Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-580/2024 09.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə çəkilmiş xərcin bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(125)-1736/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə təsərrüfat aparmaqla bələdiyyənin qərarı ilə cavabdehin adına işlənmiş layihə əsasında ünvan 1 ünvanda torpaq sahəsində birgə təsərrüfatları hesabına evin inşası üçün çəkilmiş 50000 manat xərcin üzərində 50% pay hüququnu tanımaqla 25000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-ci il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(125)-1736/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, İddiaçı qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsindən prosessual müddəti ötürmədən apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində 2(125)-1736/2023 nömrəli mülki iş sistemdə çıxmadığından və ya olmadığından prosessual müddət ötməsin deyə həmin zaman sistemdəki onunla cavabdeh arasında olan digər mülki iş vasitəsilə məcburən apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsi isə 21 noyabr 2023-cü il tarixli 2(125)-1599/2023 nömrəli qərardad qəbul edilərək sənədləri geri qaytarmışdır. Həmin qərardada əsəsən 2(125)- 1599/2022 saylı mülki işdən şikayət verildiyi kimi başa düşülmüşdür. Lakin göndərilən apellyasiya şikayətindən də görülür ki həmin şikayət 2(125)-1599/2022 saylı işdən deyil, əksinə 2(125)-1736/2023 saylı Gəncə Şəhər Məhkəməsinin qəbul etdiyi qətnamədən verilmiş apellyasiya şikayətidir. Həmin qətnamə üzrə verilən apellyasiya şikayətinin müddəti isə buraxılmamışdır. Eyni zamanda həmin verilən apellyasiya şikayətində də 2(125)-1599/2022 saylı mülki işlə bağlı heç bir məlumat olmamışdır. Bütün bu hallar məcburən vaxt azlığından müddət ötürülməsin deyə bu qaydada göndərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində 2(125)-1736/2023 saylı qərardada əsəsən sənədlər geri qaytarılmışdır. Bu qərardadda isə dövlət rüsumun ödənilməməsi göstərilmişdir. Dövlət rüsümü isə Gəncə Apellyasiya Məhkəməsinə 12 noyabr 2023-cü il tarixdə ödənilmişdir. Eyni zamanda apellyasiya şikayəti verilərkən nümayəndə kimi vəkilə verilən etibarnamə elektron qaydada işin içinə qoyulmuşdur. Xahiş edir bu hallar nəzərə alınsın. Bu baxımdan da üzürlü səbəbdən müddəti ötürmüşdür. Gəncə Şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(125)-1736/2023 nömrəli (hakim Xədicə Səfərli) qərardadı ilə İddiaçı tərəfdən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi; Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1736/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. İddiaçı ərizədə qeyd olunanlarla yanaşı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(125)-1736/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-ci il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsinin surəti poçt vasitəsilə İddiaçı yaşadığı ünvana (ünvan 2atdırılmamışdır. Sonuncu 16 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətini almadığını bildirmiş və qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Həmin müraciət əsasında Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-ci il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsinin surəti poçt vasitəsilə İddiaçı yaşadığı ünvana (ünvan 3rixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilərək qətnamənin surətini rəsmi qaydada qəbul etmişdir. İddiaçı tərəf 19 noyabr 2023-cü il tarixdə, yəni qanunla nəzərdə tutulmuş prosessual müddət ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-ci il tarixli 2(125)- 1736/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin şikayəti “Elektron məhkəmə” informasiya sistemində Gəncə Şəhər Məhkəməsinin icraatındakı eyni tərəflər arasında olan digər məhkəmə mübahisəsi 2(125)-1599/2022 nömrəli iş üzrə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Nəzərə almaq lazımdır ki, İddiaçı qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə edərək birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. İş materiallarından müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-ci il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində eyni tərəflər arasında olan digər məhkəmə mübahisəsi 2(125)-1599/2022 nömrəli iş üzrə verilmiş və Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(125)-1599/2022 nömrəli qərardadı ilə də apellyasiya şikayəti geri qaytarılmışdır. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, “apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində 2(125)- 1736/2023 nömrəli mülki iş sistemdə çıxmadığından və ya olmadığından prosessual müddət ötməsin deyə həmin zaman sistemdəki onunla cavabdeh arasında olan digər mülki iş vasitəsilə məcburən apellyasiya şikayəti vermişdir” barədə iddiaçı tərəfin dəlilini səmimi və inandırıcı hesab edir. Bundan başqa diqqət yetirilməli haldır ki, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sisteminə başqa iş vasitəsilə yerləşdirilməsi səbəbindən geri qaytarılması iddiaçıya bəlli olduqdan sonra sonuncu qısa zaman ərzində yol verilmiş nöqsanı aradan qaldırmış və hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsini üzrlü hesab edir və qeyd edir ki, işə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ədalətli və açıq araşdırılmasını təmin etmək məqsədilə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müfadiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquqlar birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi yolu ilə həyata keçirilir və həmin şikayətlər apellyasiya və kassasiya qaydasında baxılan işlər üzrə qəbul ediləcək qərarların ədalətli həll olunmasına yönəlir. Məhkəmə müdafiəsi hüququnun səmərəliliyi bir sıra amillərdən, o cümlədən mülki işə baxılarkən yol verilmiş məhkəmə səhvlərinin, yəni maddi və prosessual hüquq normalarının pozulması hallarının aradan qaldırılması imkanının müəyyən olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də qüvvədə olan mülki prosessual qanunvericilik mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarına yenidən baxılması imkanlarını nəzərdə tutmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən ərizəni təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133, 263-264, 357, 360, 398.0.3, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(125)-1736/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 10 yanvar 2024-cü il tarixli 2(125)-1736/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin və yeni qərardad qəbul edilsin. Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-ci il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair İddiaçı ərizəsi təmin edilsin. Buraxılmış prosessual müddət bərpa edilsin və İddiaçı Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2023-ci il tarixli 2(125)-1736/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-580/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-580/2024
09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver