Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-518/2025 03.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia qaldıraraq 17 mart 2023- cü ildə Tovuz Regonal ASAN xidmət mərkəzinin notariat ofisində vermiş olduğu etibarnamə əsasında X14 ilə Cavabdeh1 arasında bağlanmış və reyestrdə 8i-23698 sayal qeydə alınmış mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun oğludur. Cavabdeh1 ilə oğlu Vüsal yaxın dost olmuşlar və özü cavabdehi şəxsən tanıyır. Oğlu Vüsalla cavabdeh Bakı şəhərində ticarətlə məşğul olmuşlar. Onların Bakı şəhərində ticarətlə məşğul olmasını çox sonralar bilmişdir. 2022-ci ilin sentyabr ayında qonşusu X14 və Cavabdeh1 ona təklif etmişlər ki, Vüsalın onlara 36000 manat borcu var. Sonradan hər ikisi ona bildirmişlər ki, borc 36000 manat yox, 44000 manatdır. X14 və Cavabdeh1 ona təklif etdilər ki, evi banka ipotekaya qoymaqla pul götürüb həmin pulla Vüsalla birgə işləyəcəklər və həm borcunu Vüsal ödəyəcək, həm də ticarət etməklə bankın borcunu ödəyəcəklər. Vüsal tək oğul olduğuna görə qorxaraq evini banka ipotekaya qoymağa razılaşmışdır. Sənan təklif etmişdi ki, adına etibarnamə versin və o, etibarnamə əsasında ərindən miras qalmış evi vərəsəlik qaydasında adına sənədləşdirsin. Onun təklifini qəbul etmiş və Sənanın adına etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Sənan vərəsəlik qaydasında evi onun xəbəri olmadan adına səndləşdirmişdir. 17 mart 2023- cü ildə onun xəbəri olmadan yaşadığı evə dair alqı-satqısı müqaviləsi bağlanmış və Əhməd evi adsına keçirmişdir. Cavabdehlər onun etibarından sui istifadə etməklə onu aldatmış və mülkü ələ keçirmişdır. Razılıq verdiyi əqd ipoteka müqaviləsi olmuşdur. Cavabdeh1 və Sənan Mehdiyevlə əlbir olub onu aldatmış, bağlamaq istədiyi müqaviləni deyil, alqı-satqı müqaviləsi bağlamışlar. Alqı-satqı müqaviləsini son vaxtlar əldə etdikdə ona məlum olmuşdur ki, evi Sənan 24000 manata qiymətləndirmişdir. Halbu ki, həmin ərazidə fərdi yaşayış evlərinin bazar qiyməti 80000- 85000 manat məbləğindədir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, İddiaçı və X6 ilə (nümayəndə X14 vasitəsi ilə) Cavabdeh1 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154,9 kv.m. fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı müqavilə etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 2 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154,9 kv.m. fərdi yaşayış evi barəsində Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarxili ********** reyestr nömrəli qeydiyyat və onun əsasında verilmiş Çıxarış ləğv edilməlidir. İddiaçının adından yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Həmin ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə verilmiş dəqiqləşmə ərizəsində alqı-satqı müqaviləsinin etibarsızlığı və həmin alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi barəsində Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixi ********** reyesir nomreli qeydiyyatın və onun əsasında verimiş çıxarışın ləğv edilməsi barəd qətnamə çıxarılması xahiş olunmuşdur. Sözügedən fərdi yaşayış evi başqa şəxsin adına özəninkiləşdirildiyi üçün hesab edir ki, müqavilənin etibarsızlığı ilə yanaşı, həmçinin həmin müqavilə əsasında cavabdehin və digər şəxs Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reysterində aprılmış müvfiq qeydlər və onun asasında verilmiş çıxarışlar da ləğv edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh2 maraqlarına toxunduğundan, Cavabdeh2 hazırkı iş üzrə cavabdehlər siyahısına əlavə edilməsi, İddiaçı və X7 ilə (nümayəndə X14 vasitəsi ilə) Cavabdeh1 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154,9 kv.m fərdi yasayış evinin alqi-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* 4aylı müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Tovuz şəhər Xəqani küçəsi ev 3A ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154.9 kv.m. fərdi yasayis evi barəsində Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixi, ********** reyestr nömrəli qeydiyyatın va onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı ünvan 3 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154.9 kv.m fərdi yasayis evi barəsində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2024-cü il tarixli, ********** reyesir nömrəli qeydiyyatın va onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 430 (dörd yüz otuz) manat, cəmi 530 (beş yüz otuz) manat pul vəsaitinin cavabdehdlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.Hünmətov) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X15 onun oğludur. Cavabdeh1 ilə oğlu Vüsal yaxın dost olmuşlar və özü cavabdehi şəxsən tanıyır. Oğlu Vüsalla cavabdeh Bakı şəhərində ticarətlə məşğul olmuşlar. Onların Bakı şəhərində ticarətlə məşğul olmasını çox sonralar bilmişdir. 2022- ci ilin sentyabr ayında qonşusu X14 və Cavabdeh1 ona təklif etmişlər ki, Vüsalın onlara 36000 manat borcu var. Sonradan hər ikisi ona bildirmişlər ki, borc 36000 manat yox, 44000 manatdır. X14 və Cavabdeh1 ona təklif etdilər ki, evi banka ipotekaya qoymaqla pul götürüb həmin pulla Vüsalla birgə işləyəcəklər və həm borcunu Vüsal ödəyəcək, həm də ticarət etməklə bankın borcunu ödəyəcəklər. Bu məqsədlə Sənan Mehdiyevə etibarnamə vermişdir ki, ərindən miras qalmış evini onun adına sənədləşdirsin, sonra evi ipotekaya qoymaqla pul götürüb oğlu Vüsal dostları ilə işini davam etdirsin və bankdan götürdüyü məbləği hissə-hissə ödəsinlər. Beləliklə, Sənan Mehdiyev ərindən miras qalmış əmlakı sənədləşdirmiş və daha sonra, onun xəbəri olmadan onun mülkiyyətində olan bu günkü günə bazar qiyməti 80-90 min manat dəyəri olan evini Cavabdeh1 24 min manata satmışdır. Bu haqda da ona hər hansı bir məlumat verməmişdir. O, bu məsələdən məlumat tutduqdan dərhal sonra, Tovuz Rayon Məhkəməsində alqı-satqı müaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. İddia qaldırdıqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 alqı-satqı etdikdən sonra onun mülkiyyətində olan evə dair Çıxarış əldə etmiş, sonra isə evini başqa bir şəxsə, yəni digər Cavabdeh2 40 min manata satılmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, guya ki, Sənan Mehdiyev onun adından evi satdıqdan sonra, 24000 (iyirmi dörd min) manat pulu ona vermişdir. Ona hər hansı pul verilməmişdir. Həmçinin qeyd edi ki, sonuncu alıcı vicdanlı alıcı ola bilməz. Göründüyü kimi Sənan və Əhməd onu məqsədli şəkildə aldadaraq onun evini ələ keçirtmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 vəkili Nümayəndə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Vüsal onun oğlu, Əhməd isə Vüsal yaxın dostuudur. Onlar Bakı şəhərində ticarətlə məşğul olmuş və eşitdiyinə görə oğlu Vüsalın 44000 manatdır. borcu yaranmışdır.2022-ci ilin sentyabr ayında qonşusu Sənan və Cavabdeh1 evini banka ipotekaya qoymaqla pul götürüb, həmin pulla Vüsalla birgə işləyəmələri və Vüsalın həm borcunu ödəyəcəyi, həm də ticarət etməklə bankın borcunu ödəyəcəkləri təklifi ilə razılaşmışdır. Bu məqsədlə Sənanın adına etibarnamə vermiş və həmin etibarnamə əsasında Sənan vərəsəlik qaydasında evi onun adına səndləşdirərək, evi alqı-satqı etmişdir. Sənan onun qonşusu və kirvə olmaqla, bir evdə böyümüşlər, onu oğlu kimi qəbul edir. Lakin Sənan həmin etibarnamə əsasında vərəsəlik qaydasında evi onun adına səndləşdirdikdən sonra, evə dair alqı-satqısı müqaviləsi bağlanmış və Əhməd evi adına keçirmişdir.Onun oğlu Vüsalın borcunu ödəmək imkanı yoxdur. Evin qiyməti isə 70-80000 manat civarında olar. Evin alqı-satqısında razılığı alınməış Püstəxanım onun qızıdır. Apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçının oğlunun Əhmədə 44000 manat borcu yarandığından, Sənana bandakn ipoteka götürmək üçün etibarnamə vermişdir ki, ticarətlə məşğul olub borcunu qaytarsın. Əslində iddiaçının evini satmaq niyyəti olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili Nümayəndə əvvəlki məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, iddiaçının oğlunun borcu Əhmədə deyil, başqa şəxslərə olmuşdur. Evə dair alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlanılmış və pulu ödənilmişdir. Əhmədin ehtiyacı olduğundan, sonradan evi Vüqara satmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 1848/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeytdiyyat nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 154,9 kv/m fərdi yaşayış evi tam olaraq İddiaçı adına, 0.03 ha olan torpaq sahəsi isə İddiaçı ilə X3 ümumi birgə mülkiyyəti kimi hüquqi qeydiyyata alınmışdır. 07 oktyabr 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Tovuz regional “ASAN” xidmət mərkəzində X10 1 il müddətinə etibarnamə vermiş, etibarnamə notarius tərəfindən təsdiq olunmuş və etibarnamə şəxsən iddiaçı tərəfindən imzalanmışdır. Həmin etibarnamədə iddiaçı cavabdehə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, alqı-satqı etməyi, bağışlamağı, mirasa dair şəhadətnamə almağı və s. səlahiyyəti etibar etmişdir. Həmçinin etibarnamədə qeyd edilmişdir ki, notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüququ və vəzifələri etibar edənə ətraflı izah olunmuşdur. 01 noyabr 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 regional “ASAN” xidmət mərkəzində X10 1 il müddətinə etibarnamə vermiş, etibarnamə notarius tərəfindən təsdiq olunmuş və etibarnamə şəxsən iddiaçı tərəfindən imzalanmışdır. Həmin etibarnamədə iddiaçı cavabdehə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, alqı-satqı etməyi, bağışlamağı, mirasa dair şəhadətnamə almağı və s. səlahiyyəti etibar etmişdir. Həmçinin etibarnamədə qeyd edilmişdir ki, notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüququ və vəzifələri etibar edənə ətraflı izah olunmuşdur. 17 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı və X3 əvəzinə X4 şəhəri, Xəqani küçəsi 3A ünvanda yerləşən ümumi sahəsi 154,9 kv/m, yaşayış sahəsi 49.8 kv/m, yardımçı sahəsi 105.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 24000 manata Cavabdeh1 satmış və müqavilədə nəzərdə tutulan məbləğ iddiaçıya tam ödənilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş və müqavilə satıcı tərəfindən etibanamə üzrə X14 və alıcı Cavabdeh1 tərəfindən imzalanmışdır. ( Həmin alqı-satqı müqaviləsinə dair notariat işi sorğu edilərək işə əlavə edilmişdir.) 03 iyul 2024-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 154,9 kv/m, yaşayış sahəsi 49.8 kv/m, yardımçı sahəsi 105.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 40.000 manata Cavabdeh2 satmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mübahisəli ev Cavabdeh2 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 07 oktyabr 2022-ci il tarixli etibarnaməyə əsasən İddiaçı, 01 noyabr 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 regional “ASAN” xidmət mərkəzində X10 bir illik müddətinə etibarnamə vermiş, həmin etibarnamədə iddiaçı və onun qızı X1 Sənan Arif oğluna bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, alqı-satqı etməyi, bağışlamağı, mirasa dair şəhadətnamə almağı və s. səlahiyyəti etibar etmişdir. Həmin etibarnamə ilə Sənan Mehdiyev iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərancam verməyə səlahiyyətli şəxs olmuşdur. İşdə olan 17 mart 2023- cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə İddiaçı ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 154,9 kv/m , yaşayış sahəsi 49.8 kv/m, yardımçı sahəsi 105.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 24000 manata Cavabdeh1 satmışdır və müqavilədə nəzərdə tutulan məbləğ iddiaçıya tam ödənilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş və müqavilə satıcı tərəfindən etibanamə üzrə X14 və alıcı Cavabdeh1 tərəfindən imzalanmışdır. Həm etibarnamənin məzmunundan da göründüyü kimi notarius tərəfindən İddiaçı onun hüquq və vəzifələri izah edilmişdir. Eyniu zamanda Sənana mübahisəli əmlakla bağlı etibarnamə vermiş Püstəxanım isə etibarnamənin məzmununu ümumiyyətlə mübahisələndirməmişdir. 03 iyul 2024-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi ilə isə, Cavabdeh1 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 154,9 kv/m, yaşayış sahəsi 49.8 kv/m, yardımçı sahəsi 105.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 40.000 manata Cavabdeh2 satmış mübahisəli ev Cavabdeh2 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərək, belə qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi kimi İddiaçı əslində nəzərdə tutulmuş başqa əqdi bağlamaq barədə razılığa gəlməkləri ilə bağlı irəli sürdüyü dəlilləri inandırıcı qəbul etmir. Belə ki, işdə olan alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Sənana 07 oktyabr 2022-ci ildə etibarnamə vermiş, Püstəxanım isə 01 noyabr 2022-ci ildə Sənana etibarnamə vermişdir. Əgər nəzərə alsaq ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, o zaman Püstəxanımın əqdi bəyənib, anasının bəyənməməsi inandırıcı deyildir. Yəni, Püstəxanım və Rəfiqə Sənana ayrı-ayrı vaxtlarda etibarnamə versələr də, onların əslində məqsədləri eyni olmuşdur. Bundan başqa iddiaçı cavabdeh tərəfindən aldadıldığını, mübahisə olunan fərdi yaşayı evini ipoteka müqaviləsi bağlamaq istədiyini iddia ərizəsində göstərsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsini əsaslı hesab edərək, onunla razılaşır və öz mövqeyini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və tələblərə əməl edilməklə, tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında təmsilçi vasitəsilə bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Azərbaycan Respublikası MM-nin: 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 364.1-ci maddəsinə görə, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. İş materiallarından görünür ki, İddiaçı 07 oktyabr 2022-ci il tarixli 787817 nömrəli etibarnamə, X6 01 noyabr 2022-ci il tarixli 822080 nömrəli etibarnamə əsasında X11 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, hansı ki, satmaq, bağışlamaq, dəyişmək, satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq), icarəyə vermək haqqında əqdləri bağlamağı, ..., mirası qəbul etmək və ya ondan imtina etməyi, rəsmiləşdirməyi, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Daşınmaz əmlakın 03 iyul 2024-cü il tarixli ******* nömrəli alğı-satqı müqaviləsi ilə satıcılar İddiaçı və X6 hər birinə məxsus 0,03 ha torpaq sahəsini alıcı Cavabdeh1 cəmi 3.000 manata, İddiaçı isə satdığı fərdi yaşayış evini 21000 manata satmışdır. İddiaçı oğlu Vüsalın borcu yarandığı üçün, evi banka ipotekaya qoymaqla pul götürüb həmin pulla cavabdehin Vüsalla birgə işləyəcəkləri və həm Vüsalın borcunu ödəyəcəyi, həm də ticarət etməklə bankın borcunu ödəyəcəkləri məqsədlə Sənan Mehdiyevə etibarnamə verməsinə dair apelyasiya dəlilləri inandırıcı deyildir və öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-518/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-518/2025
03.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver