Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-586/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-817/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aılimentin artırılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 06 oktyabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 130 manat alimentin məbləğinin artırılaraq 200 manat müəyyən edilməsi barədə iddia qaldırmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-817/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən Səadət Zeynalova) iddia qismən təmin edilmiş, Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq, 06 oktyabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi, artırılmış alimentin bu qaydada tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-817/20202 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müəyyən etdiyi məbləğ olduqca azdır. Belə ki, bazarda günü-gündən məhsulların qiyməti artır, sürətli bahalaşma prosesi gedir və bu şəraitdə 150 manat pula uşağın maddi ehtiyaclarını qarşılamaq mümkün deyildir. Cavabdeh isə könüllü şəkildə qızının maddi xərclərinin ödənilməsində iştirak etməmiş və Nərminin məktəb, tibbi və bütün xərcləri onun üzərindədir. Himayəsində azyaşlı uşaq olduğuna görə, o, işləyə və hər hansı gəlir əldə edə bilmir. Məhkəmə isə qeyd olunan halları nəzərə almamışdır ki, bu isə düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-2688/2020 saylı qətnaməsi ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-315/2020 saylı qətnaməsi qismən dəyişdirilmiş, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş 116 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış, Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. O, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Yeni ailə qurmuş və Ruqəyyə adlı bir övladı vardır, 2-ci qrup əlildir. Hazırda alimentin məbləği artırılmış və hər ay 150 manat sabit pul məbləği müəyyən edilmişdir.Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-817/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-817/2022 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayətinin dəlillərində Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-817/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində iddia tələbinin təmin edilməmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: AZ-İİ 201569 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 xx.xx.2017-ci ildə nikah bağlamış, bu barədə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1089 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Abbasov soyadı verilmişdir. AZ-İİİ 801471 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə Gəncə şəhərində anadan olmuş, bu barədə Samux rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 58 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X4r. Gəncə Apellyasiya Məhkəməsinin mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 2(104)- 2688/2020 saylı qətnaməsinin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-315/2020 saylı qətnaməsi qismən dəyişdirilmiş, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş 116 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış, Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası “X7 İctimai Birliyi tərəfindən təsdiq olunmuş xx.xx.20220-ci il 01349 nömrəli vəsiqənin sürətindən görünür ki, vəsiqənin sahibi Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ya yaralanmışdır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Publik Hüquqi şəxsinin X1 Samux rayon qəbul şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********2 saylı arayışından görünür ki, Cavabdeh müddətsiz 2-ci qrup əlilliyə görə 268,62 manat əmək pensiyası alır, xx.xx.2026-cı il tarixədək hər ay 130 manat tutulmaqla hesabına 138,62 manat pensiya ödənişi aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsdiq olunmuş xx.xx.2002-ci il tarixli 137 saylı əmri ilə təsdiq edilmiş ambulator Stasionar tibbi kartasının çıxarışının sürətindən görünür ki, Cavabdeh Bəhram oğlu ambulator xəstədir və çıxarış Gəncə Şəhəri Endokrinoloji xəstəxanaya göndərilmişdir. X8 tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 03 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Saday qızı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra mübahisəyə dair prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər, İddiaçı Saday qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-2688/2020 saylı qətnaməsi ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-315/2020 saylı qətnaməsi qismən dəyişdirilmiş, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş 116 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış, Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Həmçinin Cavabdeh yeni ailə quraraq, X6 xx.xx.2017-ci ildə nikah bağlamış və yeni nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşağı doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. İddiaçı Cavabdeh qarşı aılimentin artırılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 06 oktyabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 130 manat alimentin məbləğinin artırılaraq 200 manat müəyyən edilməsi barədə iddia qaldırmış, birinci instansiya məhkəməsi isə, iddianı qismən təmin etmiş, alimentin miqdarını qismən artırmaqla, Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində müəyyən etmiş, iddiaçı isə həmin məbləğlə razılaşmayaraq, apellyasiya şikayəti vermiş və iddiasının tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və iddiaçının dəlillərini əsassız sayaraq, qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. İddiaçı həm iddia ərizəsinə, həm apellyasiya şikayətinə cavabdehin yüksək gəlirlərə malik olmasına dair heç bir sübut növü əlavə etməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Cavabdeh müddətsiz 2-ci qrup əlil ollmaqla, 268,62 manat əmək pensiyası alır və yeni ailə qurmaqla, himayəsində yeni nikahdan doğulmuş bir uşağı vardır. Məhkəmə kollegiyası iddiaçının alimentin 200 manat məbləğində təyin edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, alimentin məbləği müəyyən edilərkən onların da maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən, aliment ödəməyən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Aliment ödəyən şəxsin maddi imkanı üçün ödənilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına zəmin yaradacaqdır.Tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, iddiaçı tərəfindən cavabdehin daha yüksək gəlirə malik olmasına dair sübut növü təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddia tələbinin təmin edilməmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-817/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, alimentin artırıldığı məbləğin bir il ərzində olan məcmusu ilə iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-817/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-586/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-586/2023
16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver