Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-816/2025 21.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Borclu1 və Borclu2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(023)-89/2019 nömrəli qərardadından iddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi BOKT "xxxx" MMC borclular Borclu1 və Borclu2 qarşı Qazax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, borclularadan müştərəq qaydada 2.341,91 ABŞ dolları borcun ödəniş gününə manat məzənnə nisbəti ilə və ödənilmiş 20 manat dövlət rüsumu alınıb ərizəçi BOKT "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2(023)-1302/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu1 məhkəmə əmrinə etiraz vermiş və Qazax Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(023)-1302/2018 nömrəli qərardadla etiraz təmin edilərək, həmin məhkəmənin 26 iyul 2018-ci il tarixli 2(023)-1302/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Qazax Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(023)-89/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı BOKT "xxxx" ASC şikayət vermişdir. Qazax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(023)-89/2019 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınsada, lakin birinci instansiya məhkəməsinin işin göndərilməsinə dair 26 fevral 2025-ci il tarixli 2(023)-89/2019 nömrəli məktubda Qazax Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(023)-89/2019 nömrəli qərardadından verilmiş şikayətə baxılması qeyd olunmuşdur. Halbu ki, həmin qərardaddan nəticə hissəsində şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmamışdır.19 fevral 2025-ci il tarixli 2(023)-89/2019 nömrəli qərardadın giriş hissəsində də qeyd olunmuşdur ki, Qazax Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(023)-89/2019 nömrəli qərardadından BOKT "xxxx"ASC-nin nümayəndəsi tərəfindən verilən şikayətə baxılır. Qazax Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(023)-89/2019 nömrəli qərardadından verilmiş şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, şikayət verilən zaman dövlət rüsumunun ödənilməsi barədə qəbz şikayətə əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.6-cı maddəsinə əsasən, iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsində də təsbit edilmişdir ki, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 357.1. maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.3. maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 395-398, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qazax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(023)-89/2019 nömrəli qərardadı ləğv edilsin. Qazax Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(023)-89/2019 nömrəli qərardadından iddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayətin MPM-nin 357-363cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-816/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-816/2025
21.04.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver