Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-664/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Alimentin azaldılması və alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair qarşılıqlı iddia üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-3689/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(021) 1296/2024 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2017-cı il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2156/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq İddiaçı tutulub X3 xeyrinə ödənilməsi qət edilmişdir.
2. Bərdə regional “ASAN-Xidmət” X14 tərəfindən verilmiş 12 iyun 2018-ci il tarixli, AZ-T003206 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdır.
3. Bərdə regional “ASAN-Xidmət” X14 tərəfindən verilmiş 03 iyun 2020-ci il tarixli, AZ-İV448369 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(021) 296 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə qət edilmiş 2 uşağın saxlanması üçün cəmi 400 manat alimentin miqdarının dəyişdirilərək Xocalı rayon RPŞ-də polis nəfəri işləməsi nəzərə alınaraq aldığı əmək haqqının 1/3 hissəsi miqdarında aliment müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlk iddia tələbini onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(021)-1296 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X5, 03 iyun 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat aliment tutulması qət edilmişdir. Halhazırda işlədiyi üçün hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə uyğun olaraq əmək haqqının 1/3 hissəsində müəyyən edilməlidir. Alimenti yüksək kəsilməklə qarşı tərəf buna dair məhkəməyə heç bir sübut təqdim etməməsinə baxmayaraq qarşı tərəfin iddiasını heç bir dəlil və sübuta əsaslanmadan təmin etmişdir. Nəticədə onun real gəlirlərini və madii vəziyyətinin reallığını əks etdirməyən yüksək məbləğdə aliment tutulmasına dair qətnamə qəbul edilmişdir. Bu barədə mediatora müraciət etmiş, lakin cavabdeh gəlmədiyinə görə mediator tərəfindən ona 03 oktyabr 2024-cü il tarixli 01111 saylı imtina barədə arayış verilmişdir. Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.
6. Bundаn sonra ilk iddiа üzrə cаvаbdeh Cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X7 və 03 iyun 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 250 manat məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində Bərdə rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(021) 1296/2024 saylkı qətnaməsi ilə Cavabdeh xeyrinə qət edilmiş 2 uşağın saxlanması üçün cəmi 400 manat alimentin miqdarının dəyişdirilərək Xocalı Rayon Polis Şöbəsində polis nəfəri işləməyi nəzərə alınaraq aldığı əmək haqqının 1/3 hissəsi miqdarında aliment müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. İddianı qəbul etmir. Belə ki, İddiaçı ilə 25 fevral 2015-ci ildə tarixdə rəsmi ailə qurub evlənmişlər. Birgə nikah dövründə xx.xx.2017- ci il təvəllüdlü X10 və 03 iyun 2020-ci il təvəllüdlü X13 adlı 2 övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə Bərdə Rayon məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(021) 1569/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmçinin Bərdə rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(021) 1296/2024 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X10 və 03 iyun 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(021) 2156/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin İddiaçı tutulub onun xeyrinə verilməsi qət edilmişdir. Birgə nikahlarında olan uşaqları onun himayəsində yaşayır, onları təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşaqların saxlanılması üçün heç bir yardım və maddi köməklik etmir. Halbuki, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis Şöbəsində polis nəfəri işləyir, bundan əlavə ( mal-qara və arıçılığı) təsərrüfatı və nəqliyyat vasitələri var və aylıq qazancı və əmək haqqısı yüksəkdir, qazancı kifayət qədərdir, cavabdeh hər ay hər uşağın saxlanılması üçün 250 manat aliment ödəyə bilər. Cavabdeh ona uşaqların saxlanması üçün heç vaxt əlavə pul və başqa yardım etmir. Odur ki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-3689/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov), ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3 və 27-ci maddələrinə, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə, 34-cü maddəsinin İV bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 8, 13 və 19-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.1, 78.2, 112.1 84 və 100.2-ci maddələrinə, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarına istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-3689/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və alimentin 1/3 hissədə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o Xocalı rayon RPŞ-də polis nəfəri işləyir. Nəzərə alaraq aldığı əmək haqqının 1/3 hissəsi miqdarında alimentin müəyyən edilməsinə dair qətnamə qəbul edilməmişdir. Beləliklə göstərilənlər təsdiq edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam hüquqi qiymət verməmiş, nəticədə qeyd edilən prosessual hüquq normasının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
22. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
23. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
27. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı qətnamənin ləğvini xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, qətnamənin ilk iddianın təmin edilməməsi hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslıığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-3689/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-cı il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X12 doğulmuşdur. Daha sonra ailədaxili münaqişələrə görə ayrılmışlar və aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bundan sonra Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(021) 1296/2024 nömrəli qətnaməsi ilə, xx.xx.2017-cı il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2156/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq İddiaçı tutulub X3 xeyrinə ödənilməsi qət edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə azaldılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin azaldılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
43. Göründüyü kimi, qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun.
44. Baxılan iş üzrə isə sadalanan hüquq normaları əsasında işin hallarını sistemli şəkildə araşdıraraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, alimentin azaldılması üçün əsas verən hallar yoxdur. İddiaçının maddi durumunun pis olması barədə dəlilləri alimentin azaldılmasını şərtləndirən hal deyildir. Birinci növbədə ona görə ki, valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Məhkəmə uşağın normal maddi təminatından az miqdarda aliment müəyyən etməyə haqlı deyildir. Tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. İddiaçının tələb etdiyi hər uşaq üçün 1/3 hissədə aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq-aşkardır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
46. Apellyatorun alimentin əmək haqqısının üçdə bir hissəsi miqdarda müəyyən olunması barədə dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil əsassızdır. Çünki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbindən də, göründüyü kimi uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
47. Kollegiya qeyd edir ki, nə qədər ki, ilk iddia üzrə cavabdehin tələbi alimentin iddiaçıdan sabit pul məbləğində tutulması ilə bağlı olmuşdur ki, bu da apellyatorun hazırkı iş üzrə alimentin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda müəyyən edilməsi barədə xahişini istisna edir.
48. Uşağa qayğı göstərilməsinin valideynlərin həm hüququ həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını və uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikasının MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmadığından apellyasiya şikayəti təmin edilməməlidir.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
53. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci intansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın alimentin tutulması (azaldılması) hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-3689/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.