Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-482/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar söz: nikahın pozulması, uşağın himayəyə verilməsi, aliment, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZ-İ seriyalı, 338648 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasından Sumqayıt şəhər Qeydiyyat şöbəsində 06 avqust 2007-ci il tarixdə 1162 nömrə ilə nikahları qeydə alınmışdır. Nikah bğlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva adı verilmişdir.
2. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş, X8 və xx.xx.2013-cü il tarixdə doğulmuş X9 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır.
3. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik» Komissiyasının xx.xx.2022-ci il tarixli, 284 saylı rəyindən görünür ki, komissiya tərəflərin izahatlarını uşaqların yaşını, fikirlərini hazırda daha çox ana qayğısına ehtiyacları olması nəzərə alaraq, lakin digər valideyin ilə ünsiyyətə maneəçilik törədilməməsi şərti ilə, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X9 adlı uşaqların anaları İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab edir.
4. 34818-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh adma xx.xx.2018-ci il tarixdən “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.
5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastırı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********45 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2020-ci il tarixli, 4Ə-2462 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adma qeydiyyata alınmış və buna dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
6. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizasının 11/105 nömrəli 18 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1-ci sula üzrə: xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 ataları Cavabdeh və anaları İddiaçı eyni dərəcədə bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət ümosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalmasında narahat olmaq) müəyyən olunur. 2-ci və 3-cü suallar üzrə: Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması, o cümlədən uşaqla ünsiyyət qaydasının müəyyən olunması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. 4-cü sual üzrə: xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan 06 avqust 2007-ci il tarixli nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 onun yanında saxlanılmaqla cavabdehdən alınıb ona verilməsi, həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə cavabdehdən tutulması və ünvan 1 ünvanda yerləşən mənzilin, “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomaşının paylarının ½ hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Ayrılmaqlarına səbəb cavabdeh tərəfindən illərdir davam edən işgəncə, dözülməz münasibətdir. Cavabdehə mediasiya təklifi göndərilmiş, cavab olmadıqdan sonra mediasiya şurasına müraciət olunub, cavabdehlə nümayəndəsi mediasiya sessiyasında iştirak ediblər. Lakin, cavabdehlə razılığa gələ bilməmişlər və mediator tərəfindən arayış verilmiş və 50 manat mediasiya xərci ödənilmişdir. Artıq cavabdehlə bir ailə kimi yaşamalrı mümkün deyildir. Sonuncu dəfə 2022-ci ilin martın 14-də baş vermiş növbəti döyülmədən sonra evdən çıxmağa məcbur olmuşdur. Döyülməsi ilə bağlı polisə məlumat vermiş, hazırda cinayət işi istintaq şöbəsinin icraatındadır. 14 mart 2022-ci il tarixdə evdən çıxarkən cavabdeh və atası uşaqları götürməyə imkan vermədilər və zorla uşaqları əlindən. almışlar. O, artıq bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətində uşaqları müdafiə komissiyasına müraciət etmiş və araşdırma aparılmaqdadır. Uşaqlar azyaşlı olduqları üçün və onların mənafeyi naminə həmin uşaqlar nikahın ləğvi zamanı onun yanında saxlanmalı və cavabdehdən alınaraq ona verilməlidirlər. Çünki cavabdeh bütün illər uzunu evdə dözülməz şərait yaradaraq, onu uşaqların gözü qabağında döyüb-söyməklə uşaqların psixologiyasına, ağlamlığına, tərbiyəsinə mənfi təsir göstərmişdir. Sonuncu dəfə onu döyüb bıçaqla xəsarət yetirmək istəyərkən bütün bunlar azyaşlı uşağın gözü qarşısında olmuş, cavabdehin əlində bıçağı güclə atası almış və bu zaman hətta onun əlini bıçaq da kəsmişdir. Bütün bunlar uşaqların gözü qarşısında olmuşdur. Həmin uşaqlar cavadeh tərəfindən zorla əlindən alınıb və hazırda uşaqlar mənəvi və psixoloji təzyiq altında cavabdehin evində saxlanılır v cavabdehin bütün zorakılıqlarını görmüş uşaqlar hal hazırda böyük təzyiq altındadırlar. Belə bir şəxsdə azyaşlı uşaqlar saxlanıla bilməz, tez bir halda b uşaqlar ondan alınaraq ona verilməlidirlər. Uşaqları saxlamaq cavabdehin borcudur. Ona görə də ondan uşaqlar saxlanması üçün aliment alınmalıdır. Cavabdeh maşın alveri ilə məşğul olur və uşaqları saxlamaq üçün kifayət qədər maddi imkana malikdir. Qazancı qeyri stabil və qeyri rəsmi olduğu üçün,ondan sabit pul məbləğində aliment tutlmalıdır. 2022-ci il üçün uşaqların minimum yaşayış həddi AR Prezidenti Sərəncamı ilə 197 manat təyin edilmişdir. Uşaqların minimal xərclərini yaşayışını təmin etmək üçün hesab edir ki, uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən ayda hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Birgə nikah dövründə ümumi vəsait hesabına cavabdeh tərəfən ünvan 2 ünvanda yerləşən mənzil “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtoma alınmışdır. Bu əmlaklar bizim birgə ümumi mülkiyyətləri olduğu və həmin əmlakda payları bərabər olduğu üçün, həmin əmlaklarda 1/2 payları müəyyən edilməlidir.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddiasını müdafiə etdiyini, cavavbdeh Cavabdeh ilə xx.xx.20017-ci il tarixdə rəsmi nikaha daxil olduqlarını, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı iki uşaqlarının olduğunu bildirmişdir. Boşanma səbəbi isə cavabdehin ona qarşı illərdir davam edən dözülməz münasibəti, döyülmələri, işgəncələr və əzab-əziyyətlərin artıq son həddə çatmasının olduğunu, ailə münasibətlərinin tamamilə pozulduğulunu, artıq ayrı yaşadıqlarını, bundan sonra barışıb birgə yaşamalarının mümkün olmadığını, nikahlarının formal xarakter daşıdığını, xx.xx.2022-ci il tarixdə baş vermiş münaqişə zamanı döyüldüyünü, evdən çıxmağa məcbur olduğunu və bu barədə polisə məlumat verdiyini, həmin vaxt uşaqlarını onun əlindən aldıqlarını, uşaqların hazırda iddiaçının yanında olduğunu, özünün bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətində “Uşaqların Müdafiə Komissiyası”na müraciət etdiyini, azyaşlı uşaqlarının cavabdehin yanında saxlanılmasının məqsədə uyğun olmadığını, belə ki, cavabdehin onu həmişə uşaqlarının gözləri önündə döyüb təhqir etdiyini, uşaqlarının belə bir insanın yanında mənəvi və psixoloji təzyiqə məruz qaldıqlarını, bu səbəbdən də uşaqlarının cavabdehdən alınaraq onun himayəsinə verilməsini və nikah pozulduqdan sonra həmin uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün və hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, bundan başqa ünvan 1 ünvanda yerləşən mənzilə və “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomobilə dair paylarının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 da iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11.Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olduqlarını, birgə nikahdan 2 uşaqlarının olduğunu, əvvəllər mehriban yaşasalarda sonradan ailə münasibətlərinin pozulduğunu, birgə yaşamalarının mümkün olmadığını, aralarında tez-tez mübahisələri olduğunu, uzun müddətdir ayrı yaşadıqlarını, cavabdehlə bir yerdə yaşamalarının mümkün olmadığını, ona görə onalara vaxt vermədən boşanmağa razı olduğunu, birgə nikahdan olan həmin uşaqlarının onun himayəsində qalmasını istədiyini, iddianın əmlakla bağlı hissəsinin əsasız olduğunu bildirdi və qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 da cavabdeh ilə eyni məzmunlu izahat vermişdir. 13.Məhkəmədə Ağdam rayon Xındırıstan kəndi tam orta məktəbində Psixoloq vəzifəsində işləyən X3 iştirakı ilə yetkinlik yaşma çatmayan X8 dinlənilmiş və o, anası və atasını istədiyini, hazırda onun bacısı və qardaşı ilə birlikdə atası Cavabdeh yanında olduqlarını və onun hər iki valideyni istəsə də, lakin atası Cavabdeh yanında qalmaq istədiyini bildirmişdir. 14.Məhkəmədə Ağdam rayon Xındırıstan kəndi tam orta məktəbində psixoloq vəzifəsində işləyən X3 iştirakı ilə yetkinlik yaşma çatmayan X9 dinlənilmiş və o, anasını istədiyini, hazırda onun qardaşı ilə birlikdə atası Cavabdeh yanında olduqlarını və anası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir.
15. Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022- ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 06 avqust 2007-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində 1162 nömrə ilə qeydiyyata alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqları - 05 may 2008-ci il təvəllüdlü X8 və 29 avqust 2013-cü il təvəllüdlü X9 anaları, İddiaçı yanında saxlanılması və həmin uşaqların Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, 05 may 2008-ci il təvəllüdlü X5 və 29 avqust 2013-cü il təvllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasına 05 may 2008-ci il təvəllüdlü X5 və 29 avqust 2013-cü il təvəllüdlü X6 Cavabdeh alınaraq İddiaçı himayəsinə verildiyi vaxtdan başlanılması, tərəflərin birgə nikah dövründə, ümumi vəsaitləri hesabına əldə edilmiş ünvan 3 ünvanda yerləşən mənzilə və “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı payının ½ (ikidə bir) hissə ilə müəyyən edilməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun İddiaçı aid olması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16 Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(013)- 1267/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqlar xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları iddiaçı X2 yanında saxlanılması və həmin uşaqların Cavabdeh alınaraq İddiaçı verilməsi, uşaqların saxlanılması üçün iddiaşı İddiaçı himayəsinə verildiyi tarixdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulması, birgə nikah dövründə əldə olunan ünvan 4 ünvanında yerləşən mənzilə və “Mercedes Benz E200 minik” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomaşına dair ½ hissədə iddiaçı X1 payının müəyyən edilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki məhkəmə mübahisəsinə 3 aspektdən yanaşanda müəyyən olur ki, 3 tələb mövcuddur. 1-ci tələb nikahın pozulmasıdır ki, bununla bağlı məhkəmə iclasında da qeyd etdiyi kimi razıdır və nikahın pozulmasına etiraz etmir. 2-ci aspekt isə uşaqların atadan yəni ondan alınaraq anasının himayəsinə verilməsidir ki, bununla bağlı hissədə nə o uşaqların anasına verilməsini, nə də uşaqlar ananın himayəsində yaşamağı, qalmağı istəmirlər. Lakin, məhkəmə tərəfindən heç bir əsas olmadan iş iddia tələbinin bu hissədə tam təmin olunması barədə qətnamə ilə yekunlaşmışdır. Belə ki, hazırki iş üzrə məhkəmə öz qətnaməsində də qeyd edir ki, oğlum Vəlizadə Nihad atanın yanında qalmaq istəyir. Hesab edir ki, Nihad kifayət qədər yaşa malik, 14 yaşı tamamlamış bir uşaqdır. Öz iradə ifadəsini kifayət qədər səlis bir formada ifadə etməyi də bacarmışdır. Həmin nüansda isə konkret olaraq uşaq atanın yanında qalmaq istədiyini açıq şəkildə ifadə etmişdir. Lakin məhkəmə qətnamədə qeyd etdiyinin əksinə olaraq uşağın deyil ananın maraqlarının qorunması naminə belə bir qətnamə qəbul etmişdir. X7 dair hissədə məhkəmə iclasa dəvət olunmuş psixoloq, konkret olaraq Ağdam Rayon Xındırıstan kənd orta məktəbində psixoloq vəzifəsində işləyən X3 vasitəsilə törədilmiş olan təsirləri nəzərə almamış, müəllim psixoloqun sadəcə olaraq uşaqların dindirilərkən yanında olmalı olduqlarını nəzərə almayıb, əksinə olaraq uşaqlarla psixoloqun təklikdə görüşünə şərait yaratmış, və daha sonra övladları Nihad və Şəhlanın da ona bildiriyinə əsasən qeyd etmişdir ki, psixoloq uşaqlara təkidlə hakim soruşanda ananın yanında qalmaq istədiyini bildirmələrini vurğulamışdır. Artıq bu məsələnin də araşdırılması üçün tərəfindən müvafiq orqanlara müraciətlər edilmişdir. Daha sonra məhkəmə prosesində vəkil tərəfindən 2 dəfə məhkəmə psixoloji ekspertizası təyin edilməsi barədə vəsatət verilmiş lakin məhkəmə lərəfindən bu vəsatətlər təmin edilməmişdir. Dindirilmə zamanı uşaqların yanında olmalı olan psixoloqun 3 dəqiqə görüşüb uşaqlarla konfedensial ünsiyyət aparılmış və ziddiyyətli şəkildə psixoloq tərəfindən cavabdeh olaraq ona qarşı çox kəskin ittihamlar səsləndirilmişdir. Bu isə psixoloqun da uşaqların anasına verilməsində maraqlı olması anlamına gəlir. Uşaqlar artıq uzun müddətdir ki, onun yanındadırlar və onunla yaşamaqdan da çox xoşbəxt olduqlarını davamlı olaraq ifadə edirlər. Hesab edir ki, iddia tələbi uşaqların alınıb anaya verilməsi hissəsində rədd edilməldiir. 3-cü aspekt isə məhz əmlaklarla bağlı olan hissədir ki, məhkəmə tərəfindən bunun araşdırılması ilə bağlı heç bir nüans dəqiqləşdirilməmişdir. Məhkəmə iclasında avtomobillə bağlı sual verildikdə cavabdeh avtomobilin markasını və rəngini belə səhv demiş, ümumiyyətlə bu avtomobilin mövcudluğu barədə məlumatı olmamasını sadəcə etiraf etməmişdir. O, avtomobil ticarəti ilə məşğul olan şəxsdir və dəfələrlə bununla bağlı alqı-satqı etdiyi avtomobillər mövcuddur. Qeyd olunan iddiaçının rəngini və markasını bilmədiyi, amma guya onun, yəni həyat yoldaşının olan avtomobili o uzun illər əvvəl başqa bir şəxsə etibarnamə ilə sahiblik istifadəsinə vermişdir. Lakin həmin şəxsin əmlakı öz adına rəsmiləşdirməməsi, hazırki gündə əmlakın bölgüsü baxımından iddianın təmin edilməsinə gətirib çıxarmışdır. Həmin avtomobili o, ümumiyyətlə idarə etməmişdir. Əmlakla bağlı hissədə isə iddiaçının özünə də həmin əmlakın kimə məxsus olması məlumdur. Bu onun ailə dostuna məxsus bir mülkiyyətdir ki, sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir. Lakin, buna baxmayaraq məhkəmə iddiaçı sırf əmlakın ona aid olmadığını bildiyi halda əmlak əldə etmək niyyətilə bu iddianı məhkəməyə vermiş və iddia tələbi həmin hissədə təmin edilmişdir. Məhkəmə tərəfindən heç bir hal araşdırılmamış və bu halların araşdırılmasına təşəbbüs göstərilməmişdir. Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq onun ailədə maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd oian hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə tərəfindən uşağın fikri dinlənilmiş amma nəzərə alınmamışdır. Bunun nə ilə bağlı olduğu da məhkəmə qətnaməsində əsaslandırılmamışdır. Qətnamədə uşağın üstün maraqlarının qorunması barədə cümlə yazılsa da bu üstün maraqlarının qorunması təmin edilməmişdir. Psixoloji cəhətdən sağlam inkişafına görə ana qayğısına ehtiyacı olmaqlarını psixoloji cəhətdən bu işə səlahiyyəti olmayan məktəb psixoloqunun sözünə əsasən qətnamə çıxarması absurddur. Məhkəmə həqiqətən uşaqların psxioloji vəziyyətini bilmək istəyirdisə onda həqiqətən də əsaslı olan vəsatəti təmin edərək uşaqların psixoloji vəziyyətini müəyyən etmək üçün məhkəmə psxioloji ekspertizası barədə vəsatəti təmin etməli idi. Bölünmə predmeti olan 2 əmlakın heç biri ümumi gəlirlər hesabına əldə olunan əmlak deyildir. Bununla bağlı məhkəmə tərəfindən cavabdehə bir sual belə verilməmiş, formal olaraq hüquqi sənədlərə istinadən qətnamə çıxarılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, o, avtomaşın alqı-satqısı ilə məşğuldur, aylıq qazancı 1000-1500 ABŞ dolları civarındadır. İddiaçı isə işsizdir. Uşaqların hər ikisinin onun yanında saxlanılmaları uşaqların mənafeyinə daha uyğundur Həmçinin bildirdi ki, uşaqların ona veriləcəyi təqdirdə onun İddiaçı aliment tələbi olmayacaqdır. Sonda apellyasiya şikayətinin təmin edilməsini, əmlak və uşaq tələbi hissədə iddianın rədd edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinn təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu təmin edilməməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, Cavabdeh avtomaşın alqı-satqısı ilə məşğuldur, Kənanın hər hansı bir avtomaşını alıb satmasından onun məlumatı olmur. Bu işlərdə onun iştirakı olmur. “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomobilin alınmasından məlumatı olmamış, həmin avtomaşından heç zaman Kənanla birlikdə istifadə etməmişlər.
21. Məhkəmə kollegiyasının iclasında dindirilmiş yetkinlik yaşına çatmayan X8 atası ilə qalmaq istədiyin bildirdi.
22. Məhkəmə kollegiyasının iclasında dindirilmiş yetkinlik yaşına çatmayan X9 hər iki valideyninin yanında qalmaq istədiyini, ancaq anasının yanında qalmağa daha şox meylli olduğu, həmçinin işə birinci instansiya məhkəməsində baxılarkən onun anası ilə qalmaq istəməsi barədə fikir bildirərkən sərbəst olduğunu, ona heç kəsin təsir etmədiyini bildirdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
23. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
24. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
25. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
26. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
27. Maddə 50. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaqlar onların hər biri ilə ünsiyyət hüququna malikdir.
28. Maddə 52. uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 29.Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 30.Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 31.Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 32.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
33. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
34. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
35. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
36. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: -32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
37. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 38.Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
39. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
40. Maddə19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli qərarı:
41. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində də qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 43.Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
44. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
45. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 54.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 55 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 58.Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
59. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
60. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
61.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış 05 may 2008-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması və həmin uşağın Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, 05 may 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı payının ½ (ikidə bir) hissə ilə müəyyən edilməsi” hissələrində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin hissələrdə iddia rədd edilməlidir. 65.Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qanunvericiliyin normaları baxımından valideynlər arasında uşaqla bağlı mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə, qardaş-bacısına şəxsi bağlılığı nəzərə alınmalıdır.
66. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə əsasən, iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və rəy alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11/105 nömrəli 18 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 ataları Cavabdeh və anaları İddiaçı eyni dərəcədə bağlılıdırlar və onlar psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmadığı qeyd edilmişdir.
67. Məhkəmə kollegiyası tərəfindən Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə müvafiq olaraq tərəflərin birgə nikahından doğulmuş Nihat və Şəhla adlı uşaqların məhkəmə iclasında fikri dinlənilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X8 atası- Cavabdeh ilə qalmaq istədiyini, xx.xx.2013-cü il təvəllüdlü X9 isə hər iki valideyninin yanında qalmaq istədiyini, ancaq anasının yanında qalmağa daha çox meylli olduğunu, həmçinin işə birinci instansiya məhkəməsində baxılarkən onun anası ilə qalmaq istəməsi barədə fikir bildirərkən sərbəst olduğunu, ona heç kəsin təsir etmədiyini bildirdi. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə azyaşlı Nihad və Şəhla adlı uşaqların məcburi şəkildə bir valideyndən alınaraq digərinə verilməsi onların mənafeləri baxımından yolverilməzdir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır.
68. Qeyd edilənləri önəçəkən məhkəmə kollegiyası belə qərara gəlir ki, “tərəflərin birgə nikahdan 05 may 2008-ci il tarixdə doğulmuş X5 anası İddiaçı yanında saxlanılması və həmin uşağın Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi hissəsində qətnəmə ləğv edilməlidir. Həmçinin, Məhkəmə Ekspertizasının 18 aprel 2023-cü il tarixli ekspert rəyində qeyd edilənlər-xx.xx.2008-ci il təvəllüdlü X5 valideynlərinə eyni dərəcədə bağlı olduğu və hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmadığını, həmin uşağın valideynlərinin boşanmasından sonra atasınin yanında qalmaq arzusunu nəzərə alaraq məhkəmə kollegiyası belə qərara gəlir ki valideynlərinin boşanmasından sonra həmin uşağın atasının yanında qalması barədə qərar qəbul edilməlidir.
69. Yenə də Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2023-cü il tarixli ekspert rəyində qeyd edilənlər-29 avqust 2013-cü il təvllüdlü X6 valideynlərinə eyni dərəcədə bağlı olduğu və hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmadığı, işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında dindirilmiş X6 hər iki valideyninin yanında qalmaq istədiyi, ancaq anasının yanında qalmağa daha şox meylli olduğu, həmçinin işə birinci instansiya məhkəməsində baxılarkən onun anası ilə qalmaq istəməsi barədə fikir bildirərkən sərbəst olduğu, ona heç kəsin təsir etmədiyi barədə məhkəməyə bildirdiklərini nəzəzə alan məhkəmə kollegiyası bu qənaətdədir ki, həmin uşağın anasının yanında qalması barədə qərar qəbul edərkən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
70. Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələblərinə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
71. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərkən bildirmişdir ki, o, avtomaşın alqı-satqısı ilə məşğuldur, aylıq qazancı 1000-1500 ABŞ dolları civarındadır. İddiaçı isə işsizdir. İddiaçı da Cavabdeh avtomaşın alqı-satqısı ilə məşğul olduğunu təsdiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh daha yaxşı təminatlı olması işin halı kimi təsdiq olunandır və 29 avqust 2013-cü il təvllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Şəhla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutlmalı olan alimentin hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsin dəyişdirilmədən saxlanılmalı olması qənaətinə gələrkən İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyini də nəzərə alır.
72. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx.xx.2008-ci il təvəllüdlü X8 atası- Cavabdeh himayəsinə, xx.xx.2013-cü il təvəllüdlü X9 isə anası-İddiaçı himayəsinə verilməsi digər valideyni valideynlik hüquqlarını həyata keçirmək, uşaqla ünsiyyətdə olmaq, onun təhsili, təlim-tərbiyəsi ilə məşğul olmaq hüququndan məhrum etmir. 73.Məhkəmə kollegiyası cavabdehin “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomobil üzərində payların müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, mülki qanunveciliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. 74.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Cavabdeh şikayətinin dəlilərini təsdiq etmiş, onun “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomaşının alınmasından məlumatsız olmasını bildirmişdir. Beləliklə, hər iki tərəfin məhkəməyə bildirdiklərindən işin faktiki halı kimi müəyyən olunur ki, həmin avtomaşın Cavabdeh alver etmək məqsədi ilə İddiaçı iştirakı olmadan aldığı avtomaşındır və həmin avtmaşının tərəflərin ümumi əmlakı sayılması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini həmin hissədə əsaslı hesab edir və belə qərar gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qəbul edildiyindən ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. 75.Tərəfələrin birgə nikah dövründüə əldə etdikləri ünvan 1 ünvanda yerləşən mənzil üzərində payların müəyyən edilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlininə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlilində həmin mənzilin ona məxsus olmamasını, sadəcə mənzilin formal olaraq onun mülkiyyətində olmasını qeyd etsə də kollegiya bu dəlilləri əsassız sayır. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. ünvan 1 ünvanda yerləşən mənzilin isə tərəflərin birgə nikahı dövründə əldə edilməsi işin mübahisəsiz faktiki halıdır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mətninə əsasən ər-arvadın nikah dövründə ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq onların ümumi birgə mülkiyyətinə daxildir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu qənaətdədir ki, ünvan 1 ünvanda yerləşən mənzilin ½ (ikidə bir) hissəsinə İddiaçı payını müəyyən edərkən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. 76.Göründüyü kimi, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə “tərəflərin birgə nikahından olan, yetkinlik yaşına çatmamış 05 may 2008-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması və həmin uşağın Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, 05 may 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində işin hallarına uyğun olmamış, “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı payının ½ (ikidə bir) hissə ilə müəyyən edilməsi” hissəsində isə qətnamə iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qəbul edilmişdir.
77. Ona görə də, məhkəmə kollegiyası belə qərar gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi “tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış 05 may 2008-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması və həmin uşağın Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, 05 may 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı payının ½ (ikidə bir) hissə ilə müəyyən edilməsi” hissələrində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, irəli sürülən iddia həmin hissələrdə rədd edilməlidir. Qalan hissələrdə qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üşün əsaslar olmadığından qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
78. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2023-cü il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 120 manat məbləğini təşkil edir. Uşaqlarla bağlı olan hissədə iddia qismən əsaslı sayıldığından MPM-in 119-cu maddəsinə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərcləri tərəflərə aid edilməli və bərabər qaydada onlardan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384.0.2, 392, 393, 402, 403, 404,405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022- ci il tarixli qətnaməsi “tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış 05 may 2008-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması və həmin uşağın Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, 05 may 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və “Mersedes Benz E200 minik” markalı 90SV250 dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı payının ½ (ikidə bir) hissə ilə müəyyən edilməsi” hissələrində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Həmin hissələrdə iddia təmin edilməsin. Tərəflərin birgə nikahından 05 may 2008-ci il tarixdə doğulmuş X8 atası Cavabdeh yanında saxlanılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparilmış ekspertiza tədqiqatlarının dəyəri olan 120 manat məbləğinin 60 (altmış) manat hissəsi Cavabdeh, qalan 60 (altmış) manat hissəsi isə İddiaçı aid edilsin və həmin qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.