Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-320/2023 10.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1183/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların birgə nikahlarından anadan olmuş 14 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xeyrinə tutulan 100 manat alimentin məbləğinin artırılaraq sabit pul məbləğində 195 manatdan müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1183/2022 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddia qismən təmin edilmiş, Cavabdeh - 14 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay 140 (bir yüz qırx) manatdan olmaqla aliment hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hesablanılmaqla tutulub İddiaçı xeyrinə ödənilməsi, tələbin qalan hissəsi təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və uşağın saxlanılması üçün alimentin miqdarının 195 manat müəyyən edilməsi xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə Cavabdeh ilə 05 fevral 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan 14 noyabr 2019cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə öz iddiası ilə nikahları Tərtər Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay 100 manat aliment və uşaq 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 50 manat pul olmaqla yardım məbləği qət edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Uşaq böyüdükcə tələbatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çətindir. Alimentin artırılması barədə Tərtər Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır və xahiş edir ki, iddia tələbi təmin edilsin. Mülki iş materiallarında olan: Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-134/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında 05 fevral 2019-ci il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 12 saylı nikah qeydi pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları - 14 noyabr 2019-cu il təvəllüdlü X5 anası X1 yanında saxlanılması, Cavabdeh 14 noyabr 2019-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat aliment məbləği və 50 (ǝlli) manat əlavə xərc kimi, cəmi 150 (bir yüz əlli) manat 24 noyabr 2019-cu il tarixdən hesablanmaqla tutularaq X2 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, sübutlar düzgün araşdırılmamış və qiymətləndirilməmişdir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı tərəfindən qətnamənin yalnız alimentin məbləği ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı alimentin məbləği hissəsində yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1183/2022 saylı qətnaməsi «Cavabdeh - 14 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat aliment tutulub İddiaçı xeyrinə ödənilməsi» hissəsində dəyişdirilməli, 14 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflərin nikahından xx.xx.2019-cu il tarixdə Əli adlı uşaq doğulmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar və Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmaqla yanaşı, Cavabdeh 14 noyabr 2019-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat aliment məbləği və 50 (ǝlli) manat əlavə xərc kimi, cəmi 150 (bir yüz əlli) manat 24 noyabr 2019-cu il tarixdən hesablanmaqla tutularaq X2 verilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, həmin məbləğdə aliment uşağın saxlanması üçün yetərli deyildir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmir. İddiaçı işsizdir və gəlirləri yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Tərəflərin birgə nikahlarından doğulmuş Əli adlı uşaq onların ayrıldıqları vaxtdan İddiaçı himayəsində qaldığı üçün onun sağlamlıq, təhsil, yemək və digər məişət qayğılarının çəkilməsi yükü iddiaçının üzərinə düşdüyündən, bu hal qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi tutulacaq alimentin məbləğini 140 manat məbləğində müəyyən edərkən, 2022-ci il üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmasını, onun geyim, qida, sağlamlıq və təhsil xərclərinin olmasını və böyüdükcə həmin tələbatın daha da artmasını, müəyyən edilmiş 140 manat məbləğin həmin uşağın xərclərinin ödənilməsi üçün yetərli olmamasını nəzərə almamışdır. Belə ki, uşağa qulluq, onun sağlamlıq, geyim, qida, təhsil, inkişaf və digər məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin, yəni İddiaçı üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni Cavabdeh tutulmasına əsas verir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yanında qalmış Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması hər ay 160 manat sabit pul məbləğində aliment tutulması ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Əli adlı uşağın saxlanması üçün hər ay 100 manat alimentin tutulması barədə məhkəmə qətnaməsi mövcud olduğundan və hazırda alimentin artırılaraq 140 manat məbləğində müəyyən edildiyindən, hazırda mübahisələndirilən məbləğ 55 manat (195-140=55) təşkil etdiyi üçün və aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyi üçün, hazırkı işdə iddianın qiyməti 660 manat təşkil edir. Həmin məbləğ isə 5.000 manatdan az olduğu üçün hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1183/2022 saylı qətnaməsi tərəflərin birgə nikahından olan 14 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. 14 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-320/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-320/2023
10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver