Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-824/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar söz: aliment məbləğinin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları, Tovuz Rayon Məhkəməsinin 2(062)-2891/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Vladivostok şəhər administrasiyasının Pervoreçye rayon üzrə vətəndaşılıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, İİ-BC № 714429 saylı Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 30 iyul 2014-cü il tarixdə Rusiya Federasiyası Primorsk diyarı Vladivostok şəhərində anadan olmuş, bu barədə 2014-cü ilin sentyabr ayının 23-də 1355 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İ № 347177 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 129 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(062)-1635/2020 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(062)-4125/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 30 iyul 2014-cü il tarixdə anadan olmuş İsmayıl adlı uşağın saxlanılması üçün Cavabdeh 150 manat alimentin tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyul 2014-cü il tarixdə anadan olmuş İsmayıl adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 200 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə İsmayıl adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. O, uşağa təkbaşına baxmaqda çətinlik çəkir, 150 manat pulla uşağın sosial xərclərini ödəyə bilmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2891/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Baxşiyev) iddia qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbəği dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 30 iyul 2014cü il tarixdə anadan olmuş İsmayıl adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 165 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın alimentin məbləğinə aid qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-2891/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin artırdığı cuzi məbləğlə (15 manatla) razı deyildir və hesab edir ki, 165 manata uşağın sosial, təhsil xərclərini ödəmək mümkün deyildir. İsmayıl artıq məktəblidir, onun təhsil xərcləri artmışdır. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır və onun öz uşağına 200 manat aliment verməyə imkanı çatır. Ona görə də alimentin miqdarı 200 manat müəyyən olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, müqavilə əsasında orta məktəbdə müəllim işləyir, aylıq əmək haqqı 180 manat təşkil edir. Cavabdeh də ali təhsilli mühəndisdir, işləyir, alimenti ödəmək üçün imkanı vardır. Cavabdehin hazırki vəziyyətini nəzərə alaraq uşağın saxlanması üçün ondan ən azı 180 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə etirazını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, rəsmi iş yeri yoxdur, tikintidə işlədiyinə görə işi daimi deyildir, işləyəndə 588 manat əmək haqqı almışdır. Qolunun sınmasına görə bir neçə aydır ki, ümumiyyətlə işləyə bilmir, alimenti atasının təqaüdü hesabına ödəyir. Həmçinin bildirmişdir ki, övladının saxlanması üçün əlindən gələni edir, hazırki vaxtadək məhkəmə tərəfindən müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 180 manat aliment müəyyən ediləcəyi halda belə həmin qətnamədən apellyasiya şikayəti verməzdi. Sonda apellyasiya şikayətinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin 2(062)-2891/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. aliment verməyə borclu olan valideynin qazancı qeyri müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də buMəcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 13 - uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarı: Bənd 8.2 - uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti vardır. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə İsmayıl adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağa təkbaşına baxmaqda çətinlik çəkdiyini, 150 manat pulla uşağın sosial xərclərini ödəyə bilmədiyini qeyd edərək alimentin miqdarının artırılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiası qismən təmin edilərək İsmayıl adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 165 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən tərəfləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, qətnamə alimentin aylıq məbləğinin165 manat müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə alimentin məbləğini artıraraq 165 manat müəyyən etsə də, hazırki vəziyyətdə həmin məbləğdə pulla uşağın xərclərini ödəyə bilmir. Cavabdeh isə işləyir, onun daha artıq məbləğdə aliment ödəməyə imkanı çatır. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin artırılmasına əsas verir. Çünki, yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Cavabdeh əmək qabiliyyətli şəxsdir, onun yaşayış minimumu məbləğində alimenti ödəməkdən azad edilməsi üçün heç bir qanuni əsas yoxdur. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin hər ay 165 manat sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmamışdır, müəyyən olunmuş aylıq alimentin məbləğinin artırılması üçün əsaslar vardır. Belə ki, hazırki mülki işdə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərclərinin 220 manat müəyyən olunmasını və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ olması barədə qanunverciliyin tələbini, Cavabdeh həmin məbləğdə alimenti ödəməkdən azad edilməsi üçün heç bir qanuni əsasın olmadığını, iddiaçının məhkəmə kollegiyasının iclasında izahatında cavabdehin 180 manat məbləğində aliment ödəməsinə razı olmasını nəzərə alaraq hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2891/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi iddiaçının yanında yaşayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 165 (bir yüz altmış beş) manat məbləğində alimentin alınıb, İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh alınmalı olan aylıq alimentin məbləği 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, hazırki işdə artırilmış aylıq alimentin bir illik məcmusu (30 manat x 12 ay)=360 manat məbləğini təşkil edir.Yəni, iddianın qiyməti 360 manatdır. Ona görə də Azərbaycan Respublikasının MPM-in 402.1 ci maddəsinə əsasən bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2 və 402.1 ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2891/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi iddiaçının yanında yaşayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 165 (bir yüz altmış beş) manat məbləğində alimentin alınıb, İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 30 iyul 2014-cü il tartixdə anadan olmuş X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi 28 mart 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-824/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-824/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver