Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-596/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1219/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi olan Vəkil verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı1 Cavabdeh1 qarşı “alimentin növünün dəyişdirilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh1 ilə qeyri rəsmi nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit məbləğdə 150 manat məbləğin dəyişdirilərək, cavabdehin əlavə gəlirlərindən ¼ miqdarında alimentin müəyyən edilməsi və mediasiya təşilatına ödənilmiş 55 manat məbləğin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(066)-1219/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə qətnamədən cavabdeh və onun nümayəndəsi Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi Vəkil məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək, apellyasiya şikayəti vermək üçün prosessual müddəti bərpa etməklə, işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1219/2013 saylı mülki iş üzrə 06 dekabr 2023cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi Vəkil tərəfindən аpellyаsiyа şikаyəti verilməsi müddəti üzrsüz səbəbdən ötürüldüyündən müddət bərpа edilməmişdir. Cavabdehin nümayəndəsi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(066)-1219/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1219/2013 saylı mülki iş üzrə 18 dekabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-1219/2013 saylı mülki iş üzrə 06 dekabr 2023- cü il tarixli qərardadının tam və onunla bağlı 18 dekabr 2023-cü il tarixli qərardadının qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, Göygöl Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(066)-1219/2023 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi və qətnamədən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməklə baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kоllegiyasına verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1219/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi olan Vəkil verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, apellyator işin faktiki hallarına istinad etməklə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Lakin apellyator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPMnin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1219/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi olan Vəkil verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1219/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi olan Vəkil verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-596/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-596/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver