Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2614/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “qəyyum təyin edilmə” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-792/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və 3-cü şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X1 yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X3 üzərində onun qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun hazırda mərhum bacısı X4 ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə bacısı G.Məmmədovanın boğazını kəsməklə onu qətilə yetirmişdir. Həmin əməlinə görə cavabdeh Azərbaycan Respublikası CM-nin 120.02.7-ci maddəsi ilə məculiyyətə cəlb edilmiş, barəsində Tərtər Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək hazırda həbsdə saxlanılır. Bacısı uşaqları hadisədən sonra faktiki olaraq valideyn himayəsindən məhrum olduqaları üçün onları götürüb öz yaşadığı ünvana aparmışdır. Uşaqlar hal-hazırda özünün yanında qalır, onlara özü baxır və qayğılarını çəkir. Uşaqlar azyaşlı olduqları və faktiki olaraq valideyn himayəsindən məhrum olduqları üçün onların onun qəyyumluğuna verilmələri üçün Tərtər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Cavabdeh uşaqları onun qəyumluğuna verilməsinə razı olmadığı üçün Tərtər Rayon İcra Hakimiyyəti uşaqları onun qəyyumluğuna verməmiş və məsələ ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-792/2023 saylı qətnaməsi ilə (hakim T.Qubadov) ərizənin təmin edilməsi, hazırda mərhum X6 ilə Cavabdeh birgə nikahından doğulan uşaqlar - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 İddiaçı qəyyumluğuna verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək uşaqların İddiaçı alınaraq qardaşı X2 himayəsinə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və üçüncü şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini uşağın İddiaçı alınaraq qardaşı X2 himayəsinə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, İddiaçı Cavabdeh və 3-cü şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı mərhum bacısı X1 yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 üzərində onun qəyyum təyin edilməsi barədə tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Mülki Məcəllənin istinad olunan normalarının tələblərindən göründüyü kimi yetkinlik yaşına çatmayanlar bu və digər səbəbdən valideyn himayəsindən məhrum olduqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 114.3-cü maddəinə əsasən müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləei haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000ci il tarixli Fərmanının 2-ci bəndinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunvericilik yetkinlik yaşına çatmayanların üzərində qəyyum və ya himayəçi təyin edilməsi vəzifəsini yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə qanunvericiliyin həmin imperativ göstərişini nəzərə almamış və yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respubilkası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, kollegiya hesab edir ki, hazırki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-792/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq ərizə ilə uşaqların yaşayış yeri üzrə yerli icra hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 400 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-792/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və 3-cü şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “qəyyum təyin edilməsi barədə” iddia ərizəsinə dair milki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, yetkinlik yaşına çatmamışlar üzərində qəyyum təyin edilməsi ilə bağlı yetkinlik yaşına çatmamışların yaşadığı yer üzrə yerli icra hakimiyyəti orqanının Qəyyumluq və Himayəçilik orqanına müraciət etməlidirlər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2614/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2614/2023
13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver