Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4193/2024 26.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri, 9 saylı notariat ofisi, Bakı şəhəri, 54 saylı notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastı Xidmətinin Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) əqdlərin etibarsızlığı, alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri, 9 saylı notariat ofisi, Bakı şəhəri, 54 saylı notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastı Xidmətinin Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) əqdlərin etibarsızlığı, alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh4 MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi; Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən 120 kv m qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 60000 manata satılması barədə Bakı şəhəri, 54 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 10 may 2023-cü il tarixdə reyestrdə 4Ə-294 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh2 mülkiyyət hüququ ilə aparılmış qeyd və onun əsasında verilmiş Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi; Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən 120 kv m qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 65000 manata satılması barədə Bakı şəhəri, 54 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 08 sentyabr 2023-cü il tarixdə reyestrdə 4Ə-565 nömrə ilə qeydə alınmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi; Həmin müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə aparılmış qeyd və onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi; Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən 120 kv m qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh5 145000 manata satılması barədə Bakı şəhəri, 9 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 15 yanvar 2024-cü il tarixli 4Ə-40 nömrə ilə reyestdə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh5 mülkiyyət hüququ ilə aparılmış qeyd və onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2024, qeydiyyat nömrəsi ********** olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi; Cavabdeh4 MTK ilə arasında bağlanmış 20 sentyabr 2016-cı il tarixli müqavilə və maliyyə arayışına əsasən pay haqqını tam ödədiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsindən ümumi tikinti sahəsi 136 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarım tanınsın, qeyri-yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh4 MTK-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)- 423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastrı Xidmətinin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Cavabdeh4 MTK-nin ünvan 1 ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastrı Xidmətinin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. Həmin qərar üzrə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı,14994222 saylı çıxarış və müvafiq inventar nömrəsi 592, reyestr nömrəsi **********01-05101-083002 olan xx.xx.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin cizgi əks olunmuş texniki pasport verilmişdir. 21 sentyabr 2020-ci il tarixdə Cavabdeh4 MTK-da olarkən həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına olan çıxarış və texniki pasportu gördükdə 120 kvadrat metr qeyri-yaşayış sahəsinin ona satılmış hissə ilə üst-üstə düşdüyünü görmüşdür. Onda olan məlumata görə ona ayrılmış sahə tamam başqa yerdə idi. Sonradan həmin sahənin birbaşa ona satılmış hissəsinin çox hissə ilə üst üstə düşdüyünü gördükdə və Cavabdeh1 həmin sahəni satmaq niyyətini bildikdə dərhal “Üçünçü şəxslərin məhkəmə icraatına cəlb edilməsi haqqında” vəsatətlə 28 sentyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) 05 noyabr 2021-ci il tarixli 2-1(118)-423/2019 saylı qərardadı ilə (səthi araşdırdığından) vəsatəti təmin edilməmişdir. Apellyasiya qaydasında xx.xx.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti (hakim Babayeva Hökümə) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-246/2022 saylı qərardadı ilə təmin edilmişdir. Mübahisəli qeyr-yaşayış sahəsinin başqa şəxslərə satılması barədə şübhələri olduğundan Müvəqqəti təminat tədbiri barədə vəsatətlə iki dəfə müraciət etsə də, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(118)-41/2022 saylı qərardadı ilə (hakim Vəfa Əzizova) vəsatəti təmin edilməmişdir. Sumqayıt İnzibati məhkəməsi öz növbəsində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)- 246/2022 saylı qərardadında göstərilən şərtləri yerinə yetirirək məhkəmə texniki, xətşünaslıq ekspertizaları keçirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2- 1(85)-423/2019 saylı ekspertizanın təyin edilməsi barədə qərardad çıxarılmışdır. Həmçinin, Sumqayıt İnzibati məhkəməsi 14 mart 2023-cü il tarixli, 2-1(85)-423/2019 saylı qərardadı ilə məhkəmə-xətt, sənədlərin texniki ekspertizası keçirilməsi barədə qərardad çıxarlmışdır. 23 yanvar 2023-cü il tarixli 10/6483 saylı Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə sahələrin üst üstə düşməsi öz təsdini tapmışdır. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 5/702-4/848- 5/707 nömrəli, 13 iyul 2023-cü il tarixdə ekpsertiza rəyi verilmişdir. Məsələ ondan ibarətdir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışına əsasən "xxxx" MTK-dan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən cizgi üzrə ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsinin əldə etmişdir. Hər kvadart metr 495 manat olmaqla 59400 manat ödədiyi qeyd edilmişdir. Lakin həmin mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsindən cüzgi üzrə ümumi tikinti sahəsi 136 kvadrat metr olan qeyri-yaşayış sahəsi Cavabdeh4 MTK ilə onun arasında bağlanmış 20 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən hər kvadrat metri 800 manat olmaqla 108 800 manat tərəfindən birdəfəlik ödənilməklə əldə edilmişdir. Müvafiq maliyyə arayışı və plan cizgi təsdiq edilərək ona verilmişdir. İlk alıcı olaraq mübahisəli qeyri-yaşayış sahəsini 20 sentyabr 2016-cı ildə İddiaçı,17 ay sonra isə xx.xx.2018-ci il tarixdə isə Cavabdeh1 öncə əldə etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(118)-1461/2024 saylı qərardadı ilə “Üçünçü şəxslərin məhkəmə icraatına cəlb edilməsi haqqında” vəsatəti təmin edilmişdir: “İddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidmətinin Publik Hüququi şəxin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə İddiaçı zəruri cəlbetmə qaydasında üşünçü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsin və Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-423/2019 saylı, xx.xx.2019- cu il tarixli qərarı ləğv edilsin, işin mahiyyəti üzrə baxılmasının təzələnsin. ” 25 aprel 2024-cü il tarixli bildirişlə şifahi icraat qaydasında məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il saat 15-30-a təyin edilmişdir. İşin belə nəticələndiyini görən iddiaçı artıq onun tərəfindən mübahisəli qeyriyaşayış sahəsinin satıldığını bildiyindən Cavabdeh1 vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin baxılmamış saxlanması və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt inzibati Məhkəməsinin ərizənin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli,2-1(118)-1461/2024 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bununla da Cavabdeh1 adına məhkəmə qaydasında verilmiş çıxarış ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidmətinin Publik Hüququi şəxsin 4 saylı ünvan 2 ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən cizgi üzrə ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin və çıxarışların təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən sonradan məlum olmuşdur: 1.Sumqayıt İnzibati məhkəməsində məhkəmə gedən vaxtda Cavabdeh1 bilərəkdən, məqsədli şəkildə məhkəməni aldatmaqla 10 may 2023-cü il tarixdə Bakı şəhəri, 54 saylı notariat ofisində (xüsusi notarius X3) reyestdə 4Ə294 nömrə ilə reyestrdə qeydə alınmiş mübahisəli 120 kv.m qeyri-yaşayış sahəsini seriya RX,1499422 №li, qeydiyyat nömrəsi **********, xx.xx.2019-də qeydiyyatı aparılan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Cavabdeh2 arasında “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” bağlanmış və sonuncuya 60000 manata satmışdır. 2. Daha sonra Cavabdeh2 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən mübahisəli 120 kv.m qeyri-yaşayış sahəsini 3(üç ) ay sonra 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, 54 saylı notariat ofisində (xüsusi notarius X3) reyestdə 4Ə-565 nömrə ilə Cavabdeh3 arasında “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” bağlanmış və 65000 manata sonuncuya satmışdır. 3. Daha sonra Cavabdeh3 qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi ********** olan“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridindən çıxarış”a əsasən mübahisəli 120 kv.m qeyri-yaşayış sahəsini 3(üç) ay sonra 15 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, 9 saylı notariat ofisində (xüsusi notarius X4) reyestrdə 4Ə-40 nömrə ilə Cavabdeh5 arasında “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi “ bağlanmış və 140000 manata Cavabdeh5 satmışdır. Cavabdeh5 qeydiyyat tarixi xx.xx.2024, qeydiyyat nömrəsi ********** olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” əldə etmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsində tikintitəmir işləri aparılır. Həmin qeyri-yaşayış sahəsində şəxsən olmuş və baş verənlər barədə onları məlumatlandırmışdır və tikinti işlərinin dayandırılmasını xahiş etmişdir. Məhkəmə gedişatı dövründə məhkəmə texniki-tikinti, xətşünaslıq ekspertizaları keçirilərkən qeyriyaşayış sahələri, həm 120 kv m, həm də 136 kv m qeyri-yaşayış sahələri boş və təmirsiz olmuşdur.Həmin sahələrin şəkilləri ekspertiza rəylərinə əlavə edilmişdir. Lakin sonradan orda təmir işlərinin aparıldığını gördükdə məhkəməyə bu barədə məlumat verilmiş, lakin vəsatətlər təmin edilməmişdir və süni surətdə məhkəmə prosesi uzadılmışdır. Nəticədə əldə etdiyi və pay haqqını tam ödədiyi qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları kobud şəkildə pozulmuşdur. Ona ayrlmış 136 kv m qeyri-yaşayış sahəsinin 50.4 kv m hissəsi ilə üst üstə düşdüyü və Cavabdeh1 tərəfindən zəbt edildiyi ekspetiza rəylərində, məhkəmə sənədlərində, Cavabdeh4 MTK tərəfindən məhkəməyə ünvanlanmış məktublarda öz təsdini tapmışdır. Məhkəmə qaydasında sübutlar əsasında qeyri-yaşayış sahəsinin ilkin alıcısı olaraq ona satıldığından və həmin sahə ilə üst üstə düşdüyü öz həllni tapdıqdan sonra Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)- 423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastrı Xidmətinin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Cavabdeh4 MTK-nin ünvan 1 ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Kadastrı Xidmətinin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar ləğv edilmişdir. Məhkəmə qaydasında Cavabdeh1 adına veilmiş çıxarış ləğv edildiyindən həmin çıxarışa əsasən bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Verilmiş çıxarışlara dair aparılmış qeydlər Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazı idarəsi tərəfindən ləğv edilməlidir. Cavabdeh1 həmin qeyri-yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan mülkiyyət hüququna dair qeydi mövcud olduğundan həmin əmlaka dair qanunsuz olan ikinci qeydiyyat əsasında bağlanmış sərəncam əqd(lər)i üzrə alıcıların adına aparılmış mülkiyyət hüququ barədə qeydlərin həqiqiliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 149.2-ci maddələrində müəyyən edilmiş vicdanlılıq qaydaları çərçivəsində qoruna bilməz. Cavabdeh3 vicdanlı əldə edən olub-olmaması ilə bağlı araşdırma aparılmişdır və cavabdeh vicdanlı əldə edən qismində tanına bilməz, birinci cavabdehlə sıx işbirliyi və həmkəndli olmasını vicdanlılığı istisna edən hal kimi qəbul edilməlidir. İlkin olaraq Cavabdeh1 adına olan çıxarış məhkəmə qaydasında ləğv edildiyindən onun əsasında bağlanmış 10 may 2023-cü il tarixdə reyestrdə 4Ə-294 nömrə ilə qeydə alınmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilməlidir. Ondan törəyən hüquqlar əsasında 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, 54 saylı notariat ofisində reyestdə 4Ə-565 nömrə ilə Cavabdeh3 arasında “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” ləğv edilməlidır. Ondan törəyən 15 yanvar 2024-cü il tarixli 9 saylı notariat ofisində 4Ə-40 nömrə ilə reyestdə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ləğv edilməlidir. Həmin alqı-satqı müqavilələri əsasında ardıcıllıqla verilmiş çıxarışlar ləğv edilməlidir. Digər tərəfdən 20 sentyabr 2016-cı il tarixli müqaviləyə və maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 136 kv m qeyri-yaşayış sahəsinə görə cavabdeh ”Progress-2016” MTK–nə tərəfindən tam olaraq haqq ödənilmiş və qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarım yaranmışdır. Həmin qeyri-yaşayış sahəsi mənə təhvil verilməli, təmir işlərinin aparılmasına şərait yaradılmalı, Cavabdeh1 ilə ”Progress-2016” MTK arasında bağlanmış 2019-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil iddiaya etirazı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilmədiyindən iddiaçının bu barədə vəsatətinə əsasən etiraz sübutlar siyahısından çıxarılmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi çıxış–izahatına dair etiraz vermişdir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, Cavabdeh5 vəkili və nümayəndəsi X8 məhkəməyə təqdim etdiyi çıxışizahatında MM-nin 452.1-ci maddəsinin tətbiq edilməsi və Cavabdeh5 vicdanlı alıcı hesab edilməsi barədə mülahizələrini sübutlarla, faktlarla təsdiq edilmədiyindən formal xarakter daşıdığından qəbul etmir. MM-nin 452.1-ci maddəsi ilə bağlı qeyd etmişdir ki,.iş materialları ilə hər hansı formada yaşayış binasının tikintisinin başa çatdığı və həmin qeyri-yaşayış sahəsinin Cavabdeh1 təhvil verildiyi, təmir edərək ondan istifadə etdiyi öz əksini tapmamışdır. Cavabdeh1 tərəfindən həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və ondan istifadə edilməsi halları sübut edilmir. Belə ki, hər hansı formada yaşayış binasında qeyri-yaşayış sahələrinin təhvil verilməsi həll olunmamış qalmışdır. 2019-cu ildə məhkəmə qərarı ilə çıxarış verilsə də, faktiki olaraq obyekt hazır olmadığından Cavabdeh1 istifadəsində və sahibliyində olmamışdır. Sadəcə kağız üzərində məhkəmə qərarı ilə çıxarış əldə edilmişdir. Lakin məhkəmə qərarı onun tərəfindən mübahisələndirilərək ləğv edilsə də, məhkəmə gedişatında həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 bilərəkdən,məqsədli şəkildə digər qohum və dostlar arasında görüntü yaratmaq üçün alqı-satqı müqavilələri bağlamışdır. Obyekt təmirsiz və cavabdehlərin istifadəsində olmamışdır. Həmin foto şəkillər iş materiallarına əlavə edilmişdir. Cavabdeh5 tərəfindən deyil, Mahir adlı şəxs tərəfindən xırda təmir işləri 2024-cü ilin may ayında başlasa da onu şəxsən məhkəmə sənədləri ilə tanış etdikdən sonra təmir işləri dayandırılmışdır. Həmçinin obyekt cavabehlərə təhvil verilməyib, hazırda hər hansı təmir işləri aparılmır, təmir olunmamış obyektdən cavabdehlər istifadə etməmişlər, hazırda da istifadə edilmir. Digər tərəfdən ünvan 3 ünvanda inşa olunan yaşayış binasında qeyri-yaşayış sahələrinin və mənzillərin ümumilikdə payçılara təhvil verilməsi Cavabdeh4 MTK-nin sədri X5 hələ 2022-ci ildə həbs edildiyindən əvvəl və sonra da aparılmamışdır. Belə ki, ********* nömrəli cinayət işi üzrə 26 dekabr 2022-ci il tarixdə Cavabdeh4 MTK-nin sədri X9 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmişdir. Hazırda cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində yekunlaşmaq üzrədir. Cinayət işində ancaq mənzillərlə bağlı istintaq hərəkətləri aparılmışdır. Yaşayış binasında olan qeyri-yaşayış sahələri barədə istintaq hərəkətləri aparılmamışdır. ”Progress- 2016” MTK-nin rəhbərliyi 2022-ci ilin dekabr ayından cinayət məsuliyyətinə cəlb edildiyindən, bütün sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürüldüyündən, cavabdehin inşa etdiyi yaşayış binası sahibsiz qalmışdır. 2022-ci ildən bu günədək İstintaq getdiyi üçün yaşayış binasında hər hansı təmir işlərinin aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qadağan edilmişdir.Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kv m qeyri-yaşayış sahəsinə dair seriya RX, ******* №li, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın Cavabdeh1 verilməsinə əsas olmuş Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Həmin işlə bağlı “Üçünçü şəxslərin məhkəmə icraatına cəlb edilməsi haqqında” vəsatətlə 28 sentyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi xx.xx.2024-cü il tarixədək davam etmişdir. Cavabdeh5 nümayəndəsinin izahatında vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin şübhə altına alınmasını istisna edən hallar göstərilməmişdir, sadəcə qanunvericilikdə vicdanlı alıcı barədə Plenum qərarlarını saymaqla kifayətlənmişdir. Sumqayıt İnzibati Məhkəməsinin icraatında 3-cü şəxs olaraq icraata zəruri cəlb edildiyi və Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının xx.xx.2023-cü il tarixdə ləğv edildiyi vaxtda hazırki cavabdeh Əzimov Sədinin vəkili və nümayəndəsi olan X14 həmin prosesdə iddiaçı Cavabdeh1 (hazırda cavabdeh) vəkil və nümayəndəsi olaraq xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-cü il tarixlərdə mübahisəli əmlakla bağlı alqı-satqı müqavilələrini 3 dəfə notariat qaydada təsdiq edilməsinə və müdafiə etdiyi şəxsin mülkiyyətində artıq olmadığını bildiyi halda prosesdə iştirak edərək vəsatətlər vermişdir. Cavabdeh1 vəkili və nümayəndəsi X14 (hazırki mülki işdə isə Cavabdeh5 vəkili və nümayəndəsi) xx.xx.2024-cü il tarixədək məhkəmədə iştirak etmiş və bunları bilə bilə sorğular verilməsi, ekspertizaların təyin edilməsi, şahidlərin cəlb edilməsi barədə vəsatətlərlə çıxış edərək prosesin süni surətdə uzanmasına nail olmuş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri götürülməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə qərardadı ilə sənədlər geri götürlümüşdür. İnzibati Məhkəmə icratında olarkən, qərar ləğv edildiyi halda məqsədli şəkildə problemli binadan,kooperativin rəhbəri həbs edilmiş yaşayış binasında olan qeyri-yaşayış sahəsi 2-3 aydan bir təkrar olaraq satılması məhz gələcəkdə vicdanlı alıcı kimi tanıtmaq niyyətini göstərmək məqsədi daşımışdır. Bundan başqa cavabdeh (ilkin satıcı) Cavabdeh1 ilə yeznə-qayın münasibətində olan (telefon danışıqlarında bu öz təsdiqni tapır) “Şahin” adlı şəxs mübahisəli əmlakın bütün alqı-satqı müqavilələrinin təsdiqlənməsində birbaşa iştirak etmiş və təkrar alqı-satqı müqavilələrinin bağlanmasını təşkil etmişdir. İkinci satıcı Cavabdeh2 Şahin adlı şəxsin dostudur. Üçüncü satıcı Cavabdeh3 isə (telefon danışıqlarında bu öz təsdiqni tapır) Şahin adlı şəxsin yeznəsidir. Sonuncu alıcı Cavabdeh5 isə Mahirlə dostdurlar, çox yaxındırlar. Adları çəkilən Şahin və digərləri (Mahirdən başqa) Ağcabədi rayonundandırlar. Şahin adlı şəxs isə Mahirin dostu olmaqla yaxındırlar. Aralarında iş birliyi vardır. Əslində mübahisəli 120 kv m qeyri-yaşayış sahəsinin Şahin adlı şəxs alsa da Cavabdeh1 adına Cavabdeh4 MTK ilə aralarında 2018-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. İddiaçı qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin tərəfləri olan cavabdehlərin ümümumiyyətlə məhkəmə iclasında iştirak etməməsi, maraqlanmaması ona dəlalət edir ki, onlar Şahin adlı şəxs və cavabdehin vəkili və nümayəndəsi Talıblı Hüseyn tərəfindən idarə olunurlar. Bağlanan alqı-satqı müqavilələri formal olaraq bağlandığından tərəflər buna görə işdə maraqlı deyillər və onlar üçün işin nəticəsi hər hansı əhəmiyyət kəsb etmir. Cavabdeh5 mübahisəli əmlakın sənədlər üzərində mülkiyyətçisi kimi qeyd edilsə də, izahat və səs yazılarında onun alqı-satqı müqaviləsi bağlanmasında iradə və iradə ifadəsi olmadığından həmin əmlakı vicdanlı əldə edən hesab edilə bilməz. İşdə iştirak edən Cavabdeh5 vəkili və nümayəndəsi Vəkiln məhkəməyə izahatında bildirmişdir ki, Cavabdeh3 ilə Cavabdeh5 arasında 15 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, 9 saylı notariat ofisində (xüsusi notarius X4) reyestrdə 4Ə-40 nömrə ilə ‘'Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi“ bağlanmış və sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh5 satılmışdır. Hazırda həmin qeyri-yaşayış sahəsi qeydiyyat tarixi xx.xx.2024-cü il olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Cavabdeh5 tam xüsusi mülkiyyətindədir. Göründüyü kimi Cavabdeh5 notariat qaydada bağlanmış alqısatqı müqaviləsinə və reyestrdən verilmiş çıxarışa əsasən sözügedən qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmçinin Cavabdeh5 sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı mübahisənin olması və s barədə heç bir məlumatı olmamış və qanunvericiliyin tələbinə əsasən qeyri-yaşayış sahəsini vicdanlı şəkildə əldə etmişdir. Mülki işi düzgün, tam, hərtərəfli və obyektiv araşdıraraq, İddiaçı iddia tələbinin tamamilə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 bildirdi ki, Heydər Əliyev prospektindəki notariusda o, satıcı, satıcının həyat yoldaşı və maklerlik edən Mahir adlı şəxsin iştirakı ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Əmlak Xırdalanda at heykəlinin yaxınlığında yerləşən binadadır və ümumi sahəsi 120 kv.metr, rusun Q hərfi formasında, bir giriş və pəncərəsi olan yerdir. Həmin əmlakın dəyəri 145000 manata razılaşmış və notariusda da həmin məbləği ödəmişdir.Əmlakı aldıqdan sonra əmlakın təmirinə 100000 manat pul xərcləmişdir. Əlavə olaraq 2900 manat vergiyə ödəniş etmişdir. O, etiraf etdi ki, bir neçə dəfə iddiaçı ilə telefon danışığı olub. Həmin telefon danışıqlarının iş materiallarına sübut kimi əlavə edilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MTK, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 54 saylı notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastı Xidmətinin Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin üçüncü şəxslər ünvan 4 ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan Cavabdeh4 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, o, ünvan 5 ünvanında tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun zirzəmisində yerləşən, ümumi sahəsi 136 kv.metr olan qeyri-yaşayış sahəsini bir kvadrat metr sahə üçün 800 manat olmaqla cəmi 108800 manata almışdır. Pul məbləğinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. İş materiallarında olan Cavabdeh4 MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018cı il tarixli müqavilənin surətindən görünür ki, o, ünvan 5 ünvanında tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun zirzəmisində yerləşən, ümumi sahəsi 120 kv.metr olan qeyriyaşayış sahəsini bir kvadrat metr sahə üçün 495 manat olmaqla cəmi 59400 manata almışdır. Pul məbləğinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmişdir. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, b. 7A ünvanında yerləşən ümumi sahəsi 120 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, 1A ünvanında yerləşən ümumi sahəsi 120 kv.metr olan qeyriyaşayış sahəsini tam hissə olmaqla 60000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 1A ünvanında yerləşən ümumi sahəsi 120 kv.metr olan qeyriyaşayış sahəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, 1A ünvanında yerləşən ümumi sahəsi 120 kv.metr olan qeyriyaşayış sahəsini tam hissə olmaqla 65000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 1A ünvanında yerləşən ümumi sahəsi 120 kv.metr olan qeyriyaşayış sahəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, 1A ünvanında yerləşən ümumi sahəsi 120 kv.metr olan qeyriyaşayış sahəsini tam hissə olmaqla 140000 manata Cavabdeh5 satmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh4 Mənzil Tikinti Kollektivinin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini üzərində Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması və reysterdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə “Üçünçü şəxslərin məhkəmə icraatına cəlb edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli vəsatətinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-423/2019 saylı 24 yanvar 2019-cu il tarixli məhkəmə qərarının ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli,2- 1(118)-423/2019 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli,2-1(118)-423/2019 saylı qərardadı ləğv edilmiş və vəsatətə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilımişdir. İş materiallarında olan “Progress-2016" MTK tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/04 saylı arayışdan görünür ki ‘'Progress-2016” MTK tərəfindən ünvan 1 ünvanda inşa olunan 15 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatmadığından, yaşayış binası istismara qəbul edilməmiş, təhvil-təslim həyata keçirilməmişdir. Hazırda ünvan 10 ünvanda 5 bloklu yaşayış binasında tikinti işləri davam etdirilir. Mübahisəli 120 kv metr və 136 kv metr qeyri-yaşayış sahələri üst üstə düşür. Həmin qeyri-yaşayış sahəsi ilkin olaraq İddiaçı Ağadın oğlu tərəfindən əldə edilmişdir. 3-cü şəxs olaraq işə cəlb edilmədiyindən Sumqayıt İnzibati-lqtisadi məhkəməsinin (hakim Pirverdiyev Zaur) 2-1 (85)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "Progress-2016” MTK-nin ünvan 1 ünvanda 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi həmin sahəyə digər payçı İddiaçı 3-cü blokdan ayrılmış 136 kvadrat metr qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi faktları araşdırılmadan əsassız olaraq təmin edilmişdir. İş materiallarında olan “Progrress-2016" MTK tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli 14/02 saylı arayışdan görünür ki, ünvan 11 ünvanında 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəyə layihəyə uyğun olaraq şaquli olaraq E-F, F-G, G-H, H-i, J-K 6 qarışlardan (prolyot), üfüqi olaraq 5-6, 6-7, 7-8 olmaqla 3 qarışdan (prolyot) ibarətdir. Payçı Cavabdeh1 ayrılmış 120 kv m qeyri-yaşayış sahəsi şaquli istiqamətdə G-H prolyotu ilə üfüqi olaraq 5-6, 6-7, 7-8 prolyotlar ilə kəsişməni, həmçinin şaquli F-G qarışın üfüqi 5-6 qarışının kəsişməsini əhatə edir. Payçı İddiaçı ayrılmış 136 kv m qeyro-yaşayış sahəsi şaquli stiqamətdə G-H prolyotu ilə üfüqi 5-6 prolyotu ilə kəsişməni, həmçnini şaquli F-G qarışın üfüqi 5-6, 6-7, 7-8 qarışlarının kəsiçməsini əhatə edir. Göründüyü kimi, faktiki olaraq həmin qeyri-yaşayış sahələri G-H prolyotu ilə üfüqi olaraq 5-6, şaquli F-G qarışın üfüqi 5-6 qarışı ilə üst-üstə düşür. Üst-üstə düşən sahə 50.4 kv m təşkil edir. Bundan başqa arayışda qeyd edilir ki, iddiaçıya 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdakı cizginin koordinatları və 3-cü blokda yerləşmə sahəsi göstərilməmişdir. Lakin 3-cü blokun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kv m olan qeyri-yaşayış sahəsinə dair cizgidə olan konfiqurasiya ilə eynilik təşkil edir. "xxxx" MTK tərəfindən verilmiş cizgi əsasında iddiaçıya texniki pasport tərtib edildiyindən həmin sahələrin üst-üstə düşməsi təsdiq edilir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin MXMT(118)-41/2022 saylı,05 iyul 2022-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan RX seriyalı, 14994222 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda (çıxarışda 7”A” qeyd edilmişdir) 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən verilmiş məhkəmə-texniki-tikinti ekspertizasının 10/6483 saylı 23 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 satılmış 120 kv m qeyri-yaşayış sahəsi ilə, 20 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı satılmış 136 kv m qeyri- yaşayış sahəsinin şaquli G-H aralığı ilə üfüqi olaraq 5-6, şaquli F-G aralığı ilə üfüqi olaraq 5-6 aralığı üzrə 50.4 kv m hissədə üst-üstə düşdüyü müəyyən olundu. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(85)-423/2019 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə İddiaçı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismuində inzibati məhkəmə icraatına cəlb edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2-1(085)-423/2019 saylı qərarı ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-1461/2024 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "xxxx" MTK-nin ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv m qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardan həmçinin görünür ki, 16 may 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdr. İş materiallarında olan 10 may 2023-cü il tarixli, Bakı şəhəri, 54 saylı notariat ofisində 4Ə-294 nömrə ilə reyestrdə qeydə alınmiş satıcı Cavabdeh1 ilə Alıcı Cavabdeh2 arasında mübahisəli 120 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. İş materiallaında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş audio diskdəki səs yazılarından müəyyən edilir ki, Cavabdeh5 ilə İddiaçı arasında telefon danışıqları zamanı Cavabdeh5 mübahisəli əmlak barədə heç bir iqtisadi marağının olmadığı, mübahisənin Şahin və Mahir adlı şəxslərə aid olduğunu və onların da həmin məsələni həll edəcəkləri bildirilmişdir. Satıcı Cavabdeh3 Şahinin yeznəsi olmasını, hazırki məhkəmə işinə onun adından Şahin və Mahir tərəfindən özlərinin vəkilinin cəlb edilməsini təşkil edildiyini, baş verənlərin onların işi olduğunu, ona aid olmadığını, daha sonraki danışıqlarda 145000 manat pul, bundan əlavə X18 markalı avtomobili verdiyini, daha sonra 200000 manata əmlakı aldığını , Şahinə pul çatdırılması, Mahir adlı şəxsin qeyri-yaşayış sahəsini aldığını, bütün məsuliyyətin Mahirə aid olduğunu, onda məlumatın olmadığı, Mahir adlı şəxsin qeyri-yaşayış sahəsini necə alması barədə bilməməsi, həmin tikintidə 1 evin 10 adama satılması barədə məlumatlı olması öz əksini tapmışdır. Həmçinin, Mahir adlı şəxslə İddiaçı arasında telefon danışıqları zamanı Mahirin dediklərinə görə notariusda alqı-satqı zamanı 145000 manat göstərildiyi, həmin pulun onun tərəfindən qoyulub çıxarıldığı, banka verilmədiyi, 2016–cı il tarixli Rance Rover markalı avtomobili Şahinə verdiyini, 15 yanvar 2024-cü il tarixdə alqı-satqı müqaviləinin bağlanmasına baxmayaraq 2024-cü ilin iyul ayında Şahinə ev verdiyini, pulun hər hansı formada satıcı Cavabdeh3 pulun verilmədiyini bildirmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 649-cu maddəsinə əsasən satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015-ci il tarixli Qərarına əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında göstərilir ki, vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. İşdən materiallarından müəyən olunur ki,mübahisə predmetini Cavabdeh1 Cavabdeh4 MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə, həmin əmlakın Cavabdeh1 tərəfindən Cavabdeh2 60000 manata satılması barədə Bakı şəhəri, 54 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 10 may 2023-cü il tarixdə reyestrdə 4Ə-294 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, həmin əmlakın Cavabdeh2 tərəfindən Cavabdeh3 65000 manata satılması barədə Bakı şəhəri, 54 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 08 sentyabr 2023-cü il tarixdə reyestrdə 4Ə-565 nömrə ilə qeydə alınmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmin əmlakın Cavabdeh3 tərəfindən Cavabdeh5 140000 manata satılması barədə Bakı şəhəri, 9 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 15 yanvar 2024-cü il tarixli 4Ə-40 nömrə ilə reyestdə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” təşkil edir. İşdəki mötəbər sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsindən ümumi tikinti sahəsi 136 kvadrat metr olan qeyri-yaşayış sahəsi ilk olaraq İddiaçı satılmış və ekspert rəyinə və 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 satılmış 120 kv m qeyri-yaşayış sahəsi ilə, 20 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı satılmış 136 kv m qeyri- yaşayış sahəsinin şaquli G-H aralığı ilə üfüqi olaraq 5-6, şaquli F-G aralığı ilə üfüqi olaraq 5-6 aralığı üzrə 50.4 kv m hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bundan başqa Cavabdeh4 Mənzil Tikinti Kollektivinin ünvan 13 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini üzərində Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barəsində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(85)-423/2019 saylı qərarına əsasən ləğv edilmişdir. Məhz həmin iş üzrə verilmiş ekspert rəyindən (23 yanvar 2023-cü il tarixli) sonra məhkəmə prosesi davam edilərkən Cavabdeh1 həmin əmlakı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 60000 manata satmışdır. Cavabdeh2 isə 3 ay sonra xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixdə Cavabdeh1 əmlaka çıxarış verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir.) Cavabdeh3 65000 manata satmışdır. Cavabdeh3 isə 3 ay sonra xx.xx.2024-cü il tarixdə cavabdeh X10 140000 manata satmışdır. Mübahisəli əmlak satıldıqdan sonra 4 ay sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil) ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bununla da məhkəmə araşdırması nəticəsiz qalmışdır. İş materiallarından göründüyü kimi məhkəmə prosesi davam edən müddətdə mübahisəli əmlak Cavabdeh1 tərəfindən üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürdüyü, əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verməli olduğu halda bunu etməmişdir. Əksinə, məhkəmə qaydasında mübahisənin olduğunu alıcıdan gizlətmişdir. Həmin əmlak məhkəmənin yekun qərarı çıxarıldığı halda belə əmlakın satışı davam etmişdir.Həmin əmlak xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh3, daha sonra isə xx.xx.2024-cü il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh5 satılmışdır. Halbuki mübahisəli qeyri-yaşayış sahəsi barədə alqı-satqı müqavilələri bağlanarkən məhkəmə mübahisəsi davam etmiş, ən son müqavilə bağlanarkən isə çıxarışın verilməsinə əsas olmuş qərar isə 4 ay öncədən ləğv edilmişdir. Yəni, həmin əmlaka dair ilkin çıxarışın verilməsinə əsas olmuş qərarın ləğv edilməsinə baxmayaraq özgəninkiləşdirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, həmin qeyri-yaşayış sahəsinə dair ilkin qeydiyyat sənədlərinin verilməsinə əsas olmuş qərar ləğv edilməsinə baxmayaraq, əmlaka dair müxtəlif vaxtlarda, daşınmaz əmlakın alqı-satqısına dair müqavilələr bağlandığından həmin əqdlər etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Cavabdeh Əzimov Sədi alqı-satqı müqaviləsini öz adından cəlb edilərək imza etsə də bunun cavabdehin iradə ifadəsinin təzahürü hesab oluna bilməz. Alqı-satqı müqaviləsi imzalanan zaman əqdlər üçün nəzərdə tutulmuş bütün tələblərə cavab vermir. Onun etibarsız sayılması üçün əsaslar mövcuddur. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına görə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Cavabdeh1 adına qeydə alınmışdır. Həmin qərar ləğv edildiyindən və müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır və onun əsasında verilmiş reyestrdən çıxarış da ləğv edilməlidir. Cavabdeh1 adına qeydə alınmış çıxarış məhkəmə qaydasında ləğv edildiyindən, həmin çıxarış əsasında bağlanmış digər müqavilələr də etibarsız hesab edilməli və çıxarışlar ləğv edilməlidir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri ilə tənzimlənir və həmin maddənin mənasına görə vicdanlılıq faktının sözügedən əmlakın Cavabdeh5 satılanadək artıq dövlət qeydiyyatının ləğv edildiyi və mövcud olmadığını, əmlaka dair Cavabdeh1 adına səlahiyyətli orqan tərəfindən aparılmış reyestrin məzmununun qeyri-dəqiqliyi iş materialları ilə sübuta yetirildiyindən, həmin məzmunun həqiqiliyinin və tamamlığının prezumpsiyasının qüvvədə artıq olmadığı nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bu hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Cavabdeh1 Sumqayıt İnzibati Məhkəməsində onun adına alınmış çıxarış barədə məhkəmə qərarı ləğv edilən müddətdə o, təməl hüquq prinsipi olan dürüstülük qaydasını pozaraq ona verilmiş çıxarış ləğv edildiyi halda hüquqdan sui-istifadə edərək əmlakı başqa şəxsə satmışdır. Bu barədə alqı-satqı müqaviləsinin 8-ci və 9-cü bəndlərinə əsasən alıcı qarşısında öhdəlik götürməsinə baxmayaraq bunu bildiyi halda mübahisəli əmlakı başqa şəxsə satmışdır. Telefon danışıq dialoqunda Cavabdeh5 “mübahisəli əmlakı Şahin adlı şəxsin yeznəsi Cavabdeh3 aldığını bildirmiş və dialoq aşağıdakı kimi olmuşdur: Adəm:-Sədi, mən Mahirnən danışanda belə başa düşdüm ki, obyekt əslində Mahirindi, ad olaraq sizin adınız gedir, sizlik orda bir şey yoxdu,mən belə başa düşdüm, düz başa düşmüşəm? Sədi:-Bəli bütün məsuliyyət onun belindədi hə! Adəm:- Mahirlikdi hər şey, Ad sənindi, əslində hər şeyi Mahir alıb?Sədi:- Bəli, bəli! Adəm:-Ona görə deyirəm ki, obyektin 145000 manata aldığınızı bilmirsiz, Mahir mənə demişdi ki, maşın verib və 45000 manat pul ora borcluyam hələ ödəməmişəm, onun üçün məlumatınız yoxdu,ona görə deyirsən ki, 200000 manata almısan, oranın qiyməti 50-60 mindir, nə təhər 200000 manata ala bilərsiz, məlumatın yoxdu onda sənin? Sədi:- Məlumatım yoxdu ee, esas odur Mahir bilir,onunla əlaqə saxlasan daha o dəqiqin deyəcək necəyə alıb, nə təhər alıb, nağayırıb nə iş görüb! Cavabdeh5 səs yazılarından və məhkəmədə suallara verdiyi cavabından aydın olur ki, o, bağlanan alqı-satqı müqaviləsinin onunla bağlı olmaması, formal olaraq imzalaması, alınan əmlak üzərində mülkiyyət hüquqlarının başqa şəxsə mənsub olacağını əvvəlcədən bilmiş və bu barədə məlumatlı olmuşdur. Lakin Cavabdeh5 bunları bildiyindən hansısa səbəbdən kifayət qədər ciddi olan bu məsələyə əhəmiyyət verməmiş, əksinə onu əmin etmişlər ki, nə olursa olsun, məsuliyyət onların üzərində olacaqdır,ona görə ona həmin şəxslər ona vəkil tutmuşlar, cavabeh sadəcə notariusda vəkilə etibarnamə verməklə işini bitmiş hesab etmişdir. Məhkəmənin nəticəsindən asılı olaraq ödəniləcək, tutulacaq pulu özləri ödəyəcəklər deməklə bir daha alqı-satqı müqaviləsinin onunla bağlanmasının formal xarakter daşıdığını təsdiq etmişdir. Bu isə Cavabdeh5 xoş niyyətlə deyil, başqasının maraqları daxilində etməsi, bu səbəbdən ağlabatan sayıqlıq göstərməməsi onun iradə ifadəsinin ümumiyyətlə aşkar nümayiş etdirməməsi və belə iradənin mövcud olmaması, ehtiyat nümayiş etdirməməsi isə onun bu işdə marağının və məsuliyyətinin olmadığını bildirməsi ilə təsdiq edilir. Qeyd olunanları və təqdim edilən sübutları,telefon danışıqlarını nəzərə alaraq iddiaçı ilə Cavabdeh5 və Mahir adlı şəxslə aparılan telefon danışıqları zamanı açıq aşkar müəyyən edilir ki, Cavabdeh3 və Cavabdeh5 arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli daşınmaz əmlakın alıq-satqı müqaviləsinin bağlanmasında Cavabdeh5 iştirakı formal xarakter daşımışdır və onun iradə və iradə ifadəsini əks etdirmir. Cavabdeh5 mübahisələndirilən əmlakı əldə etmək niyyəti olmamış və o, iki dəfə dəyərindən artıq göstərilmiş əmlaka dair ödədiyi məbləğ barədə qarışıq fikirlər söyləmiş, daha sonra əmlak üzərində hər hansı məsuliyyətinin onda deyil, Mahir adlı başqa şəxsdə olmasını qeyd etmiş, bütün bu məsələlərdən bixəbər olduğunu göstərmiş, onun iradə və iradə ifadəsiylə bağlanmadığı öz təsdiqini tapdığından lazımi sayıqlıq və ehtiyat nümayiş etdirdiyinə inanmaq, beləliklə də vicdanlı alıcı olduğunu qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Cavabdeh5 mübahisəli əmlakın sənədlər üzərində mülkiyyətçisi kimi qeyd edilsə də, həmin əmlakı vicdanlı əldə edən hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh5 mübahisəli əmlakı əldə edərkən onun vicdanlı əldə edən hesab edilməsi üçün iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş səs yazılarından və cavabdehin izahatındakı ziddiyyətli çıxışlardan (alqı-satqı müqaviləsi bağlanarkən ödənilən məbləği tam qeyd etməməsi, daşınmaz əmlakın alqı-satqı müqaviləsində 140000 manat qeyd olunsa da 145000 manat ödənildiyini, 100000 manat dəyərində avtomobil verdiyini, alqı-satqı zamanı sadələşdirilmiş vergi tutulmasına dair öhdəlik daşımadığı halda 4050 manat əvəzinə 2900 manat ödədiyini qeyd etsə də, cavabdehin həmin əmlakın sənədləşməsində hər hansı iqtisadi marağı olmamış və əmlakın mübahisələndirildiyindən xəbərsiz olmamışdır. Cavabdeh5 əmlakı vicdanlı əldə edən hesab edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh5 isə bağladığı alıq-satqı müqaviləsinin bağlanması zamanı iradə və iradə ifadəsi olmamışdır. Belə ki, əmlakı vicdanlı əldə edən əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir. İlkin bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ondan sonra yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsinə gətirib çıxarmalı və bu əsaslar vicdanlı əldə edən şəxslə bağlı işin yuxarıda göstərilən halları və sadalanan qanunvericilik normalarının tələbləri baxımından sonradan formal olaraq görüntü naminə bağlandığı kimi qəbul edilməlidir. Hüquqi nəticə etibarı ilə çıxarışın ləğv edilməsi cavabdehlərin adına mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin ləğv edilməsi başa düşülür. İlkin olaraq aparılmış mülkiyyətin dövlət qeydiyyatı ləğv edildiyindən cavabdehlərin adına verilmiş çıxarışlar ləğv edilməklə həmin əmlak üzərində mülkiyyət hüquqlarının saxlanılması və dövlət qeydiyyatını istisna edir. Yuxarıda qeyd edilən faktiki hallardan açıq-aşkar görünür ki, Cavabdeh5 mübahisəli əmlaka dair alqı-satqı müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi olmamış, əksinə həmin əmlakla bağlı dövlət reyestrində ilkin mülkiyyət hüquqlarının qeydiyyatı ləğv edilmiş və mövcud olmamışdır. Artıq qeydiyyatı dövlət reyestrində ləğv edilmiş əmlaka dair qanunvericilik hər hansı formada belə əqdlərin bağlanmasını istisna etməklə qəbul etmir. Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüququnu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olubolmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Ali Məhkəmənin MİÜMK-ın 16 iyun 2006-cı il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarı). Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İş materialları ilə müəyyən olunur ki, mübahsiələndirilən 120 kv metr qeyri-yaşayış sahəsi yerləşən yaşayış binasında tikinti işləri davam etdirilir, yaşayış binası istismara qəbul edilməmiş, cavaadehlər tərəfindən əmlakın onlara təhvil verildiyini sübut edəcək faktlar təqdim edilmədiyindən, əksinə 23 yanvar 2023-cü il tarixində ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən həmin əmlakın boş və təmirsiz olduğu təsdiq olunur. Beləliklə, “əmlaka dair xüsusiyyətlərinə malik hazır məhsul ortada olmadığından” qeyri-yaşayış sahəsinin təhvil verilməsi faktı öz təsdiqini tapmadığından bu maddə hazırki mülki münasibətlərlə bağlı tətbiq edilə bilməz. Bu səbəbdən, fərdi-müəyyən əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edilmədiyindən alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlaması hüquqi əhəmiyyət kəsb edir. Podratçının hələ hazırlayıb təhvil vermədiyi qeyriyaşayış sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada istismara qəbul olunmadığından və müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasina əsas olmuş Sumqayıt İnzibati məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qərarı ləğv edildiyindən, cavabdehlərinin istifadəsində olmadığından, təmirsiz və boş olduğundan həmin qeyri-yaşayış sahəsi MM-nin 452.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş əmlaka dair xüsusiyyətlərinə malik deyildir və bu səbəbdən də həmin qeyri-yaşayış sahəsinin cavabdeh "xxxx" MTK tərəfindən kimlərinsə mülkiyyətinə verilməsi də faktiki olaraq mümkünsüzdür. Müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcələnin 178.8.-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən 120 kv m qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 Cavabdeh4 MTK arasında bağlanmış xx.xx.2018cı il tarixli, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli və Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli, həmin müqavilələr etibarsız hesab edildiyindən onlar əsasında verimiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsindən ümumi tikinti sahəsi 136 kvadrat metr olan qeyri-yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh4 MTK-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinin təhvil verilməsi özlüyündə sahiblik və istifadə hüququnu ehtiva etdiyindən, bu hissədə iddianın təmin edilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən 120 kv m qeyri-yaşayış sahəsinə dair Cavabdeh4 MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh1 adına alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış ləğv edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən 120 kv m qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2023cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh2 adına alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarış ləğv edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən 120 kv m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2023cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh2 adına alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarış ləğv edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən 120 kv m qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2024cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh2 adına alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli reyestrdən çıxarış ləğv edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda yerləşən yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsindən ümumi tikinti sahəsi 136 kvadrat metr olan qeyri-yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh4 MTK-nin üzərinə qoyulsun İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4193/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4193/2024
26.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver