Məhkəmə qərarları › İş №2(104)-762/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-762/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-762/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(013)-2574/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməs itələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, 1037.00 manat məbləğində vurulmuş zərərin və bu ərizənin verilməsi ilə bağlı ödənilmiş 30.37 manat dövlət rüsumunun, Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(013)-2574/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 1037.00 (bir min otuz yeddi) manat məbləğində pul və ödənilmiş 30.37 (otuz manat otuz yeddi qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi «Shacman SX 331» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə, təxminən saat 06:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun 46-cı kilometrində xx.xx.2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə, CSH200137467 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış "xxxx" MMC-yə məxsus «MAN TGS 26.400 YÜK» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X1 idarə etdiyi «MAN TGS 26.400 YÜK» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən zərərin dəyəri olaraq 6037.00 manat məbləğində pul iddiaçı tərəfindən zərərçəkmiş şəxs "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri DYPİ-nin YPXA-nın 5-ci taqımının xx.xx.2020-ci il tarixli, 189-800-2020 nömrəli arayışdan və xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli X3 Haqqında qərarında öz əksini tapmışdır. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bundan başqa Cavabdeh idarə etdiyi «Shacman SX 331» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin İcbari Sığortası üzrə sığortalandığından, "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Bu halda iddiaçının geri qalan 1037 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ vardır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - avtomobilin sığorta şəhadətnaməsi; - Bakı şəhəri DYPİ-nin YPXA-nın 5-ci taqımının xx.xx.2020-ci il tarixli, 189-800-1220 saylı arayışının surəti; - xx.xx.2020-ci il tarixli, TP ******* saylı X3 haqqında qərarın surəti; - xx.xx.2020-ci il tarixli təmir smetası; - 03.2020-ci il tarixli, 5 nömrəli hesab-fakturanın surəti; - CSH61946 saylı sığorta aktı; - 681 saylı ödəniş tapşırığı; - xx.xx.2021-ci il tarixli hesabdan çıxarış; - İzahatların surəti. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il, 2(013)-2574/2022 saylı qətnaməsi ilə razı deyildir. Göstərilən məbləğ şişirdilibdir. Məhkəmə tərəfindən göndərilən sənədlər ona təqdim olunmadığından o kiçik iddiaya etirazını və iddia ilə bağlı sübutlarını təqdim edə bilməmişdir. Prosessual məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamə tam mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları tətbiq edilməli, həmin normalara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi vəçəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almışşəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncüşəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortasıüzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 936.6-ci maddəsinə əsasən, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarınıpozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmişşəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmişəvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan bu normalar hüquq normaları iddia tələbinin hüquqi əsasını təşkil edir. Bu baxımdan da iddia tələbi qanuni və əsaslıdır. Belə ki, «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növüüzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortasıüzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıüzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmişşəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Apellyator şikayətində göstərmişdir ki, göstərilən məbləğ şişirdilibdir. Birinci instansiya məhkəməsi tərəfindən göndərilən sənədlər ona təqdim olunmadığından o, kiçik iddiaya etirazını və iddia ilə bağlı sübutlarını təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh idarə etdiyi «Shacman SX 331» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun 46-cı kilometrində xx.xx.2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış "xxxx" MMC-yə məxsus «MAN TGS 26.400 YÜK» markalı **-JZ-***dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «MAN TGS 26.400 YÜK» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri DYPİ-nin YPXA-nın 5-ci taqımının xx.xx.2020-ci il tarixli, 189-800 nömrəli arayışında və xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli X3 Haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, dəymiş zərərin məbləği 6237 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən də göründüyü kimi "xxxx" MMC-yə məxsus «MAN TGS 26.400 YÜK» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri olaraq 6037 manat məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödənilmişdir. Bundan başqa Cavabdeh idarə etdiyi «Shacman SX 331» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin İcbari Sığortası üzrə sığortalandığından, "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi xx.xx.2021-ci il tarixli ödəniş aktına əsasən "xxxx" ASC-yə ödənilmişdir. Bu halda iddiaçının geri qalan 1037 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, iddianın qiyməti 5000 manatdan aşağı olan mülki işlər üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Hazırki işdə də iddianın qiyməti 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(013)-2574/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar