Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-610/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2544/2022 saylı mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «Azəriqaz» İstehsalat Birliyinə və «Azəriqaz» X2 X3 İdarəsinin Şəmkir Xidmət Sahəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» X2 X3 İdarəsinin Şəmkir Xidmət Sahəsinin əməkdaşları tərəfindən ona hesablanmış 518 (beş yüz on səkkiz) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istifadəsində olan Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində adına olan qaz sayğacına «Azəriqaz» X1 Departamentinin əməkdaşları tərəfindən 2022-ci ildə baxış keçirilməsi üçün sayğac aparılmışdır. Daha sonra onun 518 manat borcunun olması barədə üzləşmə keçirmişlər və o həmin məbləğlə razılaşmamışdır. Belə ki, o, vaxtlı-vaxtında qaz pulu borcunu ödəmiş və heç vaxt borcu olmamışdır. Həmçinin, o, sayğaca heç bir müdaxilə etməmişdir. Ona görə də ona əsassız hesablanmış 518 manat cəriməni ödəmək istəmir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2544/2022 saylı mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Məmmədova) iddia tələbi təmin edilmiş, cavabdeh Şəmkir RQİİ Şəmkir Xidmət sahəsi tərəfindən İddiaçı məxsus Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması halına görə hesablanmış 518 (beş yüz on səkkiz) manat borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinin qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməklə müdaxilə olunmuşdur. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş və ona 518.40 manat borc hesablanmışdır. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2544/2022 saylı mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Məmmədheseyn oğlu apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 2(076)-2544/2022 saylı mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh tərəf məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh «Azəriqaz» X2 X3 İdarəsinin Şəmkir Xidmət Sahəsinə aid olan hissədə ləğv edilməli və ona aid hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasıнын MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya iнstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə baxan birinci instansiya məhkəməsi İddiaçı qaz sayğacına müdaxilə etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni əsaslı hesab edərək, aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə юz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun юz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünц bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməliдир. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-иn 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsi iş materiallarında olan sübutlarla təsdiq edilmir. “Azəriqaz” İB-nin işçiləri tərəfindən tərtib edilmiş Akt da məhz iddiaçının məsuliyyətli olması barədə güvənli nəticəyə gəlməyə əsas vermir. Ona görə də мəhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun silinməsi barədə qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin borcun silinməsi ilə bağlı hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh «Azəriqaz» X2 X3 İdarəsinin Şəmkir Xidmət Sahəsinə aid olan hissədə təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsində deyilir ki, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi hazırki işdə «Azəriqaz» X2 X3 İdarəsinin Şəmkir Xidmət Sahəsi iş üzrə cavabdeh kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası həmin hissədə qətnamənin ləğv edilməsi və cavabdeh «Azəriqaz» X2 X3 İdarəsinin Şəmkir Xidmət Sahəsinə qarşı iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və ya birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlük məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, iddianın qiyməti 5000 manatdan aşağı olan mülki işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2544/2022 saylı mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş, «Azəriqaz» X2 X3 İdarəsinin Şəmkir Xidmət Sahəsi tərəfindən 518 manat məbləğində borcun silinməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-610/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-610/2023
07.02.2023 · Əmr icraatı - Məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver