Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-292/2025 01.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşağın himayəyə verilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(040)-816/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 17 dekabr 2020-ci il tarixdə 2004 nömrə ilə qeydə alınmış nikahın pozulması və 11 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər onun (ata) İddiaçı himayəsində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(040)-816/2024 saylı qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın qismən təmin edilməsi; İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 2004 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; İddianın qalan hissədə rədd edilməsi; Tərəflərin birgə rəsmi nikahından 11 fevral 2022-ci ildə doğulmuş X2 nikahın pozulmasından (boşanmadan) sonra anası- Cavabdeh yanında saxlanması; 11 fevral 2022-ci ildə doğulmuş X1 atası - İddiaçı alınıb anası-Cavabdeh verilməsi; 11 fevral 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 24 sentyabr 2024-cü il tarixdən sonra uşağın anaya verildiyi tarixdən hesablanmaqla, İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh xeyrinə tutulması və qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, xx.xx.2022-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə iddiasının təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Nümayəndə3 mübahisəyə dair mediasiya təşkilatında cavabdeh tərəflə barışıq sazişi bağladıqlarını bildirmiş və sazinin məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı ilə aralarındakı mübahisəylə bağlı mediasiya təşkilatında barışıq sazişi bağladıqlarını qeyd etmiş və sazişin məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: Bakı 6 saylı Mediasiya təşkilatında rəsmiləşdirilmiş 13 iyun 2025-ci il tarixli MŞB/6-01070 nömrəli barışıq sazişindən görünür ki, tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh xx.xx.2020-ci il tarixdə 2004 nömrə ilə qeydə alınmış nikahın əlavə vaxt verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmirlər; İkinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan doğulmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X1 birinci tərəf kimi çıxış edən atası İddiaçı himayəsinə veriməsinə etiraz etmir; Birinci tərəf kimi çıxış edən İddiaçı ikinci tərəf kimi çıxış edən Cavabdeh və birgə nikahdan doğulmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X2 ilə birlikdə birinci tərəf kimi çıxış edən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ikinci tərəf kimi çıxış edən Cavabdeh istədiyi müddətdə heç bir kənar müdaxilə olmadan yaşamağa razılıq verir və etiraz etmir; Birinci tərəf kimi çıxış edən İddiaçı və ikinci tərəf kimi çıxış edən Cavabdeh bir-birlərinə qarşı və uşağa görə aliment tələbi yoxdur; Birinci tərəf kimi çıxış edən İddiaçı ikinci tərəf kimi çıxış edən Cavabdeh bütün müayinə və müalicə xərclərinin (tələb olunan müddət, yəni Cavabdeh xəstəliyi ilə əlaqədar səhhətində olan manelər aradan qalxanadək) və eyni zamanda Cavabdeh saxlanma xərclərini qarşılayacağını öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia təmin edilərək tərəflər arasındakı nikah pozulmuş və onların birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı uşaq anası Cavabdeh yanında saxlanılmış, xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı uşağın saxlanılması üçün ata İddiaçı hər ay 235 manat sabit pul məbləğində aylıq aliment Cavabdeh xeyrinə tutulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı (ata) İddiaçı apellyasiya şikayəti verərək qətnaməni «iddianın qalan hissədə rədd edilməsi; Tərəflərin birgə rəsmi nikahından 11 fevral 2022-ci ildə doğulmuş X2 nikahın pozulmasından (boşanmadan) sonra anası- Cavabdeh yanında saxlanması; 11 fevral 2022-ci ildə doğulmuş X1 atası - İddiaçı alınıb anası-Cavabdeh verilməsi; 11 fevral 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 24 sentyabr 2024-cü il tarixdən sonra uşağın anaya verildiyi tarixdən hesablanmaqla, İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh xeyrinə tutulması» hissədə mübahisələndirmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «iddianın qalan hissədə rədd edilməsi; Tərəflərin birgə rəsmi nikahından 11 fevral 2022-ci ildə doğulmuş X2 nikahın pozulmasından (boşanmadan) sonra anası- Cavabdeh yanında saxlanması; 11 fevral 2022-ci ildə doğulmuş X1 atası - İddiaçı alınıb anası-Cavabdeh verilməsi; 11 fevral 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 24 sentyabr 2024-cü il tarixdən sonra uşağın anaya verildiyi tarixdən hesablanmaqla, İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh xeyrinə tutulması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi» hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı uşaqları anadan olmuşdur. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Bununla belə, tərəflər mediasiya təşkilatında barışıq sazişi bağlamaqla nikah pozulduqdan sonra azyaşlı uşağın hansı valideynin himayəsində qalması, aliment, uşaqla ünsiyyət və s. məsələlərlə bağlı öz aralarında razılıq əldə etmişlər. Hazırda da onlar mübahisənin sazişə uyğun həll edilməsini arzu edirlər. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə, ər-arvad arasında saziş olmadıqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Baxılan işdə isə tərəflərin birgə nikahından doğulmuş uşağın nikah pozulduqdan sonra kiminlə qalacağı, uşağın saxlanılması üçün vəsaitin ödənilmə məsələləri barədə tərəflər arasında müvafiq saziş mövcuddur. Bu halda həmin məsələlərin məhkəmə tərəfindən həll edilməsinə zərurət yoxdur. MPM-nin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə ilə bağlı tərəflər arasında barışıq sazişi mövcud olduğundan və tərəflər arasında mübahisə olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 261.0.1, 263-264, 384, 402.2 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(040)-816/2024 saylı qətnaməsi «iddianın qalan hissədə rədd edilməsi; Tərəflərin birgə rəsmi nikahından 11 fevral 2022-ci ildə doğulmuş X2 nikahın pozulmasından (boşanmadan) sonra anası- Cavabdeh yanında saxlanması; 11 fevral 2022-ci ildə doğulmuş X1 atası - İddiaçı alınıb anası-Cavabdeh verilməsi; 11 fevral 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 24 sentyabr 2024-cü il tarixdən sonra uşağın anaya verildiyi tarixdən hesablanmaqla, İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh xeyrinə tutulması və qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi» hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-292/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-292/2025
01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver