Məhkəmə qərarları › İş №2(104)-267/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-267/2025

07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-267/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: delikt məsuliyyəti; maddi ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 2(013)-1912/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 07 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4907 saylı daxili lizinq müqaviləsinə əsasən 2022-ci il buraxılışlı “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir;

2. «Nəqliyyat vasitələri, etibarnamə və cərimələr barədə məlumat» adlı sənəddən görünür ki, “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən BNA ******* saylı protokola görə 32 manat; Cavabdeh1 tərəfindən idarə olunarkən inzibati xəta ilə əlaqədar EQ 12335965 saylı protokola görə 36 manat, EQ 12291031 saylı protokola görə 9 manat, EQ 10439335 saylı protokola görə 45 manat, EQ 10439336 saylı protokola görə 9 manat, EQ 10439337 saylı protokola görə 9 manat, EQ 10439338 saylı protokola görə 45 manat, EQ 10439342 saylı protokola görə 45 manat, EQ 10439341 saylı protokola görə 45 manat, EQ 10439339 saylı protokola görə 45 manat, EQ 10439343 saylı protokola görə 36 manat, EQ 10439344 saylı protokola görə 9 manat, EQ 10439345 saylı protokola görə 9 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 10206129 saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 36 manat, EQ ******* saylı protokola görə 18 manat, EQ ******* saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 36 manat, BNA ******* saylı protokola görə 18 manat cərimə edilmişdir;

3. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, qeyd olunan cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 645 manat ödəniş həyata keçirilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 32 manat, Cavabdeh1 613 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2022-ci il tarixli MAS-4907 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl edilməmişdir. Bununla əlaqədar olaraq İddiaçı MMC tərəfindən Ağdam Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 15 fevral 2023-cü il tarixli, 2(013)- 623/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ümumilikdə 4165.39 manat borcun İddiaçı MMC-nin xeyirinə tutulması qət edilmişdir. “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən BNA ******* saylı protokola görə 32 manat, Cavabdeh1 tərəfindən idarə olunarkən inzibati xəta ilə əlaqədar EQ 12335965 saylı protokola görə 36 manat, EQ 12291031 saylı protokola görə 9 manat, EQ 10439335 saylı protokola görə 45 manat, EQ 10439336 saylı protokola görə 9 manat, EQ 10439337 saylı protokola görə 9 manat, EQ 10439338 saylı protokola görə 45 manat, EQ 10439342 saylı protokola görə 45 manat, EQ 10439341 saylı protokola görə 45 manat, EQ 10439339 saylı protokola görə 45 manat, EQ 10439343 saylı protokola görə 36 manat, EQ 10439344 saylı protokola görə 9 manat, EQ 10439345 saylı protokola görə 9 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 10206129 saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 36 manat, EQ ******* saylı protokola görə 18 manat, EQ ******* saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 36 manat, BNA ******* saylı protokola görə 18 manat, ümumilikdə 613 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəf MMC tərəfindən ödənilmişdir. Çünki, həmin cərimələr ödənilmədiyi təqdirdə yol hərəkəti haqqında qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vastəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.

6. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1912/2024 nömrəli qərardadı ilə qeyd olunan mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir.

7. Ağdam Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 2(013)-1912/2024 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 32 manat, Cavabdeh1 613 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi; İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı MMC-nə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097 və 1108-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

9. İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsinə inzibati xəta haqqında protokollarla bağlı portaldan çıxarış və ödəniş qəbzləri əlavə edilmişdir. Həmin cərimələr İddiaçı MMC-nin biznes kartından “Hökumət ödəniş portalı” vasitəsi ilə ödənilmiş və ödəniş qəbzləri çap edilərək məhkəməyə təqdim edilmişdir. “Hökumət ödəniş portalı” vasitəsi ilə X1 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati xəta haqqında tərtib olunmuş prorokollarla bağlı ödəniş edilərkən inzibati xətanı törədən şəxsin ad, soyadı və qeydiyyat ünvanı, ödəniş məbləği və ödənişin təyinatı barədə məlumatlar qeyd olunsa da, ödəyici barədə məlumatlar qəbzdə öz əksini tapmır. Əlavə olaraq qeyd edilir ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vastəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərar icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsi X1 İdarəsinin cərimə meydançasına yerləşdirilir. Avtomobil cərimə meydançasında qaldığı müddətdə avtomobilin mühafizə olunmasına görə duracağa şirkət tərəfindən əlavə vəsait ödənilir və avtomobil saxlanıldığı müddətdə ondan gəlir əldə edilə bilmir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün şirkət həmin cərimələri ödəyir və avtomobil cərimə meydançasından çıxarır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11 Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək işə nümayəndələrinin iştirakı olmadan baxılmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Cavabdeh2 32 manat, Cavabdeh1 da 613 manat vəsait tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4907 saylı daxili lizinq müqaviləsinə əsasən 2022-ci il buraxılışlı “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən BNA ******* saylı protokola görə 32 manat, Cavabdeh1 tərəfindən idarə olunarkən inzibati xəta ilə əlaqədar EQ 12335965 saylı protokola görə 36 manat, EQ 12291031 saylı protokola görə 9 manat, EQ 10439335 saylı protokola görə 45 manat, EQ 10439336 saylı protokola görə 9 manat, EQ 10439337 saylı protokola görə 9 manat, EQ 10439338 saylı protokola görə 45 manat, EQ 10439342 saylı protokola görə 45 manat, EQ 10439341 saylı protokola görə 45 manat, EQ 10439339 saylı protokola görə 45 manat, EQ 10439343 saylı protokola görə 36 manat, EQ 10439344 saylı protokola görə 9 manat, EQ 10439345 saylı protokola görə 9 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 10206129 saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 36 manat, EQ ******* saylı protokola görə 18 manat, EQ ******* saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 36 manat, BNA ******* saylı protokola görə 18 manat, ümumilikdə 645 manat cərimə edilmişdir. Həmin cərimələrə görə lizinq verən İddiaçı MMC tərəfindən ümumilikdə 645 manat ödəniş həyata keçirilmişdir. İddiaçı cərimə ödənişlərinə görə ödədiyi vəsaitin qaytarılması barədə cavabdehlərə xəbərdarlıq etmiş, lakinmüsbətnəticəolmamışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı MMC mülkiyyət hüquqi ilə ona məxsus olan “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin sahiblik və istifadəsində olan zaman onlar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimə borclarının MMC tərəfindən ödənildiyinə əsaslanaraq həmin vəsaitin cavabdehlərdən tutulmasını tələb edir.

32. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, İddiaçı MMC mülkiyyət hüquqi ilə ona məxsus olan “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin sahiblik və istifadəsində olan zaman onlar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimə borclarının əvəzini tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, mülkiyyət hüquqi ilə İddiaçı MMC-yə məxsus olan “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin sahiblik və istifadəsində olan zaman onlar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimə məbləğlərinin ödənişi İddiaçı MMC tərəfindən həyata keçirilmişdir.

33. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar vardır. Birinci instansiya məhkəməsi isə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gələrək iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

34. Bundan əlavə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat vəsaitin əvəzi də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 2(013)-1912/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Cavabdeh2 32 (otuz iki) manat, Cavabdeh1 613 (altı yüz on üç) manat vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar