Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1604/2025 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı X19, X11, X4 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cəlb edilməklə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və etibarnamələrin ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4945/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əldə etdiyi buraxılış ili 1995-ci il olan, tünd göy metallik rəngli, mühərrik nömrəsi **********315, ban nömrəsi WDB2020281F254234 olan “Mercedes Benz 280” markalı, **- DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin avtomaşına aid səlahiyyətlərin ötürülməsinə dair X14 verilmiş xx.xx.2025-ci tarixli, X5 verilmiş xx.xx.2025-ci il tarixli, X3 verilmiş xx.xx.2025-ci il tarixli, X6 verilmiş xx.xx.2025-ci il tarixli etibanamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, buraxılış ili 1995-ci il olan, tünd göy metallik rəngli, mühərrik nömrəsi **********315, ban nömrəsi WDB2020281F254234 olan “Mercedes Benz 280” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə xx.xx.1990-cı il təvəllüdlü, Masallı şəhəri M.F.Axundov küçəsi, Boradigah qəsəbəsi, ev 106 olan X7 adına qeydiyyata alınmış və sərəncam hüquqlu etibarnamə ilə müxtəlif şəxslərə satılmışdır. Maşını bu qayda ilə əldə edən sonuncu şəxs X15 onu xx.xx.2018-ci ildə əldə etmiş və xx.xx.2018-ci ildə nəqliyyat vasitəsini X13 etibarnamə əsasında sərəncam hüququ ilə satmışdır. Ertəsi günü isə, yəni xx.xx.2018-ci ildə maşın BDYP idarəsində alqı-satqı müqaviləsi ilə (AC 722290) Cavabdeh adına qeydiyyata alınmış və əvvəlki dövlət qeydiyyat nişanı qeydiyyatdan çıxarılmış, yeni dövlət qeydiyyat nişanı, yəni **-DM-*** əldə edilmişdir. Yəni Cavabdeh S.Piriyevin anlaqsız olmasından istifadə edərək bu əməli törətmişdir. Cavabdeh bu maşınla bağlı bütün məlumatları məhkəmədən gizlətmişdir. Müəyyən etmişlər ki, X15 həmin maşını 2018-ci ildə X13 onunla gələn və “oğlu” kimi özünü təqdim edən şəxsə, yəni Cavabdeh satmışdır. Hətta avtomobil alınandan bir müddət sonra A.Ağayev maşınla onun yanına gəlib maşının qüsurları olmasından gileylənmişdir. 26 dekabr 2024-cü il tarixdə məhkəmə iclasından dərhal sonra Cavabdeh avtomaşını xx.xx.2025-ci ildə etibarnamə ilə X14, xx.xx.2025-ci ildə X5, xx.xx.2025-ci ildə X3, xx.xx.2025-ci ildə X6 etibarnamə ilə səlahiyyətləri ötürməklə əmlakı gizləmək, izini itirmək və miras əmlak sırasından çıxarmaq istəmişdir. Bundan başqa iddianın qaldırılması üçün müddət ötürülməmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim P.İmamverdiyeva) İddiaçı Cavabdeh qarşı X19, X11, X4 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və etibarnamələrin ləğvi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır.
5. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 152.5, 324.1, 339.1, 362.1, 363.1, 1151.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə Cavabdeh alınmış avtomobilin dəyərinin kim tərəfindən ödənilməsini, sonradan hansı səbəbdən alqısatqı müaviləsinin bağlanmasını və o məhkəməyə müraciət edəndən sonra məhkəmə prosesi başa çatana qədər həmin avtomobili bir neçə şəxsin adına etibarnamə ilə verməklə özünün mülki məsuliyyətini gizlətməyə cəhd göstərmişdir. Məhkəmə bu halları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə mərhum X1 onun iştirakı ilə bağlanmış mülki-hüquqi əqdləri əhəmiyyətsiz saymasına baxmayaraq, nəticəyə gələrkən onun avtomobilinin Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyinə diqqət yetirməmiş, əsassız qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X11, X12, Azərbaycan Respublikası Baş X26 İdarəsi, Sumqayıt şəhər 4 saylı notariat kontoru və Cəlilabad şəhər 1 saylı notariat kontoruna məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
12. Mülki Məcəllə
342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
13. Mülki Prosessual Məcəllə
149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
14. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsi etibarnamələrə aid hissədə ləğv edilməli, həmin hissədə iddianın rədd, mübahisələndirilən qalan hissədə dəyidirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, gəlinən nəticəni mübahisələndirmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi hesab edir.
19. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin və həmin avtomaşına aid səlahiyyətlərin ötürülməsinə dair X14 verilmiş xx.xx.2025-ci tarixli, X5 verilmiş xx.xx.2025ci il tarixli, X3 verilmiş xx.xx.2025-ci il tarixli, X6 verilmiş xx.xx.2025-ci il tarixli etibarnamələrin etibarsız hesab edilməsi barədədir.
20. İşdən görünür ki, 2015-2021-ci illər ərzində X9 adına qeydiyyatda və ya onun tərəfindən özgəninkiləşdirilən avtomobil olmadığı, avtomobilin sahibləri X8 (**-SL-*** nömrə nişanı ilə), X16 **-BZ-*** nömrə nişanı ilə) və Cavabdeh (**-DM-*** nömrə nişanı ilə) olduğu, Anar Rəhmanovun həmin avtomobillə bağlı müxtəlif tarixlərdə, başqa şəxslərə etibarnamə verməsi, sonuncu etibarnamənin mərhum X9 adına olması və xx.xx.2018-ci il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılaraq qeydiyyatdan çıxarılması işin mübahisəsiz halıdır.
21. İddiaçı özünü mərum qardaşı S.Piriyevin vərəsə, avtomobili isə miras əmlak hesab edərək, Cavabdeh avtomobillə bağlı əqdi onun anlaqsız vəziyyətində sui-istifadə etməklə bağlanmasına istinad edərək (Mülki Məcəllənin 342-ci maddəsi), həmin əqdin etibarsızlığını tələb etmişdir.
22. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqelərə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
23. Qeyd olunmalıdır ki, iddiaçı «Mercedes Benz 280» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Səməd Piriyevə məxsus olmasını qeyd etsə də, araşdırma zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisəli avtomobil xx.xx.2006-cı ildən xx.xx.2016-cı il tarixədək Abdulla Kazımovun (**-SL-*** nömrə nişanı ilə), xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Anar Rəhmanovun (**- BZ-*** nömrə nişanı ilə) mülkiyyətində olmuş, sonuncu mülkiyyətçi xx.xx.2018-ci il tarixdə avtomobilə dair xx.xx.2019-cu il tarixədək X13 etibarnamə vermiş, həmin etibarnamə əsasında avtomobil Cavabdeh satılmış və hazırda da onun mülkiyyyətindədir.
24. Mülki Məcəllənin 359 və 360-cı maddələrinə əsasən, nümayəndə (təmsilçi) təmsil olunan adından və onun maraqları naminə hüquqi hərəkətlər edir və hüquqi nəticələr birbaşa təmsil olunan üçün yaranar. Hazırki iş üzrə iddiaçının mərhum qardaşı S.Piriyev mübahisəli əqd üzrə mülkiyyətçi deyil, etibarnamə əsasında təmsilçi kimi iştirak etmişdir. Bu halda bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticələri onun üçün deyil, təmsil etdiyi avtomobilin mülkiyyətçisi üçün yaranmış olur.
25. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır (Mülki Məcəllənin 342.1-ci maddəsi).
26. Mülki Məcəllənin 28 və 29-cu maddələrinə əsasən, şəxs yalnız məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilə bilər. Lakin işdə S.Piriyevin fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qüvvədə olan məhkəmə aktı mövcud deyil. Bununla yanaşı, mübahisəli əqddə o, mülkiyyətçi kimi deyil, təmsilçi kimi iştirak etdiyindən, onun fəaliyyət qabiliyyəti ilə bağlı iddialar mübahisələndirilən əqdin hüquqi nəticələrinə təsir edə bilməz, çünki hüquqi nəticələr mülkiyyətçi üçün yaranmışdır.
27. Nəzərə alınmalıdır ki, məhkəmədə iddia qaldırmaq hüququ yalnız hüquqları və qanunla qorunan maraqları pozulmuş və ya mübahisələndirilən şəxslərə məxsusdur. Hüquqi maraq real, mövcud və bilavasitə olmalıdır. Ehtimal xarakterli, gələcəkdə yarana biləcək və ya dolayı maraq iddia hüququ üçün kifayət etmir.
28. Göründüyü kimi Səməd Piriyev etibarnamə əsasında həmin avtomobil üzərində mülkiyyət hüquq deyil, əvvəlki mülkiyyətçi Anar Rəhimovun təmsil etmək (təmsilçilik) hüquq əldə etdiyindən, mübahisəli əqd nəticəsində iddiaçının mərhum qardaşı S.Piriyevin hər hansı mülkiyyət hüququ pozulmamış və nəticədə İddiaçı həmin əqd nəticəsində pozulmuş hər hansı subyektiv hüququnun mövcudluğunu sübut edə bilməmişdir.
29. İddiaçı tələbini həmçinin gələcəkdə mümkün miras hüquq ilə əsaslandırsa da, nəzərə almaq lazımdır ki, miras kütləsinə yalnız miras qoyana məxsus olan əmlak daxil edilir. Heç vaxt miras qoyanın mülkiyyətində olmamış əmlak miras kütləsinə daxil edilə bilməz. Mübahisəli avtomobil mərhum S.Piriyevin mülkiyyətində olmadığından, həmin əmlakın miras kütləsinə daxil edilməsi hüquqi baxımdan mümkünsüzdür.
30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsində rədd etməklə düzgün nəticəyə gəlmişdir.
31. İddia tələbinin X14 verilmiş xx.xx.2025-ci tarixli, X5 verilmiş xx.xx.2025-ci il tarixli, X3 verilmiş xx.xx.2025-ci il tarixli, X6 verilmiş xx.xx.2025-ci il tarixli etibarnamələrin etibarsız hesab edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Məhkəmələr konstitusiya hüquq və azadlıqlarını müdafiə edərkən məhkəmə aktlarının sabitliyini, məhkəmə səhvlərinin aradan qaldırılmasının mümkünlüyünü, məhkəmə sisteminin bütün pillələrində prosessual qaydalara ciddi riayət edilməsini təmin etməlidirlər (Z.Quliyev və G.Cəbrayılovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2005-ci il tarixli Qərarı).
33. İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 149.2.3., 217.3. və 218.3. maddələri).
34. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə, məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxma mümkündür.
35. İşdən göründüyü kimi iddiaçı tələbində etibarnamələrin etibarsızlığını xahiş etdiyi halda, aşağı instansiya məhkəməsi müqavilənin etibarsızlığı ilə ləğvinin ayrı-ayrı hüquqi anlayışlar və fərqli hüquqi nəticələr yaradan əqdlər olmasını nəzərə almamış, bununla da MPM-nin 218.3. maddəsinin tələbindən kənara çıxaraq, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsində iddia təmin edilmədiyindən, həmin əqd əsasında mülkiyyət hüququ əldə etmiş Cavabdeh üçüncü şəxslər X14 verdiyi xx.xx.2025-ci tarixli, X5 verdiyi xx.xx.2025-ci il tarixli, X3 verdiyi xx.xx.2025-ci il tarixli, X6 verdiyi xx.xx.2025-ci il tarixli etibarnamələrin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi təmin edilə bilməz.
37. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsi X14 verilmiş xx.xx.2025-ci tarixli, X5 verilmiş xx.xx.2025-ci il tarixli, X3 verilmiş xx.xx.2025-ci il tarixli, X6 verilmiş xx.xx.2025-ci il tarixli etibanamələrin ləğvi edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsi qismən etibarnamələrin ləğvi edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. X14 verilmiş xx.xx.2025-ci tarixli, X5 verilmiş xx.xx.2025-ci il tarixli, X3 verilmiş xx.xx.2025-ci il tarixli, X6 verilmiş xx.xx.2025-ci il tarixli etibarnamələrin etibarsız hesab edilməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamə mübahiləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.