Məhkəmə qərarları › İş №2(104)-418/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-418/2025

13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-418/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları 02 avqust 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi miqdarında alimentin və uşaq 3 yaşına çatanadək hər ay 200 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsi ilə (sədrlik edən Elşad Bayramov) iddia qismən təmin edilmiş, cavabdeh X4 - hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi məbləğində aliment və uşaq 3 yaşa çatanadək hər ay 50 /əlli/ manat əlavə xərc kimi pul məbləği 31 iyul 2024-cü il tarixdən hesablanılmaqla tutulub 02 avqust 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi, cavabdeh X4 - 50 /əlli/ manat dövlət rüsumu kimi ödənilməli olan məbləğin tutularaq dövlət büdcəsinə verilməsi, tələbin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh X10 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsinin aliment tələbinə dair hissədə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X8 Qanuna əsasən ölkə üzrə2024cü il üçün bir uşağın saxlanma xərci 235 manat müəyyən edilmişdir. Respublikası Ailə Məcəlləsinin 75.1-cimaddəsinə əsasən, valideynlər (yəni hər iki valideyn) uşaqlarını saxlamağa borcludurlar. Buradan da belə aydın olur ki, hər bir valideyinin üzərinə 117,5 manat miqdarında uşağı saxlamaq üçün xərc düşür. İddiaçı ilə birgə nikahlarından bir övladları - 02 avqust 2023-cu il təvəllüdlü X11 adlı övladımız doğulmuşdur. Hazırki qətnamə ilə ondan tutulacaq şişirdilmiş aliment və əlavə məbləği ödməyə maddi imkanım yoxdur. Ona görə də, sözügedən aliment məbləğinin hər ay 200-250 manat olmaqla, alimentin tutulması barədə qətnamə qəbul edilməlidir. İddiaçı cavabdeh X9 işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə İddiaçı cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsi iddianın mübahisələndirilən hissəsində dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh X10 apellyasiya şikayətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş alimentin məbləği və əlavə məbləği hissəsi mübahisələndirilmiş, qətnamənin digər hissələri isə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: X1 surətindən görünür ki, hazırkı tərəflərin birgə nikahları dövründə - 02 avqust 2023-cü il təvəllüdlü Ayan adlı uşaqları anadan olmuşdur. AA5323279 saylı vəsiqə surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. AZ-İ № 493145 saylı X5 Şəhadətnamənin surətindən görünür ki, tərəflər aralarında nikah 05 iyul 2024-cü il tarixdə pozulmuşdur. Ağdam Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(013)- 786/2024 saylı Qətnamənin surətindən görünür ki, C.Əzimov ilə İddiaçı arasında xx.xx.2021- ci ildə Bərdə Regional ASAN XİDMƏT X2 1223 nömrə ilə qeydə alınmış nikah pouzulmuş, xx.xx.2023cü ildə anadan olmuş Ayan adlı uşaq yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında saxlanılmış və xx.xx.2024-cü il tarixdən başlayaraq C.Əzimovdan uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-nin 17072 saylı X3 məhkəməyə daxil olmuş 26 avqust 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Cavid Əzimov həmin hərbi hissədə xidmət edir, əmək haqqı 1000-1300 manat civarındadır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cı il üçün X8» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cı il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X10 ilə birgə nikahlarından 02 avqust 2023-cü il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmış və tərəflər ayrıldıqdan sonra uşaq anasının himayəsində qalmış və onunla yaşayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Cavid Əzimov sabit əmək haqqı məbləği alır, atasından 1 uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatanadək hər ay onun qazancının 1/4 hissəsi aliment tutulması ailə qanunvericiliyin tələblərinə uyğundur. Cavabdeh X7 “X8 Qanuna əsasən, ölkə üzrə 2024-cü il üçün bir uşağın saxlanma xərci 235 manat müəyyən edildiyindən, hər bir valideyinin üzərinə 117,5 manat miqdarında uşağı saxlamaq üçün xərc düşməsinə dair apellyasiya dəlili əsasız olmaqla, qətnamənin ləğv edilməsinə və ya dəyişdirilmsəinə hüquqi əsas vermir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi uşağın 3 yaşa çatanadək hər ay 50 /əlli/ manat əlavə xərc kimi aliment müəyyən etməsi ailə qanunvericiliyin tələblərinə uyğundur və cavabdeh həmin vəsaiti ödəməyə zəruri vəsaitə malikdir. Məhkəmə kollegiyası cavabdeh X7 maddi imkanının aşağı olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyibişləməməsindən asılı deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar