Məhkəmə qərarları › İş №2(104)-32/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-32/2025

20.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-32/2025 20.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İstehsalat Kommersiya Şirkətinin cavabdehlər Bərdə şəhər Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusuna qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı İstehsalat Kommersiya Şirkətinin nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh5 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı İstehsalat Kommersiya Şirkəti cavabdehlər Bərdə şəhər Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X7 qarşı iddia ərizə ilə “alğı-satqı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair mülki işi üzrə Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(021)-316/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Texniki pasportunun surətindən görünür ki, Bərdə şəhəri ərazisində yerləşən 400 kv.m torpaq sahəsi "xxxx" İstehsalat Komersiya Şirkətinin mülkiyyətindədir.

2. Bərdə rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi vahidi üzrə nümayəndəsinin 22 noyabr 1999-cu il traixli 182 nömrəli sərəncamından görünür ki, Bərdə İddiaçı İstehsalat Komersiya Şirkətinin 27 oktyabr 1999-cu il tarixli 14 nömrəli məktubu, şəhərin memarı M.Qasımovun rəyi nəzərə alınaraq "xxxx" İstehsalat Komersiya Şirkətinə məxsus X8nin yerləşdiyi 0,04 ha torpaq sahəsinin qərbində hasara alınmış 10x25 m., şərqdən 50x5 m., şimaldan 8,0x30 m., cənubdan 15x10 m., enində və mövcud bulağın şərqindən 10x8 m cəmi 0,098 ha torpaq sahələri şirkətin istifadəsinə verilərək onun mövcud sahəsi 0,138 ha catdırılması qərara alınmnışdır.

3. Torpaqların alğı-satqısına dair 29 sentyabr 2006-cı il tarixli 101 nömrəli aktdan görünür ki, Bərdə bələdiyyə orqanına 18 sentyabr 2006-cı il tarixli 16 nömrəli məktubla torpaq sahəsi almaq barədə "xxxx" İstehsalat Kommersiya Şirkətinin təsisçisi X12 müraciət etmiş, Cavabdeh2 ərazisində 0,138 ha sahibkarlıqla məşğul olmaq məqsədi ilə satılan torpaq sahəsi barədə 25 sentyabr 2006-cı il tarixli 83 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X6 bələdiyyəsinin kapital banka olan büdcəsinə 27 sentyabr 2006-cı il tarixli 4 nömrəli ödəniş qəbzi ilə əvvəlcədən 574 yeni AZN nəğd ödəniş etmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 19 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Bakı küçəsində mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən 1 girişli 17,4 kv.m ümumi, 11,4 kv.m əsas 6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı İstehsalat Kommersiya Şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrindən 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 aprel 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Babək küçəsində yerləşən sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,00775 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur.

6. Daşınmaz əmlakın 26 dekabr 2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli alğısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bərdə şəhəri Babək küçəsində yerləşən sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,00775 ha torpaq sahəsi Cavabdeh4 satmışdır.

7. Daşınmaz əmlakın 10 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Bərdə şəhəri Babək küçəsində yerləşən sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,00775 ha torpaq sahəsini Cavabdeh5 satmışdır.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Babək küçəsində yerləşən sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,00775 ha torpaq sahəsi Cavabdeh5 mülkiyyətindədir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 oktyabr 2018-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, İddiaçı İKŞ-nin faktiki istifadəsində olan torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi arasında 3 metr məsafə olduğunu nəzərə alsaq İddiaçı İKŞ-nin mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən X8nə gediş-gəliş yolu X5 tərəfindən zəbt edilməmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2018-ci il tarixli 26618 nömrəli ekspert rəyindən görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X1 mülkiyyətində verilmiş 0,00775 ha torpaq sahəsinin bütövlükdə İddiaçı İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan X8nin giriş-çıxış yolunun üzərinə düşdüyü müəyyən olunur.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2019-ci il tarixli 2934 nömrəli ekspert rəyindən görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən İddiaçı İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən X8nə gedən gediş-gəliş yolu sənədlərə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən Babək küçəsi (keçmiş İ.Qayıbov) küçəsi ilə Bakı küçəsinin kesişməsindən olduğunu həmin yolun hal-hazırda eni 10 metr və X1 mülkiyyətinə verilmiş torpaq sahəsinin yola paralel olan hissənin eni bir tərəfdən 9,29 metr və digər tərəfdən 11,04 metr olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X1 mülkiyyətinə verilmiş 0,00775 ha torpaq sahəsi İddiaçı İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan X8nə gedən gediş-gəliş yolun üzərinə düşdüyü müəyyən olunur.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-132/2025 nömrəli qərarı ilə, iddianın təmin edilməsi, Bərdə rayon Cavabdeh2 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarı, üçüncü şəxs Cavabdeh5 mübahisəli torpaq sahəsində mövcud tikilinin (ət dükanının) yerləşdiyi torpaq sahəsinə aid hissədə qüvvədə saxlanılmaqla, qalan hissədə ləğv edilməsi qərara alınmış və qərar qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Bərdə şəhər Bələdiyyəsi ilə Cavabdeh4 arasında Bərdə şəhəri, Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsinə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş və 4Ə1810 nömrə ilə qeydə alınmış 26 dekabr 2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş çıxarışa əsasən Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış və həmin notarius tərəfindən təsdiq edilərək 4Ə-29 nömrə ilə qeydiyyata alınmış 10 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Cavabdeh4 adına verilmiş 30 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Cavabdeh5 adına verilmiş 29 yanvar 2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasarın sökülməsi və yolun açılması vəzifəsinin cavabdeh Bərdə şəhər Bələdiyyəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Bakı küçəsində mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən 1 girişli, 17,4 kv.m. ümumi, 11,4 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (X8) tam mülkiyyət hüququ üzrə İddiaçı İstehsalat Kommersiya Şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 dekabr 2006-cı il tarixli, MH seriya ******* nömrəli çıxarış verilmişdir. Hazırda mübahisəli olan torpaq sahəsi İddiaçı İstehsalat Kommersiya Şirkətinə məxsus X8nin torpaq sahəsinin genişləndirilməsi barədə Bərdə rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Vahidi üzrə nümayəndəsinin 22 noyabr 1999-cu il tarixli, 182 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə (obyektin yerləşdiyi sahəyə) gediş-gəliş yoludur. Qeyd edilən torpaq sahəsinin İddiaçı İstehsalat Kommersiya Şirkətinə ayrılması və sonradan Bərdə rayonu Cavabdeh2ndən alğı-satqı yolu ilə alınması, həmçinin istifadədə və mülkiyyətdə olan ərazinin sxemi və planı müvafiq sənədlərlə təsdiq olunur. İddiaçı İstehsalat Kommersiya Şirkətinin təsisçisinin xəstə olmasından istifadə edən cavabdeh Bərdə şəhər Bələdiyyəsi gediş-gəliş yolunu bağlamış və şirkətin qarşısında olan torpaq sahəsini qanunsuz olaraq satmışdır. Bununla da, cavabdeh tərəfindən mülkiyyətçinin qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də, Bərdə şəhər Bələdiyyəsinin sədrinə və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin rəisinə ərizə ilə müraciət edərək, İddiaçı İstehsalat Kommersiya Şirkətinin qeyri-yaşayış binasının yerləşdiyi 0,138 ha torpaq sahəsinin giriş-çıxış hissəsindən 77,5 kv.m. torpaq sahəsinin hərraca çıxarılmasını və başqa şəxsə yol verilməməsini xahiş etmişdir. Bərdə şəhər Bələdiyyəsindən ərizəyə cavab verilməsə də, DƏDRX-nin 7 saylı Ərazi İdarəsi 17 oktyabr 2015-ci il tarixli məktub göndərərək bu məsələnin onların səlahiyyətinə aid olmamasını göstərməklə, müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edilməsi məsləhət görülmüşdür. Daha sonra isə DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin 22 may 2018-ci il tarixli məktubu ilə Bərdə şəhəri Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsi 07 aprel 2016-cı il tarixdə Bərdə rayon Bələdiyyəsinin adına daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. 26 dekabr 2016-cı il tarixli Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontorunun verdiyi 4Ə-1810 nömrəli alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh4 adına alğı-satqı olunmuş və 30 dekabr 2016-cı il tarixdə daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış verilmişdir. 10 yanvar 2018-ci il tarixli Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontorunun verdiyi 4Ə-29 nömrəli alqısatqı müqaqviləsinə əsasən, həmin torpaq sahəsi Cavabdeh5 adına alğı-satqı olmuş və 29 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi Cavabdeh5 mülkiyyətindədir. Şirkətin gediş-gəliş yolunda hasar tikildiyindən həmin hasarın sökülməsi üçün dəfələrlə torpağın hazırki sahibi Cavabdeh5 müraciət olunsa da, yolu açmaqdan imtina etmişdir. Cavabdeh2 həmin torpaq sahəsini satması qanunsuz hərəkətdir və bu qanunsuz hərəkət nəticəsində sahibi olduğu şirkətin gediş-gəliş yolu bağlanmışdır. Həmin qanunsuz hərəkətlərin nəticəsidir ki, şirkətin gediş-gəliş yolunda tikilmiş hasar mülkiyyətindən istifadəyə maneə yaradır.

15. Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(021)-316/2019 saylı qətnaməsi ilə (hakim M.Ə.Allahverdiyev) iddia tələbi təmin edilmiş, cavabdehlər Bərdə şəhər Bələdiyyəsi ilə Cavabdeh4 arasında Bərdə şəhəri, Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsinə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-1810 nömrə ilə qeydə alınmış 26 dekabr 2016cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi Cavabdeh4 ilə Cavabdeh5 arasında Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılmış reyestrdə 4Ə-29 nömrə ilə qeydiyyata alınmış 10 yanvar 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş 30 dekabr 2016-cı il tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Cavabdeh5 adına verilmiş 29 yanvar 2018-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasarın Bərdə şəhər Bələdiyyəsinin hesabına sökülməsi qət edilmiş, ekspertiza xərci cavabdehlərə aid edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışa əsasən Bərdə şəhəri, Babək küçəsində 0.138 ha torpaq sahəsində yerləşən 1 girişli, 17.4 kv.m. ümumi, 11,4 kv.m. əsas, 6 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 19 dekabr 2006-cı ildə mülkiyyət hüququ əsasında İddiaçı İstehsalat Kommersiya Şirkətinin təsisçisi X9 adına qeydə alınmışdır. AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh4 satılmış və sonuncu tərəfindən isə AN-0672787 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılmış, seriya RX ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmış 0.00775 ha torpaq sahəsi İddiaçı İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan X8nə gedən gedişgəliş yolun üzərinə düşür. Göründüyü kimi 0.00775 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh4 satılarkən qanunvericiliyin tələbləri pozulmuş, İddiaçı İstehsalat Kommersiya Şirkətinin direktoru X9 öz mülkiyyətindən sərbəst istifadəsi məhdudlaşdırılmışdır. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2934 saylı, 05 iyul 2019-cu il tarixli rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi İddiaçı İstehsalat Kommersiya Şirkətinin təsisçisi X9 öz mülkiyyətində olan əmlakından istifadə hüquqlarını pozduğundan etibarsız hesab edilməli, həmin alğı-satqı müqavilələri əsasında Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı, 30 dekabr 2016-cı il tarixli və Cavabdeh5 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı, 29 yanvar 2018-ci il tarixli çıxarışlar ləğv edilməli, İddiaçı şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasarın sökülməsi və yolun açılması vəzifəsi Cavabdeh2 hesabına aparılmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 152.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

18. Cavabdehlər Cavabdeh5 və DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsi ayrı-ayrılıqda Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(021)- 316/2019 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən 0.0075 ha torpaq sahəsini 10 yanvar 2018-ci ildə Cavabdeh4 alğısatqı yolu ilə almış və torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə aldıraraq, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Torpaq sahəsini qanuni əsaslarla aldığından və həmin torpaq sahəsi müllkiyyətində olduğundan iddia tələbi təmin edilə bilməz.

20. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırlımışdır ki, Bərdə şəhər Bələdiyyəsinin müraciəti əsasında bələdiyyə mülkiyyətinə aid 0.00775 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 07 aprel 2016-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınmışdır. Belə ki, Bərdə şəhər Bələdiyyəsi tərəfindən hüquqların dövlət qeydiyyata alınması ilə bağlı müraciətə əsasən sözügedən 0.00775 ha torpaq sahəsinin kadastr məlumatları araşdırılmış, ekspertiza olunmuş və müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və torpaq sahəsi digər mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üstüstə düşmür. Eyni zamanda torpaq sahəsinin elektron baza məlumatlarında hansısa mülkiyyətçinin gediş-gəliş yolun üzərinə düşmədiyi də müəyyən olunmuşdur ki, bu da həmin torpaq sahəsinin dövlət reyestrinə qeydiyyata alınmasının dayandırılması və ya imtina olunması üçün əsas verməmişdir. Sonra da 0.00775 ha torpaq sahəsi Bələdiyyə tərəfindən rəsmi alğı-satqı olunaraq Cavabdeh4 satılmışdır. Torpaq sahəsi Cavabdeh5 satılmış və sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüquqları 29 yanvar 2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğu üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları tam olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən olumuşdur ki, sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı araşdırma aparılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi rəy vermişdir. Həmin rəyə əsasən torpaqayırma sənədlərinə əsasən, naturada ölçü işləri aparılmış, iddiaçının mülkiyyətində olan 0.138 ha torpaq sahəsinin hərtərəfli daş hasarla əhatə olunduğu üçün şirkətin istifadəsinə olan torpaq sahəsinin koordinatlarını naturada vuraraq, sxemini tərtib edən zaman məlum olmuşdur ki, mülki işə əlavə olunmuş İddiaçı İstehsalat Kommersiya Şirkətinin ilkin torpaqayırma sənədinə göstərilən torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında həm həndəsi ölçüləri, həm də konfiqurasiya fərqi var və bunun nəticəsində İddiaçı İKŞ-nin faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin 0.1653 ha olması aşkar olunmuşdur. İddiaçı İKŞ-nin ilkin torpaqayırma sənədində nə də naturada gediş-gəliş yolunun haradan keçməsi göstərilmədiyindən və istifadə etdiyi torpaq sahəsi hər tərəfindən daş hasarlarla hörüldüyündən, şirkətə aid torpaq sahəsinə iddia olunan hissədən gediş-gəliş yolunun keçməsini təyin etmək mümkün olmamışdır. Hüquqi sənədlərə əsasən, cavabdehin mülkiyyətinə verilmiş 0.00775 ha torpaq sahəsi İddiaçı İKŞnin faktiki istifadə etdiyi torpaq sahəsi arasında hal-hazırda naturada 3 metr enində boş sahə vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi X2 21 sentyabr 2020-ci il tarixli, 325 nömrəli mütəxəssis rəyindən görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən İddiaçı İstehsalat Kommersiya Şirkətinin müəyyən olan 0,138 ha torpaq sahəsindəki X8nə ayrıayrılıqda təqribən 10 metr enində iki gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-758/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və A.H.Hüseynzadə) apelyasiya şikayətləri təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(021)-316/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmiş, ekspertiza xərci iddiaçıya aid edilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi, yəni Bərdə şəhəri Babək küçəsində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,00775 ha torpaq sahəsi Bərdə şəhər Bələdiyyəsinin mülkiyyətində olmuş və həmin torpaq sahəsi Cavabdeh4 satılmış və bu barədə tərəflər arasında daşınmaz əmlakın 26 dekabr 2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli alğısatqı müqaviləsi bağlanmışdır. Həmçinin, daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh4 mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. 10 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh4 mülkiyyətində olan torpağı Cavabdeh5 satmışdır. Cavabdeh5 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi Bərdə şəhər Bələdiyyəsinin mülkiyyətində olmuş, daha sonra isə qeyd olunan alğı-satqı müqavilələri üzrə ardıcıl olaraq digər cavabdehlərin mülkiyyətinə keçmişdir. Belə olan təqdirdə, mübahisəli torpağa dair alğı-satqı müqavilələrinin, eləcədə verilmiş çıxarışların etibarsız hesab edilməsinə heç bir hüquqi əsası yoxdur.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152.1, 152.5, 324.1, 331, 334, 336.1, 337, 646, 647-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli 2(102)-3160/21 saylı qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-758/2020 saylı qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə ekspertin qarşısında iddiaçının mükliyyətində olan torpaq sahəsinə və X8nə gedən yolun zəbt edilib-edilməməsi barədə sual qoymuşdur.

29. Lakin verilmiş iddianın həlli, ekspert qarşısında sual qoyulmaqla, Bərdə şəhəri Babək küçəsində yerləşən, Bərdə şəhər Bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi əsasında sonuncuya satılmış, 30 dekabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ******* saylı çıxarışda əksini tapmış 0,00775 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və X8 üçün nəzərdə tutulmuş yolla üst-üstə düşüb-düşməməsinin aydınlaşdırılmasını tələb edirdi.

30. Belə ki, əgər həqiqətən də bələdiyyə tərəfindən Cavabdeh4 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, ərazinin baş planında da yol kimi əksini tapmış torpaq sahəsi satılmışdırsa, bu halda iddia tələbi məhz o əsasla rədd olunacaqdır ki, torpağın satılmasına dair inzibati orqanın qərarı qüvvədə olduğuna görə müqavilə ləğv edilə bilməz. Bu halda iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia qaldıra bilər. Məhkəmələr tərəfindən iş üçün əhəmiyyətli olan bu xüsusatlar araşdırılmamış, müəyyənlik gətirilməmişdir.

31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Qanunun 6.1, 6.5-6.7, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 337.1, MPM-nin 407.2, 416, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1595 saylı ekspert rəyinə əsasən Bərdə şəhəri, Bakı küçəsində yerləşən "xxxx" İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən X8nə gedən gediş-gəliş yolunun sənədlərə və baxış zamanı əldə olunmuş məlumatiara əsasən, Babək küçəsi (keçmiş İ.Qayıbov) ilə Bakı küçəsinin kəsişməsindən olduğunu, həmin yolunun hal-hazırda eninin 10 metr olduğunu və X1 mülkiyyətinə verilmiş torpaq sahəsinin yola paralel olan hissənin bir tərəfdən eninin 9,29 metr və digər tərəfdən isə 11,04 metr olduğunu nəzərə aldıqda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışa əsasən, X1 mülkiyyətinə verilmiş 0,00775 ha torpaq sahəsinin bütöviükdə İddiaçı İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan X8nin giriş-çıxış yolunun üzərinə düşdüyü müəyyən olunur.

33. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2-1(104)-152/2022 saylı qərarına əsasən İddiaçı İstehsalat Kommersiya Şirkətinin cavabdeh Bərdə rayon Cavabdeh2nə (üçüncü şəxslər Cavabdeh4 və Cavabdeh5) qarşı “Bərdə rayon Cavabdeh2 08 dekabr 2014-cü il tarixli, 20 saylı qərarının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)- 2197/2021 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmiş, Bərdə rayon Cavabdeh2 08 dekabr 2014-cü il tarixli, 20 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2-1(104)-152/2022 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)-2197/2021 saylı qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır və həmin qərar qanuni qüvvəsini almışdır.

34. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2(104)-373/2022 saylı qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), İ.Həsənov və S.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(021)-316/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

36. Belə ki, İddiaçı İstehsalat Kommersiya Şirkətinin Bərdə şəhəri, Bakı küçəsində mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən 1 girişli, 17,4 kv.m. ümumi, 11,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi, X8 tam mülkiyyət hüququ üzrə şirkətinin adına dövlət reyestrində qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Bərdə rayon Cavabdeh2 08 dekabr 2014-cü il tarixli, 20 saylı qərarı əsasında 77,5 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə daxil edilmiş, sonradan bələdiyyənin mülkiyyətinə keçirilməklə başqa şəxslərə satılmışdır.

37. Beləliklə, hazırda Bərdə rayon Cavabdeh2 08 dekabr 2014-cü il tarixli, 20 saylı qərarı ləğv edildiyindən qeyd olunan alğı-satqı müqavilələri etibarsızdır.

38. Kollegiya həmçinin qeyd etmişdir ki, iddia tələbi üzrə alğı-satqı müqavilələri etibarsız hesab ediliyindən iddia tələbinin digər hissələri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsaslı olmuşdur.

39. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.4, MPM-nin 76.1, 77.1, 106.1, 217.3, 218.1, 372, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiya məhkəməsində ikinci icraat

40. Cavabdeh5 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2023-cü il tarixli 2(102)-1693/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2(104)-373/2022 saylı qətnaməsi Cavabdeh5 münasibətdə iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan Cavabdeh5 vicdanlı əldə edən olub-olmamasını da araşdırıb hüquqi qiymət verməmişdir.Belə ki, daşınmaz əmlakın dövlət reyestrində özgəninkiləşdirənin adına aparılmış qeydiyyatın həqiqiliyinə münasibətdə vicdanlı olan, həmin qeydin həqiqiliyinə güvənərək daşınmaz əmlak əldə edən şəxsin hüququ qorunmalıdır.

Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə qarşılıqlı razılıq əldə edilmişdir. Cavabdeh Orxan Bəxtiyarovun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində ət satışı mağazası inşa edilmiş və fəaliyyət göstərir, iddiaçı tərəfindən yol yeri kimi iddia edilən hissə isə faktiki olaraq boş sahədir. Cavabdeh tərəf iddiaçı ilə əldə edilmiş razılaşmaya əsasən, ət mağazasının yerləşdiyi hissəyə toxunulmamaqla, mağazanın şərq yanından 6 (altı) metr enində yolun açılması məqsədilə cavabdehin adına olan daşınmaz əmlaka dair çıxarışın və iddia predmeti olan digər sənədlərin yalnız həmin yol sahəsinə aid hissədə qismən ləğv edilməsinə etiraz etmirlər.

44. İddiaçının nümayəndəsi və vəkili izahatında göstərmişdir ki, qarşı tərəflə razılıq əldə olunmuşdur. Belə ki, cavabdeh Orxan Bəxtiyarovun mülkiyyətində olan ət mağazasının şərq yanından 6 (altı) metr enində yolun açılmasını, həmin hissələrdə alğısatqı müqaviləsinin və daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsini, iddianın qalan hissələrdə isə təmin edilməməsini xahiş etmişdir.

45. Cavabdehlər Bərdə şəhər Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndələrinin iştirakını təmin etməmiş, Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, digər məhkəmə icraatı iştirakçıları bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

46. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

47. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.

49. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.

50. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.

51. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

52. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

53. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

54. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

55. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

56. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

57. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

59. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

60. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

61. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

62. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

63. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir.

64. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

65. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

69. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

75. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

76. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

77. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

78. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

79. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

80. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

83. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi qətnaməni tam mübahisələndirirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

84. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.

85. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

86. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

87. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

88. Məhkəmə göstərir ki, iddia tələblərinə hüquqi qiymət verilərkən ilkin olaraq tələblərin bir-birini tamamlaması və sonrakı tələbə qiymət verilməsi onun əvvəlki tələbin hüquqi nəticəsindən asılı olması nəzərə alınmalıdır. Bu aspektdən çıxış etməklə ilk öncə iddiaçının mübahisələndirdiyi 26 dekabr 2016-cı il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə diqqət yetirilməlidir. Çünki, digər tələblərə hüquqi qiymət verilməsi üçün ilkin olaraq həmin alğı-satqı müqaviləsinin etibarsız olub-olmaması müəyyən edilməlidir.

89. Mülki qanunvericilik müvafiq hüquqi əsaslar olduqda əqdlərin etibarsızlığını da müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

90. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

91. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər.

92. Bu şərtlər Mülki Məcəllənin 14-cü fəslində sadalanmışdır və aşağıdakılar kimi müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması (339-cu maddə); uydurma və yalan əqd bağlanması (340-cı maddə); qeyri-ciddi əqdin bağlanması (341-ci maddə); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin əqd bağlaması (342-ci maddə); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin əqd bağlaması (343-cü maddə); yetkinlik yaşına çatmayanın əqd bağlaması (344 və 345-ci maddələr); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin əqd bağlaması (346-cı maddə); vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlaması (347-cü maddə); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlaması (349-cu maddə).

93. Svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alğı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır.

94. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər.

95. Mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır.

96. Qeyd etmək lazımdır ki, iddiaçı bələdiyyə ilə Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbini onunla əsalandırır ki, Cavabdeh4 satılmış torpaq sahəsi, onun mülkiyyətində olan X8nə gediş-gəliş üçün nəzərdə tutulmuş yol sahəsindən verilmişdir.

97. İş materiallarında (2-ci cild, i.v. 220) Cavabdeh2 tərəfindən bələdiyyə fondundan şəhərin Babək küçəsindən cəmi 77,5 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Cavabdeh4 mülkiyyətinə verilməsi, Bərdə şəhər sakini Cavabdeh4 normativ qiymətdən az olmamaq şərtilə cəmi 77.5 kv.m olmaqla 1 kvm torpaq sahəsi üçün 10,80 qəpik, cəmi 837 (səkkiz yüz otuz yeddi) manatdan az olmamaqla torpağın nəzərdə tutulmuş alğı-satqı qiymətinə görə dəyərini Cavabdeh2 Kapital bankın Bərdə filialındakı hesabına ödəməsinin və ödəmə barəsindəki qəbzin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Torpaq Hərrac və Müsabiqə Komissiyasına təqdim etməsinin tapşırılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Torpaq Hərrac və Müsabiqə Komissiyasından mülkiyyətə verilən 77,5 kvm torpaq sahəsinin “Torpaqların alğı-satqı qaydaları”na əlavədə göstərilən nümunə əsasında “Torpaqların alğı-satqısına dair” 3 nüsxədən ibarət alğı-satqı müqaviləsinin tərtib edilməsinin və onu qeydiyyata almasının xahiş edilməsi və s.-in qərara alınması barədə Cavabdeh2 23 dekabr 2016-cı il tarixli iclas protokolundan çıxarış mövcuddur.

98. Bundan sonra isə daşınmaz əmlakın 26 dekabr 2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi ilə, Cavabdeh2 Bərdə şəhəri Babək küçəsində yerləşən sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,00775 ha torpaq sahəsini Cavabdeh4 satmışdır.

99. Qeyd edilən hallara əsasən kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əgər həqiqətən də bələdiyyə tərəfindən Cavabdeh4 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, ərazinin baş planında da yol kimi əksini tapmış torpaq sahəsi satılmışdırsa, bu halda iddia tələbi məhz o əsasla rədd olunacaqdır ki, torpağın satılmasına dair inzibati orqanın qərarı qüvvədə olduğuna görə müqavilə ləğv edilə bilməz. Bu halda iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia qaldıra bilər. Məhkəmələr tərəfindən iş üçün əhəmiyyətli olan bu xüsusatlar araşdırılmamış, müəyyənlik gətirilməmişdir.

100. Bununla bağlı məhkəmə qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, qanuni qüvvəyə minmiş qərarı ilə Bərdə rayon Cavabdeh2 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarı üçüncü şəxs Cavabdeh5 mübahisəli torpaq sahəsində mövcud tikilinin (ət dükanının) yerləşdiyi torpaq sahəsinə aid hissədə qüvvədə saxlanılmaqla, qalan hissədə ləğv edilmişdir.

101. Nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş faktların preyudisiallığı - məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib.

102. Eyni hüquqi mövqe “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

103. Müki hüquqda faktlar dedikdə - mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

104. Yalnız, məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır.

105. Həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hüquqi və faktiki hallar, o cümlədən mübahisəli torpaq sahəsinin yalnız tikilinin yerləşdiyi hissədə üçüncü şəxsin istifadəsində qalmasının mümkünlüyü, digər hissədə isə inzibati aktın qanuna zidd olması bu iş üzrə əhəmiyyətli faktlar kimi müəyyən edilmişdir.

106. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

107. Hazırkı iş üzrə tərəflərin tərkibinin və mübahisənin predmetinin göstərilən inzibati iş üzrə tərəflər və müəyyən edilmiş hallar ilə əlaqəli olduğu nəzərə alınaraq, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmiş faktlar bu mülki iş üzrə məhkəmə tərəfindən preyudisial əhəmiyyətə malik hallar kimi qəbul edilir və əlavə sübutetmə predmetinə daxil edilmir.

108. Məhkəmə iş üzrə sübutları qiymətləndirərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2019-cu il tarixli, 2934 nömrəli ekspert rəyinə xüsusi diqqət yetirmişdir.

109. Həmin ekspert rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən İddiaçı İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən X8nə gediş-gəliş yolu sənədlərə və yerində baxış zamanı əldə edilmiş məlumatlara əsasən Babək küçəsi (keçmiş İ.Qayıbov küçəsi) ilə Bakı küçəsinin kəsişməsindən həyata keçirilir. Ekspert rəyində yolun mövcud eni 10 metr olmaqla müəyyən edilmişdir.

110. Eyni zamanda ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh5 mülkiyyətinə verilmiş torpaq sahəsinin yola paralel olan hissəsinin eni bir tərəfdən 9,29 metr, digər tərəfdən isə 11,04 metr təşkil edir. Bu göstəricilər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 29 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda əks olunmuş məlumatlarla müqayisəli şəkildə təhlil edilmişdir.

111. Ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh5 mülkiyyətinə verilmiş 0,00775 ha torpaq sahəsi faktiki olaraq iddiaçıya məxsus X8nə gedən gediş-gəliş yolunun üzərinə düşür. Bu hal ekspert rəyində konkret ölçü və plan göstəriciləri ilə əsaslandırılmış, yolun funksional mövcudluğu və yerləşmə istiqaməti texniki baxımdan təsdiq edilmişdir.

112. Bununla yanaşı, ekspert rəyində yolun üzərində 8,0 x 13,0 metr ölçüdə yarımçıq tikilinin inşa edildiyi də göstərilmişdir. Həmin tikilinin mövcudluğu nəzərə alınaraq, Gəncə İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərarı ilə bələdiyyə qərarı tikilinin yerləşdiyi torpaq sahəsinə aid hissədə qüvvədə saxlanılmış, lakin tikilidən kənarda qalan, yol funksiyası daşıyan ətraf torpaq sahələrinə münasibətdə inzibati akt ləğv edilmişdir.

