Məhkəmə qərarları › İş №2(104)-539/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-539/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-539/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-936/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli nikahın pozulması və birgə nikahlarından 24 fevral 2020-ci ildə doğulmuş Uğurxan adlı uşağın onun yanında saxlanılmasına və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-936/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə Tovuz rayonu Əyyublu kənd İƏD üzrə nümayəndəliyində 14 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2020-ci ildə doğulmuş X2 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2020-ci ildə doğulmuş X2 yetkinlik yaşrna çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması, 36,80 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 30 avqust 2022ci il tarixli 2(062)-936/2022 saylı qətnaməsinin birgə nikahlarından 24 fevral 2020-ci ildə anadan olmuş Uğurxan adlı uşağın anası X1 himayəsində saxlanılması və həmin uşağın saxlanılması üçün ondan İddiaçı xeyrinə alimentin tutulması hissəsində İəğv edilməsini və birgə nikahlarından 24 fevral 2020-ci ildə anadan olmuş Uğurxan adlı uşağın onun yanında və himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə ailə qurmuşdur. Nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2020-ci ildə Uğurxan adlı uşaqları anadan olmuşdur. Cavabdehlə evləndikdən sonra xasiyyətlərində olan uyğunsuzluqların yaranması səbəbindən ayrılmışlar. Artıq bir neçə ildir ki, onlar ayrı yaşayırlar. Həmin vaxtdan ər-arvad münasibətləri pozulmuşdur. Onların ailələrini bərpa etmək mümkün deyildir. Həmçinin uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh ona uşağı saxlamaq üçün heç bir maddi yardım göstərmir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, onun uşağı məhkəmə qətnaməsi ilə ana himayəsində saxlanılmaqla bırbaşa xalasının himayəsinə verilib. Bununla məhkəmə onun hüquq və vəzəfələrimi qanunsuz məhdudlaşdırıb. Tovuz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 05 iyul 2022-ci tarixli rəyi nəzərə alınmamış, hakimin istinad etdiyi BMT Baş Məclisinin 1386 nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsinə ilə qəbul edilmiş Uşaq Hüquqları Bəyənnaməsində qeyd edilən müstəsna halın mövcudlugu araşdırılmamışdır. Bu isə həqiqətən qəbul edilməzdir. Məhkəmə tərəfındən uşağın xalası ilə olan foto şəkillərini araşdırılaraq uşağın ana qayğısı ilə əhatə olunması və özünü xoşbəxt hiss eləməsi, son nəticədə isə uşağın İddiaçı yanında saxlanılması barədə qətnamə qəbul edilmişdir. Halbuki xalası ilə uşağın fotoşəkillərinin mövcudluğu iş üçün əhəmiyyət kəsb edən hal deyil. Məhkəmə işdə ananın uşağına qarşı etdiklərini, uşağı xalasının yanında qoyub öz kefində olmasını, xalanın uşaq qucağında sosial şəbəklərədə canlıda oğlanlarla olmasını, uşağa qarşı təhqir, mənəviyyatımn alçaldılması, qəddarlıq, kobudluq kimi qiymətləndirməmişdir. Bununla da məhkəmə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixə saat 12:00-a təyin edilmiş iclasında iştirak etmiş cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X4 cavabdehin özünün də məhkəmə iclasında iştirak etmək istədiyini qeyd edərək məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etmiş, kollegiyanın iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi məhkəmə iclasının təxirə salınmasına etiraz etmədiklərinə görə məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 09:30-a təxirə salınmış, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş olsalar da, iddiaçının özü, cavabdeh və onun nümayəndəsi, həmçinin Tovuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi kollegiyanın təyin edilmiş iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətininin dəlilləri ilə razı olmadığını, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-936/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnaməni yalnız uşağın kimin yanında qalması hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamənin əsaslılığını həmin şikayətin dəliləri həddində, maddi və prosessual hüquq normalarına riayət etməsini isə tam həddə yoxlayır. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə Tovuz rayonu Əyyublu kənd İƏD üzrə nümayəndəliyində 14 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 427052 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından X5 xx.xx.2020-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallanna əlavə olunmuş Tovuz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 05 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci ildə Uğur adlı uşağın atası Cavabdeh ilə qalması məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Cavabdeh xx.xx.2019-cu ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından 24 fevral 2020-ci il təvəllüdlü Uğurxan adlı uşaqları doğulmuş, tərəflərin birgə yaşaması mümkün olmadığına görə onlar uzun müddətdir ki, ayrı-ayrılıqda yaşamaqla nikahlarının pozulmasını istəmişlər. Tərəflərə barışmaq üçün təyin edilmiş 3 aylıq müddət ərzində onlar barışmamışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 7.1-ci bəndindəki tövsiyələrdə göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.6-cı bəndində isə göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Göründüyü kimi ailə qanunvericiliyinin normalarında olduğu kimi Ali Məhkəmə Plenumunun qərarında da, uşaqlara dair mübahisə həll edilərkən uşaqların üstün mənafelərinin, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması kimi halların nəzərə alınmasının zəruriliyi, həmçinin eyni valideynə verilmələrinin uşaqların qanunla qorunan ən yaxşı mənafelərinə uyğun olduğu xüsusi vurğulanır. Məhkəmə kollegiyası hesab edir ki, 24 fevral 2020-ci ildə doğulmuş X2 ana qayğısına daha çox ehtiyacı olmaqla onun anasının himayəsində saxlanması uşağın mənafeyinə daha uyğundur, ona görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi də uşağın anasının, yəni iddiaçının yanında olduğunu bildirdi. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.ci maddəsinə əsasən 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlardən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qanunvericiliyin normasından da göründüyü kimi, məhkəmə yetkinlik yaşına çatmayan uşaqları olan ər-arvad arasında nikahı pozarkən həm də uşağın valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qətnamədən göründüyü kimi işə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin həmin tələbinə riayət edərək nikah pozulduqdan sonra azyaşlının kimin yanında qalması məsələsini həll etmiş, bu zaman uşağın körpə olmaqla ana qayğısına daha çox ehtiyacının olduğunu nəzərə almış və uşağı anasının, yəni iddiaçının yanında saxlamışdır. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında da ananın azyaşlı ilə kobud davranması və ya uşağın maraqlarına zidd olan digər hərəkətlər müəyyən edilməmişdir. Odur ki. kollegiya hesab edir ki. məhkəmə azyaşlının kimin yanında qalması məsələsini həll edərkən Qəyyumluq və himayəçilik komissiyasının işdəki rəyini nəzərə almamaqda haqlı olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Odur ki, kollegiya tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlandığına görə cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını qət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin uşaq cavabdehin yanında qalarsa cavabdehin uşaqla uşağa kobud davranacağı kimi dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı apellyasiya şikayətində cavabdehin uşağın tərbiyəsinə nəzarət etmədiyini, uşaqla kobud davrandığını qeyd etmiş olsa da, həmin xüsusatlarla bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyinə görə kollegiya apellyasiya şikayətinin həmin dəlillərini iddiaçının formal mülahizəsi sayır. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi azyaşlının hazırda onun yox, iddiaçının özünün yanında olduğunu bildirdi. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, mübahisənin həllində maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-936/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-936/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən ondan şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar