Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-587/2023 21.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-939/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-939/2022 saylı qətnaməsi ilə (hakim S.Zeynalova) iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2006-cı ilin oktyabr ayının 2-də el adətinə uyğun olaraq ailə həyatı qurmuşdur. Nikahları isə həmin ilin dekabr ayında rəsmiləşdirilmişdir. Bu nikahdan üm övladları dünyaya gəlmişdir: xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9. Samux Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə 2015-ci ildən etibarən həm faktiki, həm də rəsmi olaraq ayrılmışdır. Ayrıldıqdan sonra Səma ilə Muraz cavabdehin himayəsində, Səbinə adlı uşaqları isə iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı cavabdehin himayəsində saxlanılmış uşaqlarının alimentini vaxtında ödəyir, heç bir gecikməsi yoxdur. Lakin cavabdeh onun himayəsində saxlanılan övladının saxlanılmasına kömək etmir. Bu səbəbdən də, iddiaçı himayəsində saxlanılan uşağın saxlanılması üçün aliment tələbi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiyaya getmək üçün rəsmi təklif göndərmişdir, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Hazırda Səbinə adlı övladı iddiaçının himayəsindədir, cavabdeh isə övladı ilə maraqlanmır, onun böyüməsi üçün maddi və mənəvi dəstək olmur. Uşağın normal yaşaması və böyüməsi üçün daimi maddi və mənəvi qayğı zəruridir, istehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq övladının saxlanılması vaxt keçdikcə mürəkkəbləşir, alimentə çox ehtiyac vardır. Mülki iş materiallarında olan: Samux Rayon Məhkəməsinin işə əlavə edilmiş 27 aprel 2016-cı il tarixli, 2(058)- 636/2016 saylı qətnaməsinin surətindən görünür ki, 02 mart 2008-ci il tarixdə anadan olmuş X4 və 20 iyul 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı sabit pul məbləğində hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat və 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9 3 yaşına çatanadək ananın xeyrinə 30 manat sabit pul məbləğində alimentin, habelə 300 manat hüquqi xidmət haqqının tutularaq iddiaçı Allahverdiyeva (Musayeva) Fərzanə Zirəddin qızına ödənilməsi, alimentin bu qayda ilə tutulmasının 28 mart 2016-cı il tarixdən hesab edilməsi, İddiaçı 30 manat dövlət rüsumunun alınaraq respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Samux rayon X7 hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il traixli 37/34-300 saylı arayışın surətindən görünür ki, İddiaçı FHN X7 Xidmətinin Samux rayon X7 hissəsinin 115 nömrəli YMB-nin yanğınsöndürmə növbəsinin manqa komandiri vəzifəsində işləyir. Hesablanmış aylıq əmək haqqı 895.35 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işləməyinin və əmək haqqı almağının aliment tələbinə aidiyyəti yoxdur. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valiyenin borcudur. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək maddi durumunun aşağı olduğunu, övladı Səbinə Musayevanın atasının himayəsində olduğunu, lakin onun üçün alimenti ödəmək imkanının olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Məhkəmə qətnaməsi əsasında 02 mart 2008-ci il tarixdə anadan olmuş X4 və 20 iyul 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı sabit pul məbləğində hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat və 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9 3 yaşına çatanadək ananın xeyrinə 30 manat sabit pul məbləğində aliment tutulması qərara gəlinmişdir. İddiaçı hazırda onun himayəsində saxlanılmış Səbinə adlı uşağın qayğısına qalmağın və onu tərbiyə etməyin cavabdehin də, borcu olduğunu, cavabdehin həmin uşağın saxlanılması üçün iddiaçıya kömək göstərmədiyini əsas gətirməklə cavabdehdən hər ay 200 manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən tələblər gözləməklə iddia rədd edilərkən, istər azyaşlı uşaqların hüquq və mənafeyi, istərsə də valideynlərin hüquq və mənafeləri gözlənilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən münasibətlər, uşaqların saxlanması üçün aliment öhdəlikləri ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh az təminatlı olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməməsinə görə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İddiaçı şikayətinin dəlili olaraq uşağın saxlanılmasının hər iki valdeyinin borcu olduğunu göstərmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflərin hər biri ilə uşaq qalmışdır və belə olan halda, qanunvericiliyin tələbi ondan ibarətdir ki, yalnız bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər. İddiaçı cavabdehin maddi cəhətdən imkanının yaxşı olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilir ki, Samux Rayon Məhkəməsinin işə əlavə edilmiş 27 aprel 2016-cı il tarixli, 2(058)-636/2016 saylı qətnaməsi ilə 02 mart 2008-ci il tarixdə anadan olmuş X4 və 20 iyul 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı sabit pul məbləğində hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat və 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9 3 yaşına çatanadək ananın xeyrinə 30 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bu da onu göstərir ki, Cavabdeh maddi imkanı zəif olduğundan az təminatlı valideyn kimi onun xeyrinə X3 aliment tutulmuşdur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki: “...Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər...” Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(058)-939/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(058)-939/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-587/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-587/2023
21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver