Məhkəmə qərarları › İş №2(104)-534/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-534/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-534/2023 02.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X12 və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahlarından olan 02 yanvar 2009-cu il təvəllüdlü X5 və 07 aprel 2010-cu il təvəllüdlü X8 adlı uşaqlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 17 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından üç uşaqları doğulmuşdur. Hazırda bir neçə aydır ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə uşaqlardan 02 yanvar 2009-cu il təvəllüdlü X5 və 07 aprel 2010-cu il təvəllüdlü X8 adlı uşaqlar onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyaclarını o, ödəyir. Cavabdeh uşaqların saxlanılması üçün heç bir yardım göstərmir, hətta uşaqlarla maraqlanmır. Odur ki, birgə nikahlarından olan 02 yanvar 2009-cu il təvəllüdlü X5 və 07 aprel 2010-cu il təvəllüdlü X8 adlı uşaqlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən Elsun Əhmədov) iddia qismən təmin edilmiş, 02 yanvar 2009cu il təvəllüdlü X2 və 07 aprel 2010- cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17 may 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 50 (əlli) manat, cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyindən, 32 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2022 nömrəli qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(021)-61/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 onun yanında, xx.xx.2017-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında saxlanılmış, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən qazancının( başqa gəlirlərinin)1/4 hissəsi məbləğində alimentin ondan alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. O, hazırda xəstədir, işləyə bilmir, mütəmmadi müalicəyə ehtiyacı vardır. İki uşağın saxlanılmasında çətinlik çəkir. Hər ay əldə etdiyi əmək haqqının ¼ hissəsi bir uşağın saxlanması üçün Cavabdeh xeyrinə tutulur, başqa yerdən heç bir gəliri yoxdur. Uşaqlar böyümüşlər, əlavə olaraq müsiqi təhsili alırlar. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 17 oktyabr 2007-ci il tarixdə iddiaçı X16 nikahlarını rəsmiləşdirmişdir və birgə nikahdan 02 yanvar 2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəlüdlü X7 adlı övladları doğulmuşdur. Hal-hazırda səhhətində problem olan Məhəmməd onun himayəsindədir. Digər iki övladı Şəhriyar və Fatimə isə iddiaçının öz istəyi ilə onun himayəsində qalmışdır.Lakin iddiaçı azyaşlı və xəstə övladı üçün aliment ödəmək istəmir. Bərdə Rayon Məhkəməsinin qətnaməsini qanunsuz hesab edir. İddiaçı X11 nümayəndəsi və vəkili X20 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, Cavabdeh apellyasiya şikayətinə isə etiraz edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh apellyasiya şikayətinin rədd edilməsini, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2022 nömrəli qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, iddiaçı X11 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2021 qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat şöbəsinin verdiyi 16 may 2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı və Cavabdeh birgə nikahlarından X8 07 aprel 2010-cu ildə, X5 02 yanvar 2009-cu ildə doğulmuş, ataları İddiaçı, anaları Cavabdehdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(011)-61/2022 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2007-ci il tarixdə 640 nömrli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 02 yanvar2009-cu il təvəllüdlü X5 və 07 aprel 2010-cu il təvəllüdlü X4 ataları İddiaçı yanında saxlanılması, 18 oktyabr 2017-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, 18 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 20 may 2022-ci il tarixdən hesablanmaqla cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) ¼məbləğində aliment cavabdehdən alınaraq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-61/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-61/2022 saylı, 2(011)-61/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(011)-61/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2007-ci il tarixdə 640 nömrli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 02 yanvar2009-cu il təvəllüdlü X5 və 07 aprel 2010-cu il təvəllüdlü X8 ataları İddiaçı yanında saxlanılması, 18 oktyabr 2017-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında saxlanılması, 18 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 20 may 2022-ci il tarixdən hesablanmaqla cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) ¼ məbləğində aliment cavabdehdən alınaraq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(011)-61/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2007-ci il tarixdə 640 nömrli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, onların birgə yaşayışalarından doğulmuş 3 uşaqdan ikisi atasının yanında, biri isə, yəni azyaşlı, 18 oktyabr 2017-ci il təvəllüdlü X6 anasının himayəsində saxlanaraq, İddiaçı qazancının (başqa gəlirlərinin) ¼ məbləğində aliment cavabdehdən alınaraq Cavabdeh ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı həmin qətnamə və ondan tutulan alimentin məbləği ilə razılaşmış və həmin qətnamədən şikayət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamə ilə ananın nəfinə aliment müəyyən edilərkən, onun az təminatlı olması nəzərə alınmışdır ki, bundan sonra iddiaçının öhdəsində olan Şəhriyar və Fatimə adlı uşağlara görə cavabdehdən alimentin tutulması Ailə Qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiasının qismən təmin edilməsi qət edilsə də, hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan norma tətbiq edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385- 386-cı maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2021 qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-167/2022 qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 02 yanvar 2009-cu il təvəllüdlü X5 və 07 aprel 2010-cu il təvəllüdlü X8 adlı uşaqlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar