Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-575/2023 19.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ödənilməmiş əmək haqqının, son haqq-hesabın, gecikdirmələrə görə əlavə pul vəsaitinin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən ödənilməmiş əmək haqqının əvəzi qismində 7.660 manat, son haqq-hesabın əvəzi qismində 594 manat, əmək kitabçasının gecikdirilərək təqdim olunmasına görə digər işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat, əmək haqqı və son haqq-hesabın gecikdirildiyi müddət üçün 2 faiz məbləğdə əlavə pul vəsaitinin hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(125)-877/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə 19 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 02 noyabr 2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, İddiaçı Cavabdehndən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin, ödənilməmiş 4 aylıq əmək haqqının, istifadə olunmamış əmək məzuniyyəti günlərinə müvafiq son haqq-hesabın və əmək kitabçasının ona verilməsini xahiş etmişdir.
2. 25 oktyabr 2021-ci il tarixli 223 nömrəli əmrin surətindən görünür ki, Cavabdehndə direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 002 saylı, xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (Əmək Məcəlləsinin 69.3-cü maddəsində sadalanan hal) 25 oktyabr 2021-ci il tarixində xitam verilməsi, cəmiyyətin Maliyyə bölməsinin İddiaçı 2021-ci il tarixi üçün yaranmış, lakin istifadə etmədiyi 9 gün əsas məzuniyyət günlərinə görə pul əvəzi və son iş gününədək olan əmək haqqı, son haqq-hesab olaraq qanunvericiliyin tələblərinə əsasən hesablanıb sonuncu iş günün ödənilməsi, cəmiyyətin İnsan Resursları bölməsinə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar onun əmək kitabçasına (olduğu halda) elektron informasiya sistemində müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının (olduğu halda) işçiyə işdən azad olduğu gün verilməsini və ya poçt vasitəsi ilə yaşayış ünvanına rəsmi qaydada göndərilməsinin təmin edilməsi əmr edilmişdir.
3. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 25 oktyabr 2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəninə əsasən xitam verilmişdir.
4. 11 avqust 2022-ci il tarixli Cavabdeh arayışından görünür ki, İddiaçı ödənilməmiş əmək haqqı və məzuniyyət 5.978 manat 69 qəpik, ödənilməmiş yekun haqqhesab 524 manat 02 qəpik təşkil edir.
5. Cavabdehin nümayəndəsi X1 09 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat, son haqqhesabın əvəzi qismində 594 manat məbləğində borcun olmasını etiraf etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən ödənilməmiş əmək haqqının əvəzi qismində 7.660 manat, son haqq-hesabın əvəzi qismində 594 manat, əmək kitabçasının gecikdirilərək təqdim olunmasına görə digər işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat, əmək-haqqı və son haqq-hesabın gecikdirildiyi müddət üçün 2 faiz məbləğdə əlavə pul vəsaitinin hesablanaraq, cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02 avqust 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək Cavabdeh “X6 Mərkəzi”ndə icraçı direktor vəzifəsində işləmiş və Cavabdeh təsisçisi X2 göstərişlərinə uyğun fəaliyyət göstərməklə verilmiş səlahiyyətləri yerinə yetirmişdir. 25 oktyabr 2021-ci il tarixdə İddiaçı ərizəsinə əsasən Cavabdeh “X6 Mərkəzi”nin 25 oktyabr 2021-ci il tarixli 223 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, 25 oktyabr 2021-ci il tarixinədək İddiaçı 7.670 manat 3 ay 25 günlük ödənilməmiş əmək haqqı borcu, istifadə olunmamış əmək məzuniyyətlərinə görə 594 manat son haqq-hesab borcu və əmək kitabçasının İddiaçı işdən çıxdığı gün təqdim olunmaması səbəbindən başqa işə düzələ bilməməsinə görə 7.000 manat məbləğində zərərin ödənilməsi cavabdeh tərəfindən təmin olunmamışdır. İddiaçı tərəfindən Cavabdeh təsisçisinə əmək müqaviləsinin xitam verilməsindən sonra son haqq-hesabın və ödənilməmiş 3 ay 25 günlük əmək haqqının işdən çıxdığı gün ödənilməsi tələbi göndərməsinə baxmayaraq, həmin tələb cavabdeh tərəfindən təmin olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Gəncə şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(125)-877/2022 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiası qismən təmin edilməsi, Cavabdehndən İddiaçı Nadiq qızının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 (altı min yeddi yüz səksən yeddi) manat və ödənilməmiş son haqq-hesabın əvəzi qismində 594 (beş yüz doxsan dörd) manat, cəmi 7.381 (yeddi min üç yüz səksən bir) manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2,154.1, 172.1, 172.5 və 172.6-cı maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 18 noyabr 2022ci il tarixli 2(125)-877/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməsini, əmək kitabçasının gecikdirilməsinə görə 7000 manat əmək haqqının və son haqq-hesabın heç bri üzürlü səbəb olmadan ödənilməməsinə görə halhazıradək hər gecikdirilən gün üçün əlavə olaraq 2% məbləğində əlavə ödəncin hesabalanaraq ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, işəgötürən Əmək Məcəlləsində və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrini yerinə yetirməmişdir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə 02 noyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktub bu günədək cavabsız qalmışdır. Məhkəmə iddia ərizəsində göstərilən halları araşdırmadan və düzgün hüquqi qiymət vermədən ədalətsiz qətnamə çıxarmışdır. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hisəssinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü verilir) müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidikdə işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin d bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşə baxan məhkəmə qeyd edilən normanı da nəzərə almamışdır. Cavabdehin nümayəndəsinin həqiqətə uyğun olmayan və cavabdehin ona qarşı qərəzli münasibətini, bu səbəbdən də ona çatacaq əmək haqqının və son haqqhesabın ödənilməsindən imtina etməklə əmək kitabçasının ona dəfələrlə müraciət etməsinə baxmayaraq təqdim etməməsinin səbəblərini araşdırmadan cavabdehin əmək qanunvericiliyinin tələblərini pozduğu halları ört-basdır etmişdir. Məhkəmə kadr işləri üzrə mütəxəssisi əmək kiyabçasının iddiaçıya əmək müqaviləsinə xitam verildiyi gün təqdim olunmamaısnın səbəblərini araşdırmaq üçün, baş mühasibini isə iddiaçıya çatacaq əmək haqqı və son haqq-hesabın ödənilməməsinin səbəbini araşdırmaq üçün məhkəməyə dəvət etməmiş və bu mübahisəni ümumiyyətlə araşdırmamış və hüquqi qiymət verməmişdir.
12. Qətnamədən narazı qalan Cavabdeh MMC də apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək Cavabdeh MMC-dən İddiaçı Natiq qızının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 5978.69 manat və ödənilməmiş son haqq-hesabın əvəzi qismində 524.02 manat, cəmi 6502.71 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnaməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş düzgün araşdırmamış, MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş arayışa düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işə baxılarkən nümayəndə tərəfindən məhkəməyə təqdim edilən ərizədə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli Cavabdeh MMCnin arayışına əsasən İddiaçı ödənilməmiş əmək haqqı və məzuniyyət 5978.69 manat, ödənilməmiş yekun haqq-hesab 524.02 manat təşkil edir. Belə olan halda məhkəmə iddianı qismən – cəmi 6502.71 manat hissədə təmin etməli olarkən əsassız olaraq ödənilməmiş son əmək haqqının əvəzi qismində 6787 manat və ödənilməmiş son haqqhesabın əvəzi qismində 594 olmaqla cəmi 7381 manat məbləğində pul vəsaitinin tutulmasını qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməsini, əmək kitabçasının gecikdirilməsinə görə 7000 manat əmək haqqının və son haqq-hesabın heç bri üzürlü səbəb olmadan ödənilməməsinə görə hal-hazıradək hər gecikdirilən gün üçün əlavə olaraq 2% məbləğində əlavə ödəncin hesabalanaraq ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilərək Cavabdeh MMC-dən İddiaçı Natiq qızının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 5978.69 manat və ödənilməmiş son haqq-hesabın əvəzi qismində 524.02 manat, cəmi 6502.71 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnaməsini xahiş etmişdir. Nümayəndə sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, işdə olan ərizə həqiqətən onun tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmişdir.
17. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. O, nümayəndə və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
18. Maddə 83. 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
19. Maddə 254. 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
20. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
21. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
22. Maddə 172. 6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddiasının təmin olunmayan hissəsini mübahisələndirdiyi üçün, iddiaçı isə apellyasiya şikayətində qətnamənin iddianın qismən edilən hissəsində mübahisələndirdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı əvvəllər Cavabdehndə direktor vəzifəsində işləmiş, Cavabdeh 25 oktyabr 2021-ci il tarixli 223 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış 002 saylı, xx.xx.2017-ci il tarixli “Əmək Müqaviləsi”nə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 25 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Lakin İddiaçı Cavabdeh tərəfindən ödənilməli olan 6.787 manat əmək haqqı və 594 manat son haqq-hesab ödənilməmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçının nümayəndəsi həmin halı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Kollegiyası da həmin ərizəni subut kimi qəbul etmişdir.
33. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndi tətbiq edilməli və və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Belə ki, işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını və ya vurulmuş zərərlə əlaqədar əmək haqqını ödəmədiyini iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Sözügedən maddənin qeydindən də göründüyü kimi, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülür. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisəsinin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, hətta İddiaçı vurulmuş zərərlə əlaqədar ona borcunun olmasını bildirməklə, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh İddiaçı borcunun mövcudluğu yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyyən olunmuşdur
34. İddiaçı apellyasiya şikayəti verərək əmək kitabçasının gecikdirilməsinə görə 7000 manat əmək haqqının və son haqq-hesabın heç bri üzürlü səbəb olmadan ödənilməməsinə görə hal-hazıradək hər gecikdirilən gün üçün əlavə olaraq 2% məbləğində əlavə ödəncin hesabalanaraq ödənilməsini xahiş etsə də apellyasiya şikayətinin dəlilləri, iddia ərizəsinin əsaslandırması ilə eynilik təşkil edir. İddiaçı əmək kitabçasının Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi 25 oktyabr 2021-ci il tarixdə deyil, 11 fevral 2022-ci il tarixdə təqdim olunmasına görə başqa işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona verilməsini xahiş etsə də, həmin müddət ərzində ona real iş təklifinin olmasını və həmin təklif olunan işə görə əmək haqqının məbləğinə dair sübutları nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə təmin edilə bilməz.
35. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən nümayəndə tərəfindən məhkəməyə təqdim edilən ərizədə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli Cavabdeh MMC-nin arayışına əsasən İddiaçı ödənilməmiş əmək haqqı və məzuniyyət 5978.69 manat, ödənilməmiş yekun haqq-hesab 524.02 manat təşkil edir. Halbuki iş materiallarının 99-cu səhifəsində olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədə göstərilmişdir ki, Cavabdeh İddiaçı ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat, son haqq-hesabın əvəzi qismində 594 manat məbləğində borcun olmasını etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi sözügedən ərizədə və işdə olan arayışda fərqli məbləğlər göstərilməsi ilə bağlı bildirmişdir ki, ərizə onun tərəfindən yazılaraq imzalanmışdır. Bununla bağlı başqa subutu yoxdur. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Gəncə şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(125)- 877/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
37. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393, 402, 403, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(125)-877/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.