Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-489/2023 30.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(066)-830/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış Şəmkir rayon qeydiyyat şöbəsində 21 may 2015-ci il tarixli 222 nömrə ilə qeyd alınmış nikah akt qeydinin pozulması; Birgə nikahdan doğulmuş 11 avqust 2014-cü il təvəllüdlü Yağmur adlı uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması; 24 fevral 2022-ci il tarixdən Gəncə 1 saylı Mediyasiya Təşkilatına ərizənin verildiyi tarixdən aliment məbləğinin hesablanması; Eləcədə, cavabdehdən mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(066)-830/2022 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 21 may 2015-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş 222 nömrəli nikah akt qeydin pozulması; Tərəflərin birgə nikahında olan 11 avqust 2014-cü il təvəllüdlü X4 anası, yəni İddiaçı yanında saxlanılması; X1 11 avqust 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 iyul 2022-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə 150 manat aliment və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat İddiaçı xeyrinə tutulması; Göygöl Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(066)-830/2022 nömrəli icra sənədi üzrə icra işinin icraatına xitam verilməsi və yeni icra vərəqəsi verilməsi; Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin alimentin müəyyən olunması hissəsində ləğv edilməsini və həmin hissədə birgə nikahdan anadan olmuş 11 avqust 2014-cü il təvəllüdlü Yağmur adlı uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment müəyyən olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü ildə faktiki olaraq ailə qurmuşlar, 21 may 2015-ci il tarixdə isə nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından 11 avqust 2014-cü il tarixdə Yağmur adlı uşaqları anadan olmuş və uşaq hazırda onun himayəsindədir. Münasibətlər pozulmuş və nikahları formal xarakter daşıyır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Beləki, işsizdir İİİ qrup əlilliyə görə 120 manat pensiya alır. Ona görə uşağın saxılanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ödəyə bilər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin müəyyən olunması hissəsində ləğv edilməsini və həmin hissədə birgə nikahdan anadan olmuş 11 avqust 2014-cü il təvəllüdlü Yağmur adlı uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Verilmiş apellyasiya şikayətindən görünür ki, qətnamə alimentin müəyyən olunması hissədə mübahisələndirilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Qətnamə mübahisələndirilən hissədə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Nikah haqqında 21 may 2015-ci il tarixli AZ-İİ seriyalı 048600 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 21 may 2015-ci il tarixdə nikah bağlanmışdır. Doğum haqqında 18 iyun 2015-ci il tarixli AZ-İİİ seriyalı 557162 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 11 avqust 2014-cü il tarixdə Göygöl şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78-ci maddələrinə istinadən iddianı qismən təmin etmişdir. Qətnamə mübahisələndirilən hissədə, yəni alimentin miqdarının 150 manat müəyyən olunması hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsada, lakin alimentin tutulmasının başlamğıcının 05 iyul 2022-ci il tarixdən hesablanması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.4. maddəsinə əsasən, ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Həmin Məcəllənin 56.1. maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1. maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 11 avqust 2014-cü il tarixdə Yağmur adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, qətnamə mübahisələndirilən hissədə, yəni 11 avqust 2014-cü il təvəllüdlü Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 iyul 2022-ci il tarixdən başlayaraq Cavabdeh 150 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi 11 avqust 2014-cü il təvəllüdlü Yağmur adlı uğağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nətəcə ilə razılaşır. Apellyasiya şikayətinin işsizliyə, eləcədə İİİ-cü qrup əlilliyə görə 120 manat pensiya almasına görə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 100 manat müəyyən olunması dəlilini kollegiya əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ödəmək niyyətində olduğu 100 manat aliment 11 avqust 2014-cü il təvəllüdlü Yağmur adlı uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün yeterli hesab oluna bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Apellyasiya şikayətinə əlavə olunmuş 25 noyabr 2022-ci il tarixli arayışda Cavabdeh İİİ-cü qrup əlilliyi qeyd olunsada, lakin onun əmək qabliyyətsiz olması göstərilməmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 150 manat miqdarında aliment müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsas deyil. Müəyyən olunmuş alimentin 05 iyul 2022-ci il trarixdən tutulması hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan Göygöl Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(066)-830/2022 nömrəli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və sabit məbləğdə aliment tələbinə dair mülki iş üzrə tərəflərə barışıq üçün 3 ay vaxt müəyyəb edilmiş və işin baxılması 09 noyabr 2022-ci il tarixə təxirə salınmış, eləcədə Cavabdeh 11 avqust 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 iyul 2022-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə 150 manat aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Göründüyü kimi, iddia ərizəsi məhkəməyə daxil olan vaxtdan qətnamə çıxarılanadək uşağın saxlanılması üçün cavabdehdən aliment tutulması qərara alınmışdır. İşin 29-cu vərəqində olan icraata başlamaq haqqında qərardan da görünür ki, Göygöl Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(066)-830/2022 nömrəli qərardadı əsasında icra sənədi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(066)- 830/2022 nömrəli qətnaməsi “alimentin 05 iyul 2022-ci il tarixdən başlayaraq tutulması” hissədə dəyişdirilməli, həmin hissdədə alimentin tutulması 11 noyabr 2022-ci il tarixdən hesablanmalı, qətnamə 150 manat alimentin tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddia ərizəsindən görünür ki, qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(066)-830/2022 nömrəli qətnaməsi “alimentin 05 iyul 2022-ci il tarixdən başlayaraq tutulması” hissədə dəyişdirilsin. Hmin hissdədə alimentin tutulması 11 noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə 150 manat alimentin tutulması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-489/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-489/2023
30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver