Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-555/2023 19.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı2, Cavabdeh1 nümayəndəsi X19, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 və Cavabdeh1 (video-konfrans vasitəsi ilə) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və X23 qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakın tərəflərindən qəbul edilməsi faktının və miras əmlak üzərində paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(021)-1545/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi, miras əmlakın tərəflərindən qəbul edilməsi faktının və miras əmlak üzərində paylarının müəyyən edilməsi” tələbinə dair məhkəyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X13 ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixli, 42-431 reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, miras əmlakın tərəflərindən qəbul edilməsi faktının və miras əmlak üzərində paylarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, mərhum X13 onların anasıdır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 may 2016-cı il tarixli 145 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə Bərdə rayonunda vəfat etmişdir. Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 191/2022 saylı məktubdan görünür ki, analarının qanun üzrə birinci növbə vərəsələri onlarıdır. Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2010 tarixli, Seriya MA **94048 saylı çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X7 tam mülkiyyətinə verilmişdir. Daşınmaz əmlakın Dövət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 fevral 2022 tarixli, 2059 nömrəli arayışından görünür ki, sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsi bu gün də bütünlüklə X7 mülkiyətindədir. Bu günlərdə analarından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini miras əmlak kimi öz adlarına rəsmiləşdirmək istəyərkən onlara məlum olmuşdur ki, X25 ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin üzərində tikinti olmayan hissəsindən 0,02 ha hissəsini xx.xx.2010-cu il tarixdə, 42-431 reyestrlə qeydə alınmış bağışlama müqaviləsi əsasında nəvəsi Cavabdeh1 bağışlamışdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666,1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusaiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllədə tərəflər arasında bağışlama müqaviləsinin hədiyyə verənin sağlığında bağışlanması nəzərdə tutulur. Hədiyyə verənin ölümündən sonra hətta notariat qaydada təsdiq edilmiş bağışlama müqaviləsi olduqda belə, hədiyyə alanın əmlaka mülkiyyət hüuqqlarının və bağışlama müqaviləsinin dövlət qeydyyatına yol verilmir. Vərəsəlik hüququ normaları ilə kolliziya »aratmamaq məqsədilə Mülki Qanunvericilik imperativ qaydada hədiyyə verənin ölümündən sonra bağışlama barədə vəd müqaviləsinin bağlanmasını, hədiyyənin hədiyyə verənin ölümündən sonra, hədiyyə alana keçməsini qadağan edir və belə müqavilələr əhəmiyətsiz hesab edilir. Bu növ bağışlanmaya Mülki Qanunvericiliyinin vərəsləik qaydadları tətbiq edilir. Hesab edirlər ki, xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsi əsasında X4 şəhəri, Mikayıl Müşviq küçəsi, 51 nömrəli ünvanda yerləşən 0.07 ha torpaq sahəsinin üzərində tikinti olmayan hissəsindən 0,02 ha hissəsini Cavabdeh1 bağışlasa da, Cavabdeh1 əmlakı qəbul etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1 arasında olan xx.xx.2010-cu il tarixli, 48-431 reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə, miras əmlakın tərəflərindən qəbul edilməsi faktının və miras əmlak üzərində paylarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(021)-1545/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakın tərəflərindən qəbul edilməsi faktının və miras əmlak üzərində paylarının müəyyən edilməsi” tələbinə dair iddianın təmin edilməməsi və ödənilmiş 1** manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 241 saylı xx.xx.2022- ci il tarixli arayışdan görünür ki, İddiaçı2 ünvan 3 ünvanında yaşayır. İX-ЮС №482275 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 31 iyul 1990-cı ildə anadan olmuşdur. X11, anası X14r. AЭБ №065464 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1957-ci ildə anadan olmuşdur. X5, anası X12r. AЭ №1852519 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1956-cı ildə anadan olmuşdur. X5, anası X12r. İİ-ИЕ- №088687 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1960-cı ildə anadan olmuşdur. X5, anası X12r. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş № 365-05/69 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X16 26 may 2016-cı il tarixdə vəfat etmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № **94048 sayli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında 0.07 ha olan torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 85.6 kv.m, yadımçı sahəsi 81.2 kv.m, ümumi sahəsi 166.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2010-cu il 5374 saylı arayışdan görünür ki, Bərdə şəhəri, Mikayıl Müşviq küçəsində yerləşən 51 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X8 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsindən görünür ki, X16 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə rayon ərazi İdarəsinin 01 sentyabr 2010-cu il tarixli, 5374 saylı arayışına və 01 sentyabr 2010-cu il tarixli, 181**03109 qeydiyyat nömrəli, 61**13**5136-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ona məxsus olan və ünvan 2 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinin üzərində tikinti olmayan hissəsindən 0,02 ha torpaq sahəsini nəvəsi Cavabdeh1 bağışlamışdır. Həmin müqavilə Bərdə rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 316/2022 saylı məktubdan qeyd olunmuşdur ki, 181**03109 reyestr nömresinden çıxarışa əsasən X10 məxsus olan və ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka dair notariat hərəkəti aparalması barədə avtomatlaşdırılmış «Elektron notariat» informasiya sisteminin məlumat axtarışı bazasında axtarış zamanı 29 mart 2010-cu il tarixdə 42-431 saylı reyestrlə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilməsi barədə məlumat aşkar olunmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 242 saylı xx.xx.2022- ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvan hal-hazırda ünvan 7ak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 2059 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bərdə şəhəri, M.Müşviq küçəsi 51 saylı fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli, 181**03109 qeydiyyat nömrəsilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(021)-1545/2022 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(021)-1545/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum X13 onların analarıdır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 may 2016-cı il tarixli 145 nömrəli ölüm haqqında şəhadətnamədən göründüyü kimi X13 xx.xx.2016-cı il tarixdə Bərdə rayonunda vəfat etmişdir. Bərdə regional "ASAN Xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 191/2022 saylı məktubdan görünür ki, analarının qanun üzrə birinci növbə vərəsələri onlardırlar. Azərbaycan Respublikası Əmlak X18 yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2010 tarixli, Seriya MA **94048 saylı çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X25 qizinin tam mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 fevral 2022 tarixli, 2059 nömrəli arayışından görünür ki, sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsi bugün də bütünlüklə X7 mülkiyətindədir. Bu günlərdə analarından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini miras əmlak kimi öz adlarına rəsmiləşdirmək istəyərkən onlara məlum olmuşdur ki, X4 şəhəri, Mikayıl Müşviq küçəsi, 51 nömrəli ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin üzərində tikinti olmayan hissəsindən 0,02 ha hissəsini xx.xx.2010-cu il tarixdə, 42-431 reyestrlə qeydə alınmış bağışlama müqaviləsi əsasında nəvəsi Cavabdeh1 bağışlamışdır. Hansı ki, yuxarıda da qeyd etdikləri kimi, mərhum analarının birinci növbə vərəsəsi onlardırlar və bağışlanmış əmlakı Cavabdeh1 qəbul etməmiş və onun adına əmlak qeydiyyata alınmamışdir. Sadalanan xüsusatlardan göründüyü kimi hazırki iş üzrə birinci insatansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Apellyasiya şikayətinə etiraz: Cavabdeh1 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etirazənı verərək, etirazını onunla əsaslandırmışdır ki, qarşı tərəfin verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X11 vaxtı ilə imkanlı şəxs olmuş, onun adına çoxsaylı daşınar və daşınmaz əmlaklar olmuşdur. O, 2**4-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra əmiləri ona məxsus olan bütün əmlakları ələ keçirmişlər. Bərdə şəhəri, Mikayıl Müşviq küçəsi, 51 ünvanında yerləşən, mübahisəli 0,07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi də mərhum atasına məxsus olmuş, onun vəfatından sonra ata nənəsi X1 daşınmaz əmlakı öz adına rəsmiləşdirmişdir. xx.xx.2010cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən nənəsi X17 bu torpaq sahəsindən 0,02 ha hissəsini notarial qaydada ona bağışlamışdir. 2016-cı ildə Surayyə nənəsi vəfat etdikdən sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Bərdə şəhəri, Mikayıl Müşviq küçəsi, 51 ünvanında yerləşən, mübahisəli 0,07 ha torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayış evini zəbt etməyə çalışmışlar. Mübahisəli torpaq sahəsini mərhum atası öz vəsaiti hesabına əldə etmiş, fərdi yaşayış evini də özü inşa etdirmişdir. Bu faktı bütün qohum-qonşular, onu tanıyan hər kəs təsdiqləyə bilər. X2 vəfatından sonra onlar miras əmlakını qəbul etmişlər. Onun atası tərəfindən mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş tikilidə yaşamışlar. Lakin iddiaçılar dava-dalaş salaraq onu, anasını və bacısını buradan da qovmuşlar. Atasının vəfatından sonra onların ailəsi çox pis vəziyyətdə yaşayır. Onun məhkum olmağından istifadə edən əmiləri ailəsinin son ümidi olan, sözügedən daşınmaz əmlakı da ələ keçirmək istəyirlər. Təbii ki, o, buna razı ola bilməz və hesab edir ki, mərhum onun atası X2 1 nömrəli qanun üzrə vərəsəsidir. Atası həyatda olmadığına görə ona düşəcək pay ona, bacısına və anasına düşməlidir. Lakin buna baxmayaraq, iddiaçılar yalnız onu cavabdeh qismində işə cəlb etmişlər. Göründüyü kimi, anası və bacısı cəlb edimədiklərinə görə onların qanunla qorunan hüquqları iddiaçlar tərəfindən kobud surətdə pozulmuşdur. Hesab edir ki, iddiaçıların iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. İddia tələbinin əsassız olması ilə yanaşı, iddia müddəti də üzrsüz səbəbdən ötürülmüş və ona qarşı məhkəmədə 10 ildən sonra iddia qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən,ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il təşkil edir. Hesab edir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli, obyektiv, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun şəkildə araşdırılmış və ədalət, humanizm prinsiplərinə əsaslanan düzgün qətnamə qəbul edilmişdir. İddiaçılar - İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində qeyd etdikləri fikirlərin heç-bir əsası yoxdur və məhkəmə tərəfindən qəbul edilmiş qanuni qətnamənin ləğv edilməsi "üçün səbəb ola bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçılar - İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız və qanunsuz olduğu üçün təmin olunmamasını, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1545/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1, cavabdehlər Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin nümayəndəsi, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verib bildirmişdir ki, o, 1983-cü ildən mübahisəli evdən çıxaraq özünə başqa yaşayış yeri seçmişdir. Mərhum qardaşı Əli Süleymanov isə Özbəkistan Respublikasına köçərək orada yaşamışdır. Anasından miras qalmış evdə isə yalnız qardaşı Hüseyn yaşamışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, anasından qalmış mirası yalnız qardaşı Hüseyn qəbul etmişdir. O, isə qardaşına dəstək üçün birgə iddiaçı qismində iddia qaldırmışdır. Mirasın yalnız qardaşı tərəfindən qəbul edilməsinin müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, mübahisəli evi onların atası 1960-ci il tarixdə tikmişdir. Cavabdeh1 həmin evə qonaq kimi gəlib getmişdir. Hazırda həmin evdə o, yaşayır. Ev ümumi 0,7 ha torpaq sahəsində yerləşir. Qardaşı İddiaçı1 isə 1980-ci ildə həmin evdən çıxmış və başqa yerdə yaşamışdır. Mərhum qardaşı Əli Süleymanov isə 1976-ci ildə Özbəkistan Respublikasına köçmüş və orada yaşamışdır. Qardaşı Əlinin Bakı şəhəri 20-ci sahəsə evi olmuş və onun ailəsi də indiyədək həmin evdə yaşamışdır. Məhkəmə iclasında video-konfrans vasitəsi ilə iştirak edən Cavabdeh1 etirazında göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nənəsi öldükdən sonra miras qalmış əmlakdakı evə gedib gəlmişlər. Daimi olaraq isə Bakı şəhərində yaşamışlar. Buna görə də hesab edir ki, mirasdan ona da pay verilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X29 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, Aqilin mübahisəli evdə yaşamaması iddiaçı olan əmisi Hüseynə görə olmuşdur. Belə ki, Hüseyn onlara mübahisəli evdə yaşamağa imkan verməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 izahat verib bildirmişdir ki, o, qardaşının 0,02 ha torpaq sahəsinə görə məhkəməyə gəlmişdir. Nənəsi öləndən sonra mübahisəli evdə daimi yaşamasalar da gedib-gəlmişlər. Buna görə də hesab edir ki, miras qalmış əmlakdan onlara da pay düşməlidir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X38 izahat verib bildirmişdir ki, o, doğulandan Bərdə şəhəri, M.Müşfiq küçəsi 55 saylı evdə yaşayır. İddiaçı2 onun qonşusudur. Cavabdeh1, Aynur Süleymanova və Tahirə Süleymanovanın miras qalmış evə gəliş-gedişləri olmuşdur. X21 vəfatından sonra onların orada yaşayıbyaşamamasını xatırlamır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X40 izahat verib bildirmişdir ki, İddiaçı2la qonşuluqda yaşayır. Tərəflər həmin evdə birgə yaşamışlar. Sürəyya Məhərrəmovanın vəfatından sonra Aqilgil həmin evə gəlib-getmişlər. Lakin, daimi yalamamışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(021)-1545/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mirasın qəbul edilməsi faktının və payın müəyyən edilməsi hissəsində rədd etsə də qətnaməsində bununla bağlı hər hansı bir əsaslandırma aparmamış, məhkəmənin həmin tələbləri hansı səbəbdən rədd etməsi anlaşılan olmamışdır. xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı isə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç birinin mövcud olmadığını əsas gətirərək iddianı rədd etmiş, mübahisəyə aidiyyəti olan və olmayan bir çox maddi hüquq normalarına istinad etməklə, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, ünvan 8 fərdi yaşayış evi və onun yerləşdiyi 0,7 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X10 məxsus olmuşdur. Surayya Məhərrəmova ona məxsus ünvan 8 ünvanda yerləşən ona məxsus 0,7 ha torpaq sahəsinin tikinti olmayan 0,2 ha hissəsini bağışlama müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə nəvəsi Cavabdeh1 bağışlamışdır. Surayya Məhərrəmova xx.xx.2016-cı il tarixdə vəfat etmiş, bununla da ondan 0,07 ha torpaq sahəsinin 0,05 ha hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Miras qoyanın ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, o cümlədən Mülki Məvəllənin 1159.1.3-cü maddəsinin tələbi baxımından hazırkı iş üzrə Cavabdeh1 və üçüncü şəxs X35 olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İşin halları və şahid ifadələri ilə müəyyən edilir ki, miras qoyanın birinci növbə vərəsələrindən olan oğlu İddiaçı2 miras açıldığı vaxtdan əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası yalnız o qəbul etmişdir. Digər birinci növbə vərəsələr isə nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə vermiş, nə də miras əmlakı fakit qəbul etmişlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və payın müəyyən edilməsi hissəsində İddiaçı2 iddiası əsaslı olmuşdur. İddiaçı1 isə mirası qəbul etmədiyindən onun iddiası əsassız hesab olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mərhum X13 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 42-431 reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaları da əsassız olmuşdur. Belə ki, iddiaçılar etibarsızlığın əsası kimi cavadebhin bağışlama müqaviləsi bağlandıqdan sonra həmin əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alıdırmadığını qeyd etməklə, əmlakı qəbul etmədiyini, bununla da müqavilənin etibarsız olmasını iddia edərək, bununla əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666,1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusaiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinad etmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh1 ona bağışlanmış əmlakı qəbul etmiş, ondan imtina etməmişdir. Bağışlanmış daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alıdrmaması isə həmin əmlakdan imtina edilməsi kimi qiymətlənidirlə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666,1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd olunan, hədiyyə verənin ölümündən sonra, hətta notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi olduqda belə, hədiyyə alanın əmlaka mülkiyyət hüquqlarının və bağışlama müqaviləsinin dövlət qeydiyyatına yol verilməməsi ilə bağlı hüquqi mövqe isə hədiyyə verənin hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verməsi ilə əlaqədar bağışlama müqaviləsinin konsensual formasına aiddir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(021)-1545/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı1 iddiası təmin edilməməli, İddiaçı2 iddiası isə qismən təmin edilərək, İddiaçı2 mərhum X6 miras qalmış əmlakı faktiki qəbul etməsi faktı müəyyən edilərək, miras qalmış Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı, **94048 sayli Çıxarışda qeyd olunan ünvan 9 ünvanında yerləşən 0.07 ha olan torpaq sahəsinin 0,05 ha hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində payı tam olaraq müəyyən edilməli, qalan hissədə isə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(021)-1545/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(021)-1545/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 iddiası təmin edilməsin İddiaçı2 iddiası qismən təmin edilsin. İddiaçı2 mərhum X6 miras qalmış əmlakı faktiki qəbul etməsi faktı müəyyən edilsin. Mərhum X3 miras qalmış, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı, **94048 saylı Çıxarışda qeyd olunan, Bərdə şəhəri, Mikayıl Müşviq küçəsi, 51 ünvanında yerləşən 0.07 ha olan torpaq sahəsinin 0,05 ha hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı2 payı tam olaraq müəyyən edilsin. İddia mərhum X13 ilə Cavabdeh1 arasında 4Ə-3-431 reyestr nömrəsi ilə qeydə alınaraq xx.xx.2010-cu il tarixdə bağlanmış, ünvan 8 ünvanda yerləşən 0,7 ha torpaq sahəsinin tikinti olmayan 0,2 ha hissəsinin bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.