Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-416/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1273/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon Məhkəməsinin (hakim F.Məmmədov) xx.xx.2022-ci il tarixli, 2(023)- 1273/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 05 iyun 2013-cü ildə doğulmuş X6 və 19 iyun 2016-cı ildə doğulmuş X4 münasibətdə 2022-ci ilin avqust, sentyabr və oktyabr (üç ay) ayları üzrə hər uşağa 100 (bir yüz) manat, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, 21 yanvar 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanlması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1273/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1273/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Asəf, Emin və Elmir adlı uşaqlarının saxlanılması üçün hər biri üçün aylıq 222 manat olmaqla, cəmi 666 manat sabit pul məbləğində aylıq alimentin alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon prokurorluğunda araşdırma aparılan zaman keçmiş həyat yoldaşı və hal-hazırda nikahda olduğu Cavabdeh xx.xx.2014-cü il tarixdə onunla nikaha daxil olmazdan öncə xx.xx.2010-cu il tarixdə X11 ilə nikaha daxil olduğu və nikahını pozdurmadan, nikahın pozulması haqqında şəhadətnaməni Qeydiyyat Şöbəsinə təqdim etmədən rəsmi nikahda ola-ola onunla ikinci nikaha daxil olduğu ona məlum olmuşdur. Hazırda o, cavabdehlə faktiki olaraq ayrılmışdır, Asəf, Emin və Elmir adlı uşaqları onun himayəsində qalmışdır. Ancaq buna baxmayaraq cavabdeh uşaqların saxlanması üçün aliment ödəmir və uşaqların saxlanmasında iştirak etmir. Valideyn kimi uşaqların saxlamaq həm də, cavabdehin vəzifəsi və borcudur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-102/2022 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, Asəf, Emin və Elmir adlı uşaqların İddiaçı alınıb onun himayəsinə verilməsi və həmin uşaqların saxlanması üçün hər ay hər uşağa 150 manat aliment müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Odur ki, Emin və Elmir adlı uşaqları məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə onun himayəsinə verildiyindən, eyni zamanda maddi imkanının olmamasını qeyd edərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə cıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində əsassız və qanunsuzdur. Belə ki, məhkəmə həm alimentin məbləğini çox az müəyyən etmiş, həm də, Emin və Elmir adlı uşaqlara görə alimentin tutulması, alınıb verilməsi müddətini ondan alınıb verildiyi vaxta kimi deyil, 3 ay müddətində müəyyən etmişdir. Məhkəmə hansı əsasa görə alimentin məbləğini 100 manat müəyyən etdiyini əsaslandırmamışdır. Odur ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1273/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə işin faktiki əsaslarını araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, onun iki uşağına münasibətdə 2022-ci ilin avqust, sentyabr və oktyabr ayları üzrə hər uşağa 100 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment müəyyən etmişdir. 21 yanvar 2009-cu il təvəllüdlü biologi anası olmadığı, qanunsuz olaraq onu anası kimi yazdırdığı X9 üçün hər ay ondan 100 manat aliment tutulması müəyyən edilmişdir. Hansı ki, bu uşaq onun əvvəlki nikahından doğulmuş və iddiaçı onu nikah bağlamaq adı ilə aparıb uşağı onun adına yazdırmışdır. Bununla bağlı Qazax Rayon Məhkəməsinin xüsusi qərarı ilə Qazax rayon prokurorluğunda araşdırılma aparılır. O, bu uşağın anası olmadığı halda məhkəmə tərəfindən aliment müəyyən edilmiş və onun öz uşaqlarının isə alınıb himayəsinə verilməsi barədə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı vardır. Bu barədə məhkəməyə məlumat verilmiş, lakin məhkəmə işin hallarını araşdırmadan qanunsuz olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Odur ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1273/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan nikah qeydindən çıxrışdan görünür ki, İddiaçı ilə Cavabdeh nikahı 13 mart 2014-cü il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 yanvar 2009-cu ildə X9, 05 iyun 2013-cü ildə X10 və 19 iyun 2016-cı ildə X8 doğulmuşlar. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(104)-1353/2022 saylı qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-102/2022 saylı qətnaməsi iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh ilə Qazax rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü ildə, 61 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2016-cı ildə anadan olmuş X3 İddiaçı alınaraq Cavabdeh verilməsi, onun himayəsində saxlanılması və xx.xx.2013-cü ildə anadan olmuş Emin və xx.xx.2016-cı ildə anadan olmuş Elmir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verildiyi vaxtdan tutularaq Cavabdeh ödənilməsi, əlavə olaraq İddiaçı 56 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)- 102/2022 saylı qətnaməsi tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2016-cı ildə anadan olmuş X2 Vüsal Rafiq oğlundan alınaraq Cavabdeh verilməsi və onun himayəsində saxlanılması və tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş Emin və xx.xx.2016-cı ildə anadan olmuş Elmir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan e-xidmət sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 5096 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1353/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 13 mart 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-102/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2016-cı ildə anadan olmuş X2 Vüsal Rafiq oğlundan alınaraq Cavabdeh verilməsi, onun himayəsində saxlanılması və tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş Emin və xx.xx.2016-cı ildə anadan olmuş Elmir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı hal-hazırda uşaqların onun himayəsində olduğunu iddia edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Apellyasiya instansiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmiş hallara ziddir. Belə ki, birinci instansiya məhkəməsi Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-102/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2016-cı ildə anadan olmuş X3 İddiaçı alınaraq Cavabdeh verilməsi və onun himayəsində saxlanılması və tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş Emin və xx.xx.2016-cı ildə anadan olmuş Elmir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməli olmasını və iddiaçınınatasının yanında saxlanmış 21 yanvar 2009-cu ildə doğulmuş X1 üçün alimentin müəyyən edilmədiyini nəzərə almamışdır. Digər tərəfdən, Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(023)-102/2022 saylı qətnaməsi ilə cavabdehin daha az təminatlı olması və himayəsində olan uşaqların saxlanması üçün alimentə ehtiyacı olduğu artıq müəyyən edildiyindən, belə vəziyyətdə iddiaçının himayəsində olan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməsi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-102/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2016-cı ildə anadan olmuş X2 Vüsal Rafiq oğlundan alınaraq Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1353/2022 saylı qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-102/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, daha sonra iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1353/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsini kassasiya qaydasında mübahisələndirdiyi bir vaxtda hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı sözügedən qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verməklə onu mübahisələndirmiş və bunun əsasında həmin dövr ərzində uşaqların faktiki olaraq onun yanında qalmasına səbəb olmuşdur. Yəni qətnamənin icrası məhz iddiaçının öz hüquqlarını realizə etməsi nəticəsində ləngimişdir. Odur ki, məhkəmə kollegiyası iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini onun təmin edilməsi üçün əsaslı sayır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən düzgün hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1273/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-416/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-416/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver