Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-502/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1300/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları İddiaçı xx.xx.1989-cu il tarixdə Goranboy rayonu Ağamalıoğlu (hazırki Düzqışlaq) kəndində doğulmuş və Goranboy rayonu Düzqışlaq kəndində qeydiyyatdadır. İddiaçı ilə cavabdeh 12 dekabr 2007-ci il tarixdə nikaha girmiş, faktiki nikah münasibətləri pozulsa da rəsmi nikah pozulmamışdır. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X14, xx.xx.2008-ci il tarixdə X12 doğulmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş A seriyalı 149713 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Goranboy rayonu, Ağamalıoğlu (hazırda Düzqışlaq) kəndində mübahisəli fərdi yaşayış evinin yerləşdiyi “fərdi yaşayış evi tikmək üçün” təyinatlı 2477.06 kv.m torpaq sahəsi Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 40 nömrəli qərarına əsasən X4 mülkiyyətinə verilmişdir. X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. “Elektron notariat” X1 çıxarışdan əsasən, X4 vərəsələri X13, Cavabdeh Məşdi oğlu, X10, X2r və bununla bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə (dəqiqləşmə ərizəsi iş materiallarında aşkarlanmadı) müraciət edərək, onun və azyaşlı uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X12 və 12 noyabr 2012-ci il təvəllüdlü X14 ilə birlikdə cavabdehin istifadəsində olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 53 yaşayış evinə evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-cı ilin dekabr ayında ailə qurmuşdur. Bu barədə olan nikahı 12 dekabr 2007-ci il tarixdə Goranboy rayon Ağamalıoğlu kənd ərazi icra Nümayəndəliyində rəsmi qeyd etdirmişdir. Birgə yaşadığı müddətdə iki uşağı olmuşdur. X12 - 07 sentyabr 2008-ci il təvəllüdlü və X14 - 12 noyabr 2012-ci il təvəllüdlü. Cavabdehlə evliliyin ilk günündən münasibətləri yaxşı olmamışdır. Xasiyyəti uyğun gəlmirdi, bu səbəbdən də aralarında tez-tez narazılıqlar olurdu. Bu illəri də bir təhər uşaqlarının xatirinə dözərək yaşamışdır. Cavabdeh ona heç vaxt hörmət etməyibdir. O bilir ki, onun həyatında başqa birisi vardır. Bu günlərdə “Nikahın ləğvi barədə” məhkəmədə iddia da qaldıracaqdır, iş mediatorun icraatındadır. Cavabdehdən bir aydan artıq olar ki, ayrılmışdır. Uşaqları ilə birlikdə atası evində yaşayır. Həmin evdə ona, uşaqlarına rahatlıq yoxdur, çünki ev çox kiçikdir, evdə atası, anası və qardaşı da yaşayır. O, gəlin kimi cavabdehin razılığı ilə onlara məxsus Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən evə köçürülmüşdür. Bütün cehiz əşyaları da hazırda həmin evin otaqlarındadır. Hesab edir ki, həmin evdə onun və azyaşlı uşaqlarının yaşayış sahəsindən istifadə hüquqları əmələ gəlmişdir. Çünki onların başqa yerdə yaşayış sahəsi yoxdur. İndi istəyir ki, o, azyaşlı uşaqları ilə birlikdə gəlin gəldiyi evə köçürülsün və orada yaşasın. O, elə bilir ki, buna onların hüququ var. O hesab edir ki, azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus evə, gəlin gəldiyi otağa köçürülməlidir və onların həmin evdə hüququ tanınmalıdır. Cavabdeh onu və uşaqları könüllü olaraq evə buraxmır. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1300/2024 nömrəli qətnaməsi ilə (T.Mustafayev) İddiaçı uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X12 və 12 noyabr 2012-ci il təvəllüdlü X14 ilə birlikdə Cavabdeh istifadəsində olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 53 nömrəli yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanuni əsas olduğundan iddia tələbi təmin edilməli, iddiaçı Axundova X8 rayonu, Ağamalıoğlu (Düzqışlaq) kəndində yerləşən mübahisəli yaşayış sahəsində 2007-ci ildən etibarən 2024cü ilin iyun ayına kimi cavabdeh (əri) Cavabdeh ilə birgə fasiləsiz olaraq yaşamış və birgə təsərrüfat idarə etmişlər. Hazırda İddiaçı və uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X12 və 12 noyabr 2012-ci il təvəllüdlü X11 mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən istifadə edə bilməmələri onların həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. Odur ki, İddiaçı uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X12 və 12 noyabr 2012-ci il təvəllüdlü X14 ilə birlikdə mübahisəli fərdi yaşayış evində digər ailə üzvləri ilə bərabər yaşamaq ixtiyarına malikdir və onlar qeyd edilən yaşayış sahəsindən hər hansı bir maneə olmadan istifadə etməli, onların normal yaşayış yeri və layiqli həyat şəraiti təmin edilməlidir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi və 228.5-ci maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mübahisələnən evdə hələ ki, mülkiyyət hüququnu təsdiq edən sənəd, nə qeydiyyat vəsiqəsi, nə də ki çıxarış iş materiallarında öz əksini tapmamışdır. Belə olan halda iddiaçı Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 53 nömrəli yaşayış evinə necə köçürülə və yaşayış evinə hüququ tanına bilər. Bu, absurddur. Həmçinin məhkəmə, hüquq normalarına riayət etməyərək belə nəticəyə gəlməsi hələ ki, tezdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (maddə 11. Mülki Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi) 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tərbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərlə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimənir. (Hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11. 4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları(istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Goranboy rayon Məhkəməsi icraatında İddiaçı ilə yanaşı mənzildə, cavabdehə qarşı boşanma tələbi vardır. Məhkəmə onun tələbinə baxmaq istəməmiş, işi uzun müddət süründürmüş, ekspertiza keçirilməsini və sairə göstərməklə məqsədi, boşamaq istəməmişdir. Ona görə ki, boşanma olan kimi ailə münasibətlərinə xitam verilir. Bu, isə onlara xeyir etmir. 30.4-cü maddəsinin şərhi ondan ibarətdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra iddiaçının ona qarşı tələbi yaranmır. Belə ki, onların nikahı formal xarakter daşıyır. (228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından bir şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mübahisəli ev X6 məxsusdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, ev onun mülkiyyətində deyil, mərhum anasının olmuşdur. O, iddiaçıya uşaqlarla birlikdə evdə yaşamağı təklif etsə də iddiaçı razı olmamışdır. Hazırda uşaqlardan biri onun yanında yaşayır. Boşanmaya o müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, mən o evdə yaşamaq istəmirəm. Bu müddət ərzində döyülüb, söyülüb və tez-tez cavabdeh onu boşanmaya verir. Evdən qızıl və sair əşyalarını götürməmişdir. Aliment verməsin deyə oğlumun birini aldadın yanında saxlayır. İstəyir ki, o evdən onun uşağına pay müəyyən olunsun. O, Gəncə şəhərində yaşayır və uşağın biri onun yanında qalır. Beş gün onun yanında qalır istəyir ki altı və bazar günlərində uşaqla gedib o evdə yaşasın. Cavabdeh ona ev və ya torpaq versin. Üçüncü şəxslər X13 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Belə ki, birinci instansiya məhkəməsi iddiaya qiymət verərkən tətbiq edilən maddi hüquq normasının dispoziya şərtlərinin ödənilib-ödənilməməsi halını araşdırmamış, eyni zamanda iddiaçının hüquqi marağını müəyyən edərək buna uyğun qanuni əsas müəyyən etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh 12 dekabr 2007-ci il tarixdə nikaha girmiş, faktiki nikah münasibətləri pozulsa da rəsmi nikah pozulmamışdır. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X14, xx.xx.2008-ci il tarixdə X12 doğulmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən tərəflər nikah münasibətlərinə xx.xx.2007-ci il tarixdə daxil olduqlarından hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh nikah münasibətlərinə girdikləri zaman iddiaçının xx.xx.2007-ci il tarixdə gəlin köçdüyü evin torpaq sahəsi Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 40 nömrəli qərarına əsasən X4 mülkiyyətinə verilmiş və sonuncunun torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Göründüyü kimi, iddiaçının gəlin küçdüyü fərdi yaşayış evi cavabdehə məxsus olmamış və iddiaçının həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Belə ki, qeyd olunduğu kimi, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (Mülki Məcəllə maddə - 228.2 228.2). Məhkəmə araşdırması zamanı iddiaçı ilə X7 ilə Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş müqavilənin bağlanması və bu müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda Mülki Məcəllənin 228-ci maddəsinə əsasən “mülkiyyətçi” statuslu subyekt olaraq cavabdeh qiymətləndirilə bilməz. Digər tərəfdən apelyasiya icraatı zamanı iddiaçı hüquqi marağının Goranboy rayonu, Ağamalıoğlu kəndində yerləşən 2477.06 kv.m olan fərdi yaşayış evinə payının müəyyən edilməsi olmasını irəli sürmüşdür. Bununla bağlı qeyd olunur ki, Mülki Məcəllənin 225-ci maddəsinə əsasən birgə nikah dövründə əldə edilən əmlak ər-arvadın birgə mülkiyyəti hesab edilir. Hazırki halda sözügedən ev iddiaçı və cavabdehin birgə nikahları dövründə əldə edilən fərdi yaşayış evi deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi həyətyanı torpaq sahəsi X6 məxsus olmuş və onun ölümündən sonra vərəsələri X13, Cavabdeh Məşdi oğlu, X10, X2r və bununla bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. Cavabdeh həmin əmlakdan vərəsə olaraq pay əldə etmişdir ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Cavabdeh mübahisəli əmlakdan vərəsə olaraq pay aldığından miras əmlakdan ona çatmış pay onun mülkiyyəti olmaqla iddiaçı üçün hər hansı hüquq yaratmamış və yalnız cavabdehin ölümündən sonra vərəsələri ona məxsus əmlakdan pay almaq hüququna malikdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1300/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “onun və azyaşlı uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X12 və 12 noyabr 2012-ci il təvəllüdlü X14 ilə birlikdə cavabdehin istifadəsində olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 53 yaşayış evinə evə köçürülməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-502/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-502/2025
05.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver