Məhkəmə qərarları › İş №2(104)-62/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-62/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-62/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Maraqlı şəxs) “03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının onun olmadığının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *4 noyabr 2023-cü il tarixli, 2(02*)-252*/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin *4 noyabr 2023-cü il tarixli, 2(02*)-252*/2023 saylı qətnaməsi ilə (hakim G.Abbasov) İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının onun olmadığının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin *4 noyabr 2023-cü il tarixli, 2(02*)-252*/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiasının təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının onun olmadığının müəyyən edilməsi, X7 və X4 məxsus doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 03.02.20*4-cü ildə X7 və 04.02.20*7-ci ildə X6 adında uşaqlar doğulmuşdur. Uşaqlara doğum haqqında şəhadətnamə verilmişdir. Nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar cavabdehin himayəsində qalmışdır. Ailə qurduqdan sonra həkimlərə müraciət etmiş, analiz və rəylərin nəticəsinə görə onun övladının olmasının mümkün olmadığı müəyyən edilmişdir. Yaranmış mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Bundan başqa uşaqların hər ikisinin bioloji ekspertizadan keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh ona təklif etmişdir ki, bioloji ekspertiza təyin edilmədiyi halda iki uşağın saxlanması üçün tutulan alimentdən imtina edəcəkdir. Bundan sonra onda şübhələr daha da artmağa başlamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(*04)62/2025 saylı qəradadı ilə İddianın doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi hissəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Bərdə Rayon Məhkəməsinin *4 noyabr 2023-cü il tarixli, 2(02*)-252*/2023 saylı qətnaməsi qismən – doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi hissəsində ləğv edilmiş, iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən qətnamə ləğv olunmalı və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ən mötəbər sübutlardan biri olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X*2” MMC və "xxxx" MMC-nin müayinələr nəticəsində təqdim etdikləri Spermoqrammadan aydın olur ki, tibbi tərəfdən onun övladının olması qeyri-mümkündür. Belə olan halda 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının o olmağı mümkün deyil. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalsa da, məhkəmə heç bir araşdırma aparmadan hüquqların pozulmasının davam etməsinə göz yummuşdur. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizada cavabdehin iştirak etməməsi və cavabdehin heç bir əsası və dəlili olmadan bir dəfə verdiyi izahat məhkəmənin yanlış qənaətinə gəlməsinə əsas olmuşdur. Bunun nəticəsində onun sübutlarına hüquqi qiymət verilməmişdir. Əlavə olaraq bildirmişdir ki, sübutlara düzgün qiymət verilməsi nəticəsində qəbul ediləcək qanuni qərarın icrasının məcburi icra orqanına həvalə edilməsini və qərarın icrasının məcburi qaydada olacağını da məhkəmə nəzərə almamış, bu funksiyanı da öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə işini dəqiq araşdırmamış, yalnız formal olaraq sübutlar əsasında iddia tələbinin təmin etmişdir. Bərdə Rayon Məhkəməsi işə baxarkən qanunverciliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, işə birtərəfli qaydada baxaraq yekun nəticəyə gəlmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Üçüncü şəxs Maraqlı şəxs məhkəmə kollegiyasına ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq göstərdi ki, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək istədiyini cavabdehə bildirdikdən sonra sonuncu ondan aliment istəmədiyini bildirərək müvafiq ərizə ilə İcra və Probasiya şöbəsinə müraciət etdiyinə görə ondan aliment tutulmasına dair icra sənədi icra məmuru tərəfindən məhkəməyə qaytarılmılşdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, kollegiyanın iclasında iştirak etmiş iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı 26362** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*98*-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonu Mehdili Ə/D-nin Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı 0**3463 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.*993-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonu Mehdili Ə/D-nin Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *7 fevral 2023-cü il tarixli *25 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *7 aprel 2023-cü il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 03.02.20*4-cü il təvəllüdlü Fidan və 04.02.20*7-ci il təvəllüdlü Ruslan adlı uşaqları doğulmuşdur. Bu barədə doğum akt qeydləri kitabında qeydiyyat aparılmış, 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 doğum akt qeydlərində “ata” qrafasında İddiaçı, “ana” qrafasında Cavabdeh qeyd edilmişdir. Bərdə rayon Məhkəməsinin 09.*2.2020-ci il tarixli 2(02*)-2707/2020 saylı iş üzrə qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında *2.06.20**-ci il tarixdə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 24 may 2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ** yanvar 202*-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan *7.04.2023-cü il tarixli MŞG/MT-032/2023-00343 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X*” X*0 *5 sentyabr 2023-cü il tarixli 9/867 saylı məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X5” X*0 xx.xx.2024-cü il tarixli 94/426 nömrəli məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* iyun 2024-cü il tarixli qərardadı ilə yenidən məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X5” X*0 xx.xx.2024-cü il tarixli 9/782 nömrəli məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X5” X*0 *2.09.2024-cü il tarixli 337 saylı rəyindən görünür ki, *98*-ci il təvəllüdlü İddiaçı hal-hazırda təbii yolla mayalandırma qabiliyyətinin olmaması inkar olunmur. əvvəlki dövrdə mayalandırma qabiliyyəti ilə əlaqədar fikir söyləmək üçün həmin dövrə aid tibbi sənədlər məhkəmə-tibbi ekspertizaya təqdim olunduqdan sonra münasibət bildirmək olar. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *6 noyabr 2024-cü il tarixli qərardadı ilə yenidən məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş, həmin qərardadın surəti tərəflərə, o cümlədən cavabdehə göndərilmiş, cavabdehə Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsindən çıxarış göndərilərək təyin olunmuş vaxtda ekspertizaya getməkdən imtina edilməsinin nəticələri izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X5” X*0 *3.03.2025-ci il tarixli 9/270 nömrəli məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. AzEMİS-dən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh xeyrinə hər ay 300 manat aliment tutulmasına dair icra işi İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.*ci maddəsinə əsasən 25.0*.2023-cü il tarixdə geri qaytarılmışdır. Beləlikə məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikah dövründə cavabdeh 03.02.20*4-cü ildə X7 və 04.02.20*7-ci ildə X6 adında uşaqları doğmuş, tərəflər rəsmi nikahda olduğuna görə uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında uşaqların atası kimi İddiaçı göstərilmişdir. Tərəflər arasındakı nikah ** yanvar 202*-ci il tarixdə pozulmuş, uşaqlar cavabdehin himayəsində qalmışdır. İkinci dəfə ailə qurduqdan sonra iddiaçı tibbi müayinə zamanı analiz və rəylərin nəticəsinə görə onun övladının olmasının mümkün olmadığı müəyyən edilmiş, ona görə də məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən dəfələrlə məhkəmə tibbi-genetik ekspertizası təyin edilərək rəy verilməsi üçün iş materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X5” publik hüquqi şəxsə göndərilmiş, ekspertin vəsatəti əsasında tərəflərə, o cümədən cavabdehə ekspertizanın keçiriləcəyi yer və vaxt barədə məlumat verilmiş, iddiaçı təyin olunmuş vaxtlarda ekspertiza müəssisəsinə getmiş olsa da, cavabdeh ona ekspertiza müəssisəsinə getməkdən imtina edilməsinin nəticələrinin izah olunmasına baxmayaraq, ekspertiza müəssisəsinə getməmiş, nə də ki, uşaqları aparmamışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 03.02.20*4-cü ildə anadan olmuş X7 və 04.02.20*7-ci ildə anadan olmuş X6 tərəflərin rəsmi nikahda birgə nikahları dövründə anadan olmuş, uşaqlar doğularkən iddiaçı uşaqların ondan törədiyini mübahisələndirməmiş, tərəflərin razılığı əsasında uşaqlara doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı azyaşlı uşaqların ondan törəmədiyin bildirir və uşaqların atalarının onun olmadığının müəyyən edilməsini xahiş edir. Lakin bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə azyaşlı uşaqlarının atasının iddiaçı olduğunu və uşaqların məhz iddiaçıdan törədiklərini israrla bildirir. İddiaçı azyaşlı Fidan və Ruslanın ondan törəmədiyini və özünün həmin uşaqların atası olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mülki mübahisə üzrə araşdırılmış sübutlarla iddiaçının bildirdikləri təkzib edildiyindən iddia tələbi 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının İddiaçı olmadığının müəyyən edilməsi hissədə təmin edilməməlidir. İddia tələbi atalığın müəyyən edilməsi tələbinə dair hissədə təmin edilmədiyindən, iddia doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi tələbinə dair hissədə də təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Həmin Məcəllənin 6.*-ci maddəsinə əsasən vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən ailə hüquqları məhkəmələr, bu Məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qayda müdafiə olunur. Həmin Məcəllənin 29.*-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 46.*-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.*-ci maddəsinə əsasən bu Məcəllənin 46.*-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. İşin hallarından görünüyü kimi iddiaçı cavabdehin doğduğu 03.02.20*4-cü il təvəllüdlü Fidan və 04.02.20*7-ci il təvəllüdlü Ruslan adlı uşaqlarının atası kimi yazılmasının əsası iş üzrə iddiaçı və cavabdehin rəsmi nikah qeydiyyatında olmaları olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqların mənşəyi ilə bağlı şübhələr yarandığı halda onların mənşəyinin qarşılıqlı razılıq əsasında müvafiq müayinələr (bioloji ekspertiza və ya tibbi-genetik ekspertizalar) keçirilməklə, qarşılıqlı razılıq olmadığı halda məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən edilməsi mümkündür. Lakin işin hallarından göründüyü kimi cavabdeh nə qarşılıqlı razılaşma əsasında məhkəmədənkənar qaydada, nə də məhkəmənin qəradadı əsasında təyin olunmasına və ona Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinin tələbləri izah olunmasına baxmayaraq ekspertiza tədqiqatının aparılması üçün ekspertiza müəssisəsinə getməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsində göstərilir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçının cavabdehin doğduğu 03.02.20*4-cü il təvəllüdlü Fidan və 04.02.20*7-ci il təvəllüdlü Ruslan adlı uşaqların bioloji atasının olubolmamasının müəyyən edilməsi ekspertiza rəyi olmadan müəyyən edilməsi mümkün olmadığına görə məhkəmə kollegiyası cavabdehin doğmuş olduğu uşaqların atasının İddiaçı olmadığı nəticəsinə gəlir. İddiaçının cavabdehin doğduğu 03.02.20*4-cü il təvəllüdlü Fidan və 04.02.20*7-ci il təvəllüdlü Ruslan adlı uşaqların bioloji atası olmadığı müəyyən olunduğuna görə 03.02.20*4-cü il təvəllüdlü X7 və 04.02.20*7-ci il təvəllüdlü X2 adına verilmiş doğum haqqında şəhadətnamələr də etibarsız hesab olunmalıdır. Beləliklə də kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək iddia tələbi 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının İddiaçı olmadığının müəyyən edilməsi hissəsində iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.*.*-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.*.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin *4.**.2023-cü il tarixli, 2(02*)-252*/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının İddiaçı olmaması müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar