Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-422/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilkin, valideynin əlavə xərclərdə iştirakına dair qarşılıqlı iddia tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 oğunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilkin iddiası üzrə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı valideyinin əlavə xərclərdə iştirakı tələbinə dair qarşılıqli idia tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(125)-335/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment xx.xx.2015-ci il tarixdən hesablanaraq İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(043)-7498/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında 25 oktyabr 2013-cü il tarixdə 1017 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2014-cü il tarixdə anadan olmuş X10 adlı uşağın anası Cavabdeh2 yanında saxlanması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZ 372513 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 25 oktyabr 2013-cü il tarixdə 1017 saylı akt qeydi ilə bağlanmış nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(043)- 7498/2018 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan AZ-İV 770500 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası isə Cavabdeh1dır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 14 may 2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ayda 400 manat kirayə haqqı ödəməklə X2 məxsus ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan "xxxx" Aviaşirkəti MMC-nin arayışından görünür ki, İddiaçı 24 iyul 2009-cu il tarixdən "xxxx" Aviaşirkəti MMC İL-76 HG-nin naviqator vəzifəsində işləyir. 2022-ci il mart ayından 2023-cü il fevral ayınadək cəmi hesablanmış əmək haqqı 79253.89 manat təşkil etmiş, əmək haqqından 12 ay ərzində 17732.4 manat və 14299.8 manat aliment tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Əli Vəlizadə xx.xx.2023-cü il tarixdə X9 PHŞ X1 müayinə olunmuş və hazırda onda “Dəqiqləşdirilməmiş kəskin bronxit”in olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Ə.Vəlizadənin ambulator müalicəyə (desloratadin, montelukast), hipoallergik pəhrizə və kəskinləşmə dövründə stasionar müalicəyə ehtiyacı vardır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı qeyd olunmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlrlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8.07.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment xx.xx.2015-ci il tarixdən hesablanaraq İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(043)-7498/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında 28 oktyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Bundan başqa, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmələr tərəfindən müəyyən olunmuş iki uşağa görə hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment hazırki vəziyyətinə görə həddindən çoxdur. Faktiki olaraq hər uşağa görə 1/4 hissə aliment tutulduqda iddiaçının qazancının yarısı alimentin tutulmasına yönəlir. Həmçinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi hər ay aliment tutulur. Sadalan maddi hüquq normaya görə hər uşağa görə iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimenin tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda İddiaçının maddi vəziyyəti də, nəzərə alınmalıdır. Belə ki, pandemiya ilə bağlı iddiaçının uçuşları azalmışdır, iddiaçı 14 May 2022-ci il tarixdən rəsmi kirayə müqaviləsi əsasında ayda 400 manat ödəməklə kirayədə qalır. Bundan başqa, iddiaçının aylıq qazancından və digər gəlirlərindən tutqular aparıldıqdan sonra onun Paşa Həyat Sığortaya 1843 manat borcu qalır. Nəticə etibarı ilə, iddiaçının aylıq qazancından bütün tutqular aparıldıqdan sonra əmək haqqından ona heç nə qalmır. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-cı tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkınlik yaşına çatanadək saxlanılması üçün idddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “valideynin əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə cavabdeh İddiaçı 2013-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə X10 doğulmuşdur. Cavabdeh ailəsinə baxmadığından iddiaçı məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3114/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment xx.xx.2015-ci il tarixdən başlayaraq İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə allə qurmuşlar. Birgə nikahdan xx.xx.2021 -ci il tarixdə X8 doğulmuşdur. Cavabdeh1 aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, X17 Rayon Məhkəməsinin 2(043)-1011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinli yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2022-ci il tarixd” başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 birgə yaşayır. Aliment tələbinin məqsədi hazırki iddia tələbini qaldırmaq olmuşdur. Onların birgə yaşaması məhkəməyə təqdim edilmiş vəsatət təmin olunduqdan və sübutlar əldə olunduqdan sonra sübuta yetiriləcəkdir. İddiaçı alimentin azaldılmasının əsası kimi əmək haqqının azalmasını qeyd etsə də, Cavabdeh2 aliment köçürülən bank hesabından çıxarışdan görünür ki, əmək haqqında artımlar olmuşdur. İddiaçı əmək haqqının azalmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Kirayədə yaşamasını əsas gətirsə də, bu onu göstərir ki, gəliri yüksəkdir ki, 400 manat məbləğində kirayə müqaviləsi bağlamışdır. Bundar başqa kirayə müqaviləsi üzrə ödənişin həyata keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Kirayə müqaviləsini formal olaraq bağlamışdır. İddiaçı və digər cavabdeh tərəfindən olunan hərəkətlərin məqsədi Cavabdeh2 ödənilən alimentin miqdarının azaldılmasına nail olmaqdır. X10 aktiv uşaqdır. İdmanla məşğul olur. Məktəbdən sonra hazırlıq məşğələlərinə gedir. Cavabdeh2 yaşayış yeri olmadığı üçün uşağı ilə birgə kirayə yaşayır. Uşağı idmana və hazırlıq məşğələlərinə apardığı üçün heç bir yerdə işləmir. Uşağın bütün xərclərini xeyrinə ödənilən alimentlə qarşılayır. Bütün bunlar qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş arayışlarla öz sübutunu tapır. Bundan paşqa X10 ağciyər fibrozu xəstəliyindən, kəskin formada xroniki bronxitdən və ürək genişlənməsindən əziyyət çəkir, mütəmadi olaraq müalicə olunur. Bu isə Cavabdeh2 maddi cəhətdən çətinlik yaradır. Daim dərman alınmalı və uşaq həkim nəzarətində olmalıdır. Qeyd olunanlarla bağlı aylıq 600 manatdan yuxarı xərc çəkilir. Odur ki, qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur Gəncə Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(125)-335/2023 saylı qətnaməsi ilə (hakim: M.Mustafayev) ilk iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarının azaldılması və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkınlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarı azaldılması və xx.xx.2021-ci il tarixdə anadan olmuş Şakirzadə (Vəliyev) Kamil Rauf oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı qarşı xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat pulun alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatının Cavabdeh2, 25 manatının isə Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 335/2023 saylı qətnaməsinin ləğv edilməsi ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırakən iş materiallarına əlavə olunmuş sübutları qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və İddiaçı məxsus "xxxx" ASC-də olan bank hesablarından çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 məxsus bank kartı da İddiaçı tərəfindən istifadə olunur. Belə ki, müxtəlif dövrlərdə Cavabdeh1 məxsus kartla İddiaçı alış-veriş zamanı Almaniya Federativ Respublikasında istifadə edib. Bundan başqa müxtəlif dövrlərdə Cavabdeh1 məxsus kartla İddiaçı öz kartına köçürmələr etmişdir. Bu isə onu göstərir ki, Cavabdeh1 aliment tələbi formal olmuş əvvəlcədən düşünülmüşdür. Belə ki, Cavabdeh1 və İddiaçı birgə yaşayır. Cavabdeh1 iddianı qaldırmaqda məqsədi onun xeyrinə tutulan alimentin miqdarını azaltmaqdır. İşin hallarından da görünür ki, cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmasına etiraz etməmişdir. Məhkəmə qətnaməsindən şikayət verməmişdir. Ancaq onun xeyrinə alimentin tutulması ilə bağlı qətnamədən bütün məhkəmə instansiyalarına şikayət vermişdir. Eyni zmanda onun xeyrinə tutulan aliment barədə məhkəməyə məlumat verməmişdir. Məqsəd hazırki iddia ilə məhkəməyə müraciət etmək olmuşdur. Bundan başqa iş materiallarında olan İddiaçı müxtəlif banklardan olan hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı mərc oyunları oynayır. Bu isə onun əyani sübutudur ki, iddia ərizəsində qeyd etdiyi kimi maddi vəziyyəti pisləşməmişdir. Maddi vəziyyəti pisləşmiş şəxs gələn gəliri mərc oyunlarına sərf etməzdi. Məhkəmə zamanı qeyd olunanlar sübut olunsa da məhkəmə sübutları nəzərə almamış, maddi normalara əsaslanaraq qətnamə çıxarmışdır. Ancaq maddi norma ilə yanaşı sübutlara da qiymət verməli idi. Qanunvericiliyin tələbinə əsasən qətnamə maddi və prosessual normalara əsaslanmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan da göründüyü kimi əmək haqqı gəlirləri artmışdır. Bundan başqa məhkəmə qaşılıqlı iddia tələbini təmin etməmə əsası kimi heç bir sübut təqdim etməməyini əsas gətirmişdir. Lakin məhkəmə prosesi zamanı reseptləri və digər xəstəlik sənədlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin öz mülahizəsi və digər tərəflərin xahişi ilə ekspertiza keçirilmişdir. Ekspert rəyinə əsasən X6 “Dəqiqləşdirilməmiş kəskin bronxitin”in olduğu müəyyən edilmişdir. İş matreriallarında reseptlərin olmasına baxmayaraq məhkəmə tərəfindən həmin sübutlara qiymət verilməmişdir. Məhkəmə qətnaməsi yalnız məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi məhkəmə işə baxarkən bütün faktiki halları araşdırmamışdır. Bu isə nəticədə qətnaməni şübhə altına alır. Qanunvericiliyin tələbinə görə qətnamə əsaslı olmalıdır. Sübutlara qiymət versə idi məhkəmə qeyd olunan maddi normanı tətbiq etməzdi. Belə ki, Cavabdeh1 aliment köçən kartı İddiaçı istifadəsindədir və hər ay keçən aliment Rauf Əliyevin kart hesabına köçürülür. Göründüyü kimi Cavabdeh1 ödənilən aliment formal olaraq ödənilir. Məqsəd Cavabdeh2 ödənilən alimentin miqdarını azaltmaq olmuşdur. Qeyd olunanlar İddiaçı və Cavabdeh1 kart hesabından çıxarışda əks olunsa da məhkəmə həmin sübutlara qiymət verməmişdir. Eyni zamanda köçürülən pullar İddiaçı tərəfindən mərc oyunlarına ödənilir. Bir daha sübut olunur ki, Cavabdeh1 tərəfindən aliment tələbi uşağın saxlanması üçün deyil məqsədli şəkildə Cavabdeh2 ödənilən alimentin azaldılması məqsədilə qaldırılmışdır. Əks təqdirdə ödənilən aliment təyinatına uyğun uşağın saxlanması üçün istifadə edilərdi, İddiaçı kart hesabına göndərilməzdi. Məhkəmə alimentin miqdarını azaldarkən uşağın əvvəlki təminatını nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə3 apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verib, şikkayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 oğu apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 81.1 - Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, irəli sürülən ilk iddianı qismən təmin edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ailə qanunvericiliyi aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırda iddiaçı 2 uşağa münasibətdə ayrı-ayrılıqda qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment ödədiyindən ümumilikdə 2 uşağa görə qazancının 2/4 hissəsində, yəni yarısı miqdarında aliment ödəyir ki, bu da məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 76.1-ci maddəsinənin tələblərinə uyğun deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment ödəməsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətinə uyğun olardı. Alimentin 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda tutulması nəticəsinə gələrkən, məhkəmə həmçinin tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması barədə qanunvericiliyin tələblərini də nəzərə alır. Belə ki, hazırkı vəziyyətdə iddiaçının aldığı əmək haqqını nəzərə alsaq, iddiaçının hər uşağa münasibət ödəyəcəyi qazancının 1/6 hissəsində aliment həmin uşaqların həm qanunla müəyyən edilmiş yaşayış minimumuna uyğun təminatına, həm də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan verir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilk iddia qismən təmin edilməlidir. Apellyator şikayətində göstərmişdir ki, iş üzrə diğər cavabdeh olan Cavabdeh1 aliment tələbi formal olmuş əvvəlcədən düşünülmüşdür. Belə ki, Cavabdeh1 və İddiaçı birgə yaşayır. Cavabdeh1 iddianı qaldırmaqda məqsədi onun xeyrinə tutulan alimentin miqdarını azaltmaqdır. İşin hallarından da görünür ki, cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmasına etiraz etməmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin bu dəlilləri əsassızıdr. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki işin materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur və. MPM-in qeyd edilən normalarının tələblərinə əsaslanan kollegiya hesab edir ki, belə halda cavabdehin apellyasiya şikayətinin bu dəlilləri əsaslı sayıla bilməz. Bundan başqa, irəli sürülən qarşılıqlı iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Əli Vəlizadə xx.xx.2023-cü il tarixdə X9 PHŞ X1 müayinə olunmuş və hazırda onda “Dəqiqləşdirilməmiş kəskin bronxit”in olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Ə.Vəlizadənin ambulator müalicəyə (desloratadin, montelukast), hipoallergik pəhrizə və kəskinləşmə dövründə stasionar müalicəyə ehtiyacı vardır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı qeyd olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicəsi üçün 600 manat xərcin tələb olunmasını, həmin xərclərin nədən ibarət olmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən qarşılıqlı iddianı təmin etməməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 yanında yaşayan xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 ağır xəstə və yaxud əlilliyi müəyyən edilmiş uşaq olması barədə işdə heç bir mötəbər sübut yoxdur. Belə olan halda işin faktiki hallarına görə xx.xx.2014-cü il tarixdə anadan olmuş X10 adlı uşaq nə ağır xəstə, nə də ki, əlil deyildir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 yanında yaşayan xx.xx.2014-cü il tarixdə anadan olmuş X10 adlı uşağın səhhəti barədə işin faktiki halları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Qeyd edilənləri diqqətdə saxlayan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin2(125)-335/2023 saylı mülki iş üzrə 21 avqust 2023-cü il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.