754 saylı icra sənədi üzrə Bərdə rayon İcra Şöbəsi tərəfindən həyata keçirilmiş icra hərəkətləri ilə bağlı tərtib olunan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 16 mart 2023-cü il tarixli, 21 fevral 2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlarda icra məmurları qeyd etmişlər ki, icra prosesi zamanı mütəxəssis iştirakı ilə xx.xx.2010-cu təvəllüdlü X3 dindirilməsi və anasını istəməməsi, anası ilə ünsiyyətdən boyun qaçırması və atasında qalmaq istəməsi açıq şəkildə, heç bir psixoloji təzyiqə fiziki təzyiqə məruz qalmadan öz fikrini ifadə etmişdir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(061)-1189/2023 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2023cü il tarixli, 2(061)-1189/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmənin qanunvericiliyin tələbindən çıxış edərək müvafiq rəy əldə etmək niyyətində olması birinci instansiya məhkəməsinin müstəsna səlahiyyətində olan məsələ olmuşdur. Mahiyyəti üzrə işə baxmayan apellyasiya instnasiya məhkəməsinin isə birinci instansiya məhkəməsinin qeyd olunan müstəsna səlahiyyətinə müdaxilə etmək və bununla əlaqədar olaraq iddiaçının şikayətinin dəlillərinə hüquqi qiymət vermək səlahiyyəti mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız birinci instansiya məhkəməsinin iş üzrə icraatı dayandırması ilə əlqədar prosessual qanunvericiliyin tələbinin pozulub-pozulmaması yoxlanılmışdır ki, bununla əlaqədar olaraq da birinci instansiya məhkəməsinin prosessual pozuntuya yol verməsi müəyyən edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 255.0.7-ci maddəsinin tələbinə əsasən qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda məhkəmənin öz təşəbbüsü ilə iş üzrə icraatı dayandırmaq səlahiyyəti vardır. Hazırkı mübahisə üzrə də birinci instnasiya məhkəməsi iş üzrə qəyyumluq və himayəçilik orqanının rəy verməsini zəruri hesab etmiş, rəy verilməsini həmin orqana həvalə etməklə, iş üzrə icraatı öz təşəbbüsü ilə dayandırmışdır. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(061)-1189/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(061)-1189/2023 saylı qəradadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2498/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2498/2023
27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver