Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-287/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment öhdəliyinə xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(052)-156/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(052)-125/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 18 dekabr 2015-ci il tarixdə Gəncə “Asan Xidmət” qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 22 sentyabr 2016-cı il tarixdə anadan olmuş X5 və 22 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 nikahın pozulmasından sonra Cavabdeh himayəsində saxlanılması, İddiaçı 22 sentyabr 2016-cı il tarixdə anadan olmuş X1 və 22 dekabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
2. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-111/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Naftalan Şəhər Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli 2(052)-125/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 22 sentyabr 2016-cı il tarixdə anadan olmuş X1 və 22 dekabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay, hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq dövlət mədaxilinə keçirilməsi, artırılmış alimentin tutulmasına Naftalan Şəhər Məhkəməsinin bu iş üzrə 13 avqust 2020-ci il tarixli 2(052)-111/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir.
3. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş **********419 saylı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh bildirmişdir ki, keçmiş əri İddiaçı tərəfindən uşaqların 18 yaşınadək ödəniləcək aliment borcu ona tam şəkildə ödənilmişdir.
4. Naftalan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 8(052)-01/2023 nömrəli qərardadından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(052)-111/2020 saylı icra sənədi üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi və iş üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 8(104)-28/2023 nömrəli qərardadından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 8(052)-01/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh məhkəmənin qətnaməsi ilə onun tərəfindən iki uşağın saxlanması üçün ödənilməsi müəyyən edilmiş aliment hesablanaraq tam həcmdən artıq (38880 manat ödənilməli olduğu halda 39000 manat) ödədiyindən onun cavabdeh qarşısında olan aliment öhdəliyinə xitam verilməsi və tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(052)-125/2019 saylı qətnaməsi ilə cavabdeh ilə aralarında olan nikah pozulmuş, iki uşağın saxlanması üçün ondan hər ay cəmi 200 manat alimentin tutularaq qarşı tərəfə verilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(052)-111/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 240 manat məbləğində müəyyən edilmişdir. Onun cavabdehə heç bir aliment borcu yoxdur. Belə ki, o, evini sataraq 39000 manat məbləğində cavabdehə pul ödəmişdir. Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində ərizə təqdim edərək bildirmişdir ki, övladlarının 18 yaşına çatanadək ödəniləcək aliment borcu ona tam şəkildə ödənilmişdir. Qeyd edilən ərizə 24 may 2021-ci il tarixdə notariat kontorunda təsdiq edilmişdir. Həmin pulu aldıqdan sonra cavabdeh ondan yenidən aliment almaq məqsədi ilə Qaradağ rayon icra şöbəsinə ərizə yazaraq bildirmişdir ki, guya o, 24 may 2021-ci il tarixdə cavabdehi Yasamal rayonunda kirayələdikləri evin kirayə müqaviləsini imzalamaq üçün notariat kontoruna aparmışdır. Orada isə cavabdehin etibarından sui-istifadə edərək ona kirayə müqaviləsi əvəzinə, 18 yaşına qədər uşaqların alimentini almasına dair ərizəyə imza atdırmışdır. Qeyd edilən ərizə cavabdeh tərəfindən 27 iyul 2021-ci il tarixdə şəxsən özü tərəfindən yazılaraq verilmişdir. Bu ərizənin üzərindəki ştampda ərizənin qəbul tarixinin 28 iyul 2021-ci il olduğu göstərilmişdir. İcraata xitam verilməsi haqqında qərardaddan şikayət verən cavabdeh şikayət ərizəsində göstərmişdir ki, guya o, 27 iyul 2022-ci il tarixədək cavabdehlə birlikdə yaşamış, bundan sonra Orxan onları atıb getmişdir. Onun aliment borcu olduğundan tutulmaması üçün formal olaraq qeyd edilən ərizəni notariat orqanında imzalamışdır. Lakin sonradan guya o, cavabdehi atmış, cavabdeh də alimentsiz və başsız qalmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X3 qeyd edilən pul məbləğini cavabdehdə görmüşdür. Bu barədə məhkəmədə şahid qismində dindirilə bilər. Bundan başqa notariusun digər işçiləri də, cavabdehə onun tərəfindən pulun verildiyinin şahidi olmuşlar. O, cavabdehlə heç bir zaman bir yerdə yaşamamışdır. Hesab edir ki, cavabdehə onun tərəfindən aliment tam həcmdə ödənildiyindən aliment üzrə öhdəliyinə xitam verilməlidir.
8. Naftalan Şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(052)-156/2023 nömrəli qətnaməsi (hakim Ayaz Səlimov) ilə iddianın təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 113.2.1, 113.2.2, 113.2.3, 113.2.4 və 113.2.5-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227, 358-360 və 362-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(052)-156/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi cavabdehin razılığı əsasında qanunun tələblərindən kənara çıxmamış, qanun çərçivəsində aralarında razılığa gəlmişlər. Ailə Məcəlləsinin bu maddəsini tələb tutaraq evini satmış, alimentə ödəməli olduğu məbləği birdəflik şəkildə ödəmişdir. Hesab edir ki, məhkəmə qətnamə çıxararkən bu halı nəzərə almalı idi. Cavabdeh öz ərizəsi ilə etirafı təsdiq etmiş və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Rasim Şahgəldiyev və eyni zamanda digər notarius işçiləri də təsdiq edirlər ki, pulu cavabdehə vermiş və cavabdehdə ərizəsində heç bir aliment öhdəliyinin qalmamasına dair etirafı notarial qaydada təsdiq edilib. Necə ola bilər ki, etirafın təsdiqinə dair notarius tərəfindən təsdiq edilmiş sənədin heç bir hüquqi fakt kimi, məhkəmə tərəfindən nəzərə alınmaz və faktın sübutu kimi dəyərləndirilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı ilə 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Bundan sonra narazılıqlara görə 2019-cu ildə məhkəmə qaydasında boşanmışlar. Boşanan zaman iddiaçının 1.200 manat borcu vardır. Daha sonra 2020-ci il tarixdə barışmışlar və iki ay ərizində, yəni iyun-iyul aylarında yenidən birlikdə yaşamışlar. Buna görə də müvəqqəti olaraq alimenti dayandırmışlar. Lakin, alimentin dayandırlması barədə ərizə verdikdən sonra İddiaçı onunla əlaqəni kəsmişdir. Daha sonra iddiaçının 9.120 manat məblğində aliment borcu yığılmışdır və heç bir ödəniş etməmişdir. Həmçinin, iki ay ərzində birlikdə yaşadıqları zaman aliment borcu hesablanmamışdır. O, iddiaçının anası xəstə olduğu üçün 9.120 manat aliment borcundan 5.120 manatı silmişdir. Qalan borcdan isə iddiaçı 2.000 manat vermiş və qalan 2.000 manatı aliment borcunu isə qaynatası tərəfindən veriləcəyi bildirilmişdir. İddiaçının atası isə həmin məbləğdən iki ay ərzində 800 manat ödəmişdir. Hazırda isə iddiaçının ona cəmi 1.200 manat məbləğində aliment borcu qalmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.
18. Maddə 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
23. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(052)- 156/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Aylin adlı və xx.xx.2017-ci il təvəllüdlü Zəhra adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Bundan sonra Naftalan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(052)-125/2019 nömrəli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında 18 dekabr 2015-ci il tarixdə Gəncə “Asan Xidmət” qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 22 sentyabr 2016-cı il tarixdə anadan olmuş X5 və 22 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 nikahın pozulmasından sonra Cavabdeh himayəsində saxlanılması, İddiaçı 22 sentyabr 2016-cı il tarixdə anadan olmuş X1 və 22 dekabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Lakin, daha sonra təyin edilmiş aliment məbləği uşaqların saxlanmasına kifayət etmədiyi üçün cavabdeh məhkəməyə müraciət etmiş və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-111/2020 nömrəli qətnaməsi ilə, Naftalan Şəhər Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli 2(052)-125/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 22 sentyabr 2016-cı il tarixdə anadan olmuş X1 və 22 dekabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay, hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehə iki nəfər azyaşlı uşaqları üçün onların 18 yaşına çatanadək ödəməli olduğu aliment borcunu tam şəkildə ödəmiş və buna görə də aliment öhdəliyinə xitam verilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri aliment öhdəliklərinə xitam verilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
35. İddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.2-ci maddəsi təşkil edir. Belə ki, uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə (maddə 113.2.1); aliment ödənilən uşaq övladlığa götürüldükdə (maddə 113.2.2); aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda (maddə 113.2.3); aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə (maddə 113.2.4); əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda (maddə 113.2.5) məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.
36. Göründüyü kimi, qeyd olunan normada müəyyən olunmuş alimentin ödənilməsinə xitam verilməsi üçün əsaslar müəyyən edilmişdir.
37. İşin halları bu normanın dispozisiya şərtləri əsasında təhlil olunduqda görünür ki, iddiaçı iki nəfər azyaşlı uşaqları üçün onların 18 yaşına çatanadək ödəməli olduğu aliment borcunu tam şəkildə ödədiyinə istinad edərək, alimentin ödənilməsinə xitam verilməsini istəsə də, qanunvericiliyin yuxarıda sadalanan normalarında aliment öhdəliyinə (ödənilməsinə) xitam verilməsi üçün müəyyən olunan və göstərilən əsaslar yoxdur. Buna görə də iddiaçının irəli sürdüyü hal onun aliment üzrə öhdəliyinin xitamı üçün əsas ola bilməz.
38. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi notarial qaydada təsdiq edilmiş ərizə əsasında Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən “icraata xitam verilməsi haqqında” qərar qəbul edilmiş olsa da, sonradan həmin qərar məhkəmə qaydasında ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Qeyd edilən qərarın qəbul edilməsi isə mahiyyəti üzrə o deməkdir ki, iddiaçının aliment üzrə ödəməli olduğu məbləğləri tam şəkildə cavabdehə ödəmiş olması öz təsdiqini tapmamışdır. Bununla da birinci instansiya məhkəməsi düzgün və əsaslı nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası bir xüsusatı da qeyd etməyi zəruri hesab edir ki, azyaşlı uşaqların yaşı çoxaldıqca xərclərinin artması, uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimunun ilbəil yüksəlməsi və bunun da özlüyündə gələcəkdə uşaqlara təyin edilmiş sabit pul məbləğində alimentin məbləğinin artırılacağı təqdirdə isə iddiaçının uşaqları üçün hazırki vəziyyətdə təyin edilmiş alimentin yetkinlik yaşlarına çatanadək ödənilməli olan məbləği tam ödəməsi heç bir əhəmiyyət daşımır.
40. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
44. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
45. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 384.0.1, 385.2, 392, 393, 402, 403 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Naftalan Şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(052)-156/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.