Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-394/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş hüquqda hər birinin ½ payının müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka payın tanınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 3836/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış tikilməkdə olan yaşayış evinin mənzilinə dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də tikilməkdə olan binada İ blok, 10-cu mərtəbədə yerləşən 35a nömrəli mənzili Cavabdeh verməyi, Cavabdeh isə müəyyənləşdirilmiş mənzil haqqını qabaqcadan ödəməklə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, 37600 manat məbləğ Cavabdeh tərəfindən kassaya mədaxil edilmişdir.
3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 01/110 nömrəli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında tikilən binanın 1ci giriş, 10-cu mərtəbəsində yerləşən 35a saylı mənzilin dəyəri alıcı Cavabdeh tərəfindən tam ödənilmişdir.
4. AZ-İ nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2022-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində pozulmuşdur.
5. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-650/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, iddia tələbi ünvan 1 ünvanda yerləşən mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi hissəsində həmin daşınmaz əmlak dövlət qeydiyyatından keçmədiyindən və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) olmadığından təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 saylı müqavilədən əmələ gəlmiş hüquqda hər birinin ½ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Lakin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2596/2020 saylı, 10 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikahları pozulmuşdur. Birgə nikah dövründə ər-arvadın, yəni onunla Cavabdeh ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil, yəni ünvan 3 ünvanda yerləşən ev almışdırlar. O, cavabdehlə Cavabdeh ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil, yəni ünvan 3 ünvanda yerləşən mənzilin satılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh ona bildirmişdir ki, onun, yəni iddiaçının orada hər hansı bir payı yoxdur. Belə ki, cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq onun iddiasının əsasız olduğunu bildirmişdir. Halbuki, cavabdeh ünvan 3 ünvanda yerləşən mənzilin birgə nikah dövründə əldə edilmiş əmlaklar kimi bölünməsi barədə qətnamə qəbul edilməsi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3836/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev), iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1, 35a nömrəli mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda tərəflərin payları bərabər şəkildə, ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilməsi qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3 və 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusaya Məhkəmsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.15-ci bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 230, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3836/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 2004-cü ildə İddiaçı birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini almışlar. Ev alınan zaman köhnə ayıbalasından olduğuna görə 2008-ci ildə onu sökərək yerində 2 mərtəbəli yeni yaşayış binası tikmişlər. Hazırda məhkəmədə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evin təmirinə çəkilmiş xərclərin yarısının İddiaçı alınaraq ona verilməsi barədə iddia qaldırsa da, İddiaçı həmin evi sataraq onun satışından əldə olunan pulu tamamilə mənimsəmiş, bununla da onun ucbatından ümumi əmlakları əhəmiyyətli dərəcədə azalmışdır. Lakin, məhkəmə sözügedən qətnaməni çıxaran zaman işin bu halına da hər hansı bir əhəmiyyət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd etdiyi kimi, nikahıları pozulduqdan sonra məhkəmədə birgə nikah dövründə əldə olunmuş hər iki əmlaka payının müəyyən edilməsi üçün iddia qaldırmışdır. Lakin, həmin vaxt faktiki nikaha 2000-ci ildə daxil olsalar da, rəsmi nikaha 2005-ci ildə daxil olmaları səbəbindən (ev 2004-cü ildə alındığı üçün) ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə münasibətdə, rəsmi reyestrdə qeydə alınmaması səbəbindən isə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1, 35A nömrəli mənzilə münasibətdə iddiası təmin olunmamışdır. Bundan bir müddət sonra isə İddiaçı özü Gəncə Şəhər Məhkəməsində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1, 35A nömrəli mənzilə payının müəyyən edilməsi tələbi ilə iddia qaldırmış və əvvəlki qətnaməyə görə onun iddiası üzrə işin icraata xitam verilmişdir. Hazırda hər iki məhkəmə aktı, yəni onun iddiası üzrə çıxarılmış qətnamə və İddiaçı iddiası üzrə qəbul edilmiş qərardad qanuni qüvvəsini almışdır. Lakin, qeyd edilən məhkəmə aktlarının mövcudluğuna baxmayaraq, məhkəmə hazırki qətnaməni qəbul edən zaman daha əvvəl çıxarılmış bu qərarların mövcudluğuna ümumiyyətlə hər hansı bir əhəmiyyyət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, sözügedən mənzil mənzil-tikinti kooperativinə aid olduğu üçün İddiaçı mənzilə mülkiyyət hüququ yaranmışdır. Lakin, məhkəmə öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. Əslində isə sözügedən mənzilin mənzil-tikinti kooperativinə hər hansı bir aidiyyəti yoxdur. Bu mənzil Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur ki, onun da hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda isə mənzilə dair sərəncam verilməsi qeyri-mümkündür. Çünki, kooperativlərdən fərqli olaraq Məhdud Məsuliyyətli Cəmiyyətlərdə yalnız Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra onun barəsində sərəncam verilə bilər. Hazırki halda isə mənzilin onun mülkiyyətində deyil, Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olması səbəbindən mənzilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi pay tanına bilməzdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
18. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
21. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;
22. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
23. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
24. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
25. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
26. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
27. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 112.1. Mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı
29. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
30. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarı
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3836/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Beləliklə, işin halları ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən mənzil tərəflərin birgə nikah dövründə əldə olunmuş, onların ümumi əmlakını təşkil etmiş və həmin mənzilin əldə edilməsinə dair xx.xx.2014-cü il tarixli müqavilə Cavabdeh ilə bağlanmışdır. Tərəflər özləri də bu halı mübahisələndirməmiş, lakin payların müəyyən olunmasında qarşılıqlı razılığa gələ bilməmişdirlər. İddiaçı xx.xx.2014-cü il tarixli, 110 saylı müqavilədən əmələ gəlmiş hüquqda hər birinin ½ hissədə paylarının müəyyən edilməsini tələb etsə də, cavabdeh iddianı qəbul etməyərək evin satılmasını istəmədiyini və iddiaçıya məxsus digər evdən ona pay verilmədiyini əsas gətirmişdir.
48. İşin hallarından göründüyü kimi, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsinin ona məxsus olmasına əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.
49. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, məkhəmə kollegiyası ilk öncə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissəsi ilə bağlı bildirir ki, əmlakın birgə nikah müddətində əldə olunmuş əmlak kimi bölünməsi üçün, qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən dispozisiya şərtlərinin olubolmadığı araşdırılmalıdır.
50. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir .
51. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
52. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
54. Sadalanan normalar əsasında iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah münasibətlərində əldə etdikləri əmlakdır. Çünki, Kristal-M.V.U.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış tikilməkdə olan yaşayış evinin mənzilinə dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də tikilməkdə olan binada İ blok, 10cu mərtəbədə yerləşən 35a nömrəli mənzili Cavabdeh verməyi, Cavabdeh isə müəyyənləşdirilmiş mənzil haqqını qabaqcadan ödəməklə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
55. Belə ki, iddiaçı mübahisə predmeti olan mənzil rəsmi reyestrdə qeydiyyata alınmadığı üçün iddaçının həmin mənzil üzərində mülkiyyət hüququ üzrə payının məyyən edilməsi mümkün olmadığından həmin mənzilə dair bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda payının müəyyən edilməsini tələb etmişdir.
56. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.15-ci bəndində qeyd edilmişdir ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ərarvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
57. Birinci instansiya məhkəməsi isə haqlı olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1, 35a nömrəli mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda tərəflərin payları bərabər şəkildə, ½ hissədə İddiaçı pay müəyyən etmişdir.
58. Belə olan halda məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzilə iddiaçının payının olmaması barədə dəlillərini əsassız sayır. Çünki, bu barədə cavabdeh tərəfindən məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir.
59. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
60. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
62. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
63. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.
64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
67. İşin hallarını apaşdıran Məhkəmə Kollegiyası hesab edir ki, baxılan işdə mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah münasibətlərində əldə etdikləri əmlakdır. Çünki, Kristal-M.V.U.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış tikilməkdə olan yaşayış evinin mənzilinə dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də tikilməkdə olan binada İ blok, 10-cu mərtəbədə yerləşən 35a nömrəli mənzili Cavabdeh verməyi, Cavabdeh isə müəyyənləşdirilmiş mənzil haqqını qabaqcadan ödəməklə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Bundan başqa iddia olunan mənzil rəsmi reyestrdə qeydiyyata alınmadığı üçün, həmin mənzil üzərində tərəflərin mülkiyyət hüququ üzrə payının məyyən edilməsi mümkün olmadığından, həmin mənzilə görə bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda tərəflərin hər birinin payı ½ hissədə müəyyən edilmişdir.
68. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3836/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.