Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-669/2025 15.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh X2 nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İİ 648099 nömrəli və AZ-İİİ 028661 nömrəli doğum haqqında şəhadətnamələrin notarian qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə Renat və xx.xx.2012-ci ildə Rima adlı uşaqları anadan olmuşdur.
2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6639/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X7 və cavabdeh İddiaçı arasında bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2011-ci il təvəllüdlü X8, X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2008-ci ildə ailə qurmuş, xx.xx.2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci ildə Renat, xx.xx.2012-ci ildə Rima adlı uşaqları anadan olmuşdur. Cavabdehin içki içib evdə dava salması münasibətlərinin pozulmasına səbəb olmuşdur. xx.xx.2024-cü il tarixdən cavabdehlə ayrılmış, dekabrda məhkəmə qaydasında nikahları pozulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Cavabdehin plastik ayna-qapı sexi vardır, orada işləyir və gəliri kifayət qədər yaxşıdır.
5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X1 hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, cavabdeh X1 dövlət rüsumu hesabına 72,80 manat alınaraq dövlət büdcəsinə ödənilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən sübut təqdim edilməməsi, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanması, nəzərə alınaraq, cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
7. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 100-cü maddələrinin müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X7 apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianı qismən təmin edərkən, Konstitutsiyanın 17, Ailə Məcəlləsinin 75.1,75.4, 100.2, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istimad edərək işə ədalətsiz və birtərəfli mövqedən yanaşmış, tərəflərdən birinin – alimenti ödəyənin maddi vəziyyətini, sabit gəlirə malik olmadığını və gəlir mənbəyinin azlığını və yaxud digər faktorları, həmçinin hazırkı maddi həyat səviyyəsinin çətinliyini nəzərə almamışdır. O, uşaqlarına həmişə yaxşı baxmışdır, indi isə işləmir. Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Başqa ölkənin vətəndaşı olsa da, hazırda iş yeri yoxdur, heç bir yerdə işləmir. Baxmayaraq ki, iddiaçı iddia edir ki, guya onun plastik qapı pəncərə sexi vardır. Halbuki, iddiaçının özü şirniyyat istehsalı ilə məşğuldur. O, iddiaçının tələbləri və birinci instansiya məhkəməsinin qət etdiyi qətnamə ilə qətiyyən razılaşmır. Hər halda, onun maddi durumum nəzərə alınmalı idi. Odur ki, məhkəmənin barəsində qət etmiş olduğu qətnamənin nəticəsi kimi qarşı tərəfə birtərəfli münasibət və tam olaraq araşdırılmamış dəlillər kimi yanaşmaq məcburiyyətindədir. Bununla belə, o, ata kimi övladlarının yetkin yaşlarına çatana kimi saxlanılmasından imtina etmir, lakin iddiaçının tələbləri səviyyəsində alimentin artılması onun hazırda maddi imkanları üçün yetərli deyildir. O, bütün imkanlarını götür-qoy etmiş, yaşamağı üçün topladığı qənaət hesabına iki uşaq üçün yalnız cəmi 300-350 manat məbləğində aliment ödəməyi imkanlaşdıra bilər.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, onlar hər uşağa 180-190 manat aliment ödəyə bilərlər.
12. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh isə nümayəndəsi vasitəsi ilə məhkəmə iclasında təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
13. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:
19. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
20. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
21. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.
28. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
30. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
31. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan müəyyən olunur ki, o, qətnamə üzrə alimentin məbləği hissəsində mübahisələndirmiş və iddianın qismən təmin edilməsini, iki uşaq üçün cəmi 300-350 manat alimentin tutulmasını xahiş etmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilməlidir.
37. Belə ki, ilk növbədə məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçıya verilməsinə dair işin həqiqi hallarına uyğun nəticəyə gəlməmişdir.
38. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmişdir. Belə ki, sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun müəyyən etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
39. Məhkəmə kollegiyası cavabdehin maddi imkanının aşağı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar.
40. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hm aliment məbləğini müəyyən edərkən, həm də, mübahisənin maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X1 hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Kollegiya onun da qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 345 manat olmuşdur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
41. Cavabdeh iki uşaq üçün cəmi 300-350 manat pul təyin edilməsini xahiş etmişdir. Mübahisələndirilən hissə bir uşağa görə ən yaxşı halda 80 manat olmaqla, iki uşağa görə il ərzində 1920 manatdır. ((80x2)x12=1920)
42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X1 hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.