113. Məhkəmə iş üzrə toplanmış sübutlarla yanaşı, Cavabdeh5 nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş yazılı ərizəni və məhkəmə iclasında verdiyi izahatları, habelə iddiaçının nümayəndəsi vəkilinin izahatlarını da araşdıraraq qiymətləndirmişdir.

114. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iş üzrə iddiaçı ilə qarşılıqlı razılıq əldə edilmişdir. Həmin izahatlardan görünür ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində ət satışı mağazası inşa edilmiş və fəaliyyət göstərir, iddiaçı tərəfindən yol yeri kimi iddia edilən hissə isə faktiki olaraq boş sahədir. Cavabdeh tərəf iddiaçı ilə əldə edilmiş razılaşmaya əsasən, ət mağazasının yerləşdiyi hissəyə toxunulmamaqla, mağazanın şərq yanından 6 (altı) metr enində yolun açılması məqsədilə cavabdehin adına olan daşınmaz əmlaka dair çıxarışın və iddia predmeti olan digər sənədlərin yalnız həmin yol sahəsinə aid hissədə qismən ləğv edilməsinə etiraz etmədiyini açıq şəkildə bəyan etmişdir.

115. Eyni zamanda, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatda iddia tələbinin həcmini dəqiqləşdirərək, cavabdehin mülkiyyətində olan ət mağazasının şərq yanından 6 (altı) metr enində yolun açılmasını, həmin hissələrdə alğısatqı müqaviləsinin və daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsini, iddianın qalan hissələrdə isə təmin edilməməsini xahiş etmişdir.

116. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

117. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin yazılı və şifahi izahatlarında yolun açılmasına etiraz etməməsi, iddiaçı tərəfin isə iddia tələblərini məhz bu həddə məhdudlaşdırması mübahisənin predmetini konkretləşdirmiş, mübahisəli hüquqi münasibətlərin həllini sadələşdirmiş və iş üzrə faktiki halların müəyyən edilməsinə xidmət etmişdir.

118. Bu baxımdan, tərəflərin qarşılıqlı razılaşması və məhkəmə iclasında verdikləri izahatlar, mübahisəli torpaq sahəsinin ət mağazasının yerləşdiyi hissədə cavabdehin mülkiyyətində saxlanılmaqla, faktiki boş olan hissədən 6 (altı) metr enində yolun açılmasının mümkün və məqsədəuyğun olduğunu təsdiq edən sübutlar kimi məhkəmə tərəfindən qiymətləndirilmişdir.

119. Nəticə etibarilə, məhkəmə tərəflərin izahatları ilə formalaşmış hüquqi vəziyyəti, iddia tələblərinin həcmini və hər iki tərəfin razılıq əldə etməsini nəzərə alaraq, alğı-satqı müqaviləsinin və daşınmaz əmlaka dair çıxarışların yalnız 6 (altı) metr enində yolun açılması üçün zəruri olan hissədə hüquqi nəticələrinin aradan qaldırılmasını, iddianın qalan hissədə isə təmin edilməməsini mübahisənin mahiyyətinə və maddi hüquq normalarının tələblərinə uyğun hesab edir.

120. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

121. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

122. Azərbycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

123. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

124. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməlidir.

125. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası MPMin 119.1-ci maddəsinə əsasən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 200 manat ekspertiza xərci isə iddiaçı və Cavabdeh5 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

126. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər.

127. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :

Cavabdehlər Cavabdeh5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(021)-316/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bərdə regional “Asan xidmət” mərkəzində notariat konturunda bağlanılmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı və xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqavilələri – Bərdə şəhəri Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsində yerləşən tikilinin (ət dükanının) şərq hissəsindən keçən, eni 06 (altı) metr yola münasibətdə olan hissəsində etibarsız hesab edilsin və həmin hissəyə münasibətdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 07 aprel 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli və 29 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışları ləğv edilsin. Bərdə şəhəri, Babək küçəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh5 adına qeydiyyata alınmış 0,00775 ha torpaq sahəsində yerləşən tikilinin (ət dükanının) şərq hissəsində inşa edilmiş daş hasar sökülsün və həmin hissədən keçən, yola münasibətdə olan 06 (altı) metr enində gediş-gəliş yolu açılsın. İddia qalan hissələrdə rədd edilsin. İş üzrə keçirilmiş 200 (iki yüz) manat ekspertiza xərcinin 100 manatı İddiaçı İstehsalat Kommersiya Şirkətindən, 100 manatı isə Cavabdeh5 tululub SAP (XİİS), X4, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar