Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-36/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı2, onun etibarnamə üzrə nümayəndəsi X11, (eləcədə İddiaçı4, İddiaçı3 və İddiaçı1 qəyyumu) vəkili X16 (iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun), Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi X15 (arvadı), və vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)- 354/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyət verilməsinə dair JN-212A KOD50810018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X13, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Xanalar rayonu Toğana kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 noyabr 2018-ci il tarixli çıxarışın və 01 noyabr 2018-ci il tarixli A seriyalı 326159 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Göygöl rayonu Toğanalı bələdiyyəsinin xüsusi mülkiyyətindədir.
3. Daşınmaz əmlakın 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsinin surətindən görünür ki, Göygöl rayon Toğanalı bələdiyyəsi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 500 kv.m hissəsini Cavabdeh1 satmışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və 11 mart 2019-cu il tarixli A seriyalı 346887 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli 2(104)-1462 nömrəli qətnaməsinin surətindən görünür ki, X8 miras qalmış JN-212A KOD 50810018 Torpağın mülkiyyət verilməsi dair şəhadətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsinin ona düşən ¼ hissəsinə hər bir vərəsənin 1/24 hissədə payı müəyyən edilməklə, ümumilikdə Cavabdeh1 1/24 hissə, X3 1/24 hissə, X4 1/24 hissə, İddiaçı2 İsrəfil qızının 7/24 hissə, İddiaçı1 İsrəfil qızının 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə müəyyən edilmişdir. Goygöl rayonu Toğanalı kəndində yerləşən və X8 miras qalmış fərdi yaşayış evinə Cavabdeh1 1/6 hissə, X9 1/6 hissə, X4 1/6 hissə, İddiaçı2 İsrəfil qızının 1/6 hissə, İddiaçı1 İsrəfil qızının 1/6 hissə və İddiaçı4 İsrəfil oğlunun 1/6 hissədə payları müəyyən edilmişdir.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 noyabr 2020-ci il tarixli çıxarışın və Fərdi yaşayış evinin 05 noyabr 2020-ci il tarixli **********93-10302 nömrəli texniki pasportunun surətindən görünür ki, Göygöl rayonu Toğana kəndində yerləşən 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi Cavabdeh1, 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X3, 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 İsrafil oğlunun, 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı1, 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı2 və 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X4 xüsusi mülkiyyətindədir.
7. Göygöl rayon İcra Hakimiyyətinin 14 yanvar 2022-ci il tarixli 03 nömrəli sərəncamı ilə X11 qardaşı İddiaçı4 və bacıları İddiaçı3, eləcədə İddiaçı1 qəyyum təyin edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi və bunun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab olunması, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli qərarı olə onlara verilmiş torpaq sahəsinin zəbt edilmiş 0,05 ha üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Göygöl rayonu (keçmiş Xanlar rayonu) Toğana kəndində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində yerləşən köhnə tikilmiş yaşayış evində yaşayırlar, lakin onların xəbəri olmadan torpaq sahəsinə dair Cavabdeh1 ilə Göygöl rayonu Toğanalı bələdiyyəsi arasında 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və çıxarış verilmişdir. Halbu ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmadığından sata bilməzdi. Cavabdeh qanunsuz olaraq mübahisəli torpaq sahəsini zəbt edərək tikinti işlər aparır.
10. Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid olunmuşdur.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 144.1, 152.1, 337.1, 337.5, 360.1, 389.1, 567 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə hərtəfli, tam və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Onların adlarına tərtib olunmuş vərəsəlik qaydasında verilən çıxarış ləğv edilmiş və torpaqğın mülkiyyətə verilməsinə dair şəhadətnamə əvvəlki vəziyyətinə qayıtmışdır. Buna baxmayaraq Cavabdeh1 Göygöl rayonu Toğanalı bələdiyyəsindən 0,05 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi əvvəlki hüquqi vəziyyətinə qaytarılmış şəhadətnamənin koordinatları ilə üst-üstə düşür və eynilik təşkil edir. Buna baxmayaraq birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilməmiş və koordinatların üstüstə düşüb-düşməməsi araşdırılmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegoiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, birgə mülkiyyətlərində olan 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsini bələdiyyə qanunsuz olaraq qardaşı Həsənə satmışdır. Həsən də həmin torpaqda ev tikdirmişdir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X11 (eləcədə İddiaçı1 İsrəfil qızı, İddiaçı4 İsrəfil oğlu və X3 qəyyumu), izahatında bildirmişdir ki, bələdiyyə sədri qanunsuz olaraq qardaş və bacılarının mülkiyyətində olan totpaq sahəsinin 0,05 ha hissəsini qardaşı Həsənə satmış, sonuncu da həmin torpaqda ev tikdirmişdir. Baş vermiş qanunsuslığa görə digər qardaş və bacıları mülkiyyət hüquqlarından məhrum olmuşlar.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1 İsrəfil qızı və İddiaçı4 vəkili X16 da İddiaçı2 ilə eyni məzmunlu izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 İsrafil oğlunun adına verilən çıxarışın etibarsızlığı dedikdə həmin qeydin ləğvi nəzrdə tutulub. X6 məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahtında bildirmişdir ki, 0,05 ha torpaq sahəsini bələdiyyədən alıb orada ev inşa etmişdir. Anasından mirasqalmış evə 1/6, evin yerləşdiyi torpaq sahəsinə isə 1/24 hissə payı müəyyən edilmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X15 (arvadı) da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X5 da cavabdehlə eyni məzmunlu izah verərək, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
26. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
27. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
30. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
43. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
44. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
48. Həmçinin apellyasiya icraatı zamanı iddiaçıların vəkili X16 ərizə verərək, Cavabdeh1 İsrafil oğlunun adına verilən çıxarışın etibarsızılığı dedikdə qeydin ləğv edilməsi nəzərdə tutulduğundan ləğv olunmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin olunmalıdır.
50. İşin halları ondan ibarətdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X13, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Xanalar rayonu Toğana kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsi verilmiş və barədə Torpağın mülkiyyət verilməsinə dair JN-212A KOD50810018 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Eləcədə Göygöl rayon Toğanalı bələdiyyəsi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 500 kv.m hissəsini Cavabdeh1 satmış və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış tərtib olunmuşdur. İddiaçılar Cavabdeh1 İsrafil oğluna satılmış torpaq sahəsinin onların mülkiyyətinə verilmiş torpaq sahəsi olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı rədd etmişdir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
52. Belə ki, apellyasiya icraatı zamanı ilkin olaraq Cavabdeh1 Göygöl rayonu Toğana kəndində inşa etdirdiyi fərdi yaşayış evinin bələdiyyə tərəfindən ona satılmış 0,05 ha torpaq sahəsində tikildiyini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 10/6819 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən cavabdeh tərəfin naturada təqdim etdiyi mübahisəli fərdi yaşayış evi **********09 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 mart 2023cü il tarixli məktubunda isə qeyd olunmuşdur ki, **********09 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha (500,0 kv.m) torpaq sahəsinin 358,0 kv.m qədər hissəsi JN-212A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən 0,10 ha (1000,0 kv.m) torpaq sahəsində yerləşir. Ona görə də iş üzrə yenidən apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin olunmuş və ekspert qarşısında Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD50810018 nömtəli şəhadətnaməyə əsasən X13, İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun mülkiyyətinə verilmiş Xanlar rayonu Toğana kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən (Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi tərəfindən 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılan 500 kv.m torpaq sahəsi) Cavabdeh1 xüsusi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, əgər üst-üstə düşürsə hansı hissədə və ölçülərdə düşməsi, eləcədə Cavabdeh1 İsrafil oğlunun inşa etdiyi fərdi yaşayış evinin torpaqların üstüstə düşən hissəsində və ya ondan kənarda inşa edilməsi sualı qoyulmuşdur.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 09 avqust 2023-cü il tarixli 10/2709 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 23 iyun 2023-cü il tarixli 3-21-3- 33/2-5741/2023 nömrəli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD50810018 nömtəli şəhadətnaməyə əsasən X13, İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun mülkiyyətinə verilmiş Xanlar rayonu Toğana kənd ərazisində yerləşənvə torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqlara dair adlı siyahıda və ərazinin kompleks yerquruluşu layihəsində mövcud olan 0,10 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX serialı ******* nömrəli çıxarışa əsasən (Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi tərəfindən 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satılan 500 kv.m torpaq sahəsi) Cavabdeh1 xüsusi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi müəyyən hissədə üst-üstə düşür; Rx seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha (500 kv.m) torpaq sahəsinin 358 kv.m qədər hissəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-212A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0,10 ha (1000 kv.m) torpaq sahəsində yerləşir; Cavabdeh1 İsrafil oğlunun inşa etdirdiyi fərdi yaşayış evi torpaqların üst-üstə düşən hissəsində inşa edilmişdir.
54. Göründüyü kimi Göygöl rayon Toğanalı bələdiyyəsi tərəfindən cavabdeh X1 0,05 ha torpaq sahəsinin 358 kv.m qədər hissəsi JN-212A KOD50810018 nömtəli şəhadətnaməyə əsasən X13, İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdüdları daxılində olan torpaqdır. Ona görədə məhkəmə kolegiyyası hesab edir ki, Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsi qismən, yəni 358 kv.m torpaq sahəsinə dair hissədə etibarsız hesab olunmalıdır.
55. İddiaçılar İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 İsrafil oğlunun adına verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsini qeyd etsələrdə, apellyasiya icraatı zamanı İddiaçı2 və onun vəkili Fuad Əhmədov ərizə verərək çıxarışın etibarsızlığı dedikdə onun ləğvini nəzərdə tuduqlarını bildirmışlər. Alqı-satqı müqaviləsi 358 kv.m torpaq sahəsinə aid hissədə etibarsız hesab edildiyindən kollegiya hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış qismən, yəni 358 kv.m aid hissədə ləğv olunmalıdır.
56. Cavabdeh1ov Həsən İsrafil oğlunun inşa etdirdiyi tikilinin sökülməsinə münasibətdə isə kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli 2(104)-1462 nömrəli qətnaməsi ilə Goygöl rayonu Toğanalı kəndində yerləşən və X8 miras qalmış fərdi yaşayış evinə Cavabdeh1 1/6 hissə, 0,10 ha torpaq sahəsinin ¼ hissəsinə olan miras əmlakda isə isə hər bir vərəsənin payı 1/24 hissə olmaqla, ümumilikdə Cavabdeh1 1/24 hissə, X3 1/24 hissə, X4 1/24 hissə, İddiaçı2 İsrəfil qızının 7/24 hissə, İddiaçı1 İsrəfil qızının 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə paylar müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı da müəyyən olunmuşdur ki, miras əmlaklarda vərəsələrin payı müəyyən olunsada, naturada bölgü aparılmamışdır.
57. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (50+100=150) manat təşkil edir.
58. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh1 alınaraqun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsi qismən, yəni 358 kv.m torpaq sahəsinə dair hissədə etibarsız hesab olunsun. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış qismən, yəni 358 kv.m aid hissədə ləğv olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh1 alınaraqun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.