Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-552/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)-353/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı “Uşaqların anadan alınıb ataya verilməsi və atanın yanında qalması tələbinə dair” iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Goranboy Rayon Məhkəməsinin 2(045)-353/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı geri qaytarılmışdır. İddiaçı 10 yanvar 20254-ci il tarixdə şikayət verərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-353/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-353/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni İddiaçı şikayətində məhkəmədən tələbini göstərməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göründüyü kimi, apellyasiya şikayəti prosessaul qanunvericiliyin tələblərinə uyğun olmamış və Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)-353/2025 saylı qərardadından İddiaçı verdiyi şikayət qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)-353/2025 saylı qərardadından İddiaçı verdiyi şikayət qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-552/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-552/2025
21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver