Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-355/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi olan Vəkil iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(021)-2787/2022 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-571/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 hər ay bir uşağın saxlanılması üçün tutuulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(021)-2787/2022 saylı qətnaməsi ilə (sədrlik edən E.Əhmədov) iddia qismən təmin edilmiş, 16 aprel 2006-cı il təvəllüdlü X6 və 16 fevral 2009-cu il təvllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 2(104)-571/2021 saylı 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay bir uşağa görə 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 alınaraq İddiaçı1 xeyrinə ödənilməsi, iddia tələbi qismən təmin edildiyindən 43,16 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(021)-2787/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-571/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(021)-594/2020 saylı qətnaməsi dəyişdirilmiş və cavabdehdən hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment tutulması qət edilmişdir. O, hazırda respublika ərazisində ərzaq və ehtiyacların qiyməti artdığından, müəyyən olunmuş 200 manat məbləğində alimentin artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat müəyyən olunmasını xahiş etsə də, məhkəmə hər uşaq üçün 130 manat aliment müəyyən etmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(021)-2787/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində onun 01 iyul 2022-ci il tarixdə yenidən ailə qurmağını və həmin nikahdan 02 avqust 2020-ci il təvəllüdlü X12 adlı övladının doğulmasını və ağır formalı şəkərli diabet xəstəsi olmasını qeyd etsə də, lakin gəldiyi nəticədə məhkəmə alimentin məbləğinin artırılmasını ciddi əsas olmadan iddiaçının xeyrinə təmin etmişdir. Məhkəmə qərar qəbul edərkən, onun yenidən ailə qurmamasını və uşağının olmaması nəzərə almamışdır. İddiaçı1 və Cavabdeh1 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında nümayəndəsi olan Vəkil ilə təmsil edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi olan Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Həmçinin göstərdi ki, cavabdeh hazırda işləmir və maddi vəziyyəti qət edilən alimenti ödəməyə imkan vermir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, İddiaçı1 apellyasiya şikayətinin təmin olunmamasını, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(021)- 2787/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2022ci il tarixli, 2(021)-2787/2022 saylı qətnaməsi dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: 02 avqust 2022-ci il tarixli 808102 nömrəli arayışdan müəyyən olunur ki, X10 16 aprel 2006-cı ildə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçı1dır. 02 avqust 2022-ci il tarixli, 239315 nömrəli arayışdan müəyyən olunur ki, X9 16 aprel 2006-cı ildə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçı1dır. Mediasiya şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə ediməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-571/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(021)-594/2020 saylı qətnaməsi hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat hissədə dəyişdirilmiş, həmin hissədə alimentin miqdarı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müəyyən edilməsi qət edilmişdir. Moskva şəhəri "xxxx" MMC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 sağ ayaq baldırla pəncəni birləşdirən oynağının artrodezi. Sağ ayağı ətrafın 7,5 mm qısalması diaqnozu qoyulmuşdur. Azərbaycan Kənd Təsərrüfatı və Qida sənayesi işçiləri X2 Bərdə Rayon Komitəsi tərəfindən verilmiş 15 nömrəli, 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Kənd Təsərrüfatı və Qida sənayesi işçiləri X2 Bərdə Rayon Komitəsinin sədri vəzifəsində işləyir, aylıq əmək haqqı 300 manatdır. AZ-İİ 506725 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Həsənov X3 Gülmira Hacı qızı ilə 01 iyul 2022-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişdir, nikahdan sonra ona Vəliyeva soyadı verilmişdir. AZ-İV 580 413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 02 avqust 2020-ci ildə doğulmuşdur, atası Cavabdeh1, anası X7r. Məhkəmə kollegiyasına təqdim edilmiş: Tibbi Ərazi Bölmələrinin X13 Rayon Mərkəzi Xəstəxanası X18 xx.xx.2021-ci il tarixli, 2381 saylı arayışından görünür ki, Cavabdeh1 Bərdə RMX-nın X1 Kabinetində “Şəkərli diabet İİ tip, ağır-forma, İnsulinətələbli.dekompensasiyalı.Diabetik polineyropatiya.OU- Diabetik qeyri proliferativ-retinopatiya.Aşağı ətrafların diabetik angiopatiyası” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı1 qızı ilə Cavabdeh1 14 iyun 2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş və birgə nikahlarından 16 aprel 2006-cı ildə Emil və 16 fevral 2009-cu ildə Aylin adlı uşaqları olmuşdur. Bərdə Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və bu nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində qalmışdır. Bərdə Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(021)-594/2020 saylı qətnaməsi ilə hər ay hər uşağın saxlanılması üçün Cavabdeh1 qazancından 120 manat olmaqla cəmi 240 manat miqdarında aliment İddiaçı1nin xeyrinə tutulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(104)-571/2021 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminat səviyyəsini, onların hüquq və mənafelərini nəzərə alaraq, hesab etmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh1 hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı1 verilməlidir. İddiaçı apellyasiya şikayətinin dəlillərində alimentin miqdarının artırılaraq hər ay hər uşağa 193 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, cavabdehin həmin məbləğdə aliment ödəmək üçün yetərli qazanca malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində ayda 260 manat aliment ödəməyə maddi imkanının olmaması, hazırda heç bir yerdə işləməməsi, xəstə olması, ikinci dəfə ailə qurması və həmin evliliyindən bir uşağının olmasını göstərsə də, həmin hallar qətnamə ilə müəyyən edilən məbləğin azaldılmasına hüquqi əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Qanunverilicik aktlarında uşaqla bağlı bütün məsələlərdə bütün diqqət ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilir. Üstün maraqlar termini uşağın rifahını izah edir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, Emil və Aylin adlı uşaqların 16 və 14 yaşları olmaqla, məktəbli olaraq, təhsil xərclərinin olmasının, xüsusi geyim, qida ilə bağlı gündəlik tələbatlarının artmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(021)-2787/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(021)-2787/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-355/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-355/2023
30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver