Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-507/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (qardaşı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1280/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 957208 nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə X2 arasında nikah Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 537 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Məmmədova” soyadı verilmişdir.
2. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 671150 nömrəli arayışdan surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə Gəncə şəhər, Kəpəz rayonunda doğulmuş, atası İddiaçı, anası Cavabdehdır.
3. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 392082 nömrəli arayışdan surətindən görünür ki, X8 xx.xx.2019-cü ildə Gəncə şəhər, Kəpəz rayonunda doğulmuş, atası İddiaçı, anası Cavabdehdır.
4. Goranboy rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019- cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 300 manat olmaqla, cəmi 600 manat aliment tutularaq Cavabdeh verilməsi müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalı tərəfindən verilmiş 6154 nömrəli, 12 iyun 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 1428,21 manat məbləğində pensiya ödənilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, ondan cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin 2(045)- 536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, ondan cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 300 manat olmaqla, cəmi 600 manat aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi, 2000 manat məbləğində yüksək əmək haqqı alırdı. xx.xx.2022-ci il tarixdən xəstəliklə əlaqədar olaraq o hərbi xidmətdən tərxis olunmuşdur. Hal-hazırda onun aylıq pensiyası 1428,21 manat təşkil edir. Digər gəlir və iş yeri yoxdur. Onun maddi vəziyyəti, aylıq gəliri o qədər dəyişib ki, o əvvəlki miqdarda təyin olunmuş aliment ödəyəndə, özünün müayinə, müalicələrinin aparılmasına, bahalı dərmanlarının alınmasına, digər xərclərini, ehtiyaclarını təmin edə bilmir. Onun üçün də o, hər ay hər uşağa 180 manat sabit pul məbləğində aliment ödəyə bilir. Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunduğundan ilkin olaraq mediasiya sessiyası keçmiş, İMS-də iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞG/MT/032-2024-00495 saylı arayış iddia ərizəsinə əlavə edilir.
8. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1280/2024 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın qismən təmin edilməsi, Goranboy Rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2015ci il təvəllüdlü X7 və xx.xx.2019- cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə üzərinə aliment ödəmək öhdəliyi qoyulmuş şəxsin mövcud vəziyyətinə aydınlıq gətirilməlidir. Ailə Məcəlləsinin müddəaları təyin olunmuş alimentin miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. İş üzrə aliment məbləğinin azaldıla bilməsi imkanı da qanunvericilikdə qeyd olunmuş bu hallara müvafiq yaranır. İlk növbədə diqqət yetirilməli faktor kimi iddiaçının maddi vəziyyət çıxış edir ki, o, özündə əldə edilən gəlirlərin tələbatların ödənilməsi üçün nə dərəcədə yetərli olması məsələsini ehtiva edir. Bu vəziyyətdə tərəflərin faktiki və potensial gəlir mənbəyinə fikir vermək lazımdır. Həmin halı mövcud iş üzrə tətbiq etsək, müşahidə etmək olar ki, İddiaçı işləməməsi, xəstəliyinə görə müalicəsinə vəsait sərf etməsi ona alimentin ödənilməsi ilə əlaqədar maddi çətinliklər əmələ gətirir. Məhkəmə yuxarıda qeyd edilənləri, 2024-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, valideynin uşaqları saxlamaq vəzifəsini rəhbər tutaraq hesab edir ki, alimentin məbləği azaldılmalı, hər ay hər uşağa 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində aliment İddiaçı tutularaq, Cavabdeh ödənilməlidir.
10. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.3, 75, 78.1 və 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1280/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və Goranboy Rayon Məhkəməsinin 2(045)-536/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Məmmədli ŞəbnəmMəmməd qızı və xx.xx.2019- cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz, maddi və prosessual hüquq normalarına ziddir və əsassızdır. Buna görə də, ilk növbədə hesab edir ki, hazırkı iddia ərizəsinə mahiyyət üzrə baxılarkən qətnamə ilə iddiaçının qanunla qorunan hüquqları pozulmuş, işə mahiyyəti üzrə baxılarkən iddia tələbi tam təmin edilmək əvəzinə, hakim qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış, qanunsuz və əsassız olaraq iddianı tam təmin etməmişdir. Onun iddiasının tam təmin edilməməsinin hüquqi əsası yoxdur. Məhkəmə yaranmış mübahisələri həll edən, yaranmış mübahisələrdə əsl həqiqətin müəyyən edilməsini müəyyən edən orqan olduğu halda, çox təəssüflər olsun ki, Goranboy Rayon Məhkəməsində işə baxılan zaman iş hərtərəfli, obyektiv, tam araşdırılmamış, onun məhkəməyə təqdim etdiyi sübutlar, obyektiv həllini tapmamışdır. Ona görə də, məlum iddia qismən təmin edilərkən işin halları tam araşdırılmamış, məhkəmə qərarında özünün qulluq mövqeyinə görə irəli sürdüyü əsassız hüquqi dəlillərə istinad etmişdir. İddia tələbinin qismən təmin edilməsi ədalətsiz, qanunsuz və əsassız olmuşdur. Odur ki, o, hakim tərəfindən müəyyən edilmiş hesab edilən qətnamədə göstərilən halları tamamilə qəbul etmir. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək və uşaqları saxlamaq valideynlərin borcudur. Valideynlərin bu sahədə bərabər hüquq və vəzifələri vardır. “Azərbaycan Respublikasında 2024 - cü il üçünyaşayış minimumu haqqında” Qanunun 1- ci maddəsinə əsasən, 2024 - cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyi halda, alimentin təkcə atadan - bir valideyndən İddiaçı hər ay hər uşaq üçün ayda sabit pul məbləği ilə 250 manat, iki uşağa cəmi 500 manat müəyyən edilməsini tamamilə qəbul etmir. İşə baxan məhkəmə alimenti azaldaraq bir uşağa 250 manat, iki uşağa 500 manat məbləğində təyin edərkən tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını, iddiaçının əmlak vəziyyətini, bərabərlik qaydasına riayət olunmasını və nəhayət iddiaçının başqa faktiki gəliri - qazancı barədə rəsmi məlumatı, iddiaçının tələbdə göstərilən və təyin edilən alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməsi kimi halları tam və dürüst araşdırmadan ondan bir uşaq üçün ayda 250 manat iki uşaq üçün 500 manat aliment tutulmasını qət etməsi onu sübut edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir . İşə baxan məhkəmə iş üçün əhəmiyyətli olan bütün faktiki halları tam araşdırmamışdır. Məhkəmə iddiaçının hər ay bir uşağa 250 manat, iki uşaq üçün 500 manat miqdarında aliment ödəməyə maddi imkanının olması və həmin alimenti ödəməli olması ilə bağlı gəldiyi nəticəni sübutlarla əsaslandırmamışdır. Cavabdeh də iddiaçının tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, əvvəl hərbiçi idi, işləyirdi. Səhhəti ilə bağlı təxris olunmuşdur. Böyrəkləri xəstədir. Dərmanlarına çox pul xərclədiyi üçün alimenti ödəyə bilmir. 1428 manat pensiya alır, 80 manat da veteran pulu alır. Uşaqları 1-ci və 4-cü sinifdə oxuyur. Cavabdehə yığılmış on min manat borcu ödəmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qardaşı) X5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1280/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, uşağın ayağında və onurğasında problem vardır. Hərbiçilərin müalicəsi dövlət tərəfindən qarşılanır. Dərmanların reseptlərinin iddiaçıya aid olması ilə bağlı heç bir sübut yoxdur. Hesab edir ki, kiməsə yazdırılıb resept. İddiaçı əlavə kirayə pulu da alır. Kiçik qızında xəstəliyi var. İddiaçının cavabdehə yığılmış on min manat borcu vardır.
16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi vasitəsi ilə məhkəmə iclasında təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
17. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
19. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
23. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
24. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
25. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.
32. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
34. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
35. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasiya şikayətində qətnamə iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)- 1280/2024 saylı qətnaməsi dəyişdirilməlidir.
41. Belə ki, ilk növbədə məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşağa görə 250 manat olmaqla, iki uşağa görə aylıq cəmi 500 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair işin həqiqi hallarına uyğun olan məqsədəmüvafiq nəticəyə gəlmişdir.
42. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmişdir. Belə ki, sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun müəyyən etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
43. Məhkəmə kollegiyası iddiaçının maddi imkanının aşağı olması və səhhətində problemlər olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan və iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahtından müəyyən edilir ki, İddiaçı 1428,21 manat məbləğində pensiya və 80 manat məbləğində “Veteran” pulu alır. Birinci instansiya məhkəmə isə cavabdehin maddi durumunu və himayəsində 2 uşaq olmasını nəzərə alaraq, hər ay hər uşaq üçün 250 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulması ilə haqlı olmuşdur.
44. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar.
45. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olsa da, mübahisənin maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1280/2024 saylı qətnaməsi xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2019- cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulması hissəsində dəyişdirilməli, xx.xx.2015ci il tarixdə anadan olmuş X7 və xx.xx.2019- cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Kollegiya onu da qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 345 manat olmuşdur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
46. İddiaçı hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat aliment təyin edilməsini xahiş etmişdir. Mübahisələndirilən hissə bir uşağa görə 180 manat olmaqla, iki uşağa görə il ərzində 4320 manatdır. ((180x2)x12=4320)
47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1280/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1280/2024 saylı qətnaməsi xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2019- cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulması hissəsində dəyişdirilsin. xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2019- cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.