Məhkəmə qərarları › İş №2(104)-509/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-509/2024

02.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-509/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: müqavilənin və çıxarışın ləğv edilməsi, məcburi payın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil2, Cavabdeh və onun nümayəndəsi Vəkil1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6402/2023 saylı mülki iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 2424 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X2, ana qrafasında X4 göstərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 mart 2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 491 nömrə ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, ********** çıxarışın və bəxşeyiş müqaviləsinin ləğv edilməsinə, ünvan 1 ünvanda yerləşən mülkdə, onun 1-ci növbə vərəsə olduğunu, həmin mirasda məcburi paya daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, köhnə ünvan olan ünvan 2i ev 5 ünvanda yerləşən mülk, 1897-ci il təvəllüdlü X7 məxsus olmuşdur. ünvan 3 xx.xx.1961-ci il tarixdə Bəxşeyiş müqaviləsi əsasında X5 adına keçirilmişdir. xx.xx.1996-cı il tarixdə 2-V-1-54 saylı vərəsəlik şəhadətnaməsi əsasında 1nömrəli Dövlət Notariat X1 adına keçirilmişdir. xx.xx.2014 -cü il tarixdə Gəncə şəhər 2 saylı Notariusun 4-Ə205 saylı reyestri əsasında Bəxşeyiş müqaviləsi əsasında Cavabdeh adına keçirilmişdir. xx.xx.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. O, bir övlad olaraq, həmin evdə böyüyüb boya başa çatmış və 1977-ci ildə el adəti üzrə toyu olmuş və həmin evə gəlin gətirmişdir. 1992-ci il tarixə kimi ailəsi ilə birgə həmin adıgedən evdə yaşamışdır. O, uşaqları və həyat yoldaşı evdə qeydiyyatda olmuşlar. Valideyinləri ilə heç bir narazılıqları olmamışdır. Cavabdehlə dəfələrlə, sakit şəkildə ona evdən düşən pay barəsində söhbətləri olmuş, lakin o, hər dəfə onun müraciətini uzatmaqla bu günə kimi ona düşən payı verməmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6402/2023 saylı mülki iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6402/2023 saylı mülki iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddia tələbinin sübutların təqdim edilməməsi əsası ilə rədd etmişdir. Bildirir ki, məhkəməyə ərizə ünvanlayaraq, xəsarəti olduğundan məhkəmənin iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, məhkəmə həmin halı nıəzərə almamış və yekun qərar qəbul etmişdir. Buna görə də o, sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mərhum anasının qeyd edilən mülkü qardaşına bağışlaması ona yaxın zamanlarda müəyyən olmuşdur. Mübahisəli mirasın sahibi babası X9 olmuşdur. O, 1897-ci ildə anadan olmuş, 1988-ci ildə vəfat etmişdir. Babası vəfat edən günədək onun yanında yaşamışdır. Babasının vəfatından sonra əmlak anasının adına rəsmiləşdirilmişdir. O, babası ilə yanaşı anasına da eyni qaydada qulluq etmişdir. Anası sağlığında qeyd edilən evin onun haqqı olduğunu bildirmiş, evi ona bağışlayacağını demişdir. Bunu təsdiq edəcək kifayət qədər şahidləri vardır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini və yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etirazlarını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə mötəbər sübutların məhkəməyə təqdim edilməməsi əsası ilə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə əsassızdır. Belə ki, iddia ərizəsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülk barəsində olan xx.xx.2014-cü il tarixli, ********** çıxarışın və bəxşeyiş müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsinin mövcudluğunu etiraf etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq xəstə olması səbəbindən işin məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə işə onun iştirakı olmadan baxmış və qeyd edilən nəticəyə gəlmişdir. İşə apellyasiya instansiyasında baxılarkən iddiaçı tərəf mübahisələndirilən Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, 5 saylı evin X6 tərəfindən hazırki iş üzrə cavabdeh olan Cavabdeh hədiyyə edilməsi barədə notariat işinin surətini məhkəməyə təqdim etmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi müqavilə mövcud olduğundan məhkəmə sübutların olmaması əsası ilə iddianı rədd etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə tamamılə ləğv edilməlidir. Bununla belə, məhkəmə kollegiyası göstərir ki, irəli sürülən iddianın təmin edilməsi üçün əsas yoxdur. Balə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli əmlakı bağışlayan şəxs Liliya Əliyeva həmin əmlakın mülkiyyətçisi olmuş, iddiaçının isə həmin əmlak barəsində heç bir hüququ olmamışdır. Liliya Əliyeva öz iradə ifadəsi əsasında mülkiyyətçisi olduğu əmlakı 12 iyul 2014-cü il tarixdə Cavabdeh bağışlamışdır. Bundan beş il ötdükdən sonra-xx.xx.2019-cu il tarixdə Liliya Əliyeva ölmüşdür. Kollegiya qeyd edir ki, hazırki vəziyyətdə həmin başışlama müqaviləsinin ləğvi üçün heç bir əsas müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsi ilə nəzərdə tutlmuşdur ki, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsi irəli sürülən hazırki iddianın təmin edilməsinə yol vermir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6402/2023 saylı mülki iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi tamamılə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6402/2023 saylı mülki iş üzrə 23 oktyabr 2023cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar