Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2613/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1040/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1040/2023 saylı qətnaməsi ilə (hakim T.Qubadov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 180 manat cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 63.20 manat dövlət rüsumunun tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hisssədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1040/2023 saylı qətnaməsi qanunsuz və əsassız olduğu üçün tamamilə ləğv edilib yeni qətnamənin çıxarılması xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladı - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hərr uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2014-cü ildə faktiki olaraq ailə qurmuş, 21 yanvar 2017-ci ildə nikahları rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə 04 ildir ki, ayrılıqda yaşayırlar. Nikahları Tərtər Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar özünün himayəsində saxlanılmışdır. Uşaqlar hazırda da özünün yanında qalır. Cavabdeh uşaqlarla maraqlanmır, uşaqların saxlanmasında ona maddi köməklik göstərmir. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, o, İddiaçı ilə 2014-cü ildə nigahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2015-cı il tarixdə X3 və xx.xx.2016-cı il tarixdə isə X4 anadan olubdur. İddiaçı onunla ailəli ola-ola, Qürbət adlı başqa kişi ilə yaşayaraq xəyanət etdiyinə görə xx.xx.2019-cu il tarixdə nikahları Tərtər Rayon Məhkəməsində pozulmuşdur. Məhkəmə prosesi zamanı iddiaçının pozğunluğuna görə az yaşlı uşaqların onun himayəsində qalmamağını və özünə verilməsini tələb etdikdə, iddiaçı ərizə yazaraq məhkəmədən xahiş etmişdir ki, uşaqların təminatını özü təmin edəcək və aliment tələb etmir. O da ərizə yazmışdır ki, uşaqları ilə heç bir əlaqədə olmayacaq və onlara yaxın getməyəkdir. xx.xx.2019-cu il tarixdən bu günə kimi onun uşaqları ilə heç bir əlaqəsi olmayıbdır. Uşaqlar onu tanımırlar. İddiaçı özü bilirdi ki, onun səhhətində narahatçılıq olduğundan heç bir yerdə işləyə bilmir. Maddi imkanı olmadığından müalicə oluna bilmir. Ailəli olan zaman orda burda bir təhər fəhləlik edərək işləyir. Məhkəmə prosesi zamanı o işləməməyi və xəstəliyi ilə bağlı həkim sənədlərini məhkəməyə təqdim etmişdir. Bugünki gündə iddiaçının ondan 440 manat aliment tələb etməsini, qismən bir uşaq üçün 80 manat olmaqla 160 manat ödəyə biləcəyini bildirmişdir. Ona görə də, Tərtər rayon Məhkəməsinin İş № -2(061)-1040/2023 saylı 31 avqust 2023cü il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, həmin şikayətin dəlillərinə uyğun izahat verərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1040/2023 saylı qətnaməsini qanunsuz və əsassız hesab edib tamamilə ləğv edilməsini və yeni qətnamənin çıxarılması xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - müəyyən edilmiş alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN” xidmət mərkəzində Qeydiyyat Şöbəsi mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixlərdə verilmiş dоğуuм haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 doğulmuşdur. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı tərəflər arasında olan nikahın pozulması və tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X2 hazırkı İddiaçı yanında saxlanması qət edilmişdir. İşdə olan mediator V.Səfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 00719 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, iddianı qəbul etmədiyini qeyd etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər 2014-cü ildə faktiki olaraq ailə qurmuş, 21 yanvar 2017-ci ildə nikahları rəsmiləşdirmişlər. Onların bu nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında olan nikah Tərtər Rayon Məhkəməsinin 2(061)-458/2019 saylı, 02 iyul 2019-ci tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası aqeyd edir ki, valideynin yetkinlik yaşına çatmamış uşaqlarını saxlamaq vəzifəsi aşağıda qeyd olunan qanunvericilik normalarından irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Odur ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Qətnamədən görünür ki, məhkəmə iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün işdə hər hansı mötəbər sübut olmadan cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarını sabit pul məbləğində hər ay bir uşağa görə 180 manat miqdarında, iki uşaq üçün isə 360 manat miqdarında müəyyən etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəziyyətini nəzərə alaraq iki uşağın saxlanması üçün hər ay hər ay hər uşağa görə 180 manat miqdarında alimenti yüksək bir məbləğ hesab edir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qismən təmin edilərək iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini hər ay hər uşağa görə 130 manat, iki uşağa görə cəmi 260 manat miqdarında müəyyən edilməsini ədalətli sayır. Odur ki, şikayətlə mübahisələndirilən qətnamə ilə iddiaçıdan cavabdehin xeyrinə tutulan iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 180 manat miqdarında olan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, iki uşağa görə cəmi 260 (iki yüz altmış) manat miqdarında müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1040/2023 saylı qətnaməsi qismən - Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 180 manat cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2613/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2613/2023
22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver