Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-405/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğv olunması, işə bərpa və məcburi işburxama müddəti üçün əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 və cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi X2 iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 24 oktyabr 2N22-ci il tarixli 2(125)-1227/2N22 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə N1 mart 2N23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 27 iyul 2N11-ci il tarixdən N mart 2N22-ci il tarixədək N nömrəli hərbi hissədə əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində işləmişdir.
2. N nömrəli hərbi hissənin komandirinin N mart 2N22-ci il tarixli, 195 nömrəli əmrinin surətindən görünür ki, həmin hərbi hissənin əsgər yeməkxanasının zal xidmətçisi vəzifəsində işləyən mülki işçi İddiaçı1 xx.xx.2N22-ci il tarixdə 288 nömrəli nəzarət buraxılış məntəqəsində yoxlanılarkən üzərindən 18 ədəd 15 qramlıq kərə yağı aşkar olunduğundan İddiaçı1 əmək müqaviləsi Əmək Məcəlləsinin 7N-ci maddəsinin “Ç” bəndinə əsasən xx.xx.2N22-cu il tarixdən ləğv edilmişdir.
3. N nömrəli hərbi hissənin ərzaq xidməti rəisinin maddi-texniki təminat bölməsinin rəisinə ünvanlanmış N2 mart 2N22-ci il tarixli raportundan görünür ki, İddiaçı1 xx.xx.2N22-ci il tarixdə 288 nömrəli nəzarət buraxılış məntəqəsində yoxlanılarkən üzərindən 18 ədəd 15 qramlıq kərə yağı aşkar olunduğundan barəsində müvafiq tədbir görülməsi üçün vəsatət qaldırılması xahiş olunmuşdur.
4. İddiaçı1 tərəfindən N nömrəli hərbi hissənin komandirinə verdiyi N1 mart 2N22-ci il tarixli izahatdan görünür ki, İddiaçı1 onun üzərində 15 qram çəkidə olan 18 ədəd kərə yağını gizlətmədiyini, həmin yağları əraziyə atmadığı, lakin əvvəllər yeməkxanadan bir-iki dəfə ət konservi və düyü götürməyə cəhd etdiyini bildimişdir.
5. N nömrəli hərbi hissənin xx.xx.2N23-cü il tarixli 1493 nömrəli arayışından görünür ki, X4 hərbi hissənin yeməkxanasında işlədiyi müddətdə həmkarlar ittifaqının üzvü olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin onun işdən azad olunması haqqında N mart 2N22-ci il tarixli 76 nömrəli əmrinin ləğv edilərək hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2N11-ci ildən N nömrəli hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində işə başlamış, işdə nizam-intizam qaydalarına əməl etməklə əmək müqaviləsində göstərilən norma və qaydalara uyğun işləmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələr günü, Dünya Azərbaycanlarının Həmrəylik günü və Yeni il münasibəti ilə fəxri fərmanla təltif olunmuş, həmçinin işlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və sairə tənbeh tədbirinə məruz qalmamışdır. Lakin son dövrdə hərbi hissənin heç bir əsas olmadan N mart 2N22-ci il tarixli 76 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. O, həmin əmrlə razı deyil və hesab edir ki, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, Əmək qanunvericiliyində inzibati tənbeh tədbiri kimi Əmək Məcəlləsinin 7N-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi hallarda yol verildiyi təsbit edilmişdir. Hazırkı halda isə onun tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəfindən mötəbər sübut növləri təqdim edilməmişdir. Oğlu xəstədir, hazırda maddi imkanları çox aşağıdır. O, işlədiyi müddətdə ən azından ailənin gündəlik tələbatlarını və oğlu Rəşadın müalicəsini güclə olsa da qarşılaya bilmişdir. Lakin hazırki vəziyyətdə isə bu qeyri-mümkündür. Ona hərbi hissənin N mart 2N22-ci il tarixli 76 nömrəli əmrinin surəti verilməmiş və həmin əmr barəsində şifahi olaraq məlumatı olduqdan sonra mediasiya təşkilatına müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Gəncə şəhər Məhkəməsinin 24 oktyabr 2N22-ci il tarixli 2(125)-1227/2N22 nömrəli qətnaməsi ilə (hakim Tural Qocayev) iddianın təmin edilməsi, İddiaçı1 işdən azad edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2N22-ci il tarixli 76 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əməkhaqqı hesablanıb verilməklə İddiaçı1 əvvəlki işinə - N nömrəli hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsinə bərpa olunması qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7N (ç), 71, 72, 8N, 74 və 3NN-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 1N. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 777 saylı hər hissəsinin nümayəndəsi X6 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 24 oktyabr 2N22-ci il tarixli 2(125)-1227/2N22 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı Sayalı Talıbovanın təqsirli əməli ilə, iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuş, hərbi hissənin, hərbi qulluqçuların qanuni mənafelərinə eləcə də mülkiyyətçiyə maddi ziyan vurulmuşdur. Araşdırma zamanı iddiaçı verdiyi izahatında əvvəllər də iki dəfə hərbi hissədən qanunsuz olaraq ərzaq məhsulları apararkən saxlanıldığını təsdiq etmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsiin 7N-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qaydasına riayət edilməmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması təmin edilməmişdir. Halbuki iddiaçı, Sayalı Talıbovanın barəsində aparılan araşdırma ərəfəsində xx.xx.2N22-ci il tarixli, 1669 nömrəli məktubla həmkarlar ittifaqına onun yol verdiyi kobud intizam pozuntusu barədə məlumat verilərək əmək müqaviləsinə xitam verilməsinə dair qərar vermələri xahiş olunmuşdur. Lakin Əmək Məcəlləsinin 8N-ci maddəsinin 2-ci bəndinin tələblərinə zidd olaraq Həmkarlar ittifaqı təşkilatından on gün müddətində yazılı qərar təqdim olunmadığı üçün Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı X5 xx.xx.2N23-cü ildə məhkəməyə daxil olmuş etirazında göstərmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsinin, cavabdeh tərəfindən şahidlərin gətirilməsi və sənədlərinin təqdim edilməsi ilə bağlı dəfələrlə məhkəmə hazırlıq iclası təxirə salınsa da, cavabdehin nümayəndəsi tərəfindən sübutlar təqdim edilməmişdir. Ümumiyyətlə cavabdehin nümayəndəsinin onun oğurluq etməsi ilə bağlı dedikləri həqiqəti əks etdirmir və bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Həmçinin həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq cavabdeh tərəfindən onun işdən çıxarılması ilə bağlı heç bir məlumat verilməmiş, həmin ərəfədə təşkilatın sədrinin səhhətində heç bir problem olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, hərbi hissədə həmkarlar ittifaqı təşkilatının sədri olmaqla ölçü cihazlarının nəzarət çilingəri kimi çalışır, iddiaçı ilə heç bir ədavəti olmamışdır. İddiaçı X1 işdən çıxarılması ilə bağlı məsələyə həmkarlar ittifaqı təşkilatının iclasında baxılmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
16. Maddə 59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
17. Maddə 6N. İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.
18. Maddə 7N. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda
19. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; [116] c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. [117] 2N. Maddə 8N. Bu Məcəllənin 7N-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
21. Maddə 294.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
22. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
23. Maddə 3NN. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7N, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
29. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 3N. Maddə 384.N. Apellyasiya instansiyası məhkəməsi: 384.N.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi iddiaçının təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasına əsaslanaraq Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndi rəhbər tutulmaqla ləğv edilmişdir. Əmək Məcəlləsinin 8N-ci maddəsinin 1-ci bəndində Əmək Məcəlləsinin 7N-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qaydası müəyyən edilmiş, həmin qayda ilə bu hallarda həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması imperativ tələb kimi qoyulmuşdur. Maddənin ikinci bəndində isə razılığın yazılı qərar formasında olmalı olduğu müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddiaçının işdən azad edilməsi barədə təqdim edilmiş sənədlərdə belə razılıq aşkar edilməmişdir. Bununla da cavabdeh tərəfindən Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qaydasına riayət edilmədiyi müəyyən olunur.
37. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin maddi hüquq normasını pozduğunu bildirsə də məhkəmə kollegiyasının araşdırması zamanı buna dair sübut təqdim edilməmiş, bununla belə cavabdeh tərəfindən Əmək Məcəlləsində imperativ qaydada müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydasına riayət etmədiyi müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, maddi və ya prosessual hüquq pozuntusuna yol verməmişdir.
38. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
39. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 4N.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.N.1, 392, 393, 4N2, 4N3, 4N4 və 4N5-4N7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 24 oktyabr 2N22-ci il tarixli 2(125)-1227/2N22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.