Məhkəmə qərarları › İş №2(104)-494/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-494/2024

17.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-494/2024 17.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı2 (həmçinin digər İddiaçı* etibarnamə üzrə nümayəndəsi) və Cavabdeh* etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2* noyabr 2023-cü il tarixli 2(0*5)-*083/2023 nömrəli qətnaməsindən Cavabdeh* etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, *9.02.2004-cü il tarixli alqı-satqı müqaviləsinin, Ağstafa Bələdiyyəsinin *9.02.2004-cü il tarixli *72 saylı qərarının və *9.09.2007-ci il tarixli 49 nömrə ilə uçot qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2* noyabr 2023-cü il tarixli 2(0*5)-*083/2023 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbi təmin edilərək, Ağstafa Bələdiyyəsi ilə Cavabdeh* arasında bağlanmış *9 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Ağstafa Bələdiyyəsinin *9 fevral 2004-cü il tarixli *72 saylı sərəncamı və *9.09.2007- ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh* etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *7 aprel 2024-cü il tarixli 2(*04)-494/2024 nömrəli qərardadı ilə Cavabdeh* etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 2* noyabr 2023-cü il tarixli 2(0*5)-*083/2023 nömrəli qətnaməsinin “Ağstafa Bələdiyyəsinin *9 fevral 2004-cü il tarixli *72 saylı sərəncamı və *9.09.2007- ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi” hissədə ləğv edilməsi; Həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları İddiaçılar İddiaçı* və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, onlar Ağstafa şəhəri Heydər Əliyev prospekti ev 53 mənzil * ünvanında yaşayırlar. Sözügedən ev və həyətyanı torpaq sahəsi onlara mərhum ataları X4 miras qalmışdır. 20*4-cü ildə rayon icra başçısına sosial durumlarını anladaraq həyətlərində mağaza tikməyə razılıq almışdır və kredit hesabına tikdirməyə başlamışlar. 04.05.20*5-ci il tarixdə notarial surətdə təsdiqlənmiş akt buna sübutudur. Onlar günəmuzd işləyərək həmin krediti qaytarmışlar. 20*6-cı ildə mağazanı rəsmiləşdirmək istəyərkən həmin ərazinin daşınmaz əmlakda yüklü olduğu məlum olmuşdur. Aparılan araşdırma nəticəsində həmin sənədin Bakı şəhərində yaşayan qardaşları Elşənin adına olduğunu öyrənmişlər. Onların Elşənə olan etibarlarından sui istifadə etdiyini bildikdən sonra dərhal etibarnaməni ləğv etdirmişlər. Onlar həmin evdə qeydiyyatda olmaqla yaşadıqlarından kimsə bunu edə bilməzdi. Onlar məsələnin araşdırılması ilə əlaqədar Ağstafa rayon polis şöbəsinə şikayət etmişlər. Müstəntiq Elşənin ifadəsini alarkən sözü gedən torpaq sahəsinin bibiləri oğlu Kəmaləddinin aldığını bildirmişdir. Halbuki, Kəmaləddinin onların atalarının varisi ola bilməzdi. Kəmaləddin tərəfindən Ağstafa Bələdiyyəsinə sorğu verilmiş və “bələdiyyənin *4 fevral 2004-cü il tarixli *72 nömrəli sərəncamı” barədə hər hansı bir sənədin olmadığı bildirilmişdir. Cavabdeh Elşən Ağstafa rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsini əlində əsas tutaraq həmin evin bütün həyətyanı torpaq sahəsi olan *4*.6 kv.m torpaq sahəsinin sahibi olduğunu bildirmişdir. Nəhayət cavabdeh Elşənin heç cür əsaslandıra bilmədiyi, lakin onun lehinə olan xx.xx.2006-cı ilin qətnaməsi tərəflərindən verilmiş apelyasiya şikayəti əsasında Gəncə Apelyasiya Məhkəməsinin 29.09.20*8-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmə araşdırmalarında da Elşən və ya Kəmaləddin hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu isə onların heç bir dayanaqlı, əsaslı sənəd və sübutunun olmaması və özlərini hakim qarşısında müdafiə edə bilməməsi deməkdir. Çünki sorğudan da bəlli olduğu kimi arxiv sənədləri mövcud olmamışdır. 20 fevral 20*4-cü il tarixli, 277 nömrəli arayışa əsasən ünvan 2 ünvanında yaşayan Cavabdeh* AN 005468 kadastr nömrəli, kodu 5000*004000060 olan sahibkarlıq məqsədi üçün *4*.6 kv.m və ya 0.0*4*6 ha torpaq sahəsinin satılmasına dair Ağstafa bələdiyyəsinin *9.02.2004-cü il tarixli *72 saylı qərarı ilə *9.09.2007-ci il 49 nömrəsi ilə qeydiyyata alınmışdır. Arayışın verilməsinə əsas *9 fevral 20*4-cü il tarixli F-262 nömrəli ərizə göstərilmişdir. Cavabdehin əsaslandırdığı bütün sənədlərin rəsmən ləğv edilməsinə rəğmən hələ də cavabdeh Elşənlə Bələdiyyə arasında sözügedən həmin alqı-satqı müqaviləsi mövcud olub və hələ də qüvvədədir. Cavabdehin həmin torpaq sahəsinə heç bir ehtiyacı yoxdur və hər fürsətdə həmin torpağı kiməsə satacaq deyə onlara meydan oxuyur. Halbuki həmin torpaq sahəsi onların yaşayış yerləri olub və onların yeganə qazanc mənbəkləri olmuşdur. Dəfələrlə mübahisəni sülh yolu ilə həll edilməsini tələb etsələr də heç bir nəticə əldə edə bilməmişlər. Məhkəmə olmadan aralarındakı mübahisənin həlli mümkün deyildir. Mülki iş materiallarında olan: *9 fevral 2004-cü il tarixli *72 saylı Ağstafa bələdiyyəsinin sərəncamından görünür ki, Ağstafa şəhər sakini Cavabdeh* sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ağstafa şəhəri Azadlıq küçəsində təsdiq edilmiş situasiya planına əsasən 72 kv.m torpaq sahəsi ayrılmışdır; *9 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Ağstafa bələdiyyəsi ilə Cavabdeh* arasında alqı-satqı müqaviləsi bağlanmış və Ağstafa şəhəri Azadlıq küçəsində yerləşən 72 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün Cavabdeh* satılmışdır. Alqısatqı müqaviləsi Ağstafa bələdiyyəsinin *9 fevral 2004-cü il tarixli *72 saylı sərəncamı əsasında bağlanmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.*2.20*6-cı il tarixli RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Ağstafa şəhəri Heydər Əliyev küçəsi ev 53 mənzil *-də yerləşən mənzil */3 hissədə İddiaçı*, */6 hissədə Cavabdeh* və ½ hissədə X8 adına qeydə alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh* etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər əvvəllər ailə üzvü olaraq Ağstafa rayonu Heydər Əliyev prospektiev 53 mənzil * ünvanında yaşamışlar. Həmin ev ilkin qeydiyyat olaraq tərəflərin atası X8 adına qeydə alınmışdır. X8 dörd övladı olmuşdur. Cavabdeh*, İddiaçı*, X5 və İddiaçı2dır. X8 arvadı dünyasını dəyişdiyi üçün ikinci ailə həyatı quraraq, X6 ilə nikaha daxil olmuş və bu nikahdan X9 doğulmuşdur. X*2 2* oktyabr *999-cu il tarixdə vəfat etmişdir. X*2 vəfat etdikdən sonra sözügedən ev, Cavabdeh*, İddiaçı*, X5 və İddiaçı2, onun arvadı X6 və X9 arasında vərəsəlik qaydasında payları müəyyən edilərək bölünmüşdür. Yalnız İddiaçı2 öz payından qardaşı İddiaçı* xeyrinə imtina etmişdir. Cavabdeh* ailə həyatı qurduqdan sonra ünvan 4 ünvanında yaşaymışdır. X5 və İddiaçı2 da ailə həyatı qurduqdan sonra başqa ünvanda yaşamışlar. X*2 hələ sağ olanda ünvan 5 ünvanında yerləşən həyatyanı sahəyə bitişik boş torpaq sahəsi və bir neçə qeyri-yaşayış sahələri mövcud olmuşdur. Sözügedən qeyri-yaşayış obyektlərinin və onun altında olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. 25 avqust 2000-ci il tarixdə İddiaçı* həmin həyatyanı sahədə olan qeyri-yaşayış sahələrini öz adına sənədləşdirmiş və bundan üç gün sonra yəni, 28 avqust 2000-ci il tarixdə həmin obyektləri X*. Məhz tərəflər arasında narazılıqlar və məhkəmə mübahisələri də bundan sonra başlamışdır. Musayev X*0 Rayon Məhkəməsində İddiaçı* və X2 qarşı iddia irəli sürmüşdür. Cavabdeh* Kəmaləddinin həmin obyektlər üçün İddiaçı* vermiş olduğu pul vəsaitini və çəkdiyi bütün xərcləri ona qaytarmış, tərəflər arasında barışıq razılaşması imzalanmış, X3 qarşılıqlı iddianı geri götürmüş və onun iddia tələbi üzrə icraata xitam verilmişdir. Həmçinin, İddiaçı* də iddia tələbini etiraf etmişdir. Bununla da həmin mübahisə barədə eyni tərəflər arasında eyni mübahisəyə baxılması yekunlaşmışdır. Ağstafa Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli, 2-89/2006 nömrəli qətnaməsi ilə Cavabdeh* iddia tələbi təmin edilmişdir. 20*8-ci il tarixdə X5 və İddiaçı2 Ağstafa Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli, 2-89/2006 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Amma onlar Gəncə Apellyasiya Məhkəməsində şikayətlərini geri götürmüşlər. Bununla bağlı qərardad qəbul edilmişdir. Həmin qərardada əsasən həmin şəxslərin yenidən Ağastafa Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüquqları itirilmiş hesab olunmuşdur. Buna baxmayaraq, İddiaçı2 və İddiaçı* həmin qətnamədən yenidən apellyasiya şikayəti vermişlər. Ağstafa Rayon Məhkəməsi belə pozuntularla İddiaçı2 apellyasiya şikayətini mümkün hesab etmiş və sənədləri Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 sentyabr 20*8-ci il tarixli 2(*04)-322*/20*8 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmişdir. Hazırda Cavabdeh* Gəncə Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən 2023-cü ilin oktaybr ayında vermiş olduğu kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin icraatındadır. Onu da əlavə edir ki, Cavabdeh2 *9 fevral 2004-cü il tarixli, *72 nömrəli sərəncamı və qərarı ilə ünvan 5 ünvanında Cavabdeh* istifadəsinə (mübahisəli qeyriyaşayış sahələrinin altında olan) *4*.6 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. Torpaq sahəsi X*6 kitabında *9 sentyabr 2007-ci il tarixli, 49 nömrəli uçot qeydiyyatı ilə rəsmiləşərək oranın plan-ölçüsü tərtib edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin ayrılması və gələcəkdə istifadəsi barədə Ağstafa rayon icra hakimiyyətinin sərəncamı olmuş və digər aidiyyəti qurumlar və şöbələrlə razılaşdırılmışdır. Yəni, torpaq sahəsi 2004-cü ildə tam qanuna uyğun şəkildə Cavabdeh* istifadəsinə və sahibliyinə verilmişdir. Cavabdeh* isə hər il həmin torpaq sahəsi üçün torpaq vergisi ödəyir. Məhkəmə müqavilələri və uçot qeydiyyatını etibarsız hesab etsə də, lakin etibarsızlığın nədə ifadə olunması əsaslandırılmamışdır. Öncəliklə onu qeyd edir ki, 202*-ci ildə Ağstafa Rayon Məhkəməsində işə qiyabi icaat qaydasında baxılarkən Cavabdeh* bir dəfə də olsa məlumat verilməmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin təsviri hissəsi yalnız iddiaçının heç bir fakta söykənməyən ifadələri üzərində qurulmuşdur. *3 oktyabr 2023-cü il tarixə, saat *5.00 a təyin edilmiş iclasda hər iki tərəfin iştirak etdiyi, cavabdehin nümayəndəsi və vəkili olaraq iddiaya qarşı öz etirazını bildirmiş və tələbin əsassız olması barədə müəyyən arqumentlər irəli sürmüşlər. Lakin, məhkəmə qətnaməsində bunlar göstərilməyibdir. Bundan başqa, qətnamənin əsaslandırma hissəsi demək olar ki, mövcud deyildir. Qətnamədə alqı-satqı müqaviləsinin və uçot qeydiyyatının etibarsızlığının nə ilə izah olunması barədə bir cümlədə olsa yazılmayıb. Cavabdeh*lə bələdiyyə arasında 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi qanuna uyğun formada tərtib edilmiş və təsdiq edilmişdir. Bundan başqa, Ağstafa Rayon Məhkəməsinin 25 noyabr 20*9-cu il tarixli 2(0*5)-*025/20*9 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı2 iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi miras əmlaka daxil deyil. Həmçinin həmin qətnamədə o da yazılıb ki, mübahisəli ərazi miras əmlaka daxil olmadığı üçün onun 2000-ci ildə İddiaçı* öz adına sənədləşdirmiş və X2 *000000 (bir milyon) manata satmışdır. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı ərizə verərək işə baxılmasının dayandırılmasını xahiş etmişlər. Çünki, eyni tərəflər arasında eyni mübahisə barədə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər. Həmin şikayət üzrə qəbul olunacaq qərarın nəticəsi bu işə birbaşa təsir edəcəkdir. Amma işə baxan məhkəmə bunu nəzərə almadan qətanamə qəbul etmişdir. Son olaraq onu da qeyd edir ki, İddiaçı2 2000-ci ildə ünvan 5 ünvanında olan evin ona düşən miras hissəsindən İddiaçı* xeyrinə imtina etmişdir. Bütün ərizə və şikayətlərində yalnız miras əmlakda onun da payı olduğunu iddia edir. Həmçinin bacısı Mətanət və qardaşı Elçinin ona vermiş olduğu etibarnamələrdən sui-istifadə edərək öz xeyrinə qərəzli şəkildə istifadə etməkdədir. Bunu işdə olan sənədlərdən müşahidə etmək mümkündür. Hazırda isə bütün miras əmlaka sahiblik edir. Digər ailə üzvlərini isə evdə yaşamaq və istifadə etməsinə imkan vermir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh* etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Ağstafa bələdiyyəsinin müvafiq sərəncamı əsasında Cavabdeh* adına torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında da torpaq sahəsinə dair bələdiyyə ilə Cavabdeh* arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsi 2004-cü ildə Cavabdeh* satılmışdır və həmin tarixdən 2023-cü ilə qədər olan dövr ərzində Cavabdeh* torpaq sahəsinə görə vergi ödəmişdir. İddiaçılar torpaq sahəsinin Cavabdeh* ayrılmasına dair sərəncamın və uçot qeydinin ləğv edilməsinə dair mülki icraat qaydasında məhkəmədə iddia qaldırmışlar. Lakin həmin sərəncam və uçot qeydi inzibati akt sayıldığından bu tələbə inzibati icraat qaydasında baxılmalıdır. Belə olan halda isə iddia tələbinin alqı-satqı müqaviləsinin ləğv edilməsi yol verilən deyildir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 (həmçinin digər İddiaçı* etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 6 ünvanda yerləşən 0.0*774 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinə dair vergi ödəmişdir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.*-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 20**-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *7 aprel 2024-cü il tarixli 2(*04)-494/2024 nömrəli qərardadı ilə Cavabdeh* etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 2* noyabr 2023-cü il tarixli 2(0*5)- *083/2023 nömrəli qətnaməsi “Ağstafa Bələdiyyəsinin *9 fevral 2004-cü il tarixli *72 saylı sərəncamı və *9.09.2007- ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin “Ağstafa Bələdiyyəsi ilə Cavabdeh* arasında bağlanmış *9 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalı və qətnamənin əsaslığı məhz həmin hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “Ağstafa Bələdiyyəsi ilə Cavabdeh* arasında bağlanmış *9 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası MPM-nin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ağstafa bələdiyyəsinin *9 fevral 2004-cü il tarixli *72 saylı sərəncamı əsasında Cavabdeh* sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ağstafa şəhəri Azadlıq küçəsində təsdiq edilmiş situasiya planına əsasən 72 kv.m torpaq sahəsi ayrılmış və bu barədə müvafiq uçot qeydiyyatı aparılmışdır. Həmin sərəncam və uçot qeydi əsasında da *9 fevral 2004-cü il tarixdə Ağstafa bələdiyyəsi ilə Cavabdeh* arasında alqı-satqı müqaviləsi bağlanmış və Ağstafa şəhəri Azadlıq küçəsində yerləşən 72 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün Cavabdeh* satılmışdır. İddiaçılar həmin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişlər. MPM-nin 2*7.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*8.*-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə yoxlanılan hissədə tərəflər arasında yaranmış mübahisəyə mülki qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.*-ci maddəsidir. Mübahisənin düzgün həlli üçün eyni zamanda digər əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 337.*-ci maddəsində deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində deyilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi iddiaçıların etibarsızlığını tələb etdiyi *9 fevral 2004-cü il tarixdə Ağstafa bələdiyyəsi ilə Cavabdeh* arasındakı alqısatqı müqaviləsi Ağstafa bələdiyyəsinin *9 fevral 2004-cü il tarixli *72 saylı sərəncamı əsasında bğlanmışdır. Alqı-satqı müqaviləsinin bağlanmasının kökündə dayanan inzibati akt sayılan bələdiyyənin sərəncamı hazırkı məqamda hüquqi qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan *9 fevral 2004-cü il tarixli *72 saylı sərəncam qüvvədə olduğundan hazırkı məqamda bu hissədə iddianın təmin olunması yolverilən deyildir. İşə baxan birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə işin hallarına dzgün hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansia məhkəməsinin qətnaməsi göstərilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-nin *4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.*.*-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh* etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2* noyabr 2023-cü il tarixli 2(0*5)-*083/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Ağstafa Bələdiyyəsi ilə Cavabdeh* arasında bağlanmış *9 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar