Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-367/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlundan və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili (nümayəndəsi) X4 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə ər-arvad olaraq birgə nikah dövründə ailə büdcəsinin hesabına əldə etdikləri- Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0,04 hektar həyətyanı torpaq sahəsinin və “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada yarısının və ya naturada bölmək mümkün olmadıqda həmin əmlakın dəyərinin ikidə bir (½) hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun (Cavabdeh) adına rəsmiləşdirilməklə "xxxx" ASC-dən 03 iyun 2022-ci il tarixli 800804-468129/2 saylı kredit müqaviləsi üzrə götürülmüş 11500 (on bir min beş yüz) manat pul vəsaitinin birgə nikah dövründə götürülmüş ümumi kredit borcu hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 03 iyun 2022-ci ildə "xxxx" ASC-dən **********29/2 kredit müqaviləsi üzrə 11500 manat pul vəsaiti götürmüşdür. Həmin pulları birgə nikah dövründə ailə ehtiyacları üçün xərcləmişdir. Ödəniş cədvəli üzrə bir neçə ayı özü ödəmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik İddiaçı ilə onun ümumi borcu hesab edilməli və hər birinin payına uyğun olaraq borc müəyyən edilərək qətnamə qəbul edilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Həsən Qəniyev) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh adına dövlət qeydiyyatına alınmış və 8000 (səkkiz min) manata satılmış “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4000 (dörd min) manat pul həmin avtomobildən iddiaçıya çatacaq payın əvəzi olaraq Cavabdeh alınıb İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “Cavabdeh adına rəsmiləşdirilmiş "xxxx" ASC tərəfindən 03 iyun 2022-ci il tarixli 800804-468129/2 saylı kredit müqaviləsi üzrə götürülmüş 11500 (on bir min beş yüz) manat pul vəsaitinin birgə nikah dövründə götürülmüş ümumi kredit borcu hesab edilməsi” barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qarşılıqlı iddia tələbi üzrə heç bir araşdırma aparılmamışdır. Belə ki, o, 03 iyun 2022-ci ildə "xxxx" ASCdən **********29/2 kredit müqaviləsi üzrə 11500 manat pul vəsaiti götürmüşdür.Həmin pulları birgə nikah dövründə ailə ehtiyacları üçün xərcləmişdir. Ödəniş cədvəli üzrə bir neçə ayı özü ödəmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik İddiaçı və onun ümumi borcu hesab edilməli və hər birinin payına uyğun olaraq borc müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, iddiaçı ilə 2023-cü ilin iyul ayında boşanmış, faktiki olaraq isə 2022-ci ilin dekabr ayında ayrılmışlar. İddiaçı həmin vaxtdan evdən getmişdir. O, 2022-ci ilin iyun ayında 11500 manat kredit götürmüş, həmin pulun 4500 manatını almış olduğu 4 sot torpaq sahəsinə su, qaz xəttinin çəkilməsinə və orada 3x4 ölçüdə müvəqqəti olacaq tikilisinə xərcləmişdir. Qalan 7000 manat məbləği isə iddiaçı özü ilə aparmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)- 792/2023 nömrəli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, bildirdi ki, Cavabdeh 03 iyun 2022-ci il tarixdə "xxxx" ASC-dən götürdüyü 11500 (on bir min beş yüz) manat krediti bacısının əri X1 vermişdir. X2 həmin 11500 (on bir min beş yüz) manat kredit hesabına özünə **-XP-*** dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobil almışdır və hal-hazırda həmin kredit borcu X2 tərəfindən ödənilir. Yəni Cavabdeh tərəfindən 03 iyun 2022-ci il tarixdə "xxxx" ASCdən götürülən 11500 (on bir min beş yüz) manat kredit onların ailəsinə xərclənməmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsini qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Qətnamənin ilk iddianın qismən təmin edilmiş digər hissələri, həmçinin, ilk iddianın təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissələrlə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank 36 ay müddətinə illik 18,5 faiz dərəcəsi ilə şəxsi istehlak məqsədi ilə Cavabdeh 11500 (on bir min beş yüz) manat məbləğində kredit vermişdir. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 02 may 2018-ci il tarixli Sərəncamından görünür ki, Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsində X7 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun adına rəsmiləşdirilmiş "xxxx" ASC-dən 03 iyun 2022ci il tarixli 800804-468129/2 saylı kredit müqaviləsi üzrə götürülmüş 11500 (on bir min beş yüz) manat pul vəsaitinin birgə nikah dövründə götürülmüş ümumi kredit borcu hesab edilməsini xahiş etsə də, həmin kredit müqaviləsinin ər-arvadın birgə nikah dövründə xərclənməsini təsdiqləyən sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə onun adına rəsmiləşdirilmiş "xxxx" ASC-dən 03 iyun 2022-ci il tarixli 800804-468129/2 saylı kredit müqaviləsi üzrə götürülmüş 11500 (on bir min beş yüz) manat pul vəsaitinin birgə nikah dövründə götürülmüş ümumi kredit borcu hesab edilməsini xahiş etsə də, həmin kredit müqaviləsinin ər-arvadın birgə nikah dövründə xərclənməsinə dair məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü 11500 manat pulun 4500 manatını almış olduğu 4 sot torpaq sahəsinə su, qaz xəttinin çəkilməsinə və orada 3x4 ölçüdə müvəqqəti olacaq tikilisinə xərcləməsini, qalan 7000 manat məbləği isə iddiaçı özü ilə aparmasını göstərmişdir. Halbu ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə ailə büdcəsinin hesabına əldə etdikləri- Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0,04 hektar həyətyanı torpaq sahəsinin bölünməsi iddiası rədd edilmişdir ki, belə olan halda, həmin torpaq sahəsində aparılmış işlər üzrə cavabdeh tərəfindən 4500 manat məbləğində pulun xərclənilməsi mübahisələndirtlən hissədə qarşılıqlı iddianın təmin edilməsi üçün hüqiuqi əsas kimi çışıx edə bilməz. Qarşılıqlı iddia ilə qalan 7000 manat pulun İddiaçı tərəfindən götürülməsi isə, məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-792/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-367/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-367/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver