Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-376/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, Alıyeva (Məmmədova) Alidə Fazil qızının, İddiaçı3 və Nuriyeva (Məmmədova) Aynurə Fazil qızının cavabdehlər Xəlilova (Məmmədova) Afət Teymur qızına və Cavabdeh2 qarşı “cavbdehlərə məxsus əşyaların iddiaçıların atasından miras qalmış mülkdən çıxarılması” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-24/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-24/2024 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddianın təmin edilməsi, cavabdehlər Xəlilova (Məmmədova) Afət Teymur qızına və Cavabdeh2 məxsus əşyaların iddiaçıların atasından miras qalmış və hazırda onlara məxsus olan Samux rayonu, Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh Xəlilova (Məmmədova) Afət Teymur qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallari: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Xəlilova (Məmmədova) Afət Teymur qızına və Cavabdeh2 məxsus əşyaların onların atalarından miras qalmış Samux rayonu Çobanabdallı kəndində yerləşən fərdi yaşayş evindən və həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X23 və Cavabdeh2 onların əmisi X11 uşaqlarıdır. X2 məxsus Samux rayonu Çobanabdallı kəndində yerləşən fərdi yaşayş evi vardır. Həmin evin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsi mərhum atası, anası və onlara məxsusdur. Həmin ev sahələri, 13,5 və 22 kv.m-dən ibarət iki yaşayış otagından ibarətdir. X7 xx.xx.2008-ci il tarixdə, anaları X19 xx.xx.2009-cu il tarixdə vəfat etmiş və onların vəfatından sonra mirası faktiki qəbul edərək həmin ünvanda yaşayırlar. Cavabdehlər özlərinə məxsus bəzi əşyaları onalara məxsus, sahəsi 22 kv.m olan otağa yığıb qapısını bağlamışlar. Ona görə də onlar həmin otaqdan istifadə edə bilmirlər. Cabdehlər özləri orda yaşamadığı halda, onlara məxsus otağı zəbt ediblər. Xəlilova (Məmmədova) Afət Teymur qızı 30 ildən artıqdır ki, Samux rayonu, Agasıbəyli kəndində ailə qurub yaşayır. Cavabdeh2 isə 20 ildən artıqdır ki, Rusiya Federasiyasına gedib. Onlar atalarından qalmış mirasa görə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin cavabdehlər mübahisə yaratmış və həmin fərdi yaşayış evinə baxış keçirilməsinə şərait yaratmadıqları üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən miras qalmış əmlakın onların adlarına qeydə alınmasından imtina edilmişdir. Cavabdehlərin onların ata və analarından qalmış miras əmlakda heç bir hüququ olmadığı üçün onlara məxsus əşyalar çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxılmasının təxirə salınmasına dair onların ərizəsini nəzərə almamış, işə onların iştirakı olmadan baxaraq yekun qərar qəbul etmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, ekspert rəyi də məhkəmə qətnaməsində təhrif olunmuşdur. Belə ki, ekspert qeyd etməmişdir ki, X13 məxsus torpaq sahəsində və evdə cavabdehlərin əşyaları yerləşir, baxmayaraq ki, ekspertiza təyini üçün qərardadda bu sual verilmişdir. Buradan da görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bu sualın cavabı tapılmamışdır, məhkəmə isə araşdıraraq həqiqəti üzə çıxarmamışdır. Belə ki, işin hallarından aydın oldu ki, iddiaçı və cavabdehin babası X6 1948-1950-ci illərdə təsərrüfatbaşına kitabının 142 vərəqində sonuncunu təsərrüfat başçısı kimi göstərmiş, onun istifadəsində 0.25 ha torpaq sahəsi və 1947-ci ildə tikilmiş yaşayış evinin olması qeyd olunmuşdur. X29 ailə üzvləri siyahısında həm iddiaçının atası Fazilin, həm də cavabdehin atası və babası olan Teymurun adları vardır. Bu isə o deməkdir ki, mübahisəli torpaq sahəsinə dair həm Teymur, həm də Fazilin hüquqları mövcuddur. Cavabdeh olaraq o, həmin ata evində doğulmuş, orada yaşamış, ana və qardaşı, bütün ailə mübahisəli evdə yaşayıb və orada da dünyasın dəyişib. Ona görə də hesab edir ki, onlar həmin evdən çıxarılmalı deyildir. Bundan əlavə heç bir əsas olmadan başqa bir əraziyə və evə məxsus olan şəhadətnaməni məhkəmə nədənsə mübahisəli evə aid edib. Bunu sübut edən fakt odur ki, onun əşyaları yuxarıda qeyd olunan kimi 22 kvadrat metr evdədir, iddiaçılara məxsus ev isə 50 kvadrat metrdir. Bu fakt onu göstərir ki, başqa bir evə aid şəhadətnamə mübahisəli evin şəhadətnaməsi kimi təqdim olunur. Məhkəmə isə bu xüsusiatları və faktları nəzərə almamışdır. Prosessual məsələlər və tərəflərin apellyasiya şikayəti ilə bağlı izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehılərdən Xəlilova (Məmmədova) Afət Teymur qızı nümayəndə vasitəsilə təmsil olunsa da özü, iddiaçı Nuriyeva (Məmmədova) Aynurə Fazil qızı və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsin əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Xəlilova (Məmmədova) Afət Teymur qızının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər və əsslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə prosesində iştirak edən tərfələrin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmadır. Belə ki, iş materiallarında olan Goranboy rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Samux rayonu, Çobanabdallı kəndində yerləşən 13,5 kv.m, 22,0 kv.m-dən ibarət “A” nömrəli yaşayış evi “Vətən” üzümçülük sovxozunun 435 nömrəli 13 dekabr 1993-cü il tarixli qərarı əsasında X14 adına 1-119 reyester nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Torpağın mülkiyyətinə verilməsinə dair JN-076A (KOD ********) saylı şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Çobanabdallı kəndində yerləşən 0.21 ha həyatyanı torpaq sahəsi X14, X8, X9, X12, İddiaçı1, İddiaçı3 ümumi mülkiyyətlərində olmuşdur. İş materiallarında olan AZ-İ 309909 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X25 11 iyul 2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 358885 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 29 dekabr 2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2009-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş X14 vərəsələri, oğlu İddiaçı1, digər oğlu İddiaçı3, qızı İddiaçı2, digər qızı İddiaçı4 miras əmlakdan bərabər hisssədə irs almışlar. İş materiallarında olan xx.xx.2009-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə ölmüş X8 vərəsələri, oğlu İddiaçı1, digər oğlu İddiaçı3, qızı İddiaçı2, digər qızı İddiaçı4 miras əmlakdan bərabər hisssədə irs almışlar. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon xalq məhkəməsinin 2-135/1993 nömrəli 25 fevral 1993-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X14 və qeyrilərinin X4 qarşı miras qəbul etmək müddətinin uzadılması və miras mülkün vərəsələr arasında bölünməsi təlləbinə dair iddiaları qismən təmin edilərək Samux rayonunun Çobanabdallı kəndində yerləşən sahələri 22.0 kv.m iki yaşayış otağından 15,4 kv.m örtülü eyvandan, 33,6 kv.m tövlədən ibarət miras mülkə X25, X26, X27, X28, Hüseynovlar Alim və Almaz Hüseynqulu uşaqları, X4, Vidadi, Şöhrət, Niyar və Afət Teymur uşaqları vərəsə tanınmaları; Mirası qəbuletmə müddəti üzrlü səbəbdən keçdiyindən uzadılması; Həmin mülkün 1/6 hissəsinə mülkiyyət hüququ X18, 1/6 hissəsinə mülkiyyət hüququ X20, 1/6 hissəsinə mülkiyyət hüququ X21, 1/6 hissəsinə mülkiyyət hüququ X5 və Vidadi, Şöhrət, Niyar və Afət Teymur uşaqlarına, 1/6 hissəsinə isə mülkiyyət hüququ Hüseynovlar Alim və Almaz Hüseynqulu uşaqlarına verilsin. 0,25 hektar həyətyanı torpaq sahəsindən 433,3 kv.m X14, 433,3 kv.m X15, 433,3 kv.m X16, 433,3 kv.m X1 və Vidadi, Şöhrət, Niyar və Afət Teymur uşaqlarının, 433.3 kv.m isə Hüseynovlar Alim və Almaz Hüseynqulu uşaqların istifadəsinə verilməsi; Məmmədovlar Fazil, Hamil, Zahir və Murad Səfər uşaqlarından 74 manat, X5 və Məmmədovlar Vidadi, Şöhrət, Niyar və Afət Teymur uşaqlarından 143 manat; Hüseynovlar Alim və Almaz Hüseynqulu uşaqlarından isə 143 manat rüsumun alınıb dövlət nəfinə verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 31 avqust 1994-cü il tarixli 3d-6/220/94 saylı qərardadından görünür ki, protest təmin edilərək Gəncə şəhəri Nizami rayon xalq məhkəməsinin 25 fevral 1993-cü il tarixli qətnaməsi dəyişdirilmiş, mübahisəli mülkün 29,3 kv.m yaşayış otağı və 33,6 kv.m tövlənin miras mülkün kütləsinə daxil edilməsi və vərəsələr arasında bölünməsinə dair hissəsinin qətnamədən xaric edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınmda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-2323/2024 saylı mütəxəssis rəyindən görünür ki, cavabdehlər Xəlilova (Məmmədova) Afət Teymur qızının və Cavabdeh2 əşyalarının olduğu fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş, 1-119 qeydəalma nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə dair tərtib olunmuş dekabr 1993-cü il tarixli texniki pasportda göstərilən torpaq sahəsində yerləşir. 1-119 qeydəalma nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə dair tərtib olunmuş dekabr 1993-cü il tarixli texniki pasportda göstərilən torpaq sahəsi, JN-077A (kod-********) nömrəli və JN-076A (kod-********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə göstərilən torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. JN- 076A (kod-********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X25 və digər mülkiyyətçilərin ümumi mülkiyyətlərində olan 0.21 ha torpaq sahəsinin və JN- 077A (kod-********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10 və Cavabdeh2 ümumi mülkiyyətlərində olan 0.04 ha torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri rəyə əlavə edilmiş yerquruluşu planlarında öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6393 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər Xəlilova (Məmmədova) Afət Teymur qızının və Cavabdeh2 əşyalarının olduğu fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş, 1-119 qeydəalma nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə dair tərtib olunmuş dekabr 1993-cü il tarixli texniki pasportda göstərilən torpaq sahəsində yerləşir. 1-119 qeydəalma nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə dair tərtib olunmş dekabr 1993-cü il tarixli texniki pasportda göstərilən torpaq sahəsi, JN-077A (kod-********) nömrəli və JN-076A (kod-********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə göstərilən torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. JN- 076A (kod********) nömrəli torpağın mülkiyyətə verilməsinə dalr Şəhadətnaməyə əsasən X25 və digər mülkiyyətçilərin ümumi mülkiyyətində olan 0.21 ha torpaq sahəsinin və JN- 077A (kod-********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10 və Cavabdeh2 ümumi mülkiyyətlərində olan 0.04 ha torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri rəyə əlavə edilmiş yerquruluşu planlarında öz əksini tapmışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Samux rayonu Çobanabdallı kəndində yerləşən 0,25 ha torpaq sahəsində yerləşmiş fərdi yaşayış evi iş üzrə tərəflərin mərhum babaları X3 məxsus olmuş, sonuncunun ölümündən sonra miras mülkün bölünməsi ilə bağlı onun vərəsələri arasında mübahisə yarandığına görə iddiaçıların mərhum atası cavabdehlərin anasına qarşı mirasın vərəsələr arasında bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami rayon xalq məhkəməsinin 2-135/1993 nömrəli 25 fevral 1993-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Samux rayonunun Çobanabdallı kəndində yerləşən sahələri 22.0 kv.m iki yaşayış otağından 15,4 kv.m örtülü eyvandan ibarət miras mülkün 1/6 hissəsinə, 0,25 hektar həyətyanı torpaq sahəsinin isə 433,3 kv.m hissəsinə X5 və Vidadi, Şöhrət, Niyar və Afət Teymur uşaqlarının vərəsəlik hüquqları tanınmışdır. Cavabdehlərə məxsus əmlakın miras mülkdə olması həmin mülkün bir hissəsinin onlara məxsus olmasından irəli gəlir. Bununla belə iddiaçılar cavabdehlərin onların ata və analarından qalmış miras əmlakda heç bir hüququ olmadığını qeyd edərək onlara məxsus əşyaların həmin evdən çıxarılmasını xahiş etmiş, lakin həmin mülkün vərəsələr arasında real bölündüyünü təsdiq edən sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi iddiaçılara məxsus olduğundan cavabdehlər isə həmin mülkdən heç bir hüquqi əsas olmadan əşyalarını saxlamaqla istifadə etdiklərindən bu hal iddiaçıların mülkiyyət hüququnu pozur. Bu hal ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ona görədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya ilk öncə qeyd edir ki, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, mübahisəli ünvandakı fərdi yaşayış evinin 1/6 hissəsinə vərəsə kimi tanınmış, evin həmin hissəsinə mülkiyyət hüququ verilmişdir. Belə olan halda mirası qəbul etmiş vərəsəyə ona məxsus əmlakdan istifadə etməsinə qadağa qoyulması qanuni hesab edilə bilməz. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halı, yəni mübahisəli ünvandakı evin miras əmlak olaraq onlara, eləcə də cavabdehlərə babalarından miras qaldığını və cavabdehlərin də həmin evdən paylarının olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yukundən azad edə, yaxud sübut etmə yükünü boluşdurə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırda iddiaçılar cavabdehlərə qarşı yuxarıda qeyd olunan iddia ərizəsi ilə müraciət etmiş olsalar da, lakin cavabdehlərin də babalarından miras qalmış həmin evə mirası qəbul etmiş vərəsə kimi paylarının olduğunu nəzərə almamışlar. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-24/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, Alıyeva (Məmmədova) Alidə Fazil qızının, İddiaçı3 və Nuriyeva (Məmmədova) Aynurə Fazil qızının cavabdehlər Xəlilova (Məmmədova) Afət Teymur qızına və Cavabdeh2 qarşı “cavbdehlərə məxsus əşyaların iddiaçıların atasından miras qalmış mülkdən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-376/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-376/2025
22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver