Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-260/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: qızıl-zinət əşyalarının qanunsuz sahiblikdən qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi) Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(125)-4245/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 28 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşə əlavə edilmiş foto şəkillərdən iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının İddiaçı üzərində olması görünür;
2. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş əlaqə məlumatları əsasında müəyyən olunmuşdur ki, +**********85 mobil nömrə Cavabdeh məxsus olmaqla onun istifadəsindədir;
3. Cavabdeh məxsus +**********85 mobil nömrə ilə İddiaçı arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışmasından müəyyən olunur ki, iddiaçı cavabdehdən qızıllarının və paltarlarının qaytarılmasını tələb edir və əks halda polisə müraciət edəcəyini bildirir; Cavabdeh isə iddiaçının bu sözlərinə cavab olaraq «qızıllar lombarda batdı, ödəyənmədim» deyə bildirir.
4. “Gəncə univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi tərəfindən verilmiş məktubdan görünür ki, 750 əyarlı ağ qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı (1,2 karat) kitab formalı üzüyün dəyəri 650 manat, 585 əyarlı sarı qızıldan hazırlanmış 30,8 qram çəkidə olan pandora dəst (sırğa, üzük, braslet, sep, klon) qızıl dəstinin dəyəri isə 2800 manat dəyərində qiymətləndirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 650 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı (1,2 karat) kitab formalı üzük, 2800 manat dəyərində 585 əyarlı sarı qızıldan hazırlanmış 30,8 qram çəkidə olan pandora dəst (sırğa, üzük, braslet, sep, kulon), cəmi 3450 manat dəyərində qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda onların cəmi dəyəri olan 3450 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 54,5 manat pulun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Melissa adlı uşaqları dünyaya gəlmişdir. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-1716/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. 2023-cü Cavabdeh birlikdə Bakı şəhərinə köçmüşlər və kirayə mənzil tutaraq orada yaşamışlar. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra maddi durumları çətin olduğu üçün birlikdə özlərinə məxsus avtomobil ilə Gəncə şəhərinə gəlmişlər. El adətinə görə İddiaçı toyla bağlı qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Gəncə şəhərinə gələndə həmin qızıl-zinət əşyalarını Bakı şəhərində kirayədə yaşadıqları mənzildə qoymuşdur. Gəncə şəhərinə gəldikdən bir müddət sonra cavabdehlə aralarında olan narazılıqlar ailənin dağılmasına, baş verən mübahisələr onların münasibətlərinin pozulmasına gətirib çıxartmışdır. 650 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı (1,2 karat) kitab formalı üzük, 2800 manat dəyərində 585 əyarlı sarı qızıldan hazırlanmış 30,8 qram çəkidə olan pandora dəst (sırğa, üzük, braslet, sep, kulon) qızılzinət əşyalarının hamısı Bakı şəhərində kirayədə yaşadıqları evdə cavabdehdə qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona məxsus qızıl-zinət əşyalarını könüllü verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bildirir ki, toy şənliyində alınmış qızıl-zinət əşyaları iddiaçıya hədiyyə verilmiş, hədiyyə verənlər həmin daşınar əşyaların mülkiyyətçisi olmuş, o, mübahisəli qızıl-zinət əşyaları üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin qızıl-zinət əşyaları hazırda cavabdehdə qalmışdır.
7. Gəncə Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(125)-4245/2024 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 666.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsində göstərilənlərə istinad edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə qalması barədə Whatsapp sosial şəbəkə yazışmasını məhkəməyə təqdim etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə toy mərasimləri xx.xx.2021-ci il tarixdə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə isə cavabdehin işi ilə əlaqədar Bakı şəhərinə köçmüşlər. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları nişan və toy mərasimində ona hədiyyə edilmişdir. Bakı şəhərində kirayədə yaşayan zaman qızıl-zinət əşyaları özündə olmuşdur. 2023-cü ilin mart ayında Novruz bayramı ilə əlaqədar Gəncə şəhərinə gəlmişlər, lakin Gəncə şəhərində olduqları müddətdə cavabdehlə aralarında söz-söhbət yaranmış və ayrılmaq qərarına gəlmişlər. Gəncə şəhərinə gəlməmişdən əvvəl cavabdehlə münasibətlərində hər hansı problem olmamışdır və Bakı şəhərində yaşadıqları mənzildən sadəcə uşağın paltarlarını özü ilə götürmüşdür. Digər əşyaları, o cümlədən qızıl-zinət əşyaları Bakı şəhərində kirayə yaşadıqları mənzildə qalmışdır. Növbəti dəfə 2023-cü ilin may ayında təhsili ilə əlaqədar Bakı şəhərinə getmiş və həmin zaman cavabdehlə kirayədə yaşamış olduqları mənzilə baş çəkmək istəmişdir. Lakin, oraya getdikdə mənzilin sahibinə təhvil verildiyini öyrənmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, 2023-cü ilin mart ayında Novruz bayramı ilə əlaqədar Bakı şəhərindən Gəncə şəhərinə gəlmişdir, həmin zaman cavabdehdən ayrılmaq fikri olmamışdır. Çünki, Gəncə şəhərində olan zaman münasibətlərində gərgiklik yaranmış və faktiki ayrılmışlar. Qızıl-zinət əşyaları Bakı şəhərində kirayə yaşadıqları mənzildəki dolabın üstündə qızılqabında olmuşdur. Ona məxsus qızılların cavabdeh tərəfindən lombarda girov qoyularaq kredit götürülməsindən məlumatı olmamışdır, nəinki buna razılığı vermişdir. Lombarddan götürülmüş kredit vəsaiti ailə məsrəflərinə də sərf edilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları toy mərasimində İddiaçı hədiyyə edilmişdir. Lakin, həmin qızıllar oğlu Cavabdeh deyil, iddiaçının özündədir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, +**********85 mobil nömrə oğlu Cavabdeh məxsusdur. Lakin, iş materiallarına əlavə edilmiş Whatsapp sosial şəbəkə yazışması oğlu Cavabdehla İddiaçı arasında olmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 157.2 maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
16. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, 650 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı (1,2 karat) kitab formalı üzük, 2800 manat dəyərində 585 əyarlı sarı qızıldan hazırlanmış 30,8 qram çəkidə olan pandora dəst (sırğa, üzük, braslet, sep, klon) naturada, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 3450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 54,5 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir.
30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq maqla ailə qurmuşlar, onların birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü Melissa adlı uşaqları dünyaya gəlmişdir. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar. İddiaçı ona məxsus qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qaldığını və tələb etməsinə baxmayaraq, sonuncunun qızılları ona qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi əşyalarını cavabdehdən tələb edə bilməsi üçün həmin əşyaların cavabdehdə qalması müəyyən olunmalıdır ki, iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qaldığını bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi qızıl-zinət tələbinə dair iddiaya etiraz etmiş və iddiaçının özünə məxsus olan həmin əşyaları apardığını göstərmişdir. Belə halda MPM-nin sübutlarla bağlı tələblərinə əsasən, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən başqa əlaqəli sübutlar da məhkəməyə təqdim edilməlidir ki, iddiaçı bu halla bağlı məhkəməyə başqa heç bir sübut təqdim etməmişdir. İddiaçının işin bu halını təsdiq edə bilən sübut növü kimi məhkəməyə təqdim etdiyi, içində “whatsapp yazışması” olan disk isə iddiaçıya hədiyyə edilmiş əşyaların cavabdeh tərəfdə qaldığını təsdiq edən mötəbər sübut növü kimi qəbul edilə bilməz. Çünki, həmin yazışmaların hansı telefon nömrələri arasında aparıldığını müəyyən etmək mümkün olmur.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. İşin hallarından göründüyü kimi, İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq Cavabdeh tələb edir. Kollegiya bununla bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir.
34. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
36. Bu baxımdan iddiaçıya məxsus əşyaların qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
38. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq ilk növbədə iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının mövcudluğu, habelə iddiaçının mülkiyyətində olub-olmaması barədə araşdırma aparılmalıdır.
39. İşin halları bu aspektdə araşdırılarkən müəyyən olunur ki, iddiaçının tələb etdiyi 3 adda, yəni 650 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı (1,2 karat) kitab formalı üzük, 2800 manat dəyərində 585 əyarlı sarı qızıldan hazırlanmış 30,8 qram çəkidə olan pandora dəst (sırğa, üzük, braslet, sep, klon) adlı qızılzinət əşyaları mövcud olmaqla həmin əşyalar İddiaçı mülkiyyətində olmuşdur.
40. Qeyd olunan hal iş materiallarında olan tərəflərin toy mərasimində çəkilmiş fotoşəkillərlə sübuta yetirilir. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında tərəflərin toy mərasimində çəkilmiş foto şəkillər tərəflərin iştirakı ilə tədqiq edilmiş və iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının İddiaçı üzərində olması müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışı zamanı verdiyi izahatında mübahisələndirilən qızıl-zinət əşyalarının iddiaçıya məxsus əmlaklar olduğunu bildirmişdir.
41. Artıq, növbəti araşdırılmalı məsələ və işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal iddiaçıya məxsus qızıl-zinət əşyalarının tərəflərin hansının sahibliyində olmasının müəyyən edilməsidir.
42. Bu kontekstdə araşdırma aparıldıqda müəyyən olunur ki, iddiaçıya məxsus qızıllar cavabdeh tərəfindən lombarda girov qoyularaq kredit götürülmüş və kredit borcu ödənilmədiyindən tutma girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Cavabdeh məxsus +**********85 mobil nömrə ilə İddiaçı arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışması ilə öz təsdiqini tapmışdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş əlaqə məlumatları əsasında müəyyən olunmuşdur ki, +**********85 mobil nömrə Cavabdeh məxsus olmaqla onun istifadəsindədir. Bununla yanaşı, cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 da apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaısnda sədrlik edənin sualına cavab olaraq +**********85 mobil nömrənin oğlu Cavabdeh məxsus olduğunu bildirmişdir (bax bu qətnamənin 13-cü bəndi).
43. Həmin sosial şəbəkə yazışmasının tədqiqi nəticəsində aydın olur ki, tərəflər arasındakı danışıqda iddiaçı cavabdehdən qızıllarının və paltarlarının qaytarılmasını tələb edir və əks halda polisə müraciət edəcəyini bildirir; Cavabdeh isə iddiaçının bu sözlərinə cavab olaraq «qızıllar lombarda batdı, ödəyənmədim» deyə bildirir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qızılların cavabdeh tərəfindən lombarda girov qoyularaq kredit götürülməsinə iddiaçının razılığı olması sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, İddiaçı məhkəmə iclasında verdiyi izahatında qızılların lombarda girov qoyularaq kredit götürülməsindən məlumatı olmadığını, nəinki həmin qızıl əşyalarının lombarda qoyulmasına razılıq verdiyini bildirmişdir. Eyni zamanda, cavabdehin iddiaçıya məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymaqla əldə etdiyi kredit vəsaitini ailə təsərrüfatının idarə edilməsinə, habelə ümumi ailə məsrəflərinə sərf etməsi də öz təsdiqini tapmır. Halbuki, kredit vəsaiti əldə edilməsi məqsədilə cavabdeh tərəfindən lombarda girov qoyulmuş qızıl-zinət əşyaları iddiaçının mülkiyyətindədir. Cavabdehin kredit borcunu qaytarma öhdəliyini icra etmədiyinə görə kredit borcu girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilmişdir. Nəticədə, iddiaçı mülkiyyətində olan qızıl-zinət əşyalarından məhrum olmuşdur ki, bu hal da onun qanunla müəyyən olunmuş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını pozur.
45. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları naturada, naturada mümkün olmadıqda onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
46. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
47. Həmçinin işdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 54,5 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54,5 (əlli dörd manat beş qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(125)-4245/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. 650 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı (1,2 karat) kitab formalı üzük, 2800 manat dəyərində 585 əyarlı sarı qızıldan hazırlanmış 30,8 qram çəkidə olan pandora dəst (sırğa, üzük, braslet, sep, klon) naturada, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 3450 (üç min dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 54,5 (əlli dörd manat beş qəpik) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.