Məhkəmə qərarları › İş №2(104)-338/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-338/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-338/2025 17.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1137/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Pajero İO markalı ** UK *** dövlət qeydiyyat nişanı olan avtomobilin alınıb ona verilməsi və yaxud avtomobilə vermiş olduğu 12 709 manat və ödənilmiş dövlət rüsumu 140 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 24 iyun 2021-ci il tarixdə Bərdə rayon Şorəlli kəndində yaşayan X6 ilkin ödəniş 3300 manat ödəməklə Pajero İO markalı, ** UK *** dövlət qeydiyyat nişanlı olan avtomobili aylıq kredit yolu ilə və hər ay 322 manat ödəmək şərti ilə almışdır. Girov kimi almış və yeni aldığı ** UK *** dövlət qeydiyyat nişanlı Pajero İO markalı avtomobil X7 adına olmuşdur. Ona sadəcə etibarnamə verilmişdir. Aylıq ödəniş kimi isə anası X5 dövlət tərəfindən verilmiş olan əmək pensiya kartını həvalə etmişdir. 24 iyun 2021-ci il tarixdən 21 mart 2023-cü il tarixə qədər Cavabdeh aylıq ödənişi vaxtlı vaxtında ödəmişdir. 24 avqust 2022-ci il tarixdə ona verilmiş etibarnamənin vaxtı bitmişdir. O, dəfələrlə bu barədə Aslana müraciət etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə onu aldatmışdır. 04 iyun 2023-cü il tarixdə Şəki şəhərində yol polisi qayda pozuntusu ilə bağlı o saxlanılarkən ona məlum olmuşdur ki, 02 iyun 2022-ci il tarixdə Bərdə rayon məhkəməsi tərəfindən ona məxsus olan avtomobilə xx.xx.2022-ci il tarixdə MTT 16(021)-19/2022 saylı qərar ilə həbs qoyulmuşdur. Hal-hazırda avtomobil cərimə meydançasındadır və avtomobilini istifadə edə bilmir. Avtomobilə ödənilmiş 12709 manatı dəfələrlə müraciət edib istəməyinə baxmayaraq, verməkdən imtina edirlər. Bunun üçün də müraciət edərək avtomobilinin həbsdən çıxarılaraq ona geri qaytarılmasına yaxud avtomobilə vermiş olduğu ona dəymiş olan 12 709 manatın ona verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1137/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Ziya Abdullayev ) iddia qismən təmin edilmiş, Cavabdeh 6809 (altı min səkkiz yüz doqquz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumundan 88,09 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödəniməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1137/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun qardaşı Rauf Həsənov avtomobil alqı-satqı isə ilə məşğul olur. Mübahisəli avtomobil də, məhz Rauf Həsənovun adına rəsmiləşdirilmişdir. Etibarnaməni iddiaçıya idarə etmək üçün o verməmişdir. Burada iddiaçının bu tələbi məhz ona qarşı irəli sürməsinə sübyektiv hüququ olmamışdır. Qardaşının avtomobil alqı-satqısı üçün pula ehtiyacı olanda borc kimi o verir, sonra qardaşı qazanc əldə edəndən sonra həmin pulu qaytarır. Bu baxımdan iddiaçının avtomobilə görə borcun verilməsi ilə bağlı könüllü olaraq təqdim etdiyi kartdan cəmi 3 dəfə pul çıxarılıb. Sonra iddiaçı tərəf özü həmin kartı deaktiv etmişdir və bununla da, iddiaçının qardaşına borcu qalmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, avtomobil iddiaçının istifadəsində olduğu müddətdə istismara məruz qalmış və avtomobilin bəzi ehtiyyat hissələri zərər görmüşdür. Həmçinin iddiaçı tərəfindən ona verilmiş idarə etmək üçün olan etibarnamə ləğv edildikdən sonra, avtobillə yol nəqliyyat pozuntusu edərək qardaşı Rauf Həsənovun adına yüksək məbləğdə cərimələnməsinə şərait yaratmışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisə edilən avtomobil onun qardaşına məxsusdur. Onlar maşını alqı-satqı barədə etibarnamə əsasında iddiaçıya vermiş, 8000 manata razılaşmışlar. İlham əvvəlcə 2000 manat vermiş, qalan məbləğ isə qalmışdır. Sonra isə iddiaçı onlara kart vermişdir ki, oradan pul çıxarıtsınlar.Sonra isə həmin maşın qardaşı boşandığı üçün bölgüyə getmişdir. O, kartdan 3-4 dəfə 1000-1300 manat civarında pul çıxartmışdır. Sonra kart bloklandığından, 3 ay onda qalmışdır. Kart təxminən 7 ay onda qalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1137/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, 24 iyun 2021-ci il tarixdə Bərdə rayon Şorəlli kəndində yaşayan X6 ilkin ödəniş 3300 manat ödəməklə Pajero İO markalı, ** UK *** dövlət qeydiyyat nişanlı olan avtomobili aylıq kredit yolu ilə və hər ay 322 manat ödəmək şərti ilə almışdır. ** UK *** dövlət qeydiyyat nişanlı Pajero İO markalı avtomobil X7 adına olmuşdur. Ona sadəcə etibarnamə verilmişdir. Aylıq ödəniş kimi isə anası X5 dövlət tərəfindən verilmiş olan əmək pensiya kartını həvalə etmişdir. 24 iyun 2021-ci il tarixdən 21 mart 2023-cü il tarixə qədər Cavabdeh aylıq ödənişi vaxtlı vaxtında ödəmişdir 2022-ci ilin avqust-oktyabr aylarında bloklanmışdır. Sonra isə başqa kart çıxardıb vermişdir. O, kartı cavabdeh maşının sənədini vermədiyi üçün bloklamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1137/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilməli, iddia qismən təmin edilməli, 4255 manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 88,09 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1137/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində o, şikayətinin dəlillərində həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. İddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “MİTSUBİSHİ PAJERO İO” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X7 adına qeydiyyata alınmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli 3683 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. ƏN-Vİİ seriyalı 837735 reyestr nömrəli etibarnamədən görünür ki, X15 mülkiyyətində olan “MİTSUBİSHİ PAJERO İO” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İddiaçı etibarnamə vermişdir. Bərdə Rayon Plis Şöbəsinin xx.xx.2023-cü il tarixli 68/2-34309 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X15 xx.xx.2022-ci il tarixdə Asan-Bərdə tərəfindən AA3915084 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci i tarixli MTT16(021)-19/2022 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdeh X9 qarşı “müvəqqəti təminat tədbirinə” dair ərizəsi təmin olunmuşdur. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək X7 mülkiyyətində olan Range Rower markalı ** XL ***, VAZ -21063 markalı ** UF ***, VAZ-21074 markalı ** BS ***, VAZ - 21074 markalı ** BS ***, VAZ -21011 markalı ** CC ***, VAZ -21063 markalı ** MO ***, Mercedes Benz E280 markalı ** MX ***, Mercedes Benz E270 CDİ markalı ** EZ ***, Toyota Camry markalı 10KK 074, VAZ– 21013 markalı 33 BC134, VAZ -21093 markalı ** ZP ***, BMW -5301 markalı ** LJ ***, VAZ -21063 markalı ** BS ***, VAZ - 21063 markalı 60BT113, VAZ–21011 markalı ** XS ***, Mercedes Benz-E200 markalı ** VP ***, VAZ- 2105 markalı ** BT ***, VAZ21013 markalı ** BJ ***, VAZ- 2106 markalı ** BT ***, BMW-X5 markalı ** RB ***, Mercedes Benz E 270 CDİ markalı ** DA ***, VAZ- 2109 markalı ** BJ ***, VAZ21061 markalı ** BT ***, Mercedes Benz E230 markalı ** ZJ ***, VAZ 21074 markalı ** BM ***, VAZ 21074 markalı 09 BT442, Mitsubishi Pajero İO markalı ** UK ***, VAZ21061 markalı ** CV ***, VAZ-21063 markalı ** BJ ***, X17 markalı ** TO *** , Mercedes Benz E220 CDİ markalı ** GA ***, VAZ-21063 markalı ** BE ***, Toyota Prado markalı ** RU ***, VAZ-21723 markalı ** OF ***, VAZ- 21063 markalı ** BO ***, VAZ- 21074 markalı ** SU ***, VAZ- 21074 markalı ** BR *** və Ford Transit markalı 20DC134 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş və cərimə meydançasına yerləşdirilmişdir. Kapital Bank ASC 23.08..2023-cü il tarixli, ödəniş kartı üzrə çıxarışdan görünür ki, X2 məxsus plastik kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məxaric əməliyyatları və əks olunmuşdur. xx.xx.2023-cü il tarixli 26469 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 130 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli 7900 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 11 manat məbləğində dövlət rüsumu ödəmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29104)-338/2025 saylı 16 yanvar 2025-ci il tarixli qərardadı ilə X2 məxsus olan əmək pensiyası kartından ( kartın növü- DSMF DEBİT MASTER CARD, nömrəsi- 5103 0716 8489 0383) 2021-ci ilin iyun ayının 1dən 2023-cü ilin avqust ayının sonuna kimi pulların çıxarılması ilə bağlı video-görüntülər Maraqlı şəxs ASC-nin Bərdə filialı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş: Kapital bank ASC-nin 17 mart 2025-ci il tarixli, 64 nömrəli sorğuya cavab məktubundan görünür ki, məktubda qeyd olunan məlumatlar üzrə bankdaxili axtarış sistemində araşdırma aparılmış, təqdim olunan tarixlər üzrə video görüntü mövcud deyildir. Qərardadın icrası ilə bağlı Maraqlı şəxs ASC-nin tərəfindən məhkəmə təqdim edilmiş 11 mart 2025-ci il tarixli, 2025/204/5317 saylı məktubdan görünür ki, qərardadın icrası ilə bağlı X3 adına olan 510307………0383 nömrəli plastik kartın bağlı hesabda görüntülərlə bağlı araşdırma aparılmışdır.Qeyd edilmiş dövr üzrə (xx.xx.2021-xx.xx.2023) aparılan bankomat əməliyyatlarına dair mövcud görüntülər məktuba əlavə edilmişdir. Əlavə olaraq bildirilir ki, Maraqlı şəxs ASC-nin video müşahidə sisteminin serverləri videoyazıları adətən 2 ay saxladığından Bərdə filialının müşahidə kameralrının 2021-2023-cü illərə dair qeydə alınmış videogörüntüləri mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər arasında əldə olunan razılığa əsasən avtomaşının dəyərinin ödənilməsi məqsədilə iddiaçının anası X4 pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank kartı cavabdehin sərəncamına verilmiş, cavabdeh 12 avqust 2021-ci il—14 fevral 2022-ci il vaxt intervalında bank hesabından çıxarışa, eyni zamanda iş materiallarında video görüntülərə əsasən cavabdeh tərəfindən ümumilikdə həmin kart hesabından 2255 manat məbləğində pul vəsaiti çıxalaraq əldə edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Kapital Bank ASC 23.08..2023-cü il tarixli, ödəniş kartı üzrə çıxarışdan görünür ki, X2 məxsus plastik kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məxaric əməliyyatları və əks olunmuşdur, lakin həmin kart üzrə hər hansı müddət üzrə blokılanma müəyyən edilmir.Ona görə də, həmin kartın 7 ay müddətində cavabdehdə olması o anlama gəlir ki, həmin kartdan 3-4 dəfə yox, 7 dəfə, yəni 7 ay üçün çıxarış edilmişdir. Bu isə, 6 ay ərzində 1872 manat (312X6) 1 ay ərzində isə 383 manat olmaqla, (312x6+383=2255) cəmi 2255 manat pul çıxarılmasını təsdiq edir. Həmçinin cavabdehin izahatı ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan aldığı avtomobilə görə 2000 manat nəqd ödəniş etmişdir ki, bu halda cavabdeh tərəfindən minik avtomobilinə görə cəmi 4255 manat pul əldə edildiyi təsdiq edilir. İdidaçı tərəf cavabdehin əvvəlcədən 3000 manat ödədiyini göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci və 1091.2-ci maddələrinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Məhkəmə kollegiyasında aydın oldu ki, Cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçıdan 4255 manat məbləğində pul əldə edərək, əsassız varlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya 4255 manat dəyərində ödənilməmiş borcu qalsa da, birinci instansiya məhkəməsi iddia tələbini 6809 manat məbləğində təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına qismən uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına qismən uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1137/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilməli, iddia qismən təmin edilməli, 4255 manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 88,09 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1137/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilsin və iddia qismən təmin edilsin. Cavabdeh 4255 (dörd min iki yüz əlli beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 88,09 manat məbləğində pul İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar