Məhkəmə qərarları › İş №2(104)-415/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-415/2024

09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-415/2024 09.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 2(066)-1219/2013 saylı mülki iş üzrə 06 dekabr 2023cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin növünün dəyişdirilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ilə qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit məbləğdə 150 manat məbləğin dəyişdirilərək, cavabdehin əlavə gəlirlərindən ¼ miqdarında alimentin müəyyən edilməsi və mediasiya təşilatına ödənilmiş 55 manat məbləğin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(066)-1219/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə qətnamədən cavabdeh və onun nümayəndəsi Vəkil tərəfindən xx.xx.2023cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi Vəkil məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək, göstərmişdir ki, cavabdehin anasının qərarı götürməyi ilə bağlı məlumatı olmamış, qətnamə onun tərəfindən şəxsən, rəsmi qaydada alınmamışdır. Eyni zamanda müharibədə ağır döyüşlərdə iştirakı ilə əlaqədar baş beyin travması alaraq, hadisələri dərk etmək, xatırlamaq imkanında deyildir. Bu səbəbdən də apellyasiya şikayəti vermək üçün prosessual müddəti bərpa etməklə, işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1219/2013 saylı mülki iş üzrə 06 dekabr 2023cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi Vəkil tərəfindən аpellyаsiyа şikаyəti verilməsi müddəti üzrsüz səbəbdən ötürüldüyündən müddət bərpа edilməmişdir. Cavabdehin nümayəndəsi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(066)-1219/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1219/2013 saylı mülki iş üzrə 18 dekabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)- 1219/2013 saylı mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 18 dekabr 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Göygöl Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayəti vermək üçün prosessual müddət bərpa edilməli və mülki iş qətnamədən verilən apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi, eyni zamanda anası X1 qətnamənin surətini xx.xx.2023-cü il tarixdə şəxsən məktuba imza etməklə almış, cavabdeh tərəfindən apellyasiya şikayəti isə 12 noyabr 2023-cü il tarixdə verilmişdir. Belə olan halda məhkəmə cavabdehin apellyasiya şikayəti verilməsi müddətini üzürsüz səbəbdən buraxması qənaətinə gələrək, şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətinə verilə bilər. Qeyd olunan hüquq normasının məzmununa görə 1 aylıq apellyasiya şikayəti vermə müddətinin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi gündən başlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcəli əlildir. O, döyüşlər zamanı aldığı travmadan sonra hadisələri tam və vaxtında dərk edə bilmir. İş materiallarından görünür ki, məhkəmə iclasında cavabdehin anası onun nümayəndəsi olaraq məhkəmə iclasında iştirak etmiş və hazırki qətnamə də onun tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilsə də bu barədə cavabdehə vaxtında məlumat verməmiş, cavabdeh isə aldığı travma nəticəsində həmin an qətnamənin mahiyyətini anlamaq iqtidarında olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 1219/2013 saylı mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 18 dekabr 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Göygöl Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(066)- 1219/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilsin və qətnamədən verilmiş apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Müki Kollegiyasına verilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasıнын MPM-in 264, 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1219/2013 saylı mülki iş üzrə 06 dekabr 2023cü il tarixli qərardadı tam və onunla bağlı 18 dekabr 2023-cü il tarixli qərardadı qismənşikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(066)-1219/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilsin və qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməklə baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kоllegiyasına verilsin. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar